Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə17/24
tarix20.08.2018
ölçüsü1,01 Mb.
#63759
1   ...   13   14   15   16   17   18   19   20   ...   24

 

 

36 



tərcümə  olunmayıb?    Bu  «yarımçıqlıq»  tərcümə  prinsipləri  ilə  bir  araya 

sığmır».


1

 Məsələ ondadır ki, Füzulinin «Hədiqətüs-süəda» əsərində istifa-

də  etdiyi  ərəbcə  mənzum  parçalar  olduqca  geniş  yayılmış  məlum  və 

məşhur şeirlərdir və sitat kimi istifadə olunan həmin şeirlər təkcə «Hədi-

qətüs-süəda» və «Rövzətüş-şühəda»da deyil, digər qaynaqlarda da eynilə 

işlənmişdir.  Həmin  şeirlər  Füzulinin  yaşadığı  dövrdə  islam  aləmində  o 

qədər məlum və məşhur olmuşdur ki, şair onların tərcüməsinə ehtiyac belə 

görməmişdir.  

7.  «Hədiqətüs-süəda»nın  orijinal  əsər  olmasını  əsaslandırmaq  istəyən 

S.Əliyev  daha  sonra  yazır:  «Füzuli  öz  əsərini  «Sultani-şəhənşahu  qütbi-

daireyi-əmnü  əman  Əbülmüzəffər  Sultan  Suleyman  ibni  Sultan  Səlim 

xana»  ithaf  edib;  əsərdə  həmçinin  vali  Məhəmməd  paşaya  mədh  vardır. 

Əgər  «Hədiqətüs-süəda» tərcümə olsaydı, Füzuli özgənin əsərini özünün 

istədiyi adama nə haqla ithaf (hədiyyə) edə bilərdi? ...»

2

   


Orta  əsrlərin  tərcümə  abidələri  çox  vaxt  xüsusi  sifarişlərlə,  bəzən  də 

hökmdarların göstərişi ilə şair və saray katibləri tərəfindən yazılaraq on-

lara  ithaf  olunurdu.  Belə  bir  vəziyyət  təkcə  «Hədiqətüs-süəda»da  deyil, 

orta yüzilliklərin əksər tərcümə abidələrində müşahidə olunur. Bu baxım-

dan təkcə Nişatinin «Şühədanamə» adlı tərcüməsini xatırlatmaq kifayətdir.  

8.  «Hədiqətüs-süəda»nın  orijinal  əsər  olduğunu  sübut  etməyə  çalışan  

S.Əliyevi  belə  bir  sual  da  düşündürür:  «…niyə  «Hədiqətüs-süəda» 

«Rövzətüş-şühəda»dan,  yəni tərcümə  orijinaldan  tutuşdurulmaz  dərəcədə 

geniş yayılıb?… Orijinal dura-dura tərcüməyə bu qədər maraq hardan idi? 

...Bizə  belə  gəlir  ki,  bu  dəlil  də  «Hədiqə»nin  məhz  orijinal  olmasının 

nəticəsidir»

3

.  



Məlumdur ki, Kaşifi öz əsərini fars, Füzuli isə türk oxucuları üçün yaz-

mışdır. Eləcə də Füzulinin özü əsərə yazdığı müqəddimədə türklərin «dünya 

əhalisinin  ən  böyük  qismini  və  Adəm  oğullarının  əksəriyyətini  təşkil 

etdiyini»

4

 göstərmişdir. Aydındır ki, say etibarilə çox olan xalqın ehtiyacını 



ödəmək  üçün  Füzuli  kimi  bir  sənətkar  tərəfindən  yazılan  əsərin  əlyazma 

nüsxəsi  də  çox  olmalı  idi  və  bunun  «Hədiqətüs-süəda»nın  orijinal,  yaxud 

tərcümə olub-olmamasına heç bir aidiyyəti yoxdur və ola da bilməzdi. 

9.  Tədqiqatçı  alimlərdən  Ə.Səfərli  «Hədiqətüs-süəda»nın  orijinal  əsər 

                                           

1

 S.Əliyev. Azərbaycan nəsrinin orijinal abidəsi // S.Əliyev. Füzuli (Nəzəri-bədii 



düşüncələri). Bakı, 1996, s. 79  

2

 Yenə orada, s. 78-79  



3

 Yenə orada, s. 81. 

4

  Füzuli. Əsərləri: 6 cilddə, VI c, Bakı, 1996, s. 15  




 

 

37 



olmasını  əsaslandırmaq  niyyətilə  yazır  ki,  Füzulinin  «Hədiqətüs-süəda» 

əsəri XIX yüzillikdə 1877-ci ildə Məhəmməd Mehdi Nəini tərəfindən fars 

dilinə tərcümə olunmuşdur.

1

  Qeyd etmək lazımdır ki, eyni mülahizə prof. 



Ş.Güngörün  1987-ci  ildə  «Hədiqətüs-süəda»nın  tərtib  etdiyi  elmi-tənqidi 

mətninə yazdığı ön sözdə də verilmişdir; onun qeyd etdiyinə görə, sözü-

gedən əsər 1294/1877-ci ildə Məhəmməd Mehdi fərzəndi-Mirzə Əbdürrə-

him Nəini tərəfindən fars dilinə tərcümə olunmuşdur.

2

 Lakin Ş.Güngörün 



həmin qeyddən sonra səhifənin sonunda verdiyi çıxarışdan məlum olur ki, 

alim bu faktı Əhməd Münzəvinin «Fehrist-e nosxeha-ye xətt-e farsi» adlı 

kitabından götürmüş, əslində isə o, adı çəkilən əsəri görməmişdir. Əhməd 

Münzəvinin kitabı ilə tanışlıq deyilən faktı təsdiqləsə də, onun qeyd etdiyi  

həmin nüsxə bizə də məlum olmadığına görə, həmin əsərin tərcümə olub-

olmaması  haqqında  qəti  fikir  deyə  bilmərik.  Bizcə,  həmin  nüsxənin 

Füzulinin «Hədiqətüs-süəda» və digər  məqtəl örnəkləri əsasında Kərbəla 

hadisəsinə  həsr  olunmuş  ayrıca  bir  kitab  kimi  hazırlana  bilməsi  ehtimalı 

daha inandırıcı görünə bilər.  Hər iki əsər arasında qarşılaşdırma aparma-

dan  həmin  əsəri  qeyd-şərtsiz  olaraq,  ümumilikdə,  «Hədiqətüs-süəda»nın 

tərcüməsi  kimi  qəbul  etmək  Füzuli  sənətinə  böyük  şöhrət  əlaməti  kimi 

dəyərləndirilsə də, elmi baxımdan özünü doğrulda bilmir. 

Göründüyü  kimi,  Füzulinin  «Hədiqətüs-süəda»  əsərini  orijinal  hesab 

edən müəlliflər konkret fakt və orta əsr tərcümə abidələri üzərində aparı-

lan  sistemli  tədqiqatlara  əsaslanmayaraq  daha  çox  ümumi  müddəalardan 

çıxış  etdiklərindən,  onların  əsərin  orijinallığını  sübut  etmək  üçün  irəli 

sürdüyü müddəalar inandırıcı görünmür. 

Üçüncü fəslin «“Rövzətüş-şühəda” və “Hədiqətüs-süəda”: səsləşmə 



və fərqlər» adlanan beşinci bölməsi özü də altı bənddən ibarətdir. Birinci 

bənd «“Rövzətüş-şühəda” və “Hədiqətüs-süəda”nın bədii arxitektoni-



kası:  eyniyyət  və  ayrılıqlar»  adlanır.  «Hədiqətüs-süəda»  ilə  «Rövzətüş-

şühəda»nın  müqayisəli  təhlili  göstərir  ki,  hər  iki  əsər  bədii  quruluş  və 

tərtibatına görə eyniyyət təşkil edir. Onların dibaçəsindən tutmuş babları-

nın  adına  və  məzmununa  qədər  müqayisəsi  də  belə  bir  eyniyyəti  təsdiq 

edir.  Hər iki  əsərin  dibaçəsindəki  yeganə  fərq  onların  yazılma  səbəbi ilə 

bağlıdır. Belə ki, Hüseyn Vaiz Kaşifi əsərinin yazılma səbəbi kimi ona qə-

                                           

1

    Ə.Səfərli.  «Hədiqətüs-süəda»  tərcümədirmi?  //  AMEA-nın  Xəbərləri.  Ədəbiy-



yat, dil və incəsənət seriyası, Məhəmməd Füzulinin anadan olmasının 500 illiyinə 

həsr olunmuş xüsusi buraxılış, 1996, s. 55  

2

    Ş.Güngor.  Giriş  //  Fuzuli.  Hadikatü’s-sü’eda  (hazırlayan:  dr.  Şeyma  Güngör), 



Ankara, 1987, s. L 


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə