Nizami Gəncəvinin 875 illik yubileyi münasibəti ilə Mərkəzi kitabxanaların uşaq şöbələri, mks-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə5/12
tarix31.10.2018
ölçüsü1,08 Mb.
#77109
1   2   3   4   5   6   7   8   9   ...   12

Yerə qoydu başını, 

O da uyğuya daldı. 

 

Tülkünü yatmış görüb 



Fürsət tapdı çibkəsən. 

Çaldı pul kisəsini

Getdi, itdi nəzərdən. 

 

Keşikdə duranların 



Qorxuludur yatmağı, 

Ya başı əldən gedər, 

Ya başından papağı. 

 

Dünya  ədəbiyyatı  xəzinəsinə  nadir  bir  sıma  kimi  daxil  olmuş 



görkəmli  filosof,  mütəfəkkir,  və  söz  sənəti  mülkünün  sultanı 

Nizami  Gəncəvinin  875  illiyi  ilə  əlaqədar  kecirilən  tədbirlərdən 

biri də şeir müsabiqəsidir. Şeir müsabiqəsi oxucuların çox sevdiyi 

tədbir  formasıdır.  Çünki,  bu  tədbirdə  oxucuların  şeir  demək 

bacarığı, onu yadda saxlamaq, intonasiya ilə söyləmək bacarıqları 

üzə çıxır. Tədbirə kitabxanaçı bir ay qabaqcadan hazırlaşmalıdır. 

Şeir  müsabiqəsində  münsiflər  də  yer  alır.  Yaxşı  seir  demək 

bacarığı  olan  uşaqlar  münsiflər  tərəfindən  I,  II,  III  yerlər  üzrə 

qiymətləndirilirlər.  Aşagı  sinif  şagirdləri  ilə  Nizami  Gəncəvinin 

“Kərpickəsən  qocanın  bir  cavanla  hekayətin”ni    səhnələşdirilmiş 

formada keçirmək olar.  

 

 

 

 



Kərpickəsən qocanın bir cavanla hekayəti 

 

Deyirlər Şam tərəfdə bir qoca kişi vardı, 

Pəri kimi xalq ilə onun nə işi vardı. 

Əyninin köynəyini ot - ələfdən hörərdi, 

Kərpic kəsib birtəhər dolanar, gün görərdi... 

Qılınclı ərlərin ki, düşərdi qalxanları, 

Məzarına kərpicdən döşərdi “qalxanları”. 

Kəfənsizin kəfəni, duvağıydı kərpici, 

Günahkarın ağzının suvağıydı kərpici. 

Bir gün yenə işiylə başını qatdı qoca, 

Əldən- dildən düşərək qan- tərə batdı qoca. 

Birdən – birə göründü gözə bir cavan oğlan, 

Başladı məzəmmətlə sözə bir cavan oğlan: 

“Bu düşkünlük, zəlillik səncə, hara yaraşar? 

Palçıq- saman yoğurmaq muzdurlara yaraşar. 

Torpağın qalxanını qılıncınla sökmə sən, 

Bir qarın çörək üçün öz abrını tökmə sən. 

Bu kərpic qəlibini yandırıb külə döndər, 

Ömrün xəzan bağını əlinlə gülə döndər. 

Daş kimi kəltənlərə bel vurmaqdan nə çıxar? 

Bəlimli palçıqları yoğurmaqdan nə çıxar? 

Qocasan, qocaların yerişini yeri sən

Yorularsan, cavanın yerişini yerisən”. 



Qoca dedi: “Nadanlıq havası var başında, 

Ağsaqqala gülürsən belə cavan yaşında. 

Qocalar kərpic kəsər, halallıqla yaşayar, 

Kölələr, əsir qullar ağır yüklər daşıyar. 

Qarşında boyun büküb əl açmayım deyə mən, 

Əzəldən əl atmışam belə bir peşəyə mən. 

Nə xəzinə yığanam, nə də tirmə geyənəm, 

Öz halal zəhmətimin çörəyini yeyənəm. 

Halalca nemətimə naşükür olma mənim

Nemətə xor baxana nemət qənimdir, qənim.” 

Qocaya tənə vuran peşmanladı sözündən, 

Gözdən itən zamanda yaş axıtdı gözündən. 

Dünya görmüş insandı, qoca belə qocaydı, 

Namuslu zəhmətiylə el gözündə ucaydı. 

Unut dünya evini sən burada, Nizami! 

Məslək eşqi yetirər hər murada, Nizami!   

 

Nizami  yaradıcılığı  daha  dərindən  tədqiq  edilməsi  məqsədilə 



oxucular  arasında  “Nizami  vətənpərvər  şairdir”  mövzusunda  adlı 

inşa müsabiqəsi də keçirmək olar.   

Nizami  irsinin  təbliği  ilə  bağlı  oxucu  konfransının  keçirilməsi 

məqsədəuyğundur. 

Oxucu 

konfransının 



keçirilməsində 

məqsədimiz oxucuları Nizami  Gəncəvinin əsərlərinə geniş maraq 

oyatmaqdan 

ibarətdir. 

Dahi 

şairin 


yaradıcılıq 

irsinin 


kitabxanalarda 

təbliğ 


edilməsində  oxucu  konfranslarının 

keçirilməsi  olduqca  önəmlidir.  Bu  tədbir  forması  bir  qədər  çox 

vaxt  apardığından  kitabxana  işçiləri  əvvəlcədən  xüsusi  hazırlıq 

işləri  görməlidir.  Tədbirin  maraqlı  və  canlı  keçirilməsini  təmin 

etmək  üçün  ədəbiyyat  müəllimlərini,  şair  və  yazıçıları,  yaradıcı 

birliklərin  işçilərini,  ziyalıları,  fəal  oxucuları  işə  cəlb  etmək, 




tədbirə  dəvət  etmək  məqsədəuyğun  olardı.  Kitabxanaçı  oxucu 

konfransını aşağıdakı mövzular üzrə keçirə bilər: 

   “Dahi  Azərbaycan  şairi  Nizami  Gəncəvi”,    “Əsrlərin  şairi 

Nizami”,  “Nizami  və  şifahi  xalq  ədəbiyyatı”,  “Nizami 

yaradıcılığının  bədii  xüsusiyyətləri”,  “Dünya  poeziya  sənətində 

Nizaminin  cahanşümulluğu”  və  s.    Kitabxanaçı  konfransın 

keçirilməsi üçün ayrıca plan tərtib еtməlidir. О, planda kеçiriləcək 

tədbirin adını, giriş sözü və еləcə də çıхış еdəcək başqa şəхslərin 

adlarını göstərməlidir. Nizami Gəncəvi yaradıcılığına həsr edilmiş 

konfransda  şairin  əsərlərindən  və  onun  haqqında  yazılmış 

materiallardan ibarət sərgi, tövsiyə ədəbiyyat siyahıları, kitabxana 

plakatları,  bülletenlər,  bukletlər,  bədii  və  sənədli  filmlərin 

nümayişi,  elektron  məlumat  bazasının,  Nizami  Gəncəvi 

yaradıcılığına  həsr  edilmiş  slaydın  təqdimatı  və  s.  nəzərdə  tutula 

bilər.  

Nizami Gəncəvi yaradıcılığı ilə bağlı keçirilən tədbirlərdən biri 

də  kitab  müzakirəsidir.  Kitab  müzakirəsi  ilə  bağlı  onu  demək 

istərdik  ki,  bu  tədbir  oxucuların  ən  çox  maraq  göstərdiyi 

tədbirlərdən  biridir.  Belə  tədbirlərin  keçirilməsində  məqsəd 

oxucuları  kitabxananın  fondunda  yer  alan  kitablarla  tanış  etmək,  

onların  məzmununu  müzakirə  etmək,  kitabın  nədən  bəhs 

edildiyini açmaqdan ibarətdir.  

Nizami  Gəncəvinin  “Günəş  Diyarı”    adlı 

kitabının  müzakirəsini  sizə  təqdim  edirik: 

Kitabda  əsasən  “Xəmsə”dən  hekayətlər, 

əfsanələr  və  rəvayətlər  verilmişdir.  Kitab 

2002-ci  ildə  “Ayna”  nəşriyyatı  tərəfindən 

müəllif  Telli  Əliyeva  tərəfindən  nəfis  şəkildə 

tərtib olunmuşdur.  

Kitabxanaçı tədbiri giriş sözü ilə açır:  

Azərbaycan zaman-zaman dünyaya söz sənəti xəzinəsini nadir 

incilərlə zənginləşdirən böyük sənətkarlar bəxş etmişdir.  Bunların 

sırasında  Nizami  Gəncəvi  yaradıcılığı  möhtəşəmliyi,  müdrikliyi 

və həyatiliyi ilə seçilir. Bəli, Nizami o sənətkarlardandır ki, dərin 




Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə