Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə15/24
tarix20.08.2018
ölçüsü1,01 Mb.
#63759
1   ...   11   12   13   14   15   16   17   18   ...   24

 

 

32 



əsər  kimi  təqdim  etmişdir.

1

  Füzulinin  vəfatının  400  illiyi  münasibətilə 



yazılan  həmin  məqalə  əsər  haqqında  məlumat  xarakteri  daşıyır.  Heç  də 

təsadüfi deyil ki, M.Sultanovun «Rövzətüş-şühəda» ilə «Hədiqətüs-süəda» 

arasında  heç  bir  müqayisə  aparmadan  «Hədiqətüs-süəda»nın  orijinal 

olması  haqqında  irəliyə  sürdüyü  bu  fikir  sonralar  heç  bir  əks-səda 

verməmiş,  Füzuli  haqqında  olan  bütün  tədqiqatlarda  «Hədiqətüs-süəda»dan 

yenə də sərbəst-tərcümə əsəri kimi söhbət açılmışdır. 

Lakin  XX  əsrin  son  onilliyində  «Hədiqətüs-süəda»nın  orijinal  əsər 

kimi dəyərləndirilməsi meyli güclənmişdir. Heç şübhəsiz, belə bir meylin 

artmasında  Türkiyə  araşdırıcılarının  (Xüsusilə,  1987-ci  ildə  «Hədiqətüs-

süəda»nın prof. Ş.Güngör tərəfindən hazırlanmış elmi-tənqidi mətn və ona 

yazılan  ön  söz  nəzərdə  tutulur)  təsirini  görməmək  mümkün  deyildir. 

Çünki bilavasitə bu nəşrə qədər «Hədiqətüs-süəda»dan tərcümə əsəri kimi 

bəhs edən müəlliflər

2

 bundan sonra, görünür, həmin əsərin təsiri ilə «Hədi-



qətüs-süəda»nın orijinal əsər olması haqqında fikir yürütməyə başlamışlar. 

Məsələ ondadır ki, Türkiyə ədəbiyyatşünaslığında «Hədiqətüs-süəda»nın  

«Rövzətüş-şühəda»dan  tərcümə,  iqtibas,  sərbəst  tərcümə  olduğunu  söy-

ləyənlər daha çoxdur

3

 və elə prof. Ş.Güngörün özü «Hədiqətüs-süəda»nın 



orijinal  əsər  olduğunu  sübut  etməyə  çalışsa  da,  tərtib  etdiyi  mətnə  əlavə 

etdiyi  ön  sözdə  «əski  ədəbiyyatımızda  tərcümə  anlayışının  zəmanəmiz-

dəki çeviridən fərqli olduğunu» xatırladır.

4

  



Orta əsrlər Azərbaycan, eləcə də Şərq ədəbiyyatında tərcümə abidələri 

üzərində  aparılan  müşahidə  və  tədqiqatlar  «Hədiqətüs-süəda»nın  orijinal 

əsər  olduğunu  sübut  etməyə  çalışan  alimlərin  gətirdiyi  aşağıdakı  fakt  və 

dəlillərin əsassız olduğunu təsdiqləyir. 

1. «Hədiqətüs-süəda»nın orijinal olduğunu sübut etməyə çalışan müəl-

liflər,  bir  qayda  olaraq,  onun  başqa  cür  adlandırıldığını  əsas  amillərdən 

                                           

1

  M.Sultanov.  Füzulinin  «Hədiqətüs-süəda»  əsəri  //  «Azərbaycan»  jurnalı,  1958, 



№ 7, s. 182-190  

2

 Ə.Səfərli,  X.Yusifov. Qədim və orta əsrlər  Azərbaycan ədəbiyyatı /Ali  məktəb 



tələbələri üçün dərslik. Bakı, 1982, s. 278-280 

3

  S.Hacıyev.  Məhəmməd  Füzulinin  «Hədiqətüs-süəda»  əsəri  türk  ədəbiyyat-



şünaslığında/Gənc ədəbiyyatşünasların respublika konfransının materialları. Bakı, 

1992, s. 62-63  

4

  Ş.Güngor.  Giriş  //  Fuzuli.  Hadikatü’s-sü’eda  (hazırlayan:  dr.  Şeyma  Güngör), 



Ankara, 1987, s. XV-LXXIII 


 

 

33 



biri  kimi  götürürlər.

1

  Halbuki  öncə  qeyd  olunduğu  kimi,  orta  əsrlərin 



çoxsaylı tərcümə abidələri üzərində aparılan araşdırmalar göstərir ki, tari-

xən  Şərq  ədəbiyyatında  tərcümə  əsərləri  daha  çox  orijinaldan  fərqli  şəkildə 

adlandırılmışdır.  Bu  baxımdan  «Rövzətüş-şühəda»nın  «Səadətnamə»  və 

«Şühədanamə» adı ilə tərcümə olunmasını yada salmaq kifayət edər.  

2.  «Hədiqətüs-süəda»nı  orijinal  əsər  hesab  edən  prof.  S.Əliyev  yazır: 

«Şair  türkcə  «müsibətnamə»  yazmaq  sifarişi  aldıqdan  sonra…  Allahdan  

iltifat diləyib işə girişir… Allahdan iltifatı tərcümə edənlər yox, şah əsər 

yaradanlar  uma  bilər».

2

  Prof.  Ə.Səfərli:  «Yeni  əsərin  girişində  Füzuli 



kömək üçün Allaha üz tutur, ondan yardım diləyir, gözəl və mənalı sözlər 

tapmaq  üçün  Allaha  yalvarır...  «Hədiqətüs-süəda»  tərcümə  əsəri  olsaydı, 

bunlar artıq görünməzdimi?!»

3

  



Orta  əsrlərin  tərcümə  abidələri  ilə  tanışlıq  göstərir  ki,  həmin  dövrdə 

tərcümə işi orijinal yaradıcılığa bərabər tutulmuşdur. Yaradıcı bir iş üçün  

Allah-taalaya  üz  tutmaq,  ondan  kömək  və  iltifat  diləmək  isə artıq  görün-

məməlidir. 

3.  Füzulinin  «Hədiqətüs-süəda»dakı  «Hala  əlsineyi-ərəbdə  məzkur 

olan  məqtəli-Əbu  Mühnəf  və  Məsrə’i-Tavusidür  ki,  Seyyid  Rəziyəddin 

Əbülqasim  Əli  bin  Musa  bin  Cə’fər  bin  Məhəmməd  ət-Tavusi  kəmali-

təhqiq  və  tədqiq  ilə  əsnadi-mö’təbərdən  nəql  edüb  itmaminə  ehtimam 

etmiş.  Və  əfvahi-əcəmdə  məşhur  olan  kitabi-«Rövzətüş-şühəda»dür  ki, 

həzrəti-əfsəhül-mütəkəllimin  Mövlana  Hüseyn  Vaiz  tətəbbö’i-təvarix  və 

təfasir edüb diqqətlə yazmağın rəvayətləri dərəceyi-sihhətə yetmiş və mən 

xaksarə  niyyət  oldur  ki,  əsli-tə’lifdə  «Rövzətüş-şühəda»yə  iqtida  qılub 

sayir kütubdə olan nükati-qəribələri mümkün olduqcə ana əlavə qılam...»

4

 



qeydlərindən  çıxış  edən  müəlliflər  göstərirlər:  «Şair  qeyd  etdiyi  kitablar-

dan, o cümlədən Hüseyn Vaizin «Rövzətüş-şühəda»sından öz əsəri üçün 

                                           

1

  M.Sultanov. Füzulinin «Hədiqətüs-süəda» əsəri // «Azərbaycan» jurnalı, 1958, 



№ 7, s. 182-190; S.Əliyev. Orijinal abidə // «Azərbaycan» jurnalı, 1991, № 11-

12, s. 48-53; Yenə onun: Azərbaycan nəsrinin orijinal abidəsi // S.Əliyev. Füzuli 

(Nəzəri-bədii  düşüncələri).  Bakı,  1996,  s.  65-104;  Ə.Səfərli.  «Hədiqətüs-süəda» 

tərcümədirmi?  //  AMEA-nın  Xəbərləri.  Ədəbiyyat,  dil  və  incəsənət  seriyası, 

Məhəmməd Füzulinin anadan olmasının 500 illiyinə həsr olunmuş xüsusi buraxılış, 

1996, s. 50-60  

2

   S.Əliyev. Azərbaycan nəsrinin orijinal abidəsi // S.Əliyev. Füzuli (Nəzəri-bədii 



düşüncələri). Bakı, 1996, s. 76 

3

  Ə.Səfərli. Göstərilən əsəri, s. 53 



4

  Füzuli. Əsərləri: 6 cilddə, VI c./Tərtib edəni: H.Məmmədzadə. Bakı, 1996, s. 16  




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə