Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə10/24
tarix20.08.2018
ölçüsü1,01 Mb.
#63759
1   ...   6   7   8   9   10   11   12   13   ...   24

 

 

21 



edir  ki,  onları  tərcümə  deyil,  Füzuli  qələminin  orijinal  məhsulu  kimi 

dəyərləndirmək  daha  doğru  olar.  Dissertasiya işində bu  qrupa  daxil  olan 

hər  bir  qitə  ayrı-ayrılıqda  orijinalla  müqayisəli  şəkildə  təhlil  olunur.  Bir 

neçə qitəyə diqqət yetirək. 

Caminin 

(Çox  gülüş  ürəyi öldürər) hədisinin 

şərhinə həsr etdiyi 

 

 



 

1

 



(Xoşbəxt o kəsdir ki, qəlbinin yaşaması üçün dodağının altında gülüşü 

öldürsün.  Az  gül  ki,  çox  gülmək  yüz  diri  ürəyi  öldürər)  –  qitəsinin 

tərcüməsində isə Füzuli fikri sərbəstliklə özünün yüksək sənətkarlığını da 

nümayiş etdirmişdir. Belə ki, Füzuli çox gülməyin qəbahət olduğunu həm 

hədisin  şərhində,  həm  də  qitənin  oxunuşunda  böyük  sənətkarlıqla  verə 

bilmişdir.  Şair  «touzi»

2

  (misra  və  ya  beytdə  eyni  səslə  başlayan  sözlərin 



təkrarı ilə yaranan ahəngdarlıq) poetik fiqurundan ustalıqla istifadə edərək 

çox gülüşə nifrəti və çox gülüşün yaratdığı ruhi-mənəvi vəziyyəti qitənin 

səslənməsində də canlandırmışdır. Məlumdur ki, gülüş özünün ən nifrətə 

layiq  mərhələsində  «hırıltı»  adlanır  və çox  gülüş  «hır-hır»  və  «qəh-qəh» 

təqlidi sözləri ilə ifadə olunur. Füzuli də birinci beytdə «h» və «r» samit 

səslərini  ahəngdar  olaraq  uyğun  şəkildə  işlətməklə  (xüsusilə,  «hərzə-

hərzə» ifadəsi ilə) çox gülüşün yaratdığı «hır-hır», ikinci beytdə isə «q» və 

«h»  səsləri  vasitəsi ilə  «qəh-qəh»  təqlidi sözlərini  yaratmışdır.  Beləliklə, 

şair vermək istədiyi fikri həm qitənin məzmununda, həm də oxunuşunda 

ifadə edə bilmişdir: 



Hər kim istər həyati-qəlb müdam, 

Dəmbədəm hərzə-hərzə çox gülməz 

Qəlbə qət’i-həyatdır gülmək, 

Qəlbi çox gülməyənlərin ölməz.

3

 

Füzulinin  tərcümədə  yüksək  sənətkarlıq  qüdrətini  nümayiş  etdirən 

başqa bir örnəyə diqqət yetirək. Caminin  

(Çox danışmaq 

bəladır) hədisinin şərhinə həsr olunmuş 

 

 



                                           

1

  A.Mirzəyev. Cami, Nəvai və Füzuli yaradıcılığında 40 hədis. Bakı, 1997, s. 59 



2

  M.Quliyeva. Klassik Şərq bəlağəti və Azərbaycan ədəbiyyatı. Bakı, 1999, s. 157 

3

  A.Mirzəyev. Göstərilən əsəri, s. 59 




 

 

22 



 

1

 



(Hər kim ki, çox danışmağa mübtəla oldu, qəribə bir bəlaya tutulubdur. 

İnsanlara yetişən hər bir bəla çox danışma ucbatından baş  verər) – qitəsi 

ilə Füzulinin ona uyğun qitəsi ifadə və sənətkarlıq baxımından tamamilə 

fərqlənir.  Belə  ki,  Füzulinin  çox  danışmağın  zərərindən  bəhs  edilən  bu 

qitəsində «çox», «söz» və «bəla» kəlmələri bir neçə dəfə təkrarlanır ki, bu 

da  qitənin  oxunuşu  zamanı  «çox  söz  bəladır»  qənaətini  yaradır  (burada 

«söz» ifadəsi «danışıq» anlamındadır). Bu isə özlüyündə «Çox danışmaq 

bəladır» hədisini xatırladır. Qitədə bu sözlərin işlənmə tezliyi də təsadüfi 

deyildir,  çünki  üç  dəfə  işlənən  «bəla»  kəlməsini  beş  dəfə  işlənən  «söz» 

ifadəsi tamamlayır, yəni «söz bəladır». Lakin hər söz «bəla» ola bilməz, 

buna uyğun olaraq şair «çox» ifadəsini altı dəfə («söz»dən bir dəfə çox) 

işlədir.  Nəticədə  «çox  söz  bəladır»  cümləsi  alınır.  Beləliklə,  Füzulinin 

ecazkar qələmi bir daha sübuta yetirir ki, əsl sənətkar eyni sözü çox, lakin 

yerində  işlədərsə,  o,  məqsədinə  daha  uğurla  nail  ola  bilər.  Şairin  sənət-

karlığı  ondadır  ki,  qitədə  həmin  sözlərin  təkrar  deyil,  təkrir  kimi  bədii 

mövqeyi mənanı daha da qüvvətləndirmiş, şeirin dilinə, üslubuna heç bir 

ağırlıq  gətirməyərək,  onu  daha  axıcı,  rəvan,  oxunaqlı  və  yaddaqalan  et-

mişdir. Nəticədə isə çox, həm də məzmunsuz sözün bəla olması fikri həm 

qitənin alt məna qatında, həm də istifadə edilən sözlərin işlənmə tezliyin-

də öz əksini tapmışdır: 



Edə gör ehtiraz çox sözdən 

Kim, olur çox sözün bəlaləri çox. 

Çox sözündən düşər bəlayə kişi. 

Çox sözün çox bəlasına söz yox.

2

 

Beləliklə,  aydın  olur  ki,  Füzuli  «Hədisi-ərbəin»in  tərcüməsi  zamanı 

sərbəstliyə  daha  çox  üstünlük  vermişdir.  Əgər  tərcümə  xüsusiyyətləri 

baxımından  tərcümədə  birinci  qrupa  daxil  olan  səkkiz  qitədə  Füzulinin 

özü  deyil,  daha  çox  Cami  görünürdüsə,  ikinci  qrupdakı  on  altı  tərcümə-

qitədə  Cami  ilə  bərabər,  Füzulinin  özü  də  aşkar  görünməyə  başlayır; 

üçüncü  qrupa  daxil  olan  on  altı  qitədə  isə  Cami  deyil,  Füzulinin  özü 

görünür. Məhz bu səbəbdəndir ki, əsər daha çox orijinal təsiri bağışlayır 

və bu cəhəti nəzərə alan bəzi tədqiqatçıların Füzulinin bu əsərini sərbəst 

                                           

1

  A.Mirzəyev. Cami, Nəvai və Füzuli yaradıcılığında 40 hədis. Bakı, 1997, s. 69  



2

  Yenə orada, s. 69 




 

 

23 



tərcümə  adlandırması  fikri

1

  müqayisə  zamanı  özünü  doğrultsa  da, 



M.F.Köprülünün «...bu əsərin heç bir xüsusiyyəti yoxdur» deməsi özünün 

heç cür təsdiqini qazana bilmir.

2

 

İkinci fəslin «Sələf-xələflik münasibətləri, dil-üslub xüsusiyyətləri» 



adlanan beşinci bölməsində «Tərcümeyi-Hədisi-ərbəin» əsərinin sələf və 

xələflik münasibətlərinə toxunularaq qeyd edilir ki, Füzulinin tərcüməsin-

də öz poeziya sələfləri ilə bir sıra səsləşmələr müşahidə edildiyi kimi, əsər 

şairin  poeziya  xələflərinə  də  müəyyən  dərəcədə  təsir  etmişdir.  Bu  cəhət 

dissertasiya işində konkret nümunələrlə əsaslandırılır. 

Füzulinin «Tərcümeyi-Hədisi-ərbəin» əsəri bədii tərtibatına, janrına və 

vəzninə  görə  də  Caminin  əsəri  ilə  eyniyyət  təşkil  edir.  Qarşılaşdırmalar 

göstərir  ki,  tərcümədə  orijinala  sadiqlik  vəzn  xüsusiyyətləri  baxımından 

da  özünü  göstərir.  Belə  ki,  tərcümənin  vəzni  də  orijinalla  eynidir,  yəni 

onların hər ikisi əruz vəzninin xəfif bəhrində yazılmışdır. Bu isə təbii hal 

sayılmalıdır.  Çünki  klassik  ədəbiyyatda  orijinal  əsərin  qələmə  alındığı 

bəhrin  nəzirələrdə  və  tərcümələrdə  də  qorunması  ənənəsi  sabitləşmişdi.  

Başqa bir cəhətdən isə xəfif əruz bəhrləri içərisində ahəngcə ən oynaq və 

yüngülü  olduğu  üçün  bu  bəhrdə  yazılan  əsərləri  tez  bir  zamanda  əzbər-

ləmək çox asandır. Elə buna görədir ki, istər Caminin əsərində, istərsə də 

onun  çoxsaylı  tərcümələrində  bu  cəhət  xüsusi  gözlənilmişdir.  Çünki  bu 

bəhr həmin əsərlərin xalq arasında daha asan əzbərlənərək yadda qalma-

sına və geniş ərazilərdə yayılmasına yardım etmiş olurdu. 

Azərbaycan əruzunda xəfif bəhrinin iki növü vardır. (Onu da qeyd 

edək ki, xəfif bəhrinin ikinci növü Füzulinin adı ilə bağlıdır və passiv 

xəfif,  yaxud  «Füzuli  xəfifi»  adlanır.)  Onlar  içərisində  ən  çox  işlək 

olanı  birinci  növdür  ki,  (buna  aktiv  xəfif,  yaxud  «Həft  peykər»  vəzni 

də  deyilir)  bu  növün  12  variantı  vardır.  Onlardan  altısının  birinci 

təfiləsi  fə’ilAtün,  altısının  isə  fA’ilAtündür;  son  təfilələri  də  hər 

ikisində  altı  tipdir:  fə’ilün,  fə’ilü,  fə’ilAn,  fə’lün,  fə’lü,  fə’lAn.

3

  Orta 



təfilə isə  bütün  variantlarda eynidir. “Azərbaycan  şeirində  bu  variant-

ların müstəqil olaraq hər hansı birisində tək bir əsər də tapmaq müm-

kün deyildir. İstənilən şairimizin xəfif bəhrində yazılmış hər hansı bir 

əsərini  alsaq,  biz  onun  bu  bəhrin  müxtəlif  variantlarında  yazıldığını 

                                           

1

 S.Bayoğlu. Giriş//Füzuli. Erenler bahçesi (Hadikatus-süeda) (hazırlayan: Servet 



Bayoğlu), I c., Ankara, 1986, s. 7-12; A.Karahan Eski türk edebiyatı incelemeleri, 

İstanbul, 1980, s. 181   

2

 M.F.Köprülü. Füzuli maddesi // İslam ansıklopedisi, cild 4, İstanbul, ilsiz, s. 696   



3

 Ə.Cəfər. Əruzun nəzəri əsasları və Azərbaycan əruzu. Bakı, 1977, s. 369  




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə