Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə2/24
tarix20.08.2018
ölçüsü1,01 Mb.
#63759
1   2   3   4   5   6   7   8   9   ...   24

 

 



mümkün olmuş, klassiklərimizin, o cümlədən Füzuli irsinin dini məzmun-

lu bir sıra örnəkləri işıq üzü görərək müxtəlif aspektlərdən tədqiqata cəlb 

edilmişdir.  

Tədqiqatın  obyekti.  Şərqin  böyük  söz  ustadlarından  sayılan  Cəla-

ləddin Rumi, Sədi və Hafiz Şirazi, eləcə də Qazi Bürhanəddin, İmadəddin 

Nəsimi, Şah İsmayıl Xətayi, Seyid Əzim Şirvani və başqalarının divanla-

rında  bir  çox  Qurani-Kərim  ayələrinin,  Peyğəmbər  hədislərinin  şərh, 

iqtibas və tərcümələrinə müxtəlif formalarda müraciət olunmuşdur. Həmin 

xüsusiyyət Şərq divan şeirində bir növ ənənə kimi mövcud olmuş və bu, 

Füzuli  yaradıcılığından  da  yan  keçməmişdir.  Füzuli  yaradıcılığında  istər 

Qurani-Kərim  və  hədislərdən,  istərsə  də  öz  sələflərindən  gələn  təlmih, 

iqtibas  və  təzminlər  çeşidli  üslubi  məqamlara  malikdir.  Heç  də  təsadüfi 

deyil ki, onun yaradıcılığı bu aspektdən Ə.Fəhmi, Mir Cəlal, N.Cümşüd-

oğlu, A.Qasımova, V.Almazov, R.Faseh və digər tədqiqatçılar tərəfindən 

müxtəlif baxımlardan araşdırmaya cəlb edilmişdir.

1

  

Təqdim edilən tədqiqatda isə konkret olaraq Füzulinin tərcümə əsərləri 



–  «Tərcümeyi-Hədisi-ərbəin»  və  «Hədiqətüs-süəda»  araşdırmaya  cəlb 

edilərək  xüsusi  tədqiqat  obyekti  kimi  götürülmüşdür.  Çünki  məhz  bu  iki 

əsərlə  o, tərcüməyə  hər  hansı  bir  üslubi  məqam  və  ya  dolayısı  ilə  deyil, 

xüsusi formada müraciət etmiş və Azərbaycan-türk bədii tərcümə ədəbiy-

yatının  çeşidli  örnəklərini  yaratmışdır.  Tədqiqatda  bir  çox  əlyazma,  əski 

mənbə  və  nəşrlərə  müraciət  olunmuş,  Füzulinin  tərcümə  əsərlərinin 

müxtəlif əlyazma və çap nüsxələrindən istifadə edilmişdir. 

Mövzunun  öyrənilmə  dərəcəsi.  Füzulinin  bədii  tərcümə  sahəsindəki 

fəaliyyəti müxtəlif vaxtlarda ayrı-ayrı tədqiqatçılar tərəfindən araşdırmaya 

cəlb  edilmiş,  həmin  tərcümə  əsərləri  haqqında  müxtəlif  fikir  və 

mülahizələr irəli sürülmüşdür. Bu baxımdan türk alimi prof. Ə.Qaraxanın 

tədqiqatları ayrıca əhəmiyyət kəsb edir. O, Füzulinin «Tərcümeyi-Hədisi-

                                           

  

1

 Ə.Fəhmi. Füzuli qəzəllərinin bəzi poetik xüsusiyyətləri haqqında / Məhəmməd 



Füzuli (Elmi-tədqiqi məqalələr). Bakı, 1958, s. 250-271; Mir Cəlal. Füzuli sənət-

karlığı.  Bakı,  2005;  N.Cümşüdoğlu.  Füzulinin  sənət  və  mərifət  dünyası.  Bakı-

Tehran, 1997; A.Qasımova. Füzuli yaradıcılığında Quran rəvayətləri. Bakı, 1995; 

yenə  onun:  XIV-XVI  əsrlər  Azərbaycan  ədəbiyyatı  və  Quran  qissələri.  Bakı, 

1998; V.Almazov.  Füzuli  yaradıcılığında  dini-mənqəbəvi  anlayışların  yeri  və 

bədii  ifadə  yolları  (Türkcə  divan  və  «Leyli  və  Məcnun»  məsnəvisi  üzrə).  Fil. 

elm. nam. ... dis. Bakı, 1994; yenə onun:  Peyğəmbər aşiqi Füzuli. Bakı, 2007; 

R.Faseh. Füzuli şeirində təsəvvüfi qaynaqlar. Bakı, 2000. 

 



 

 



ərbəin»  əsərini  Türkiyədə  ilk  dəfə  çap  etdirməklə  yanaşı,  onu  Caminin 

«Hədisi-ərbəin»i ilə də müqayisəli şəkildə araşdırmışdır. Alim islam-türk 

ədəbiyyatında  40  hədis  mövzusu  ilə  bağlı  tədqiqatında  da  Füzulinin 

«Tərcümeyi-Hədisi-ərbəin» əsərinə müraciət etmiş, əsər haqqında qiymət-

li  fikirlər  söyləmişdir.

1

  Ə.Qaraxan  «Hədiqətüs-süəda»  əsəri  haqqında  da 



ilk  fikir  söyləyən  müəlliflərdəndir.  O  həm  «Anadolu  türk  ədəbiyyatında 

«Məqtəli-Hüseyn»lər»  adlı  tədqiqatında,  həm  də  məqalələrində  əsərin 

mövzusu, janrı, quruluşu və yazılma tarixi haqqında maraqlı fikir və müla-

hizələr  irəli  sürmüşdür.

2

  Türk  alimi  prof.  Ş.Güngör  də  Ə.Qaraxanın 



tədqiqatlarını davam etdirərək «Hədiqətüs-süəda»nın elmi-tənqidi mətnini 

tərtib  etmiş  və  həmin  elmi-tənqidi  mətnə  yazdığı  ön  sözdə  «Hədiqətüs-

süəda»  haqqında  mövcud  elmi  fikirləri  toplu  şəkildə  təqdim  etmiş,  əsər 

haqqında  sonrakı  tədqiqatlara  təsir  edə  biləcək  səviyyədə  fikir  və 

mülahizələr irəli sürmüşdür.

3

 



Azərbaycan  alimlərindən  H.Araslı,  Mir  Cəlal,  M.Sultanov,  H.Əfən-

diyev, Ə.Seyidov, A. Qasımova və başqaları müxtəlif vaxtlarda Füzulinin 

tərcümə əsərləri haqqında ayrı-ayrılıqda bəhs etmişlər.

4

 Xüsusilə,  füzuli-



şünas alimlərdən Ə.Səfərlinin hər iki əsər

5

 («Tərcümeyi-Hədisi-ərbəin» və 



«Hədiqətüs-süəda»),  S.Əliyevin  isə  «Hədiqətüs-süəda»  əsəri  haqqındakı 

                                           

1

  A.Karahan.  Cami’nin  arbain’i  ve  türkce  tercümeleri  //  Türk  Dili  ve  Edebiyatı 



Dergisi, İstanbul Universitesi Edebiyat Fakültesi, 1952, sayı: 4, s. 345-371; yenə 

onun: İslam-Türk edebiyatında kırk hadis. Ankara, 1991 

2

 A.Karahan. Anadolu türk edebiyatında «Maktel-i Hüseyn»ler, Edebiyat Fakülte-



si Türkoloji Disiplini, Mezuniyet travayı, İstanbul, 1938-1939; yenə onun: Fuzu-

li’nin Hadikat-üs-Suada’sı // Türklük mec., c.II, 1939, sayı:7, s. 20-28 

3

  Ş.Güngor.  Giriş  //  Fuzuli.  Hadikatü’s-sü’eda  (hazırlayan:  dr.  Şeyma  Güngör), 



Ankara, 1987, s. XV-LXXIII 

4

  H.Araslı.  Böyük  Azərbaycan  şairi  Füzuli.  Bakı,  1958,  s.  262-270;  Mir  Cəlal. 



Füzuli sənətkarlığı. Bakı, 2005, s. 192-197;  M.Sultanov. Füzulinin  «Hədiqətüs-

süəda» əsəri //«Azərbaycan» jurnalı, 1958, № 7, s. 182-190; H.Əfəndiyev. Azər-

baycan bədii nəsrinin tarixindən. Bakı, 1963, s. 23-47; Ə.Seyidov. Azərbaycanda 

pedaqoji fikrin inkişaf tarixindən. Bakı, 1987, s. 50-53; A.Qasımova. Füzuli yara-

dıcılığında Quran rəvayətləri. Bakı, 1995;  yenə onun:  XIV-XVI əsrlər Azərbay-

can ədəbiyyatı və Quran qissələri. Bakı, 1998 

5

  Ə.Səfərli.  «Hədiqətüs-süəda»  tərcümədirmi?  //  AMEA-nın  Xəbərləri.  Ədəbiy-



yat, dil və incəsənət seriyası, Məhəmməd Füzulinin anadan olmasının 500 illiyinə 

həsr olunmuş xüsusi buraxılış, 1996, s. 50-60; yenə onun: Azərbaycan dini-bədii 

və  satirik  nəsrinin  banisi  /  Məhəmməd  Füzuli  –  500  (Məqalələr  toplusu),  Bakı: 

Bakı Universiteti, 2000, s. 3-64; Ə.Səfərli, X.Yusifov. Qədim və orta əsrlər Azər-

baycan ədəbiyyatı /Ali məktəb tələbələri üçün dərslik. Bakı, 2008, s. 518-541 



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə