~ 45 ~
irsi informasiyaların dəyişməsinə səbəb olur.
Hazırda xromosomda yerləşən subvahidlərin sayı barədə bir-birinə
tamamilə zidd iki fərziyyə vardır. Xromosomların polinem (çoxtelli)
quruluşu fikrinin tərəfdarları belə hesab edirlər ki, metofaza mərhələsində
hər mitotik xromosom iki xromatiddən, onların da hərəsi təqribən 200A
0
diametrli iki fibrildən ibarətdir. Bu fibrillərin hər biri 100A
0
diametrli iki
subfibrildən təşkil olunmuşdur. Subfibrillərin də hər biri 35-40A
0
iki
nukleohiston molekulundan ibarətdir. Beləliklə, hər bir xromosom onun
boyu uzunu ip kimi burulan 32 ədəd DNT-proteid telindən ibarətdir (şəkil
15). Bu fərziyyə bir sıra tədqiqatlarda sübut olunmuşdur (məs., paxla
bitkisinin kökcüklərində).
Şəkil 15. Metofaza xromosomlarının quruluş səviyyələrinin sxemi:
1 – xromosom; 2 – xromatidlər; 3 – yarımxromatidlər; 4 – fibrillər;
5 – subfibrillər; 6 – nukleohiston molekullar.
Xromosomların uninem sapdan (birtelli) təşkili tərəfdarları belə
hesab edirlər ki, hər bir xromosom uzunu boyu bir spirallaşmış teldən
ibarətdir. Bu fərziyyədə bir sıra tədqiqatlarda sübut olunmuşdur. Məsələn,
drozofil xromosomlarının maya göbələkləri xromosomlarının bir teldən
ibarət olması (uninem təşkili) müəyyənləşdirilmişdir.
Beləliklə, xromosomların polinem və uninem quruluşunun
eksperimental yolla öyrənilməsi eukariot hüceyrə xromosomlarının
prinsipcə bir-birindən fərqli bir neçə quruluşunun olduğunu ehtimal
etməyə imkan verir.
Hüceyrənin bölünməsi
Bölünmə hüceyrənin ən mühüm xüsusiyyətlərindən biridir.
Hüceyrənin bir bölünmədən digər bölünməyədək olan dövrünə həyat tsikli