Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə13/24
tarix20.08.2018
ölçüsü1,01 Mb.
#63759
1   ...   9   10   11   12   13   14   15   16   ...   24

 

 

28 



canını belə qurban verməsi ən yüksək və ali məqam kimi göstərilir. İmam 

Hüseynin  bu əqidə  və  bu məslək  uğrunda  mübarizəsi  ona  görə  ölməzdir 

ki, onun əsasında mənəvi paklıq, gözəllik və əzəmət durur.  

Füzulinin «Hədiqətüs-süəda» əsərini yazmaqda məqsədi imam Hüseyn 

və  onun  tərəfdarlarının  islamın  nicatı  üçün  göstərdikləri  fədakarlıq  və 

şücaəti  alqışlamaq,  islamda  ən  böyük  məqamlardan  sayılan    şəhadətə 

ədəbi bir abidə qoymaq idi və o, bu işin öhdəsindən layiqincə gəlmişdi. 

Üçüncü  fəslin  «“Hədiqətüs-süəda”  əsərinin  tədqiq və  nəşri  tarixi» 

adlanan  üçüncü  bölməsində  göstərilir  ki,  Füzuli  haqqında  bəhs  edən  ilk 

tədqiqatlardan  –  təzkirələrdən  tutmuş  ta  bu  günə  kimi  bütün  ədəbiyyat 

tarixinə  aid  kitab,  məqalə  və  monoqrafiyalarda  «Hədiqətüs-süəda»  əsəri 

barəsində məlumat verilmiş, onun ədəbiyyat tariximizdə yeri, əhəmiyyəti, 

dəyəri haqqında qiymətli fikirlər söylənilmişdir.

1

  



«Hədiqətüs-süəda»nın  tədqiqi  sahəsində  ilk  araşdırmalar  türk  alimi 

prof. Ə.Qaraxana məxsusdur.

2

 Eləcə də yenə türk alimi prof. Ş.Güngörün 



1987-ci  ildə  çap  etdirdiyi  «Hədiqətüs-süəda»nın  elmi-tənqidi  mətninə 

yazdığı giriş əsərin tədqiqi tarixində ayrıca əhəmiyyətə malikdir.

3

  

Füzulinin  «Hədiqətüs-süəda»  əsəri  yazıldığı  vaxtdan etibarən  çox  ge-



niş  ərazilərdə  yayılmışdır.  Əsərin  dünya  kitabxanalarında  300-ə  yaxın 

əlyazma  nüsxəsi  mövcuddur.  «Hədiqətüs-süəda»nın  çap  variantları  da 

geniş yayılmışdır. Əsər hələ XIX yüzillikdə  ərəb əlifbasında Misirdə beş, 

Türkiyədə isə 6 dəfə daşbasma üsulu ilə çap edilmişdir.  

Türkiyədə «Hədiqətüs-süəda»nın sadələşdirilmiş şəkildə nəşri isə daha 

geniş yayılmışdır.

4

 Türkiyədə olduğu kimi, Azərbaycanda da «Hədiqətüs-



                                           

1

 



F.Qasımzadə.  «Qəm  karvanı»,  yaxud  zülmətdə  nur  (Füzulinin  dünyagörüşü). 

Bakı, 1968, s. 90; M.Кязимов. О некоторых чертах идейной основы «Хадигат 

ас-суада»  Физули/Beynəlxalq  Füzuli  simpoziumunun  materialları  (7-8  noyabr 

1996), Бакы, 1997, с. 190-200; İ.Həmidov. Füzuli yaradıcılığı Misrinin tədqiqa-

tında/Məhəmməd Füzuli-500. Beynəlxalq Füzuli simpoziumunun materialları (7-

8 noyabr, 1996). Bakı, 1997, s. 133-140; S.Hacı. Məhəmməd Füzulinin «Hədiqə-

tüs-süəda»  əsəri  haqqında  //  «Qobustan» jurnalı,  Xüsusi buraxılış,  Füzuli  -  500, 

1995, s. 88-94; B.Nəbiyev. Müsibətnamənin kamilliyi («Hədiqətüs-süəda»)/ B.Nə-

biyev. Çətin yollarda, Bakı, 2000,  s. 69-77; M.Nağısoylu. Füzulinin «Hədiqətüs-

süəda» əsəri. Bakı, 2002. 

2

  A.Karahan. Fuzuli’nin Hadikat-üs-Suada’sı // Türklük mec., c.II, 1939, sayı:7, 



s. 20-28 

3

    Ş.Güngor.  Giriş  //  Fuzuli.  Hadikatü’s-sü’eda  (hazırlayan:  dr.  Şeyma  Güngör), 



Ankara, 1987, s. XV-LXXIII 

4

 



Füzuli. Erenler bahçesi (Hadikatü’s-süeda) (hazırlayan: Servet Bayoğlu), 1986  


 

 

29 



süəda»nın sadələşdirilmiş variantları vardır.

1

  



«Hədiqətüs-süəda» Mir Saleh Hüseyni və Həsən Məcidzadə Savalanın 

tərtibi ilə İranda da çap olunmuşdur.

2

  

«Hədiqətüs-süəda»nın  Azərbaycanda  nəşrinə  gəlincə  isə,  təəssüflə 



qeyd etməliyik ki, əsər sabiq sovet hakimiyyəti illərində ideologiya baxı-

mından  ziyanlı  dini-fəlsəfi  ədəbiyyat  siyahısına  daxil  edilərək  çapına 

imkan  verilməmişdir.  Əsərin  bütünlüklə  çapı  yalnız  Sovet  imperiyasının 

süqutundan sonra – 1993-cü ildə mümkün olmuşdur.

3

  Həmin  çapa  qədər 



isə  əsərdən  yalnız  ayrı-ayrı  parçalar  çap  üzü  görmüşdür.

4

  Azərbaycanda 



«Hədiqətüs-süəda»dakı  mənzum  parçaların  çapı  ənənəsi  sonralar  da  da-

vam etdirilmişdir.

5

 

«Hədiqətüs-süəda»nın Azərbaycanda sonrakı çap variantları isə Füzulinin 



500 illiyi münasibətilə buraxılmış yubiley və latın qrafikası ilə nəşrləridir.

6

 



«Hədiqətüs-süəda»  əsərinin  elmi-tənqidi  mətninin  hazırlanması  sahə-

sində  də  bir  çox  dəyərli  işlər  görülmüşdür.  Bunlar  içərisində  ilk  addım 

kimi öncə adı çəkilən türk alimi prof. Ş.Güngörün 1987-ci ildə dörd əlyaz-

ması və bir çap, eyni zamanda, yardımçı olaraq iki əlyazma nüsxəsi əsa-

sında  hazırladığı  mətn,  həqiqətən,  «Hədiqətüs-süəda»nın  öyrənilməsi  və 

nəşri  sahəsində  yeni  bir  səhifədir.

7

  Sonralar  bu  işin  uğurlu  davamı  kimi 



prof. Həmid Məmmədzadənin 1996-cı ildə çap olunan üç əlyazması və bir 

çap  (Ş.Güngör  nəşri)  nüsxəsi  əsasında  hazırladığı  altıcildlik  Füzuli  

əsərlərinin  altıncı  cildinə  daxil  edilən  «Hədiqətüs-süəda»  əsərinin  elmi-

                                           

1

 Füzuli. Xoşbəxtlər bağçası (Hədiqətüs-süəda) // «Karvan» jurnalı, I, II, III və IV 



kitab,  Bakı,  1992;  Füzuli.  Kərbəla  vaqiəsi  («Hədiqətüs-süəda»dan  seçmələr)  / 

Çapa hazırlayan: H.Abıyev. Bakı, 1994 

2

 Füzuli. Hədiqətüs-süəda  /  Çapa hazırlayan: Mir Saleh Hüseyni. Tehran, 1373,; 



Füzuli.  Hədiqətüs-süəda  /  Çapa  hazırlayan:  Həsən  Məcidzadə  Savalan.  Qum, 

1374 (1995), (ərəb əlifbasında) 

3

 Füzuli. Hədiqətüs-süəda / Tərtib edənlər: Ə.Səfərli, M.Nağıyev və N.Göyüşov. 



Bakı, 1993 

4

 Füzuli. Əsərləri: 5 cilddə, V c. / Tərtib edəni: H.Araslı. Bakı, Elm, 1985, s.147-



156; Füzuli. Əsərləri / Tərtib edəni: Ə.Cəfər.  Bakı, 1984, s. 231-243 

5

  Füzuli.  Hədiqətüs-süəda  (şeirlər)  //  Füzuli.  Bəng  və  Badə  /  Çapa  hazırlayan: 



Sabir Əliyev. Bakı, 1993, s. 109-284 

6

  Füzuli.  Əsərləri:  6  cilddə,  VI  c./  Tərtib  edəni:  H.Məmmədzadə.  Bakı,  1996; 



Füzuli. Əsərləri: 2 cilddə, II c. / Tərtib edəni: N.Araslı.  Bakı, 1995; Füzuli. Əsər-

ləri: 6 cilddə, VI c./ Tərtib edəni: Ə.Səfərli. Bakı, 2005   

7

 Füzuli. Hadikatü’s-süeda (hazırlayan: dr. Şeyma Güngör), Ankara, 1987 




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə