12
Görüнdüyü kimi, təlim hadisəsində təhsil əlamətləri (bilik və bacarıqlar)
də, tərbiyə əlamətləri (mənəvi keyfiyyətlər) də, psixoloji inkişaf əlamətləri
(diqqət, iradə, hafizə, təfəkkür və s.) də müəyyən dərəcədə müşahidə olunur.
Burada tərbiyə istisnalıq təşkil etmir. Bir qədər diqqətli olan tələbə yəqin
edir ki, tərbiyə davranışla əlaqədar olan mənəvi keyfiyyətlərin müəyyən mühitdə
admlara tərbiyəçi tərəfindən məqsədyönlü və planlı surətdə aşılanması prosesidir.
Aydındır ki, hər hansı mənəvi keyfiyyət üzrə (məsələn, əməksevərlik üzrə)
aparılan tərbiyəvi tədbirlər sözlə də müşayiət olunur; hələ bu, azdır. Həyata
keçirilən tərbiyəvi tədbirdə uşaqların iradə, diqqət, təxəyyül, təfəkkür, hafizə
və s. kimi psixoloji qüvvələri də bu və ya digər səviyyədə iştirak edir. Deməli,
tərbiyə zamanı tərbiyə olunanlar nəinki müəyyən mənəvi keyfiyyətləri
mənimsəyirlər, bununla yanaşı, həm müəyyən bilik və bacarıq sahibi olurlar,
həm də psixoloji cəhətdən inkişaf imkanı əldə edirlər.
Təlim, tərbiyə və təhsil hadisələrinin vəhdətdə olmasında psixoloji
inkişafın müstəsna rolu ayrıca qeyd edilməlidir. Təkcə ona görə yox ki,
psixoloji qüvvələr təlim və tərbiyə hadisələrinin hamısında iştirak edir; ən
vacibi həm də odur ki, təlim-tərbiyə işində şagirdlərin uğuru xeyli dərəcədə öz
psixoloji qüvvələrinin (diqqətin, iradənin, təfəkкürün, hafizənin və s.) inkişaf
səviyyəsindən asılı olur.
Təlim, tərbiyə, təhsil və psixoloji inkişafın iş zamanı qovuşması təhsil
təcrübəsində də aydın müşahidə olunur. Bundan ötrü təhsil kateqoriyasının
mahiyyətinə diqqət yetirmək kifayətdir. Onun mahiyyəti belədir: Təhsil-sosial-
iqtisadi həyatın təрkib hissəsi olub, müvafiq tədriс müəssisəsində müəyyən
müddətə öyrənilən, tərbiyə və psixoloji inkişaf imkanlarına malik olan, təlimin
bir halda zəruri şərti, digər halda эедиши, цчцнъц щалда ися nəticəsi kimi özünü
göstərən biliklərin, bacarıq və vərdişlərin məcmusudur.
Göründüyü kimi, təhsilin mahiyyətində təlim, tərbiyə və psixoloji
inkişaf cəhətləri bir-biri ilə üzvi şəkildə culğalaşır.
Gətirdiyimiz faktlardan məlum olur ki, adlarını çəkdiyimiz dörd
kateqoriyadan hər biri digərində özünü göstərir. Bundan əlavə, real pedaqoji
təcrübədə, yuxarda qeyd etdiyimiz kimi, təlim, tərbiyə, təhsil və psixoloji
13
inkişaf bir-birinə dayaq olur, biri digərini tamamlayır, biri digərinin təsir
gücünü artırır.
Beləliklə, burada gətirilən анлайышlardan irəli gələn nəticə belədir: təlim,
tərbiyə, təhsil və psixoloji inkişaf hadisələrindən hər biri digərində iştirak
etdiyindən və bir-birini tamamladığından vəhdətdə olur və vahid pedaqoji
porses yaradır. Lakin,burada bir sirr var. Müəllim də, tələbə də bilməlidir ki,
vahid olan pedaqoji prosesdə tərbiyəлилик, təhsilлилик və psixoloji qüvvələrin
iştirak səviyyələri ayrı-ayrı adamlarda müxtəlif olur. Müxtəliflik isə daha çox
müəllimlərin hazırlıq səviyyəsindən asılıdır.
Bu problemdən xəbəri olmayan müəllimlərimizin təcrübəsində, adətən,
təhsillilik диггят мяркязиндя сахланылыр, tərbiyə və psixoloji qüvvələrin hərəkətə
gətirilməsi ися kölgədə qalır. Belə müəllimlərin şagirdlərində, bir qayda olaraq,
yaxşı halda təfəkkürə, iradəyə, diqqətə deyil, hafizəyə üstünlük verilir.
Müəllimlərimiz
unudur
ki,
diqqəti,
iradəsi,
təfəkkürü,
təxəyyülü,
təşəbbüskarlığı, işgüzarlığı zəif olan şagird təhsildə uğur qazana bilmir, daim
acizlik göstərir. Bu həyat həqiqətini müəllimlərimiz daim yadda saxlamalı, öz
şagirdlərinə və tələbələrinə başa salmalıdır.
2.Təlimin, tərbiyənin, təhsil və psixoloji qüvvələrin vəhdətdə oluğunu
bilməyin və təcrübədə nəzərə almağın gələcək müəllimlər üçün əhəmiyyəti.
Fənni öyrənərkən tələbə belə bir sual verə bilər: təlimin, tərbiyənin,
təhsil və psixoloji inkişafın vəhdətdə olduğunu, onların bir-birinə dayaг
olduğunu bilmək tələbəyə nə verir? Bu biliyin tələbə üçün iki cəhətdən faydası
vardır. Həmin bilikdən həm tələbəlik fəaliyyətində, həm də gələcək müəllimlik
fəaliyyətində faydalanmaq mümkün олур.
Təlimin təşkili formaları, hər bir dərs, hər bir məşğələ geniş tərbiyəvi
imkanlarа malikdir. Dərsdə öyrədilən mövzunun məzmunu, onun öyrənilmə
üsulları, müəllimin nitqi, irəli sürdüyü fikrin sübut tərzi, müəllimin necə
geyindiyi, dərsdə özünü necə aparдыьы, şagirdlərə, tələbələrə münasibətiнin
xarakteri kimi dərsin saysız hesabsız cəhətləri onların nəinki bilik səviyyəsinə,
nəinki onların tərbiyəlilik səviyyəsinə, hətta psixoloji qüvvələrinin inkişaf
səviyyəsinə bu və ya digər dərəcədə təsir göstərir. Bütün bu rəngarəng təsirlər
14
hansı hallarda öyrənənlərin təhsillilik, tərbiyəlilik və psixoloji inkişaf
səviyyələrinin artmasına, hansı hallarda isə - eyni səviyyədə qalmasına səbəb
olur? Bunların hamısı мцяллимин рящбярлийи алтында, şagirdlərin və tələbələrin
bilavasitə iştirakı ilə onların gözü qarşısında cərəyan edir. Təlim zamanı
tələbələrə göstərilən pedaqoji və psixoloji təsirlərin düzgün, faydalı məcraya
yönəldilməsi isə müəllimin pedaqoji səriştəliliyindən çox aslı olur. Fikrimizi
təcrübədən alınmış bir neçə faktda konkretləşdirək.
Müəllim tələbələrdən xahiş edir ki, məşğələ zamanı danışan yoldaşa
diqqətlə qulaq assınlar; deyilmiş fikirlərə münasibətlərini bildirsinlər,
unudulan məsələlər olarsa əlavə etsinlər, qeyri dəqiqlik olarsa düzəlişlər
versinlər. Məşğələnin gedişində müəllim arxada əyləşən iki tələbənin bir-biri ilə
söhbət etdiyini görür.
O, tələbənin çıxışını saxlayır, diqqətləri yayınmış tələbələrdən birinə,
sonra digərinə müraciətlə yoldaşının fikrini təkrarlamağı xahiş edir. Həmin
tələbələrdən heç biri cavab verə bilmir. Müəllim üzünü auditoriyaya tutub
soruşur:
-Kim danışan yoldaşınızın fikrini təkrar edər?
Tələbələrin böyük əksəriyyəti əllərini qaldırır. Müəllim bu tələbələrə öz
minnətdarlığını bildirir və üzünü bayaqdan ayaq üstə dayanan iki tələbəyə
çevirərək onlardan soruşur:
-Yoldaşınızın fikrini təkrar edə bilmədiyinizin səbəbi nə idi?
-Diqqətsizlik! Başımız qarışmışdı. Цзр истяйирик.
Müəllim:
-Əyləşin və unutmayın ki, əvvəla, ümumiyyətlə həyatda diqqətli olmaq,
xüsusən təhsildə, elm öyrənməkdə diqqətli olmaq vacib şərtdir. Axı, diqqət
biliyin qapısıdır. Bu qapı bağlanarsa bilik haradan beynimizə daxil olar?!
İkincisi, diqqətin zəifliyi iradə zəifliyi ilə də bağlı ola bilir. İradəsi zəif olan adam
özünü ələ almaqda, özünü idarə etməkdə çətinlik çəkir. Deməli, diqqəti inkişaf
etdirməklə yanaşı, iradəni də möhkəmləndirməyə ehtiyac var!
Dostları ilə paylaş: |