Tərtibçi: Könül Səmədzadə
Sevil Əhmədova
Redaktor:
Zahirə Dadaşova
Əməkdar mədəniyyət işçisi
İxtisas redaktoru və Ş.Qəmbərova
Buraxılışa məsul: Əməkdar mədəniyyət işçisi
Sönməz günəşin hikmət dəryası: metodiki vəsait /tərt. ed.
K.Səmədzadə; red Z. Dadaşova. Red və burax. məsul
Ş.Qəmbərova; F.Köçərli adına Respublika Uşaq Kitabxanası.-
Bakı, 2016.- 54s.
©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2016.
Biz Nizaminin, Xaqaninin, Nəsiminin, Füzulinin adlarını
böyük iftixar hissi ilə çəkirik və onların əsərlərini oxuyaraq
xalqımızın nə qədər dahi, müdrik və istedadlı xalq olduğunu bir
daha dərk edirik. Eyni zamanda, dünya, bəşər qarşısında bununla
fəxr edirik, öyünürük. Öyünməyə də haqqımız var. Çünki bu
böyük insanlar nəinki bizim xalqımızı, bütün bəşəriyyəti, bəşər
tarixini zənginləşdirən əsərlər yazmışlar.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Tərtibçidən:
Nizami Gəncəvi Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi
dahi şəxsiyyətlərdən biridir. O, humanist, mütəfəkkir şair kimi
şöhrət qazanmışdır. Doqquz yüz ilə yaxındır ki, əsərləri dünya
bədii söz xəzinəsinin incisi kimi bütün nəsillərin, eləcə də bizim
mənəvi müasirimizdir.
Nizami yaradıcılığı dərindən tədqiq olunduqca, bütün
dolğunluğu ilə öyrənildikcə, daha böyük tərbiyəvi əhəmiyyət kəsb
edir. Məhz bu cəhət şairin ədəbi irsinin tədqiqinə, təbliğinə və
nəşrinə diqqəti artırmağı tələb edir.
Nizami Gəncəvi irsinin geniş təbliği işində ümumtəhsil
məktəblərinin, mədəniyyət ocaqlarının üzərinə böyük vəzifə
düsür. Şairin əsərlərinin öyrənilməsinə maraq oyatmaq lap aşağı
siniflərdən
başlanmalıdır. Məktəb proqramlarında şairin
əsərlərinin öyrənilməsinə geniş yer verilir. Elə bu baxımdan da,
məktəblərlə yanaşı, kitabxanaların da üzərinə böyük vəzifə düşür.
Biz də bir kitabxanaçı olaraq, Nizami irsinin öyrənilməsi və təbliğ
olunması üçün bir çox tədbirlər planı hazırlamışıq. Ümidvarıq ki,
görkəmli şairin yubileyi ilə bağlı təqdim etdiyimiz metodiki vəsait
sizin istifadə edə biləcəyiniz vəsaitlərdən biri olacaqdır.
I B ö l m ə
Həyat və yaradıcılığı
Nizami
Gəncəvi
1141-ci
ildə
Azərbaycanın
qədim
şəhərlərindən biri olan Gəncədə doğulmuş, ömrünün axırına qədər
orada yaşamış, yazıb-yaratmışdır. Nizami 1209-cu ildə vəfat
etmişdir.
Şairin əsl adı İlyas, atasının adı Yusifdir. Nizami onun
təxəllüsüdür. Bu təxəllüs onun həyatda və həyatının mənası
saydığı poeziyada qarşısına qoyduğu məqsədləri son dərəcə dəqiq
ifadə edirdi. “Nizami-nizamlayan, nizam verən, qaydaya salan”
deməkdir.
Nizami Gəncə şəhərində mədrəsə təhsili almışdır, lakin o,
dövrünün bir sıra elm sahələrinə (fəlsəfə, tibb, həndəsə,
astronomiya və s.) dərindən bələd olmuşdur. Bunlarla yanaşı,
dünya mədəniyyəti, xüsusilə yunan, ərəb, fars mədəniyyəti ilə,
Qafqaz xalqlarının tarixi ilə maraqlanmış, onların folklorunu
öyrənmişdir. Nizami ərəb, fars dillərini mükəmməl bilmiş və bir
sıra dillərə yaxından bələd olmuşdur. O, bunlara müstəqil mütaliə
yolu ilə nail olmuşdur. Müstəqil mütaliə şairin dərin, hərtərəfli
bilik qazanmasına imkan vermişdir.
Əsərləri yüzilliklərdən bəri sevilə-sevilə oxunub bu gün də
ürəkləri fəth edən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami
Gəncəvi bəşər mədəniyyətinin yetirdiyi nadir şəxsiyyətlərdəndir.
Söz dünyasının günəşi, hələ saglığında əsərləri möcüzə sayılan
Nizami özü də yaradıcılığının dəyərini yaxşı bilmişdir. Dahi
sənətkar bədii fikir tarixini insan səadəti, mənəvi yüksəklik,
mənalı ömür, azad və ədalətli cəmiyyət və. s. kimi əhəmiyyətini
heç vaxt itirməyən ölməz ideyalarla zənginləşdirmişdir. Nizami
sənəti özünün humanist ruhu, xalq arzu və istəklərinin aydın,
təsirli ifadəsi ilə seçilir. Buna görədir ki, bu zəngin irs bütün
dövrlərdə müasir səslənmiş, təqdir olunaraq izlənilmişdir. Şair
“Sirlər xəzinəsi” poemasında belə bir fikir yürüdür ki, elmin,