14
birinin xarakterik xüsusiyyətləri, bədii tərcümədən fərqli cəhətləri geniş
və əhatəli şəkildə tədqiq və təhlil olunur.
Birinci fəslin «Azərbaycan tərcümə tarixində ikidilli lüğətlərin
yeri» adlanan dördüncü bölməsi Azərbaycan tərcümə tarixində lüğətlərin
yerinin öyrənilməsinə həsr edilmişdir. Dissertasiyada göstərilir ki,
Azərbaycan dilçiliyi tarixində xüsusi yer alan lüğətçiliyin təşəkkülü və
inkişafı da bilavasitə tərcümə ilə bağlı olmuşdur. Çünki dil öyrənmək və
öyrətmək işini lüğətsiz təsəvvür etmək mümkün olmadığı kimi, tərcüməni
də lüğətsiz təsəvvür etmək mümkün deyildir. Ərəb işğalı ilə bağlı ərəb
dilinin Azərbaycan mədəniyyəti tarixində xüsusi rolu vardır. Sonralar
Abbasilərin hakimiyyət başına gəlməsi ilə IX yüzilliyin ortalarından baş-
layaraq yeganə dövlət dili və təlim-tədris fənni olan ərəb dili öz möv-
qeyini fars dili ilə bölüşdürməli olur. Bu işin məntiqi nəticəsi kimi isə fars
dilindən tərcümələr və farsca-türkcə lüğətlər meydana çıxır.
Dissertasiya işində Azərbaycan lüğətçiliyində yer alan lüğətlər haqqın-
da müfəssəl məlumat verilir və qeyd olunur ki, Azərbaycanda yazılı
tərcümənin təşəkkül və inkişafında lüğətlər xüsusi rol oynamışdır. Çünki
artıq lüğətlərin meydana çıxdığı vaxtdan etibarən türk (Azərbaycan) dili
tərcüməçi dil kimi çıxış etməyə başlamışdır.
Birinci fəslin beşinci bölməsində («Füzuliyəqədərki Azərbaycan
tərcümə tarixinə bir nəzər») dünya ədəbiyyatında tərcümə tarixi ilə
tanışlığa əsasən, ən əski tərcümə örnəklərinin böyük bir qismini dini
mətnlər təşkil etdiyi göstərilir.
1
Bu mənada Azərbaycan-türk dilində əski
tərcümə örnəklərinin də məhz dini mətnlərdən ibarət olması qeyd olunur.
Dissertasiya işində Azərbaycan ədəbiyyatında dövrün tələblərinə
uyğun olaraq bir qisim tərcümə örnəklərini ərəbcədən fars dilinə edilmiş
əsərlərin təşkil etdiyi göstərilir.
Azərbaycan dilində əldə olan tərcümə örnəkləri isə sonrakı yüzilliklərə
aiddir. Belə ki, tərcümə tariximizdə Azərbaycan dilində əldə olan ilk bədii
tərcümə örnəyi İmadəddin Nəsimiyə (1369-1417) məxsusdur. Onun
Marağalı Əvhədinin (1274-1338) «Çist?» rədifli qəsidəsinə yazdığı
«Nədir?» rədifli nəzirəsində yer alan orijinalın iki beyt tərcüməsi hələlik
əldə olan ilk anadilli bədii tərcümə örnəyi sayılır.
Azərbaycan dilində ayrı-ayrı əsərlərin bütünlüklə tərcüməsindən ibarət
olan ilk iri həcmli tərcümə örnəklərindən olan «Siratün-Nəbi» və «Tərcü-
1
Библейские переводы. / Новый энциклопедический словарь. т. 6, издатели:
Ф.А.Брокгаузь и И.А.Ефронь, СПб, б/г, стр.378-379; П.И.Копанев. Вопросы
истории и теории художественного перевода, Минск, 1972, с. 129
15
meyi-Fütuhuş-Şam» əsərləri isə XIV yüzillik anadilli ədəbiyyatımızın
görkəmli nümayəndələrindən olan Mustafa Zərirə məxsusdur.
XV yüzilliyə aid tərcümə örnəklərindən biri Şirazinin «Gülşəni-raz»
məsnəvisidir. Əsər orta yüzilliklər Azərbaycan ədəbiyyatında tərcümə-
şərhlərin ən tipik örnəyi sayıla bilər.
XVI yüzillikdə Azərbaycan tərcümə sənəti özünün inkişaf tarixində
yeni bir mərhələyə çatır. Bu, özünü tərcümə əsərlərinin həm sayca çoxlu-
ğunda, həm də mövzu rəngarəngliyində göstərir. Tərcümə əsərlərinin
artması isə həmişə xalqın mədəni səviyyəsinin göstəricisi hesab edilir.
1
Azərbaycan ədəbi dili tarixində XVI əsr ədəbi dili üslublarının rəngarəng-
liyi baxımından da özünəməxsus yer tutur. Həmin dövrdə mövcud üslub-
lardan biri olan dini-təbliği üslub Azərbaycan tərcüməsi ilə sıx bağlı idi.
XVI yüzillikdə Məqsudinin «Möcüznamə», Həzininin «Hədisi-ərbəin»
kimi tərcümə və Bəvazicinin «Kəvamilüt-təbir» kimi tərcümə-şərhləri də
vardır. Həmin dövrün tərcümə əsərləri içərisində nəsrlə qələmə alınmış
abidələr də xüsusi yer alır. Nişatinin qələmindən çıxmış həmin örnəklər-
dən biri H.V.Kaşifinin «Rövzətüş-şühəda» əsərinin tərcüməsi olan «Şühə-
danamə», ikincisi isə «Səfvətüs-səfa» təzkirəsindən tərcümə edilən «Şeyx
Səfi təzkirəsi»dir.
Dissertasiya işində göstərilir ki, Füzuliyəqədərki tərcümə abidələrində
daha çox şərhçilik və nəzirəçilik elementləri üstünlük təşkil etmişdir; XVI
yüzillikdə Nişatinin tərcümələri artıq özünün yeni yanaşma yönümü ilə
bədii tərcümə tariximizdə yeni bir mərhələnin başlanğıcını qoymuşdur.
Dissertasiyanın «Füzulinin «Tərcümeyi-Hədisi-ərbəin» əsəri» adlı
ikinci fəsli beş bölmədən ibarətdir. «“Hədisi-ərbəin” məcmuələri içəri-
sində Caminin «Hədisi-ərbəin» əsərinin yeri və onun türkcəyə tərcü-
mələri» adlanan birinci bölmədə göstərilir ki, İslam dininin əsas prinsip-
ləri Qurani-Kərimdən sonra hədislər vasitəsilə açıqlanır. «Hədis» sözünün
ərəbcə lüğəvi anlamı «yeni söz», «rəvayət», «hadisə», «xəbər» deməkdir.
O, sonradan terminə çevrilərək Məhəmməd peyğəmbərə aid edilən söz,
hərəkət və davranışlar mənasını almışdır. Məhəmməd peyğəmbərin Quran
ayələrini müsəlmanlara açıqlaması, ondan soruşulan suallara verdiyi ca-
vablar, həyat tərzi, yeni hadisələrlə bağlı fikir, hərəkət və davranışları son-
radan bütün müsəlmanlar üçün örnək olsun deyə hədislər şəklinə salınırdı.
Dissertasiya işində islam aləmində məşhur olan hədis məcmuələri
haqqında müfəssəl məlumat verilərək göstərilir ki, islami ədəbiyyatda
1
M.Алексеев. Проблема художественного перевода. Иркутск, 1931, с. 25