Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə9/24
tarix20.08.2018
ölçüsü1,01 Mb.
#63759
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

 

 

18 



liləri  öz  əksini  tapmış,  həmin  məsələlər  konkret  nümunələr  əsasında 

dissertasiyada geniş şəkildə təhlil olunmuşdur.   

İkinci  fəslin  «Cami  və  Füzulinin  «Hədisi-ərbəin»ləri:  müqayisəli 

qarşılaşdırma»  adlanan  dördüncü  bölməsi  özü  də  üç  bəndə  bölünür. 

Birinci  bənd  «Əslinə  uyğun  tərcümə-qitələr»  adlanır.  Dissertasiyada 

qeyd  olunur  ki,  Caminin  əsəri  ilə  aparılan  qarşılaşdırma  və  müqayisələr 

Füzulinin  tərcümə  zamanı  bir  çox  hallarda  orijinala  sadiq  qalmağa, 

qitələrin  məzmununu  dəqiq  verməyə  çalışdığını  göstərir.  Tədqiqatda  bu 

qrupa  daxil  olan  səkkiz  tərcümə-qitə  müqayisəli  şəkildə  təhlil  olunur. 

Onlardan birini nəzərdən keçirək.  

 

  (Adəm övladı yaşa 



dolduqca  onda  iki  xislət  [şey]  cavanlaşar:  hərislik  [acgözlük]  və  tuli-

əməl ) hədisini Cami şərh edərək belə nəzmə çəkmişdir: 

   

    


 

   


1

 

 (İnsanın  ömür  binasının  xələli  [pozulması]  qocalığa  görə  hər  zaman 



[daha da] artar. Ancaq onda iki sifət [xasiyyət] cavan qalır: mal toplamağa 

hərislik və tuli-əməl.)  

Füzulinin tərcüməsi isə belədir: 

Adəm oğlun zəmanə pir qılub 

Zəfə etdikcə qüvvətini bədəl, 

İki xislət igitlənür anda 

Hər zaman hirsi-malü tuli-əməl.

2

 

Göründüyü  kimi,  Füzuli  Caminin  qitəsinin  əsas  məzmununu  sax-

lamaqla  bərabər,  onu  ana  dilinə  əslinə  uyğun  şəkildə  tərcümə  etmişdir. 

Hər  iki  qitənin  birinci  beyti  arasında  məna  baxımından  elə  ciddi  fərq 

yoxdur.  Sadəcə  olaraq  Caminin  birinci  beyti  məna  baxımından «

»

(lakin) bağlayıcısı vasitəsilə ikinci beytlə  qarşılaşdırılır; Füzulidə isə bu 



bağlayıcını feli bağlama şəkilçisi olan «-dikcə» əvəz edir. Orijinalın ikinci 

misrasındakı  «

»  ifadəsi  isə  yerini  dəyişərək  dördüncü  misrada 

işlənmişdir. Üçüncü misranın tərcüməsi isə olduqca dəqiqdir. Belə ki,  

«

»  sözü dəqiq qarşılığı olan «anda»,  «



»  feli  «igitlənir», 

                                           

 Tuli-əməl – sonsuz arzu, istək, yəni: insanın ölümü yada salmadan əlində olan ne-

mətləri qoruyub saxlamaq və arzusunda olan şeyləri ələ gətirmək ümidi ilə yaşaması. 

1

 A.Mirzəyev. Cami, Nəvai və Füzuli yaradıcılığında 40 hədis. Bakı, 1997, s. 52.                 



2

 Yenə orada 




 

 

19 



«

»  isə  «iki  xislət»  sözləri  ilə  əvəz  edilmişdir;  «

»  (lakin) 

bağlayıcısı isə, qeyd olunduğu kimi, yerini dəyişərək ikinci misradakı 

«-dikcə»  feli  bağlama  şəkilçisi  ilə  əvəzlənmişdir.  Füzuli  tərcümənin 

dördüncü misrasında da demək olar ki, həmin yolla getmiş, «

» ifadəsini «hirsi-mal» izafəti ilə əvəz etmiş, «tuli-əməl» ifadəsini isə 

hədisdə və orijinalda olduğu kimi saxlamışdır. 

Dissertasiyada göstərilir ki Füzulinin «Tərcümeyi-Hədisi-ərbəin» əsə-

rinə  daxil  olan  40  qitədən  (sonluq  –  xatimə  qitə  hesaba  alınmır)  yalnız 

səkkizi orijinala nisbətən sadiq qalmaqla tərcümə edilmişdir. Əlbəttə, belə 

bir  vəziyyət  orta  yüzilliklər  tərcüməsində  məqbul  sayılırdı.  Çünki həmin 

dövrün  tərcümə  nəzəriyyəsində  sərbəstlik  elementləri  aparıcı  mövqe 

tutmuşdur.  

İkinci  fəslin  dördüncü  bölməsinin  ikinci  bəndində  («Sərbəstlik 

elementlərinin  üstünlük  təşkil  etdiyi  tərcümə-qitələr»)  Füzulinin 

«Tərcümeyi-Hədisi-ərbəin»  əsərinə  daxil  olan  qitələr  içərisində  orijinala 

nisbətən  sadiq  qalmaqla,  sərbəstlik  elementlərinin  üstünlük  təşkil  etdiyi 

qitələrin  say  etibarilə  daha  çox  (16  qitə)  olduğu  göstərilir.  Dissertasiya 

işində bu qrupa daxil olan hər bir qitə orijinalla müqayisəli şəkildə təhlil 

olunur. Örnək olaraq bir qitəni nəzərdən keçirək. 

 

  (Eşitdiyi hər bir şeyi söyləməyin 



özü  insan  üçün  günahdır).  Cami  bu  hədisin  şərhinə  həsr  etdiyi  qitəsində 

bir-birindən gözəl bənzətmələr yaratmışdır. Eyni zamanda o, qitənin ikinci 

və  dördüncü  misraları  arasında  eyni  vəznə  malik  olub,  bir-biri  ilə 

həmqafiyə sözlər («

»;«

») işlətməklə 



«səci-mürəssə»

1

 poetik fiqurundan da istifadə etmişdir:  



 

 

 



2

 

(Kişi  üçün  həmin  günah  kifayətdir  ki,  ayağını  əmin-amanlıq  [olan] 



yerdən  kənara  qoya,  qulağının  bacasından  [seyvanından]  içəri  düşən  hər 

şeyi dil keçidi ilə [vasitəsilə] bayıra çıxara). 

Caminin əsərini tərcümə edən Füzuli onun qitəsinin (eyni zamanda hə-

disin  də)  əsas  məzmununu  və  bir  sıra  ifadələri  olduğu  kimi  saxlamağa 

müvəffəq olmuşdur. Belə ki, Füzuli bu qitədə ilk misranı « » sözü istisna 

olmaqla, demək olar ki, eynilə tərcümə etmişdir. Lakin ikinci misrada belə 

                                           

1

  M.Quliyeva . Klassik Şərq bəlağəti və Azərbaycan ədəbiyyatı. Bakı, 1999, s. 137 



2

  A.Mirzəyev. Cami, Nəvai və Füzuli yaradıcılığında 40 hədis. Bakı, 1997, s. 77 




 

 

20 



dəqiqlik  müşahidə  olunmur.  Üçüncü  və  dördüncü  misra  isə  orijinalın 

üçüncü misrası ilə eyni olsa da, burada fikir və mənanı ifadə baxımından 

Füzuliyə məxsus obrazlı deyim tərzi vardır. Füzuli orijinalda olmayan bir-

birindən  gözəl  bənzətmələr  («sədəfi-səm’»  –  qulaq,  «gühər»  –  söz) 

işlətməklə  fikrin  daha  gözəl  və  obrazlı  ifadəsinə  nail  olmuşdur.  Onu  da 

qeyd edək ki, bu bənzətmələrdən biri olan «gühər»in «söz»ün metaforası 

olaraq  işlənməsi  ənənədən  gəlsə  də,  «sədəfi-səm’»in  «qulaq»  metaforası 

kimi  istifadəsi  fərdi  xarakterlidir  və  olduqca  orijinal  səslənir.  Çünki 

Füzulinin  qulağı  sədəfə  bənzətməsinin  həm  zahiri,  həm  də  daxili  əsası 

vardır.  Məsələnin  birinci  tərəfi  qarşılaşdırılan  hər  iki  predmetin  zahiri 

görünüşü  ilə  bağlıdır,  çünki  qulaq  özünün  zahiri  quruluşu  baxımından 

müəyyən mənada sədəfi xatırladır. Məhz buna görə də əgər qulaq sədəfi 

xatırladırsa,  onda  ona  düşən  söz  də  gövhər  olmalıdır.  Bunun  üçün  də  

«sədəfi-səm’»  –  «qulaq»  bənzətməsi  ənənədən  gələn  «gühər»  –  «söz» 

bənzətməsinin  məntiqi  davamı  kimi  səslənir.  Məsələnin  ikinci  tərəfini, 

yəni  bənzətmənin  daxili  əsasını  isə  orta  əsrlər  elmi  mülahizələri  təşkil 

edir.  Məlumdur  ki,  sədəfə  yağış  damcısı  düşməyincə  gövhər  (mirvari) 

əmələ gəlməz. Füzulinin bir qəzəlinin məqtə beytində deyildiyi kimi: 

        Sədəf su almayınca əbri-nisandan gühər verməz.

1

 

 

Eləcə  də  tələffüz  olunan  söz  də  tək-tək  səslərdən  ibarətdir  və  o,  yalnız 



qulağa düşəndən (eşidiləndə) sonra «söz» – «gühər» olur. Beləliklə, Füzulinin 

hər iki bənzətməsi təsadüfi olmayıb, real, təbii və elmi əsaslara malikdir: 



Kişiyə ol günəh yetər ki, dili 

Şö’leyi-şər olub zəbanə çəkər. 

Sədəfi-səm’inə düşən gühəri 

Çıxarub rişteyi-bəyanə çəkər.

2

 

Göründüyü  kimi,  Füzuli  tərcümə  zamanı  «formal  dəqiqliyin»

3

  (F.Və-


lixanova)  əsiri  olmayaraq  orijinala  sərbəst  yanaşmış  və  əsərin  «ruhunu 

tərcümə etməyə» (H.Heyne) müvəffəq olmuşdur. 

İkinci  fəslin  dördüncü  bölməsinin  «Tamamilə  yeni  –  orijinal  təsir 

bağışlayan  qitələr»  adlı  üçüncü  bəndində  göstərilir  ki,  «Tərcümeyi-

Hədisi-ərbəin»  əsərinə  daxil  olan  qitələrin  böyük  bir  qismini  orijinalın 

ifadə  etdiyi  məna  saxlanılmaqla  tamamilə  orijinal  səslənən  qitələr  təşkil 

                                           

1

  Füzuli. Əsərləri: 6 cilddə, I c., / Tərtib edəni: H.Araslı. Bakı, 2005, s. 152 



2

 A.Mirzəyev. Cami, Nəvai və Füzuli yaradıcılığında 40 hədis. Bakı, 1997, s. 77 

3

 Ф.Велиханова. Азербайджанская  советская поэзия на русском языке. Баку, 



1982, стр. 13 


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə