Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə3/24
tarix20.08.2018
ölçüsü1,01 Mb.
#63759
1   2   3   4   5   6   7   8   9   ...   24

 

 



tədqiqatları

1

 ayrıca əhəmiyyət kəsb edir. Son dövrlərdə f.e.d. M.Nağısoylu 



tərəfindən  «Hədiqətüs-süəda»

2

,  bu  sətirlərin  müəllifi  tərəfindən  isə 



Füzulinin hər iki tərcümə əsəri ilə bağlı ayrı-ayrılıqda tədqiqatlar aparılmış, 

ədibin tərcümə yaradıcılığı xüsusi tədqiqat obyekti kimi götürülmüşdür.

3

  

Tədqiqatın məqsəd və vəzifələri. Araşdırma zamanı klassik Azərbay-



can-türk  ədəbiyyatında  bədii  tərcümə  anlayışı  və  onun  müasir  tərcümə-

lərdən  fərqli  xüsusiyyətlərini  üzə  çıxarmaq,  bədii  tərcümə  prinsipləri  ilə 

bağlı  mövcud  fikirlərə  münasibət  bildirilərək  onların  təsnifatını  vermək, 

klassik ədəbiyyatımızda geniş yayılmış nəzirə, cavab, təbdil, iqtibas və s. 

kimi  ədəbi  üslubların  bədii  tərcümədən  fərqini  müəyyənləşdirmək, 

ədəbiyyatımızda  Füzuliyəqədərki  bədii  tərcümənin  inkişaf  tarixinə  nəzər 

salmaq,  ədibin  tərcümə  əsərlərini  müqayisəli  şəkildə  araşdırmaq,  Füzuli-

nin  tərcümə  tariximizdəki  yerini  üzə  çıxarmaq  qarşıya  başlıca  məqsəd 

kimi qoyulmuşdur. Tədqiqatda bu məqsədə uyğun olaraq aşağıdakı  vəzi-

fələr yerinə yetirilmişdir: 

 

klassik  Azərbaycan-türk  ədəbiyyatında  bədii  tərcümə  anlayışını  və 



onun prinsiplərini müəyyənləşdirmək;  

 



orta  əsrlərdə  Azərbaycan-türk  ədəbiyyatında  bədii  tərcüməyə  olan 

ikili münasibətə aydınlıq gətirmək; 

 

nəzirə, cavab, iqtibas, təbdil, tətəbbü və istiqbal kimi bir sıra ədəbi 



üslubları tərcümədən fərqləndirmək

 



Azərbaycan bədii tərcümə tarixinin Füzuliyə qədər keçdiyi təşəkkül 

və  inkişaf  yoluna  nəzər  salmaq,  onların  səciyyəvi  xüsusiyyətlərini 

göstərmək; 

 



Füzulinin  «Tərcümeyi-Hədisi-ərbəin»  əsərinin  mövzusu,  nəşri  və 

tədqiqi  tarixinə  nəzər  salmaq,  tərcümənin  ideya-bədii  və  dil-üslub  xüsu-

siyyətlərini üzə çıxarmaq, onun Caminin «Hədisi-ərbəin» əsəri ilə müqa-

yisəli  şəkildə  tərcümə  özəlliklərini  aşkarlamaq,  eləcə  də  Füzulinin  bu 

tərcüməsinin  Caminin  əsərinin  digər  tərcümələri  ilə  müqayisədə  fərqli 

özəlliklərə malik olduğunu göstərmək;  

 

«Hədiqətüs-süəda» əsərinin mövzusu, nəşri və tədqiqi tarixinə nəzər 



salaraq onun tərcümə, yoxsa orijinal əsər olması ilə bağlı fikirlərə aydınlıq 

                                           

1

 S.Əliyev. Azərbaycan nəsrinin orijinal abidəsi // S.Əliyev. Füzuli (Nəzəri-bədii 



düşüncələri). Bakı, 1996, s. 65-104 

2

 M.Nağısoylu. Füzulinin «Hədiqətüs-süəda» əsəri. Bakı, 2002 



3

 A.Mirzəyev. Cami, Nəvai və Füzuli yaradıcılığında 40 hədis. Bakı, 1997; yenə 

onun: Füzulinin  «Hədiqətüs-süəda» əsəri orta əsrlər tərcümə abidəsi kimi. Bakı, 

2001, yenə onun: Azərbaycan bədii tərcümə tarixi və Füzuli. Bakı, 2009 




 

 



gətirmək, əsərin ideya-bədii xüsusiyyətini üzə çıxarmaq, onu Hüseyn Vaiz 

Kaşifinin «Rövzətüş-şühəda» əsəri ilə müqayisəli şəkildə araşdırmaq; 

 

Füzulinin  bədii  tərcümə  tariximizdəki  yeri  və  bu  sahədəki  xidmət-



lərini aşkarlamaq; 

 



Füzulinin  bədii  tərcümə  tariximizdə  yeni  bir  məktəb  yaradaraq 

sonrakı yüzilliklərdə onun ənənələrinin davam etdirilməsini üzə çıxarmaq. 



Tədqiqatın  nəzəri  və  metodoloji  əsası.  Araşdırmada  nəzərdən  keçi-

rilən  problemlərlə  bağlı  Azərbaycan,  o  cümlədən  dünya  ədəbiyyatşünas-

lığının elmi qənaət və təcrübələrindən istifadə edilmişdir. Mövzunun araş-

dırılmasında sistemli elmi yanaşma dissertasiyanın nəzəri-metodoloji əsası 

kimi  götürülmüş,  tarixi-ədəbi  və  qarşılıqlı-müqayisəli  metoddan  istifadə 

olunmuşdur. 

Mövzunun  çoxşaxəli  və  genişliyi  nəzərə  alınaraq  müqayisəli  tarixi-

tipoloji və elmi-nəzəri təhlil prinsipləri əsas götürülmüşdür. Hər iki təhlil 

metodu  ilə  ədəbi  və  elmi  məxəzlərin  əsasında  dissertasiyadakı  elmi 

qənaətlər əsaslandırılmışdır. 



Tədqiqatın  elmi  yeniliyi.  Bədii  tərcümə,  onun  prinsipləri,  ayrı-ayrı 

örnəkləri,  eləcə  də  Füzulinin  tərcümə  əsərləri  olan  «Tərcümeyi-Hədisi-

ərbəin» və «Hədiqətüs-süəda» haqqında ayrı-ayrılıqda tədqiqatlar aparılsa 

da, Azərbaycan ədəbiyyatında bədii tərcümənin təşəkkül və inkişaf tarixi 

sistemli şəkildə araşdırılmamış, Füzulinin tərcüməçilik fəaliyyəti və onun 

bədii tərcümə tariximizdəki mövqeyi gərəyincə, kompleks şəkildə öyrənil-

məmişdir.  Bu  baxımdan  tədqiqat  işində  Azərbaycan  ədəbiyyatı  tarixində 

bədii  tərcümənin  yeri  və  Füzulinin  bu  sahədəki  fəaliyyəti  əhatəli  və 

sistemli  şəkildə  araşdırılmışdır.  Dissertasiyada  ilk  dəfə  olaraq  aşağıdakı 

məsələlər öz elmi təhlilini tapmışdır: 

1)

 

Klassik Azərbaycan-türk ədəbiyyatında bədii tərcümə prinsiplərinin 



təsnifinə  yenidən baxılmış, sərbəst tərcümə prinsipi ilə çevrilmiş əsərlər 

ilk  dəfə  əslinə  uyğun  tərcümələr,  tərcümə-şərhlər  və  tərcümə-nəzirələr 

kimi qruplara bölünmüşdür; 

2)

 



Klassik Azərbaycan-türk ədəbiyyatında tərcüməyə olan ikili müna-

sibətə aydınlıq gətirilmişdir; 

3)

 

Tərcümə  ilə  ənənəvi  mövzu,  həmçinin  nəzirə,  cavab,  iqtibas, 



təbdil, tətəbbü və istiqbal kimi bir sıra ədəbi üslublar bir-birindən fərq-

ləndirilmiş, onlar haqqında ayrı-ayrılıqda sistemli bəhs edilmişdir; 

4)

 

Azərbaycan  tərcümə  tarixinin  təşəkkül  və  inkişafında  ikidilli 



lüğətlərin yeri müəyyənləşdirilmişdir

5)

 



Tərcümə tariximizdə təkcə Azərbaycan-türk dilinə deyil, ərəbcədən 

fars dilinə tərcümə edilən əsərlər də tədqiqata cəlb edilmişdir; 




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə