Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə12/24
tarix20.08.2018
ölçüsü1,01 Mb.
#63759
1   ...   8   9   10   11   12   13   14   15   ...   24

 

 

26 



yazdığı əsərləri  ilk dəfə olaraq ayrıca tədqiq edilmişdir.

1

 



Türk  ədəbiyyatındakı  məqtəllər  içərisində  tərcümə  əsərlərinin  də 

ayrıca yer tutduğu qeyd edilərək H.V.Kaşifinin «Rövzətüş-şühəda» əsəri-

nin  türk  müəlliflərinin  ən  çox  müraciət  etdiyi  məqtəl  örnəyi  olması 

göstərilir.  Təsadüfi  deyil  ki,  Azərbaycan  ədəbiyyatında  hələlik  məlum 

olan  ilk  iki  məqtəl  örnəyi  (Məhəmməd  Nişatinin  «Şühədanamə»,  Füzu-

linin  «Hədiqətüs-süəda»  əsərləri)  də  H.V.Kaşifinin  «Rövzətüş-şühəda» 

əsərindən tərcümə olunmuşdur. 

Eləcə də XIX yüzillikdə Abbasqulu ağa Bakıxanovun «Riyazül-qüds», 

Məhəmmədtağı  Dərbəndinin  (Qumrinin)  «Kənzül-məsaib»  və  «Gülzari-

Hüseyni»  adlı  müstəqil  əsərləri  də  Azərbaycan  ədəbiyyatında  məqtəl 

janrının geniş yayıldığını göstərir. 

Üçüncü  fəslin  «Füzulinin  «Hədiqətüs-süəda»  əsərinin  yazılma 



səbəbi və əsas ideya istiqamətləri» adlanan ikinci bölməsində qeyd olu-

nur  ki,  «Hədiqətüs-süəda»  həcmcə  Füzulinin  ən  böyük  əsəri  olmaqla 

bərabər,  Kərbəla  vaqiəsinə  həsr  olunmuş  ən  möhtəşəm  sənət  örnəyidir. 

Dissertasiyada Füzulinin bu mövzuya müraciət etməsinin müxtəlif səbəb-

ləri göstərilir; bu səbəblər içərisində daha çox onun türkçülüyü, türk xalqı-

na,  türk  dilinə  olan  böyük  hörmət  və  məhəbbəti,  milli  təəssübkeşliyi  ilə 

bağlılığı ön plana çəkilir. 

«Hədiqətüs-süəda»  əsərinin  yazılma  tarixi  dəqiq  bilinmir.  Türk  alimi 

prof.  Şeyma  Göngör  «Hədiqətüs-süəda»nın  Konyadakı  ən  əski  əlyazma 

nüsxəsinin 954/1547-ci ilə aid olduğunu əsas tutaraq bu tarixi «Hədiqətüs-

süəda»nın tərcümə ili kimi qəbul edir

2

 və həmin tarix özünü bütün hallar-



da doğruldur. 

«Hədiqətüs-süəda»  əsəri  islam  dünyasında  ən  böyük  faciələrdən  biri 

sayılan Kərbəla vaqiəsinə – imam Hüseynin öz məslək və əqidəsi yolunda 

həlak  olması  mövzusuna  həsr  olunsa  da,  əsərdə  digər  məsələlərə  də  yer 

verilmişdir. «Hədiqətüs-süəda» hər şeydən öncə öz iman, inam və etiqad-

ları yolunda müsibətlərlə rastlaşan, lakin bu yoldan dönməyən haqq aşiqlərinə 

qoyulmuş  «şəhidlik  abidəsi»dir  (Ə.Səfərli).  Şəhidlik  ən  böyük  şərəf  və  ən 

böyük  rütbə  kimi  «Hədiqətüs-süəda»da  elə  bir  şəkildə  vəsf  olunur  ki,  onu 

oxuyanlar bu həqiqəti asanlıqla dərk edir, təsvir olunan şəxslərin müqəddəs-

liyini qəbul edir, onların şəxsiyyəti qarşısında Füzuli heyranlığına qoşulur və 

                                           

1

  A.Karahan.  Anadolu  türk  edebiyatında  «Maktel-i  Hüseyn»ler,  Edebiyat  Fakül-



tesi Türkoloji Disiplini, Mezuniyet travayı, İstanbul, 1938-1939 

2

  Ş.Güngor.  Giriş//Fuzuli.  Hadikatü’s-sü’eda  (hazırlayan:  dr.  Şeyma  Güngör), 



Ankara, 1987, s. XV-LXXIII 


 

 

27 



bu şəhidlərin həyat və mübarizəsindən örnək götürür: 

...Mühəqqəq oldu bu tərtib olan müqəddəmədən 

Ki, rütbeyi-şühəda əşrəfi-məratibdir.

1

 

Füzulinin  sevə-sevə  vəsf  və  tərənnüm  etdiyi  şəhidlik  islama  görə  elə 

bir yüksək mərtəbədədir ki, bu yolun sakinlərinin qovuşduğu əbədi həyat 

bir bağça – xoşbəxtlər bağçasıdır və Füzulinin öz əsərini Hüseyn Vaizdə 

olduğu kimi «şəhidlər bağçası» deyil, «xoşbəxtlər bağçası»

*

 adlandırması 



onun füzuliyanə kəşfi idi. 

Füzuli insanlar içərisində ən çox bəlaya uğrayanların peyğəmbər oldu-

ğunu  xatırlayaraq  birinci  babda  Adəm  peyğəmbərdən  başlayaraq  Nuh, 

İbrahim, Yəqub, Yusif, Musa, İsa, Əyyub, Zəkəriyya və Yəhya kimi pey-

ğəmbərlərin  həyatına  ümumi  bir  nəzər  salmış,  onların  başına  gələn 

müsibətlərdən  söhbət  açmışdır.  Həmin  hadisələri  Kərbəla  müsibəti  ilə 

qarşılaşdıraraq  müqayisə  aparan  şair  bəşər  tarixində  Kərbəla  hadisəsinə 

bənzər  hadisələrin  çox  olduğunu  qeyd  etsə  də,  Kərbəla  şəhidlərinin 

əzabının misilsiz olduğu qənaətinə gəlmişdir. 

Füzuli «Hədiqətüs-süəda»da təsvir etdiyi haqq aşiqləri içərisində imam 

Hüseynin  təsvirinə  daha  geniş  yer  vermişdir.  Çünki  Kərbəla  vaqiəsi 

yüksək  dövlət  məqamı  üçün  yox,  islamın  əslinə  qayıdışı,  insaniyyətin 

yüksək  dərəcələrə  çatması,  ədalət,  azadlıq,  eləcə  də  zülmün  kökünün 

kəsilməsi üçün idi. İmam Hüseyn zillət, alçaqlıq və zülmə boyun əyməyin 

insaniyyətə zidd bir hərəkət olmasını müsəlman dünyasına çatdırmaq üçün 

üsyan  etdi  və  bu  yolda  şəhid  oldu.  Füzuli  İmam  Hüseyn  hərəkatının 

fəlsəfəsini açıqlayaraq yazırdı: 

Zillət ilə ləzzəti olmaz həyatın, dustlər, 

Nəqdi-can sərf eyləyib dünyadə, kam almaq gərək

Əcz ilə dönmək ədudən səhldir, himmət dutub, 

Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək.

2

 

Sanki bu günümüz üçün deyilmiş bu misralarda Füzuli bədxah qonşu-

larımızın  –  ermənilərin  torpaqlarımıza  olan  təcavüzünə  və  törətdiyi  vəh-

şiliklərə etiraz səsini ucaldaraq xalqımıza üz tutur, onu mübarizəyə, igid-

liyə, intiqama səsləyirdi. 

Əsərdə  insanın  mənəvi  və  cismani  köləliyə  üsyanı  və  bu  yolda  öz 

                                           

1

 Füzuli. Hədiqətüs-süəda (şeirlər)//Füzuli. Bəng və Badə/Çapa hazırlayan: Sabir 



Əliyev. Bakı, 1993, s. 268 

* Füzulinin bu əsərinin adındakı «xoşbəxtlər» «şəhidlər» sözündən qaynaqlandığı 

kimi, bağça sözü də «cənnət» anlayışından qaynaqlanmışdır.  

2

   Füzuli. Əsərləri: 6 cilddə, VI c./Tərtib edəni: Ə.Səfərli. Bakı, 2005, s. 250 




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə