Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə22/24
tarix20.08.2018
ölçüsü1,01 Mb.
#63759
1   ...   16   17   18   19   20   21   22   23   24

 

 

48 



Bir  sıra  məqamlarda  isə  Füzuli  «Rövzətüş-şühəda»da  farsca  verilən 

səclərin tərcüməsini verməklə səc yaratmışdır. Məsələn,  

1

                                                                                            



«Hədiqətüs-süəda»dan:  «Əlqissə,  şö’leyi-atəşi-rüxsari  İbn  Mülcəmin 

xirməni-qərarinə bir nairə buraxdı ki, ol siyəhrüzgarın canın  yaxdı...».

2

 

Göründüyü kimi, Füzuli burada orijinalda işlənən «



» (alışdır-

maq)  felinin  «buraxdı»,  «

»  (yandırdı)  felini  isə  «yaxdı»  kimi 

tərcümə edərək orijinalla səsləşən səclər yaratmışdır. 

Füzuli  bir  sıra  məqamlarda  «Rövzətüş-şühəda»da  səcsiz  verilən 

cümləni  səcli  nəsrlə  tərcümə  etmişdir:  «İmam  Cə’fəri  Sadiqdən  nəqldür 

ki, ifrati-giryə beş kimsənədə münhəsirdir: biri Adəm ki, behişt fəraqindən 

nalan  idi  və  biri  Yə’qub  ki,  Yusif  hicrindən  giryan   idi  və  biri  Yusif  ki, 

Yə’qub  yadilə  pərişan    idi  və  biri  Fatimeyi-Zəhra  ki,  Həzrəti-Rəsulun 

atəşi-fəraqindən büryan  idi və biri Əliyyi-Zeynəlabdin ki, qırx il vaqieyi-

Kərbəladan sonra layənqəte’ sirişkəfşan  idi...».

3

 



Təqdim  olunan  hissədə  Füzuli  müəyyən  ixtisar  aparmaqla  bərabər, 

verilən fikri daha dəqiq və obrazlı ifadə etmək üçün Kaşifidən fərqli ola-

raq,  bir-birindən  rəngarəng  səclər  («nalan»,  «giryan»,  «pərişan»,  «bür-

yan»,  «sirişkəfşan»)  işlətmişdir;  hər  bir  səc  isə  fikrin  ifadəsinə  yeni  bir 

məna çaları gətirməklə yığcamlıq və lakonikliyi təmin etmişdir. 

Ümumiyyətlə, qeyd edək ki, «Rövzətüş-şühəda»dan fərqli olaraq, səc 

«Hədiqətüs-süəda»    əsərində  bədii  mətnin  ayrılmaz  tərkib  hissəsi  kimi 

çıxış edir və müəllif əsərin dilində bu sənətin bütün növ və incəliklərindən 

böyük bir məharətlə istifadə etmişdir. Bütün bu deyilənlər isə S.Əliyevin 

irəli sürdüyü  «Füzuli  öz  əsərində  («Hədiqətüs-süəda»da  –  A.M.)  hadisə-

lərin iti və hərarətli axınını təmin etmək və bu surətin soyuyub-səngimə-

sinə yol verməmək üçün səclərə az  müraciət etmişdir»;  «Füzuli ... nəsri-

müsəccənin  təhkiyəyə  vura  biləcəyi  ziyanı  görür  və  səcləri  seyrəltməyə, 

mümkün  olduqda  bunların  sayını  azaltmağa  çalışırdı»

4

  kimi  qənaətləri 



təkzib  üçün  ciddi  əsas  verir.  Çünki  Füzuli  sələfi  Kaşifi  ilə  müqayisədə 

nəsr  hissələrdə  səclərə  daha  geniş  yer  vermişdir.  Dissertasiya  işində 

«Hədiqətüs-süəda»  əsərindən  götürülmüş  çoxsaylı  nümunələr  əsasında 

                                           

1

 H.V.Kaşifi. Rövzətüş-şühəda. Bombey, h.1325, s. 136-137       



2

 Füzuli. Əsərləri: 6 cilddə, VI c., Bakı, 1996, s. 151 

3

 Yenə orada, s. 124 



4

 S.Əliyev. Nəzəri fikir sarayımızın təməl daşları // S.Əliyev. Füzuli (Nəzəri-bədii 

düşüncələri). Bakı, 1996, s. 9  



 

 

49 



səcin çeşidli növləri təqdim və təhlil olunur. 

Füzulinin bənzərsiz obrazlı deyim tərzi bir çox məqamlarda elə məhz 

səcli qafiyələrlə müşayiət olunur: «...Ayişə və Səfiyyə və Həfsə və bə’zi 

müxəddərati-həramsərayi-ismət  dəxi  ittifaq  edüb  və  Ühud  dağına 

təvəccöh  etdilər  və  hiddəti-fəryadü  fəğanla  lalələr  kibi  giribanların  çak 

edüb, çeşmələr kibi didələr nəmnak qıldılar».

1

 

Göründüyü  kimi,  Füzuli  bu  nümunədə  də  Ayişə,  Səfiyyə  və  başqa 



qadınların ağlayaraq fəryad qoparması və paltarlarını cırmalarını lalələrin 

örtüyünü  cırmasına,  axan  göz  yaşlarını  isə  çeşmələrə  bənzətmişdir. 

Aşağıdakı nümunədə isə Füzuli yenə təşbeh kimi lalədən istifadə etsə də, 

bu zaman o lalənin başqa bir cəhətinə  – qönçə halında dayanaraq baharı 

gözləməsinə  diqqət  yetirir,  Həzrəti-Fatimənin  səbir  etməsini  onunla 

müqayisə edir və bunu səcdən istifadə ilə poetikləşdirir: «Həzrəti-Fatimə 

Murtəzayi-Muctəbanın  nəsihətindən  təcavüz  etməyüb  ol  daği-nihanlə 

qanlar  udub  və  suzi-dilini  pünhan  dutub  qönçeyi-lalə  kibi  növbahari-

və’dəyə müntəzir və mütərəssid olub səbr etdi...».

2

 



Başqa  bir  məqamda  isə  müəllifin  obrazlı  fikrinin  ifadəsinin  əsasında 

lalənin  rənginin  qırmızılığı  durur.  İmam  Həsənin  dilindən  bir  yəhudiyə 

müraciətlə deyilmiş aşağıdakı örnəyə diqqət edək: «Ey Saleh, qarındaşım 

Hüseyn sənin mənzilindədür, mənə təslim et, tə’əllül etmə, yoxsa... validi-

büzürgvarinə surəti-hali şərh edərəm ki, tiği-abdar və Zülfiqari saiqəkirdar 

ilə yer üzün yəhudilər qanindən laləzar edər...».

3

  Aşağıda  təqdim  olunan 



örnəklərdə  də  Füzuli  müxtəlif  məqamlarda  imam  Hüseynin  təsvirində 

əvvəlcə  verdiyimiz  nümunələrlə  səsləşən  rəngarəng  bənzətmələrdən 

istifadə  etmişdir.  Məsələn:  «...nərgisi-şəhlasın  açub,  gül  kibi  təbəssüm 

edib  gülşəni-cinanə  əzm  etdi».

4

  «Rəvayətdir  ki,  ol  zəmandə  şəhzadə  on 



səkkiz  yaşında  olub  sünbüli-gisuyi-müşkbarı  gülşəni-rüxsarınə  sayə 

salmaqda idi və ətrafi-laləzarı bənəfşeyi-tərdən müzəyyən olmaqdə idi».

5

 

       Bəzən  Füzuli  Kaşifinin  şeirlə  verdiyi  fikri  nəsr  dilində  elə 



bənzətmələrlə təqdim edir ki, oxucu bu sənətkarlığa heyran qalır. Hər iki 

əsərdə  Yusifin  Züleyxanın  əmri  ilə  zəncirlənərək  zindana  salınması 

səhnəsində  Cəbrayılla  olan  dialoqa  diqqət  yetirək:  «Cəbrail  Həzrəti-

Cəlildən  gəlüb  ayıtdı:  «Ey  Yusif,  bəndü  zindandən  ələm  çəkmə  ki, 

                                           

1

 Füzuli. Əsərləri: 6 cilddə, VI c., Bakı, 1996, s. 78 



2

 Yenə orada, s. 122-123 

3

 Yenə orada, s. 108 



4

 Yenə orada, s. 295 

5

 Yenə orada, s. 304 




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə