Nizami Gəncəvinin 875 illik yubileyi münasibəti ilə Mərkəzi kitabxanaların uşaq şöbələri, mks-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə2/12
tarix31.10.2018
ölçüsü1,08 Mb.
#77109
1   2   3   4   5   6   7   8   9   ...   12

mədəniyyətin,  ədəbiyyatın  inkişafında  dəmir  bir  qanunauyğunluq 

var.  Nizami  özündən  əvvəlkilərlə  müqayisədə  şeiri  elə  bir 

əlçatmaz  yüksəkliyə  qaldırmışdır  ki,  sonradan  gələn  sənətkarlar 

artıq ondan yüksəyə qalxmaq xülyasına düşməmiş, onun yolu ilə 

getməyi,  ona bənzəməyi, onun şagirdi  olmağı özləri üçün fəxarət 

saymışlar.  Nizami  mövzularında  əsərlər  yazmaq,  ondan  mənalar 

iqtibas etmək artıq bir ənənəyə çevrilmişdi. 

Şairin  oxucunu  həyata,  insanlığa  qarşı  məhəbbət  ruhunda 

tərbiyələndirən  ölməz  əsərləri  bu  gün  də  gözəllikləri,  ülviyyəti 

dərk  etməyə  çağırır,  ağlın,  qüdrətinə,  haqqın,  ictimai  xeyirin 

qələbəsinə inam hissləri oyadır.  

Nizami  Gəncəvi  1141-ci  ildə  Gəncə  şəhərində  anadan 

olmuşdur.  Şairin  yaşayıb-yaratdığı  XII  əsr  mədəni-elmi 

nailiyyətlərlə  zəngin  bir  dövr  idi.  Şairin  əsərlərindən  anlaşılan 

budur ki, o, təhsilini də öz doğma şəhərində almiş, hələ çox gənc 

ikən  ərəb,  pəhləvi,  fars  və  çox  güman  ki,  yunan  dilini  də 

öyrənmiş,  zəmanəsinin  elmlərinə  dərindən  yiyələnmişdir.  O 

dövrdə  Gəncə  şəhərində  təhsil  almaq  üçün  kifayət  qədər  geniş 

imkanlar  var  idi.  Şair  “Xəmsə”də  adının  İlyas,  atasının  adının 

Yusif,  babasının  adının  Zəki  Müəyyəd  olduğunu  göstərmişdir. 

Alimlər  onun  babasının  adındakı  iki  sözdən  birinin  ləqəb 

olduğunu  düşünürlər  ki,  bu  da  şairin  mövqe,  hörmət  sahibi 

olduğunu  düşünməyə  əsas  verir.  Şair  əsərlərində  ancaq  Nizami 

təxəllüsünü işlətmişdir. Bu söz nizamlı, ölçülü sözə, nəzmə, başqa 

ifadə  ilə  desək,  şeirə  mənsub  olan  adam  deməkdir.  Nizaminin 

ləqəbini  bəzi  qaynaqlar  Nizaməddin,  yaxud  Cəmaləddin  kimi 

yazırlar, ancaq şairin əsərlərində bu ləqəbi təsdiqləyəcək əlamətlər 

yoxdur.  

Nizaminin doğulduğu, ömrü boyu yaşadığı və vəfat etdiyi yer 

Gəncə  şəhəridir.  Bütün  qədim  və  etibarlı  mənbələrdə  onun 

Gəncəyə  gəlmə  olduğu  barədə  heç  bir  qeyd  yoxdur.  Ancaq 

Nizami  əsərlərinin  XVI  əsrdə  və  sonralar  köçürülmüş 

nüsxələrində  “İqbalnamə”nin  bir  yerində  şair  Gəncədən  danışan 

zaman fikir yarımçıq kəsilərək aşağıdakı dörd misra artırılmışdır: 




 

 

Gəncə dənizində olsam da pünhan, 



 

 

Yerim Qum şəhridir, yurdum Qohestan. 



 

 

Təfrişdə Ta adlı bir kənd dayanıb, 



 

 

Nizami ad-sanı ordan qazanıb! 



 

Nizami çox gənc yaşlarından ədəbi yaradıcılığa başlamış və ilk 

çağlardan  sarayların  diqqətini  cəlb  etmişdir.    Zəmanəsinin 

hökmdarları  şairi  öz  saraylarına  gətirmək  istəmiş,  bu  məqsədlə 

ona  qiymətli  hədiyyələr  gondərmişlər.  Lakin  şair  şahların  saraya 

gəlmək  təkliflərindən  inadla  boyun  qaçırmış,  ömrünün  sonuna 

qədər  Gəncədən  kənara  çıxmamış,  heç  kimin  himayəsinə 

sığınmamışdır.  Dərbənd  hakimi  Bəybars  ibn  Müzəffərə 

göndərdiyi  hər  şeyə  görə  qiymətli  hədiyyələrə  layiq  görülmüş, 

ərməğanı  olan Afaq adlı qadınla  evlənmiş  və ondan da 1174-cü 

ildə Mühəmməd adlı bir oğlu olmuşdur. Ancaq onların ailə səadəti 

uzun  sürmür.  Afaq  çox  gənc  yaşlarında  vəfat  edir.  Nizami  bu 

vaxtsız  ölümü  ömrü  boyu  unutmamış,  əsərlərində  özünün  ilk 

məhəbbətini tez-tez xatırlamış, hətta  “Xosrov və Şirin” əsərindəki 

Şirin  obrazı  üzərində  işlərkən  sevimli  qadınını  göz  önündə 

tutmuşdur.  Sonralar  şair  daha  iki  dəfə  evlənsə  də,  Afaqı  ömrü 

boyu 

sevgi 


ilə 

xatırlamış, 

taleyinin 

uğursuzluğundan 

gileylənmişdir.  

Nizami özünün yeganə ovladı olan Məhəmmədi də çox sevmiş, 

əsərlərində  bir  neçə  yerdə  ona  nəsihətlər  etmişdir.    Dahi  şair  öz 

poemalarında  müasirlərinə  olan  münasibəti,  doğma  vətənə, 

xalqına  məhəbbəti,  gəncliyə  qaygısı  və.  s.  haqqında  da  aydın 

məlumat  verir.  Şairin  müasiri  olduğu  Azərbaycan  hökmdarları 

onunla  sıx  əlaqə  saxlamış,  Məhəmməd  Cahan  Pəhləvan  Eldəgiz 

onun  adına  yeni  bir  əsər  yazmağı  Nizamidən  xahiş  etmişdi. 

Məhəmməd  Cahan    Pəhləvandan  sonra  hakimiyyətə  keçən  Qızıl 

Arslan  şairi  görmək  üçün  Gəncəyə  gəlmiş,  Gəncə  şəhəri 

yaxınlığında  onunla  görüşmüşdür.  Şirvanşah    Axsitan  da 

Nizamiyə  qasid  göndərərək  ona  Leyli  Məcnun  məhəbbəti 

haqqında  əsər  yazmağı  təklif  etmişdir.  Nizami  özünün  “Yeddi 



gözəl” poemasını da Azərbaycan hökmdarlarından Marağa hakimi 

Əlaəddin  Körpə  Arslana  ithaf  etmişdir.  “Xəmsə”nin  son  əsəri 

“İsgəndarnamə”də  şair  Gəncədə  baş  verən  dağıdıcı  zəlzələdən 

bəhs  etmiş,  şəhərin  zəlzələ  nəticəsində  viranəyə  çevrildiyini  ürək 

ağrısı ilə təsvir etmişdir. 

Nizaminin əsərləri eyni zamanda onun saf, təmiz mənəviyyatı, 

xeyirxah təbiəti, bəşəri arzuları və pak niyyəti haqqında da aydın 

təsəvvür yaradır. 

Nizami  1209-cu  il  martın  12-də  doğma  şəhəri  Gəncədə  vəfat 

etmişdir.  İndi  onun  məzarı  üzərində  möhtəşəm  bir  məqbərə 

ucalmaqdadır.  Dahi  şair  və  mütəfəkkirin  adı  doğma  vətəni 

Azərbaycanda  əbədiləşdirilmiş,  əsərləri  dəfələrlə  kütləvi  tirajla 

nəşr olunmuşdur.   

Nizaminin  ilk  iri  həcmli  əsəri  “Sirlər  xəzinəsi”  poemasıdır. 

Yaxın  və  Orta  Şərq  ədəbiyyatında  didaktik  poema  janrının  ən 

qiymətli  nümunəsi  olan  bu  əsər  dahi  şairin  yaradıcılığında  epik 

şeir  sahəsində    ilk  qələm  təcrübəsi  idi.  Əsər  hicri  tarixilə  570-ci 

ildə  yazılmışdır  ki,  miladi  təqvimilə  1174-1175-ci  illərə  uyğun 

gəlir.   

Poemanın  əsas  məzmununu  iyirmi  məqalət  təşkil  edir.  Bu 

məqalətlərin hər birində Nizami müəyyən aktual bir problemi əsas 

götürərək  şərh  etdikdən  sonra  onu  maraqlı  bir  hekayə  ilə 

aydınlaşdırır.  Bu  hekayələrin  mövzusu  xalq  ədəbiyyatı  və  tarixi 

şəxsiyyətlərlə bağlı olsa da şair hər hekayədən çıxardığı nəticə ilə 

müasirlərinə  üz  tutur,  dövrünün  ədalətsiz  hökmdarlarını,  insafsız 

darğalarını,  vəzir  və  başqa  ixtiyar  sahiblərini  ədalətə,  xalqın 

qaygısına  qalmağa  çağırır.  Şair  zəmanəsinin  yalançı  sufilərini, 

zəhmətə xor baxan tüfeyli gəncləri, sədaqətsiz dostları, dili uzun, 

hünəri  az  adamları  tənqid  edir.  O,  “Nuşirəvan  və  bayquşların 

söhbəti”  hekayəsində  dövrünün  zalım  şahlarına  quşların  dili  ilə 

ədalət dərsi verir.  

“Sirlər  xəzinəsi”ndə  əməyin,  zəhmətin  tərənnümü  xüsusilə 

qabarıq verilir. Şair öz əlinin zəhməti ilə dolanan sadə insanlardan 

məhəbbətlə söz açır, son dənini torpağa səpib onu gözlərinin yaşı 




Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə