9
fənninin tədrisinə daha ciddi hazırlaşmalı və sinif müəlliminin fəaliyyətinin
incəliklərini öz tələbələrinə aşılamalı olur. Fərqi başa düşən tələbələr isə yəqin
edirlər ki, I-IV siniflərdə dərs demək, sinif müəllimi olamaq nə qədər
çətindirsə, bir o qədər də şərəfli işdir. Çünki, sinif müəllimi Azərbaycan
Respublikası üçün əsil, fəal vətəndaş yetişdirməyin möhkəm bünövrəsini
qoyur.
3.Tətbiqi pedaqogika fənninin strukturunu bilməyin tələbə üçün əhəmiyyəti.
Tətbiqi pedaqogika fənninin hazırkı strukturunun xüsusiyyətlərini başa
düşmək iki cəhətdən tələbələr üçün faydalıdır: həm tələbə kimi, həm də gələcək
sinif müəllimi kimi. Fənnin struktur xüsusiyyətlərini, onun məntiqini, daxili
əlaqələrini əvvəlcədən aydın təsəvvür edən tələbənin gözü açılır, öyrənilən hər
yeni mövzunun əvvəlki mövzu ilə bağlılığına diqqət yetirməli olur. Nəticədə
fənn haqqında, onun əhəmiyyətinə dair tələbədə aydın anlayış formalaşır;
fənnin ayrı-ayrı müddəaları və tələblərini bir-biri ilə qarşılıqlı əlaqədə
mənimsəyən tələbədə məntiqi təfəkkür, diqqət, iradə kimi vacib psixoloji
qüvvələrin intensif inkişafı üçün münasib şərait yaranmış olur. Tətbiqi
pedaqogika fənninin tədrisi təcrübəsindən qazandığı təəssüratı yadda saxlayan
tələbə sinif müəllimi kimi işləyən zaman öz ali məktəb təəssüratını xatırlayır və
yeni şəraitdə onu işə salır.
Etiraf edilməlidir ki, tətbiqi pedaqogika fənninin strukturu barədə son
dərəcə faydalı həyat təcrübəsi tələbədə öz-özünə, mexaniki şəkildə
formalaşmır. Bu işdə həmin fənni tədris edən müəllimin məqsədyönlü
fəaliyyətinin rolunu xüsusi qeyd etmək lazım gəlir. Məsələ burasındadır ki,
fənnin strukтuruna müəllimin toxunmadığı hallarda tələbənin təəssüratı tam
deyil, pərakəndə olur və unutma hallarına şərait yaranır.
Fənnin öyrənilməsinə başlamazdaн əvvəl tələbə tətbiqi pedaqogika
fənninin bölmələrinin adlarını nəzərdən keçirir. Yəqin edir ki, “Tətbiqi
pedaqogika, pedaqoji proses və cəmiyyət” adlanan birinci bölmədəki ümumi
praktik məsələlər sonrakı bölmələrdə getdikcə konkretləşdirilir və “Pedaqoji
prosesə xidmət təcrübəsi” adlanan VIII bölmədə yekunlaşdırılır. Tələbə II, III,
10
IV, V, VI, VII bölmələrin başlıqlarına diqqət yetirir, əvvəlcə I bölmə ilə
sonuncu bölmə arasındakı əlaqəyə baxır, sonra ortadakı bölməlярин
bir-birini tamamladığını yəqin edir. Müəllimin növbəti şərhindən tələbələrə
aydın olur ki, real təcrübədə təlim, tərbiyə, təhsil və psixoloji inkişaf bir-birini
tamamlasa da, vahid pedaqoji prosesi əmələ gətirsə də, onlar nisbi mənada
müstəqilliyini itirmir. Bu səbəbdən də fənnin birinci bölməsində təlim, tərbiyə,
təhsil və psixoloji inkişaf təcrübəsinin ümumi cəhətləri, ondan sonra gələn
bölmələrin hərəsində həmin tərkib hissələrin hər birinin təcrübəsi əks olunur.
Təlimə, tərbiyəyə, təhsil və psixoloji inkişafa, bütövlükdə pedaqoji prosesə
xidmət göstərən müəllimlərin təkmilləşdirilməsi, ixtisaslarınын artırılması,
müəllimin elmi axtarışları və məktəbə rəhbərlik təcrübəsi sonuncu bölmənin
məzmunu təşkil edir.
Tələbə diqqətini ümumi şəkildə olsa da ayrı-ayrı bölmələrdəki fəsillər
arasında əlaqələrə yönəldir. Məsələn, ilk bölmə üzrə yerləşdirilmiş fəsillər
arasındakı daxili əlaqədən sonra aydın olur ki, “Pedaqoji proses və cəmiyyət”
adlı ikinci fəsil “Tətbiqi pedaqogika fənni haqqında” adlanan birinci fəsilin
başlıca praktik cəhətlərini də əhatə edir: təlim, tərbiyə və təhsil məsələlərinin
cəmiyyətlə, sosial-iqitsadi həyatla qarşılıqlı əlaqəsi tələbələr qarşısında açılır.
Digər bölmələrdəki fəsillər arasında daxili əlaqələrin mövcudluğu da
beləcə aydınlaşır.
Fənnin strukturuna dair tələbələrdə ümumi təsəvvür yaranandan sonra
fəsillər ardıcıl olaraq öyrənilir.
Yönəldici və düşündürücü çalışmalar.
1. Tətbiqi pedaqogika fənninin yaxın məqsədi və strateji məqsədini necə
başa düşürsünüz?
2. Tətbiqi pedaqogika fənni tədrisinin yaxın məqsədi ilə yanaşı uzaq
məqsədinin də olduğunu bilmək nə üçün zəruridir?
3. Tətbiqi pedaqogika fənni tədrisinin məqsədini bilmək tələbəyə nə
verir?
4. Tətbiqi
pedaqogika
fənni
hansı
cəhətlərinə
görə
ənənəvi
pedaqogikadan fərqlənir? Sizcə, bu fərqi bilən tələbə ilə bilməyən
tələbənin hazırlıq səviyyəsində fərq nədən ibarət ola bilər?
5. Tətbiqi pedaqogika fənninin strukrturunu əvvəlcədən bilməyin
vacibliyini əsaslandırın.
11
FƏSİL 2.
PEDAQOJİ PROSES VƏ CƏMİYYƏT.
1.Pedaqoji proses təlimин, tərbiyəнин, təhsil və psixoloji qüvvələrin vəhdəti
kimi.
Sinif müəllimi olmağa hazırlaşan tələbə öyrənir ki, onun ali məktəbdə
aldığı təlimдя tərbiyə вя təhsil də, I-IV siniflərdə verəcəyi təlimдя, tərbiyə və
təhsil də bu və ya digər dərəcədə vəhdət təşkil edir. Onların vəhdətdə olması
nə deməkdir? Bu, o deməkdir ki, əvvəla, təlim, tərbiyə və təhsil
kateqoriyalarından hər birinin əlamətləri müəyyən dərəcədə digərində iştirak
edir. İkincisi, adları çəkilən kateqoriyalar, real həyatda, az da olsa, bir birini
tamamlayır.
Birinci cəhətə diqqət yetirək. Unutmayaq ki, təlimin bəzi əlamətləri
təhsildə, təhsilin bəzi əlamətləri də təlim prosesində iştirak edir. Təlim
kateqoriyasına nəzər salaq. Hamıya aydındır ki, tələbələr müəllimin rəhbərliyi
altında hər hansı fənn üzrə müəyyən bilikləri, bacarıq və vərdişləri
mənimsəyirlər; lakin özləri hiss etmədən onlar müəyyən dərəcədə həm tərbiyə
olunurlar, həm də psixoloji cəhətdən inkişaf edirlər. Deməli, belə başa düşülən
təlim hadisəsində təhsil əlamətləri də, tərbiyə əlamətləri də, psixoloji inkişaf
əlamətləri də olur.
Təhsil kateqoriyası üçün aparıcı əlamət fənn üzrə müvafiq biliklər,
bacarıq və vərdişlərdir; tərbiyə kateqoriyası üçün başlıca göstərici mənəvi
keyfiyyətlərdir; psixoloji inkişaf üçün – diqqət, iradə, təfəkkür, hafizə kimi
psixoloji qüvvələrdir. Bunların hamısını təhsil hadisəsində sezmək olur.
Təlim kateqoriyasının mahiyyətini sinif müəllimi olacaq tələbəyə
xatırladaq: ümumən təlim deyendə müəllimin rəhbərliyi altında hər hansı fənn
üzrə biliklərin, bacarıq və vərdişlərin şagirdlər tərəfindən mənimsənilməsi və bu
zaman onların tərbiyə olunmaları, habelə psixoloji cəhətdən inkişaf etmələri başa
düşülür.
Dostları ilə paylaş: |