Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə14/24
tarix20.08.2018
ölçüsü1,01 Mb.
#63759
1   ...   10   11   12   13   14   15   16   17   ...   24

 

 

30 



tənqidi mətni ayrıca əhəmiyyətə malikdir.

1

  



Lakin aparılan müqayisələrdən çıxış edərək göstərmək olar ki, hələlik 

«Hədiqətüs-süəda»nın  Füzulinin  öz  əli  ilə  yazdığı  avtoqraf  nüsxəsi  elm 

aləminə məlum olmadığına görə, əsərin elmi-tənqidi mətni hazırlanarkən 

bir  çox  söz  və  ifadələrin  dəqiqləşdirilməsi  üçün  Hüseyn  Vaiz  Kaşifinin 

«Rövzətüş-şühəda»  əsəri  əvəzsiz  qaynaq  sayıla  bilər.  Çünki  Füzuli 

«Hədiqətüs-süəda»nı Kaşifinin əsərindən tərcümə etdiyindən, oradakı bir 

çox  söz  və  ifadələri  də  məhz  orijinalda  olduğu  kimi  saxlamışdır.  Lakin 

təəssüf  ki,  «Hədiqətüs-süəda»  əsərinin  yuxarıda  adı  çəkilən  elmi-tənqidi 

mətnləri hazırlanarkən «Rövzətüş-şühəda» əsərindən yardımçı nüsxə kimi 

istifadə edilməmiş  və  nəticədə  əsas  mətndə  verilməsi  lazım  olan  bir çox 

söz və ifadələr nüsxə fərqlərində göstərilmişdir. Dissertasiya işində konk-

ret  nümunələr  əsasında  hər  iki  elmi-tənqidi  mətndə  yer  almayan,  ancaq 

nüsxə  fərqlərində  göstərilən  bir  çox  söz  və  ifadələr  «Rövzətüş-şühəda» 

əsəri əsasında bərpa olunmuşdur.  

Üçüncü  fəslin  «“Hədiqətüs-süəda”  əsəri  ətrafında  mübahisələr: 

tərcümə,  yoxsa  orijinal  abidə?»  adlı  dördüncü  bölməsində  müəllif 

əsərin orijinal, yoxsa tərcümə olması haqqındakı fikirlərə sistemli  müna-

sibət  bildirərək  yazır  ki,  müasir  ədəbiyyatşünaslıqda  Füzulinin  «Hədiqə-

tüs-süəda» əsərinin bəzən orijinal, bəzən isə tərcümə (sərbəst tərcümə) ki-

mi dəyərləndirilməsinin

2

 əsas səbəbi araşdırıcıların əsərə tarix baxımından 



deyil, müasir tələblər yönündən yanaşması ilə bağlıdır. Çünki «Hədiqətüs-

süəda»  ondakı  sərbəstliyə  görə  çağdaş  tərcümə  nəzəriyyəsi  baxımından 

müasir  adekvat  tərcümələrə  uyğun  gəlməsə  də,  tarix  baxımından  orta 

əsrlər  tərcümə  abidələrinə  xas  olan  bütün  xüsusiyyətləri  özündə  birləş-

dirir.  Əslində  «Hədiqətüs-süəda»nın  orijinal  olması  haqqında  məsələnin 

qoyuluşu düzgün deyildir. Çünki bir halda ki, müəllifin özü əsəri yazarkən 

əsaslandığı,  daha  doğrusu,  «iqtida  (yamsılama,  təqlid)  qıldığı»  qaynağın 

adını çəkir və bütün əsər boyu həmin qaynağın nəinki məzmununa toxu-

nur,  hətta  onun  quruluşu,  fəsillərinin  sayı  və  adlarını  belə  olduğu  kimi 

saxlayaraq  onu  təqlid  edir  və  bu  təqlid  eyni  dildə  deyil,  başqa  bir  dildə-

dirsə,  onda  belə  əsərə  orijinal  əsər  demək  elmi  baxımdan  özünü  nə 

dərəcədə doğruldur? 

                                           

1

 Füzuli. Əsərləri: 6 cilddə, VI c./Tərtib edəni: H.Məmmədzadə. Bakı, 1996 



2

  M.Nağıyev.  «Hədiqətüs-süəda»  tərcümədirmi  //  «Elm  və  həyat»  jurnalı,  Bakı, 

1991, № 2, s. 22- 23; Ə.Səfərli. «Hədiqətüs-süəda» tərcümədirmi? // AMEA-nın 

Xəbərləri.  Ədəbiyyat,  dil  və  incəsənət  seriyası,  Məhəmməd  Füzulinin  anadan 

olmasının 500 illiyinə həsr olunmuş xüsusi buraxılış, 1996, s. 50-60 



 

 

31 



Füzuli  özü  əsərin  dibaçəsində  «Hədiqətüs-süəda»nın  indiki  anlamda 

orijinal  əsər  olmadığını,  əsərin  sərbəst-yaradıcı  tərcümə  olduğunu  açıq-

aşkar  yazır:  «…mən  xaksarə  niyyət  oldur  ki,  əsli-tə’lifdə  «Rövzətüş-şü-

həda»yə iqtida qılub sayir kütubdə olan nükati-qəribələri mümkin olduqcə 

ana  əlavə  qılam  və  «Hədiqətüs-süəda»  ilə  mövsum  edüb  on  bab  və  bir 

xatimədə  surəti-tə’lifinə  itmam  verəm…».

1

  Füzuli  başqa  yerlərdə  isə 



əsərin tərtibilə məşğul olduğunu yazır: «Mən ki bu nəsihəti isğa qıldum və 

…əncaminə (bəzi əlyazma nüsxələrində «tərtibinə»

2

)  təvəccöh  qıldum».



3

 

Orta əsrlər tərcümə əsərlərinin bəzən «tərcümə» əvəzinə «tərtib», «təsnif» 



və  s.  adlandırılmasının  adi  bir  hal  olması  məlumdur

4

  və  Füzulinin  də 



əsərinin məhz «tərtib», «təsnif» adlandırması təsadüfi deyildir. 

«Hədiqətüs-süəda»nın orijinal, yaxud sərbəst tərcümə olmasını sübuta 

yetirməyə  çalışarkən,  heç  şübhəsiz,  əsər  yazıldığı  tarixi  dövrdən  təcrid 

edilməməlidir. Xatırladaq ki, Füzulinin yaşadığı dövrdə və sonrakı yüzil-

liklərdə  qələmə  alınmış  bütün  təzkirələrdə  «Hədiqətüs-süəda»  tərcümə 

əsəri kimi təqdim olunur.  

«Hədiqətüs-süəda»nı  tərcümə  deyil,  orijinal  əsər  kimi  dəyərləndirən 

müəlliflər daha çox Füzulinin «təəssübkeş»ləridir. Onlar hesab edirlər ki, 

Füzuliyə  tərcüməçi  demək  onu  kiçiltməkdir.  Bu  isə  orta  yüzilliklər  ədə-

biyyatında  bədii  tərcümə,  onun  xüsusiyyətləri,  prinsipləri  və  s.  haqqında 

qeyri-müəyyən  təsəvvürə  malik  olmaqdan  irəli  gəlir.  Bu  məqamda  orta 

əsrlər Azərbaycan tərcümə abidələri üzərində sistemli və ardıcıl tədqiqat 

aparmış f.e.d. Möhsün Nağıyevin  aşağıdakı səmimi etirafını xatırlatmaq 

yerinə  düşər:  «…«Hədiqətüs-süəda»  orta  əsrlərin  sərbəst-yaradıcı  tərcü-

mələrinə  xas  olan  bütün  xüsusiyyətləri  özündə  birləşdirir  və  onu  klassik 

tərcümə sənətinin bu növünə aid etmək olar. Qeyd edək ki, biz  də vaxtilə 

«Hədiqətüs-süəda»nı orijinal [əsər] hesab etmişdik. Lakin sonralar klassik 

tərcümə  nümunələri  üzərində  apardığımız  müşahidələrə,  xüsusilə  də  hər 

iki əsərin mətnlərinin dönə-dönə müqayisəsinə əsasən bu qənaətə («Hədi-

qətüs-süəda»nın sərbəst-yaradıcı tərcümə olmasına – A.M.) gəldik».

5

  

«Hədiqətüs-süəda»  yazıldığı  vaxtdan  etibarən  tərcümə  əsəri  kimi 



dəyərləndirilsə də, ilk dəfə 1958-ci ildə Məmmədağa Sultanov onu orijinal 

                                           

1

 Füzuli. Əsərləri: 6 cilddə, VI c./Tərtib edəni: H.Məmmədzadə. Bakı, 1996, s. 16 



2

 Füzuli. Hadikatü’s-süeda (hazırlayan: dr. Şeyma Güngör), Ankara, 1987, s. 17 

3

 Füzuli. Əsərləri: 6 cilddə, VI c./Tərtib edəni: H.Məmmədzadə. Bakı, 1996, s. 15 



4

 M.Nağısoylu. Orta əsrlərdə Azərbaycanda tərcümə sənəti. Bakı, 2000, s. 42-44 

5

  M.Nağıyev.  XV-XVI  əsrlər  Azərbaycan  tərcümə  abidələri  /  Tekstoloji  tədqiqi, 



tərcümə və dil xüsusiyyətləri /: Fil. elm. ... dok. dis., Bakı, 1994, s. 50 


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə