Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə7/24
tarix20.08.2018
ölçüsü1,01 Mb.
#63759
1   2   3   4   5   6   7   8   9   10   ...   24

 

 

14 



birinin  xarakterik  xüsusiyyətləri,  bədii  tərcümədən  fərqli  cəhətləri  geniş 

və əhatəli şəkildə tədqiq və təhlil olunur.  

Birinci  fəslin  «Azərbaycan  tərcümə  tarixində  ikidilli  lüğətlərin 

yeri» adlanan dördüncü bölməsi Azərbaycan tərcümə tarixində lüğətlərin 

yerinin  öyrənilməsinə  həsr  edilmişdir.  Dissertasiyada  göstərilir  ki, 

Azərbaycan  dilçiliyi  tarixində  xüsusi  yer  alan  lüğətçiliyin  təşəkkülü  və 

inkişafı da bilavasitə tərcümə ilə bağlı olmuşdur. Çünki dil öyrənmək və 

öyrətmək işini lüğətsiz təsəvvür etmək mümkün olmadığı kimi, tərcüməni 

də  lüğətsiz  təsəvvür  etmək  mümkün  deyildir.  Ərəb  işğalı  ilə  bağlı  ərəb 

dilinin  Azərbaycan  mədəniyyəti  tarixində  xüsusi  rolu  vardır.  Sonralar  

Abbasilərin hakimiyyət başına gəlməsi  ilə IX yüzilliyin ortalarından baş-

layaraq  yeganə  dövlət  dili  və  təlim-tədris  fənni  olan  ərəb  dili  öz  möv-

qeyini fars dili ilə bölüşdürməli olur. Bu işin məntiqi nəticəsi kimi isə fars 

dilindən tərcümələr və farsca-türkcə lüğətlər meydana çıxır.  

Dissertasiya işində Azərbaycan lüğətçiliyində yer alan lüğətlər haqqın-

da  müfəssəl  məlumat  verilir  və  qeyd  olunur  ki,  Azərbaycanda  yazılı 

tərcümənin təşəkkül və inkişafında lüğətlər xüsusi rol oynamışdır. Çünki 

artıq  lüğətlərin  meydana  çıxdığı  vaxtdan  etibarən  türk  (Azərbaycan)  dili 

tərcüməçi dil kimi çıxış etməyə başlamışdır.  

Birinci  fəslin  beşinci  bölməsində  («Füzuliyəqədərki  Azərbaycan 

tərcümə  tarixinə  bir  nəzər»)  dünya  ədəbiyyatında  tərcümə  tarixi  ilə 

tanışlığa  əsasən,  ən  əski  tərcümə  örnəklərinin  böyük  bir  qismini  dini 

mətnlər təşkil etdiyi göstərilir.

1

  Bu  mənada  Azərbaycan-türk  dilində  əski 



tərcümə örnəklərinin də məhz dini mətnlərdən ibarət olması qeyd olunur.  

Dissertasiya  işində  Azərbaycan  ədəbiyyatında  dövrün  tələblərinə 

uyğun olaraq bir qisim tərcümə örnəklərini ərəbcədən fars dilinə  edilmiş 

əsərlərin təşkil etdiyi göstərilir.  

Azərbaycan dilində əldə olan tərcümə örnəkləri isə sonrakı yüzilliklərə 

aiddir. Belə ki, tərcümə tariximizdə Azərbaycan dilində əldə olan ilk bədii 

tərcümə  örnəyi  İmadəddin  Nəsimiyə  (1369-1417)  məxsusdur.  Onun 

Marağalı  Əvhədinin  (1274-1338)  «Çist?»  rədifli  qəsidəsinə  yazdığı 

«Nədir?» rədifli nəzirəsində yer alan orijinalın iki beyt tərcüməsi hələlik 

əldə olan ilk anadilli bədii tərcümə örnəyi sayılır.  

Azərbaycan dilində ayrı-ayrı əsərlərin bütünlüklə tərcüməsindən ibarət 

olan ilk iri həcmli tərcümə örnəklərindən olan «Siratün-Nəbi» və «Tərcü-

                                           

1

 Библейские переводы. / Новый энциклопедический словарь. т. 6, издатели: 



Ф.А.Брокгаузь и И.А.Ефронь, СПб, б/г, стр.378-379; П.И.Копанев. Вопросы 

истории и теории художественного перевода, Минск, 1972, с. 129 




 

 

15 



meyi-Fütuhuş-Şam»  əsərləri  isə  XIV  yüzillik  anadilli  ədəbiyyatımızın 

görkəmli nümayəndələrindən olan Mustafa Zərirə məxsusdur.  

XV  yüzilliyə  aid  tərcümə  örnəklərindən  biri  Şirazinin  «Gülşəni-raz» 

məsnəvisidir.  Əsər  orta  yüzilliklər  Azərbaycan  ədəbiyyatında  tərcümə-

şərhlərin ən tipik örnəyi sayıla bilər.  

XVI  yüzillikdə  Azərbaycan  tərcümə  sənəti  özünün  inkişaf  tarixində 

yeni bir mərhələyə çatır. Bu, özünü tərcümə əsərlərinin həm sayca çoxlu-

ğunda,  həm  də  mövzu  rəngarəngliyində  göstərir.  Tərcümə  əsərlərinin 

artması  isə  həmişə  xalqın  mədəni  səviyyəsinin  göstəricisi  hesab  edilir.

1

 



Azərbaycan ədəbi dili tarixində XVI əsr ədəbi dili üslublarının rəngarəng-

liyi baxımından da özünəməxsus yer tutur. Həmin dövrdə mövcud üslub-

lardan biri olan dini-təbliği üslub Azərbaycan tərcüməsi ilə sıx bağlı idi.  

XVI yüzillikdə Məqsudinin «Möcüznamə», Həzininin «Hədisi-ərbəin» 

kimi tərcümə və Bəvazicinin «Kəvamilüt-təbir» kimi tərcümə-şərhləri də 

vardır.  Həmin  dövrün  tərcümə  əsərləri  içərisində  nəsrlə  qələmə  alınmış 

abidələr də xüsusi yer alır.  Nişatinin qələmindən çıxmış həmin örnəklər-

dən biri H.V.Kaşifinin «Rövzətüş-şühəda» əsərinin tərcüməsi olan «Şühə-

danamə», ikincisi isə «Səfvətüs-səfa» təzkirəsindən tərcümə edilən «Şeyx 

Səfi təzkirəsi»dir. 

Dissertasiya işində göstərilir ki, Füzuliyəqədərki tərcümə abidələrində 

daha çox şərhçilik və nəzirəçilik elementləri üstünlük təşkil etmişdir; XVI 

yüzillikdə  Nişatinin  tərcümələri  artıq  özünün  yeni  yanaşma  yönümü  ilə 

bədii tərcümə tariximizdə yeni bir mərhələnin başlanğıcını qoymuşdur.  

Dissertasiyanın «Füzulinin  «Tərcümeyi-Hədisi-ərbəin»  əsəri» adlı 

ikinci fəsli beş bölmədən ibarətdir.  «“Hədisi-ərbəin” məcmuələri içəri-

sində Caminin «Hədisi-ərbəin» əsərinin yeri və onun türkcəyə tərcü-

mələri» adlanan birinci bölmədə göstərilir ki, İslam dininin əsas prinsip-

ləri Qurani-Kərimdən sonra hədislər vasitəsilə açıqlanır. «Hədis» sözünün 

ərəbcə lüğəvi anlamı «yeni söz», «rəvayət», «hadisə», «xəbər» deməkdir. 

O,  sonradan  terminə  çevrilərək  Məhəmməd  peyğəmbərə  aid  edilən  söz, 

hərəkət və davranışlar mənasını almışdır. Məhəmməd peyğəmbərin Quran 

ayələrini  müsəlmanlara  açıqlaması,  ondan  soruşulan  suallara  verdiyi  ca-

vablar, həyat tərzi, yeni hadisələrlə bağlı fikir, hərəkət və davranışları son-

radan bütün müsəlmanlar üçün örnək olsun deyə hədislər şəklinə salınırdı.  

Dissertasiya  işində  islam  aləmində  məşhur  olan  hədis  məcmuələri 

haqqında  müfəssəl  məlumat  verilərək  göstərilir  ki,  islami  ədəbiyyatda 

                                           

1

   M.Алексеев. Проблема художественного перевода. Иркутск, 1931, с. 25 




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə