Нуряддин казымов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/83
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48998
1   2   3   4   5   6   7   8   9   ...   83

 
15
Göründüyü kimi,  məşğələ zamanı  tələbələrdə diqqət  və  iradə kimi psixoloji 
qüvvələri  inkişaf  etdirmək  imkanları  var.  Bu  cür  imkanların  olduğunu  bilmək  və 
onları işə salmaq, tələbələri bu işə cəlb etmək müəllimin öhdəsinə düşür. 
Hafizə  ilə  əlaqədar  misal  gətirək.  Müəllim  növbəti  məşğələdə  mövzunu 
konkret  tələbədən  soruşacağını  ona  bildirir.  Məşğələnin  vaxtı  çatır.  Müəllim 
sözünя əməl edir. Həmin şagirdə deyir: 
-Buyur, mövzunu danış! 
Tələbə ayağa qalxır. Bir qədər danışır, səsinin tonu aşağı düşür, yazıq-yazıq 
müəllimin üzünə baxıb and-aman edir: 
-Müəllim, vallah mövzunu bir neçə dəfə oxumuşam, amma yadımda qalmır; 
sizə baxanda her şeyi unuduram. 
Söhbətdən  müəllimə  aydın  olur  ki,  tələbə  mətndə  işlənən  bəzi  sözlərin 
mənalarını  başa  düşmədən  əzbərləmək  yoluna  üstünlük  verir.  Müəllim  onu  da 
müəyйənləşdirir  ki,  mətndə  işlənən  sözlərin  (məfhumların)  mahiyyətindən  tələbə 
ona görə hali deyil ki, həmin sözlərin işlədildiyi və öyrənildiyi məşğələlərdə iştirak 
etməmişdir. 
Vəziyyəti və onu doğuran səbəbləri dəqiqləşdirən  müəllim bu cür tələbələrə 
qısa izahat vermək qərarına gəlir: 
-Əziz  tələbələr!  Keçdiyimiz  mövzuları  dərinдən  mənimsəməyin  və  yadda 
saxlamağın  bir  sıra  şərtləri  vardır.  Bu  şərtlərdən  biri  də  oxuduğumuz  mətnlərdə 
işlədilən  sözlərin  (məfhumların)  hər  birinin  ifadə  etdiyi  mənanı  dərk  etmək,  başa 
düşməkdir.  Bundan  ötrü  məşğələляrin  hamısında    iştirak  etmək  zəruridir; 
məşğələlərdə  ara-sıra  olmaq  böyük  nöqsandır.  Nəzərə  alın  ki,  hər  sonrakı  mövzu 
юzцndən  əvvəl  gələn  mövzular  əsasında  öyrənilir;  hər  hansı  mövzunu  qavramaq, 
başa  düşmək  və  mənimsəmək  üçün  ondan  əvvəlki  mövzuları  dərindən  öyrənmək 
tələb olunur.  
Təlim,  tərbiyə,  təhsil  və  psixoloji  inkişafın  vəhdətini,  bunların  bir-birini 
tamamladığını bilmək,  nəzərə almaq yalnız tələbəlik fəaliyyəti üçün faydalı deyil. 
Bu, tələbəyə gələcək müəllimlik fəaliyyətində daha çox gərəkli olacaq. O, pedaqoji 
prosesin  tamlığına  dair  ali  məktəbdə  qazandığı  bilik  və  bacarıqdan  sinif  müəllimi 


 
16
kimi  istifadə  edəcəkdir;  çalışacaqdır  ki,  ibtidai  təhsili  həyata  keçirərəkən  onun 
tərbiyəvi  və  psixoloji  inkişaf  imkanlarını  araşdırsın  və  bu  imkanları  reallaşdırsın; 
təşkil  edəcəyi  sırf  tərbiyəvi  tədbirlərdə  təhsilləndirici  və  inkişafetdirici  məqamları 
unutmasın,  biliklərin  və  mənəvi  keyfiyyətlərin  şagirdlərdə  uğurla  formalaşmasına 
yardımçı  olan  diqqət,  iradə,  təxəyyül,  təfəkkür,  hafizə  kimi  psixoloji  qüvvələri 
hərəkətə gətirsin. 
 
3.Pedaqoji proses və cəmiyyət arasında qarşılıqlı asыlılıq. 
Real həyatda pedaqoji proses cəmiyyətdən, cəmiyyət isə pedaqoji prosesdən 
asılıdır. Asılılıq qarşılıqlıdır. 
Pedaqoji  prosesin,  yəni  təlimin,  tərbiyə  və  təhsilin  cəmiyyətdən  asılılığı  bir 
sıra  cəhətdən  aydınlaşdırılır.  Əvvəla,  respublikamızda  uşaq  bağçasından  tutmuş 
universitetlərə,  təhsil  verən  akademiyalaradək  bütün  tədris  müəssisələri  ya  dövlət 
tərəfindən açılır, yaxud açılmasına döвlət icazə verir. Azərbaycan Respublikasında 
dövlətин  razılığı  olmadan  heç  kəs,  heç  bir  təşkilat  tədiris  müəssisəsi  aça  və  ya 
istifadəyə verə bilməz. 
İkincis,  dövlət  tədris  müəssisələrini  müvafiq  bina  ilə,  avadanlıqlarla,  tədris-
texniki vasitələrlə, dərslik və dərs vəsaitləri ilə, torpaq sahəsi ilə təmin edir. 
Üçüncüsü,  tədris  müəssisələrinin  kadr  təminatı  ilə  müvafiq  dövlət  orqanları 
məşğul  olur;  aşağıdan  yuxarıyadək  kadrların  elmi  və  pedaqoji  səviyyələrini 
artırmaq üçün zəruri şərait yaradılır. 
Dördüncüsü, dövlət tədris müəssisələri dövlət tərəfindən maliyyələşdirilir. 
Beşincisi,  tədris  müəssisələrinin  fəaliyyəti  üzərində  nəzarəti  də  dövlət 
orqanları həyata keçirir. 
Altıncısı, zərurət  yarandıqda  bu  və  ya digər tədris  müəssisəsinin  fəliyyətinə 
xitam  vermək,  yaxud  onun  fəalyyətinə  başqa  istiqamət  vermək  hüququ  dövlətə 
məxsusdur. 
Nəhayət, tədris müəssisələrinə qəbul planının müəyyənləşdirilməsi, ixtisaslar 
üzrə kadr hazırlığının tənzimlənməsi də dövlətin səlahiyyətindədir. 
Sadalanan  faktlar  göstərir  ki,  Azərbaycan  Respublikasında  pedaqoji  proses, 
yəni  təlim,  tərbiyə  və  təhsil,  habelə  onlardan  ayrılmaz  olan  psixoloji  inkişaf 
məsələləri  cəmiyyətdən,  dövlətdən  asыlıdır.  Onu  da  nəzərə  alamalıyıq  ki, 
mövcudluğu dövlətdən, cəmiyyətdən asыlı olan pedaqoji proses də, öz növbəsində, 
cəmiyyətə, dövlətə təsir göstərir. 


 
17
Əvvəla,  tədris  müəssisələrində  xalqın,  cəmiyyətin,  dövlətin  gələciyi 
formalaşdırılır.  Ölkəmizin  bütün  sahələrində,  həm  sosial-iqtisadi  və  həm  də 
mədəni-siyasi  sahələrində  indi  fəaliyyət  göstərən  və  gələcəkdə  də  fəaliyyət 
göstərəcək  mütəxəssislər  orta  ümumtəhsil  məktəblərindən,  ali  və  orta  ixtisas-peşə 
təhsili  məktəblərindən  keçib  gedirlər.  Tədris  müəssisələrində  gənc  nəslin  aldığı 
təlim,  tərbiyə  və  təhsilin  səviyyəsi,  gənc  nəsildə  formalaşan  psixoloji  qüvvələrin 
səviyyəsi  ölkəmizin  bütün  sahələrində  əks  səda  verir.  Tədris  müəssisələrimizdə 
həyata keçirilən təlim, tərbiyə və təhsilin səviyyəsi nə qədər yüksək olursa, sosial-
iqtisadi və mədəni-siyasi həyatda uğurlarımız da bir o qədər  artır; təhsildə qüsurlar 
olduqda isə cəmiyyət əziyyət çəkir, dövlət narahatlıq keçirir, yeni-yeni problemlər 
yaranır. 
Sual  olunur:  Pedaqoji  proses  və  cəmiyyət  arasında  qarşılıqlı  əlaqənin 
olduğunu indiki tələbənin - gələcək sinif müəlliminin bilməsi ona nə verir? 
Belə  hesab  edirik  ki,  bu  məsələnin  tələbəyə  də,  gələcəkdə  sinif  müəllimi 
olacaq şəxsə də, şagirdə də bilavasitə dəxli vardır. Sözü gedən qarşılıqlı asılılıqdan 
xəbərdar  olan  tələbə,  əvvəla,  cəmiyyətdə  öz  yerini  və  rolunu  çətinlik  çəkmədən, 
asanlıqla  müəyyənləşdirəcək.  Bir  tələbə  kimi,  o,  daha  yaxşı  oxumalı  olacaq. 
İkincisi,  xalqımıza,  dövlətimizə  ləyaqətlə  xidmət  etmək  məqsədi  ilə  özünü 
nümunəvi müəllim kimi hazırlamağa çalışacaq. Üçuncüsü, özündə formalaşdırdığı 
həmin keyfiyyətləri sabah şagirdlərinə də aşılamağa səy göstərəcək. Sinif müəllimi 
kimi  fəaliyyətdə  olarkən  gənc  nəslin  təhsilə  dövlət  qayğısından  söz  açacaq,  yeri 
gələndə şagirdlərinə müraciətlə soruşacaq: 
-Uşaqlar,  gəlin  belə  bir  sual  ətrafında  düşünək  və  fikirlərimizi  bildirək: 
Sizин-  uşaqların  təhsilinə  göstərilən  dövlət  qayğısına  biz  nə  ilə,  necə  cavab  verə 
bilərik? 
Uşaqların  söylədikləri  müxtəlif  fikirləri  müəllim  belə  yekunlaşdıra  bilиr: 
dövlətin  qayğısına  yaxşı  oxumağımızla,  nümunəvi  davranışımızla  cavab  verərиk, 
dövlətimiz üçün ləyaqətli vətəndaş olmağa çalışmaqla cavab verərik. 
 
Yönəldici və düşündürücü çalışmalar. 
1.  Pedaqoji  prosesin  tamlığıны,  yəni  təlimин,  tərbiyəнин,  təhsil  və  psixoloji 
qüvvələrin  vəhdətdə  olduğunu  bilən  və  öz  fəaliyyətində  nəzərə  alan  ali  məktəb 
müəllimlərinin işində səmərəlilik necə olar? 
2.  Pedaqoji  prosesin  tamlığıны,  yəni  təlimин,  tərbiyəнин,  təhsil  və  psixoloji 
qüvvələrin vəhdətdə olduğunu bilib  öz fəaliyyətində nəzərə alan sinif müəlliminin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə