Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə5/24
tarix20.08.2018
ölçüsü1,01 Mb.
#63759
1   2   3   4   5   6   7   8   9   ...   24

 

 

10 



mədən  onun  həm  məna,  həm  də  bütün  şəkli  xüsusiyyətlərini  saxlamaq 

əsas meyar sayılır. Orta yüzilliklərin tərcümələrində (hərfi tərcümə nəzərə 

alınmır)  orijinalın  mətninin  ümumi  məna  və  məzmunu  saxlanılmaqla, 

müəllifin  bir  çox  əlavə  və  ixtisarlar  apararaq  məzmuna  müdaxilə  etməsi 

isə bir növ qəbul edilə bilən hal sayılmışdır. Çağdaş tərcüməçilərdən fərqli 

olaraq,  orta  əsrlər  müəllifləri  müraciət  etdikləri  əsəri  olduğu  kimi  deyil, 

görmək  istədikləri  kimi  tərcümə  etmişlər.  Bu  baxımdan  prof.  Nüşabə 

Araslı  haqlıdır:  «...orta  əsr  türk  şairləri  içərisində  Nizami  poemalarının 

bizim  indi  başa  düşəcəyimiz  mənada  tərcüməsini  tapmaq  çox  çətindir. 

Türk  məsnəvi ədəbiyyatında hər hansı bir mövzunu tərcümə kimi işləyən 

şair  öz  tərcüməsində  sərbəst  olmuş,  məzmuna  müdaxilə  etmək,  lazımi 

əlavələr yazıb, ixtisarlar aparıb, dəyişikliklər yaratmaq tərcümə əsərlərin-

də məqbul hesab edilmişdir».

1

  



Müasir dövrdə heç bir mütərcim özünü tərcümə etdiyi əsərin müəllifi 

saymır;  heç  bir  tərcümə  əsəri  mütərciminin  adı  ilə  tanınmır  və  onun 

əsərləri siyahısına daxil edilmir. Orta yüzilliklərdə isə mütərcim çevirdiyi 

əsərin  müəllifi  hesab  edilir,  onun  özünün  yaradıcılıq  məhsulu  sayılaraq 

əsərləri siyahısına daxil edilirdi. Həmin dövrdə tərcümə əsərlərinin adının 

dəyişdirilməsi də çox vaxt məhz bu zərurətdən irəli gəlirdi. Çünki  çağdaş 

dövrdən fərqli olaraq, orta əsr müəllifləri tərcümə etdiyi əsərin orijinalla 

dəyişik düşməməyini və onunla eyni olmadığını nəzərə alır, onu çox vaxt 

ayrı başlıqla adlandırırdılar.  

Klassik Azərbaycan-türk ədəbiyyatında hər hansı bir əsərin müasir an-

lamda  tərcüməsini  tapmaq  çətindir.  Təsadüfi  deyil  ki,  türk  alimi 

A.S.Ləvənd  əski  türk  ədəbiyyatında  «tərcümə»  sözünün  xüsusi  anlam 

daşıdığını yazırdı.

2

  



Çoxsaylı  ədəbi  örnəklərə  əsaslanaraq  göstərə  bilərik  ki,  orta  yüzil-

liklərin tərcümə abidələrində işlənmiş «tərcümə» sözü bir çox hallarda əsl

müstəqim  mənasında  işlənmişdir.  Bəzi  məqamlarda  isə  mütərcim  bu 

sözün  əvəzinə  «döndərmək»  və  ya  «tərtib»  sözlərini  də  həmin  anlamda 

işlətmişdir.  Bir  sıra  hallarda  orta  çağ  müəllifləri  tərcümə  etdiyi  əsəri 

«tərcümə» deyil, «təsnif» (əsər yazma; kitab tərtib etmə), «tərtib», yaxud 

«təlif»  (yazılmış  və  tərtib  olunmuş  kitab,  əsər)  adlandırmaqla,  özünü  də 

«mütərcim»  əvəzinə  «müsənnif»  (yazıçı,  müəllif)  kimi  göstərmişlər. 

(«…Nişati …bu kitabun tərtibinə məşğul oldu. Çün bu təsnifdən məqsud 

                                           

1

 N.Araslı. Nizami və türk ədəbiyyatı. Bakı, 1980, s. 20 



2

 A.S.Levend. Türk edebiyatı tarihi, I c., Ankara, 1984, s. 80 




 

 

11 



şəhidlərin  əhvalıdır,  adın  «Şühədanamə»  qoydı…»;

1

  …Bu  təzkirənin 



təsnifinə məşğul oldum…».

2

 



  Dissertasiya  işində  bədii  tərcümənin  prinsip  məsələlərinə  də  xüsusi 

diqqət yetirilir; orta yüzilliklərin Azərbaycan-türk tərcümə abidələri müx-

təlif bölgülərdə təsnif olunsa da,

3

 onlar ənənəvi olaraq iki qrupda birləşdi-



rilir: 1) hərfi tərcümələr; 2) sərbəst tərcümələr. Araşdırmalardan çıxış edi-

lərək hərfi tərcümə prinsipinə daha çox dini və qismən elmi ədəbiyyatların 

tərcüməsi  zamanı  əməl  edildiyi  göstərilir.  Klassik  Azərbaycan-türk  ədə-

biyyatında sərbəst tərcümənin aparıcı tərcümə prinsipi olması göstərilir və 

ədəbiyyatımızda onun çeşidli örnəklərlə zənginliyi nəzərə alınaraq həmin 

əsərlər  bir  neçə  qrupa  bölünür:  1)  əslinə  uyğun  tərcümələr;  2)  tərcümə-

şərhlər; 3) tərcümə-nəzirələr. 

Ədəbiyyat  tariximizdə  elə  tərcümə  abidələri  vardır  ki,  onları  əsli  ilə 

tutuşdurduqda həmin örnəklərin tərcümə olmasını müəyyənləşdirmək çox 

da  çətinlik  törətmir;  belə  əsərləri  əslinə  uyğun  tərcümələr  adlandırmaq 

daha doğrudur. (Ancaq unutmayaq ki, həmin abidələrin özündə də bir sıra 

müəllif  sərbəstlikləri  vardır.)  Məsələn,  «Şühədanamə»  (Nişati),  «Tərcü-

meyi-Hədisi-ərbəin» (Füzuli) və s.   

Klassik Şərq ədəbiyyatında təfsir və şərhlərin geniş yer aldığını və bir 

çox  hallarda  tərcümənin  təfsir  və  şərh  yolu  ilə  edildiyini  nəzərə  alaraq, 

klassik ədəbiyyatımızda sərbəst tərcümə yolu ilə edilən əsərlərin bir qru-

punu  məhz  tərcümə-şərh  adlandırmaq  daha  məqsədəuyğundur.  Azərbay-

can  ədəbiyyatında  XV  yüzilliyin  tərcümə  abidələri  sayılan  Şirazinin 

«Gülşəni-raz» və Əhmədinin «Əsrarnamə» məsnəvilərinin, eləcə də Bəva-

zicinin «Kəvamilüt-tə’bir» (XVI əsr) əsərlərinin bir sıra bölmələrində bir 

çox  anlayışların  şərhində  orijinalla  müqayisədə  həddindən  artıq  əlavələr 

vardır.  Bu  isə  həmin  abidələrdə  şərhçiliyin tərcümə  elementlərini üstələ-

diyini göstərir.  

Azərbaycan-türk  ədəbiyyatında  sərbəst  tərcümə  prinsipi  ilə  çevrilmiş 

bir  qisim  ədəbi  örnəklər  isə  tərcümə-nəzirə  kimi  dəyərləndirilir.  Çünki 

mövcud  olan  bir  sıra  ədəbi  örnəklərə  bu  baxımdan  yanaşdıqda  həmin 

                                           

1

 M.H.Nişati. Şühədanamə, əlyazması, Füzuli adına Əİ, M-259, v. 4b-5a 



2

 M.H.Nişati. «Şeyx Səfi» təzkirəsi, əlyazmasının fotosurəti, Füzuli adına Əİ, FS-

645, v. 5a-b 

3

  A.S.Levend.  Göstərilən  əsəri,  s.  80;  H.Ayan.  Divan  edebiyatında  hamseler  // 



Atatürk Universitesi Edebiyat Fakültesi Araştırma Dergisi, sayı:10, Ankara, s. 97-

98;  Ə.Səfərli.  XVII-XVIII  əsrlər  Azərbaycan  epik  şeiri.  Bakı,  1982,  s.  12; 

M.Nağısoylu. Orta əsrlərdə Azərbaycanda tərcümə sənəti. Bakı, 2000, s. 21 



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə