açıqsöz
8
Molla Hüseyn mədrəsəsində mən "Quran"ı çox yaxşı səviyyədə oxumağı öyrənmişdim. "Yasin"i
və ondan sonrakı surələrin çoxunu, "Ərrəhman", "Yəsbəh", "İnnaənzəlna" və digər surələri əzbər
bilirdim. Molla Hüseyn "Quran"ı yaxşı öyrəndiyimdən məni əvvəlinci şagirdlərindən sayırdı. Hər
işdə, təhsildə, oyunda (atat, xanxan, qaçdı tutdu, topərəbi və s.) əvvəlinci olmağa can atardım.
Bunu hər kəsdə yaxşı keyfıyyət sayıram.
Həmişə çalışardım məktəb yoldaşlarım və məhəllə uşaqlar ı məni kasıb tanımasınlar. Onlar nə
qədər pul xərcləsəydilər, mən də o miqdarda xərcləməyə çalışardım. Pulu olub ağlayan, qıtmır
(simic) adamdan uşaqlıqdan xoşum gəlməz. Qənaət israfçılığın ziddinədir, simiclik isə pis
"xəstəlik"dir, ona tutulanlar ondan çətin ayrılar. Uşaqlıqda da, cavanlıqda da, yaşa dolanda da bu
"xəstəlik"dən uzaq olmağa çalışmışam. Məni yaxından tanıyanlar bunu yaxşı bilirlər.
13
Biz Bakıya 1910cu ilin qışında gəldiyimizdən dərs ili başlanmışdı və bir neçə ay keçmişdi. Vaxt
itirməmək üçün dayım Məhərrəm məni Hacı Ənam Xalxali adlı bir şəxsin məktəbinə yazdırdı.
Növbəti dərs ilində Bakıdakı "İttihad" məktəbində təhsilimi davam etdirdim. Dayımın maddi
imkanı az olduğundan paltar, məktəb ləvazimatı və cib xərcliyimdən korluq çəkirdim. 1914cü ildə
Məmmədəli xan Tərbiyət "İttihad" məktəbinə müdir təyin olundu. O, yaxşı və əla oxuyan
şagirdlərə maddi yardım göstərdiyindən, mənim də vəziyyətim yaxşılaşırdı, dayımın maddi yükü
bir qədər yüngülləşirdi. Ağabala adlı bir xeyirxah sərvət sahibi 1012 uşağın təhsillə bağlı xərcini
üzərinə götürmüş. Məmmədəli xan Tərbiyət mənim də adımı o siyahıya salmışdı. O siyahıda
mənimlə bərabər Mirzə Rəhim Bayramzadə, İsmayıl Hidayətzadə, Hüseyn Rizazadə, ƏIi
Yusifzadə və başqaları da var idilər.
1918ci ilə qədər geyim və məktəb ləvazimatı almaq xərclərindən azad olduq. Oxuyaoxuya
"Təməddün" məktəbində də dərs verirdim. Səhərlər "Təməddün" də dərs verib, günortadan sonra
Gimnaziyada təhsil alırdım. Artıq əlimə gələn puldan ev xərci üçün dayıma da kömək edirdim.
Gimnaziyanı bitirdikdən sonra xeyirxah insanların köməyi ilə təhsilimi Moskvada davam etdirdim.
Mən rus dilini "İttihad" dan yaxşı öyrənmişdım. Bu işdə rus dili müəllimim Kərimağa Hüseynovun
əməyini həmişə qiymətləndirmişəm. 3 dostumla birlikdə Moskvaya təhsil almağa yollandıq.
Moskvaya gedib çatmaq nəqliyyat cəhətdən o vaxt çox da asan deyildi. On gün gəmi ilə su
açıqsöz
9
üzərində yol gedib (gəmi nasaz idi) Türkmənistana çatdıq. Piyada, sonra qoşqulu nəqliyyatla bir
təhər Aşqabada yetişdik. Burada "İttihad" məktəbində mənə dərs
demiş müəllimim Kərim Ağa
Hüseynovla rastlaşdım. Onun köməyi ilə biz Moskvaya yollandıq. İctimai elmlərə nisbət təbabətə
böyük marağım var idi. Bu maraq məni Tibb İnstitutuna daxil olmağa sövq etdi. Bir müddət Bakı
Tibb İnstitutunda, sonra Tehran Tibb Universitetində təhsil aldım. Tehranda oxuyarkən dayımın
vəfatı, Ənnəmin kimsəsiz qalması məni yenidən Bakıya dönməyə məcbur etdi. Əslində İrandan
Bakıya dönməyimə başqa səbəb də var idi. Mən 1921ci il Lahutinin başçılığı altında Azərbaycanda
(Təbrizdə) baş verən hərəkatda iştirak etdiyimdən dövlət tərəfindən təqib olunanlar siyahısına
düşmüşdüm1. Bakıya qayıtdıqdan sonra tibbi sahədə təhsilimi davam etdirdim. Ali məktəbi
qurtarıb həkimlik diplomunu aldıqdan sonra təkmilləşdirmə kursunu keçmək üçün Moskvaya
getməli oldum.
SEVƏNDƏ GƏRƏK ÜRƏKDƏN SEVƏSƏN!
(Xatirələr kiçik ixtisarla verilir)
Doktor Cavidin yazılarından bəlli olur ki, o, həyat yoldaşı Bikəxanımı çox sevirmiş. Bunu
xatirələrdə Bikəxanımın adının teztez hörmət və məhəbbətlə çəkilməsindən, Bikəxanımın ona
qəlbən bağlılığından, həyat yoldaşı olmaqdan əlavə hər cür çətinliyə sinə gərən, səbirli, dözümlü
mübarizə yoldaşı kimi oxucuya təqdim olunmasından aydın görmək olur.
Dünyasını dəyişənə qədər Cavidə sadiq olmuş, onun uğrunda böyük əzab və əziyyətlərə mətanətlə
tab gətirmiş bu qadın əslində bədii ədəbiyyata gətırilməyə layiq bir Azərbaycan qadınıdır. Biz bu
qadın haqda dediklərimizin canlı epizodlarmı Cavidin xatirə yazısından aydın görəcəyik.
İZDİVAC
Mən ata anamı erkən itirdiyimdən dayım Məşədi Məhərrəmin himayəsində və onun ailəsində
yaşamalı oldum. Dayımın həyat yoldaşı Məşədi Dürrənin Ənnəmin mənim həyatımda,
açıqsöz
10
tərbiyəmdə, cəmiyyətə, xalqa yarayan bir gənc kimi yetişməyimdə ana qədər müstəsna zəhməti və
qayğısı olmuşdur. Bu gözəl insanın mənə olan qayğısı və yüksək insani dəyərlərini heç vaxt unuda
bilmərəm. Günlərin bir günü Bu haqda Tabrizdə çıxan "Səhər" dərgisində 13 tir, 1382, s.16 bəhs
olunur (tərtibatçıredaktor).dayımın dostu (1919cu il) Məmmədəli öz ailəsi ilə İrandan gəldi və
Bakıda məskunlaşdı. Bir neçə müddət (məskunlaşanadək) o, ailəsi ilə bizdə qaldı. Onun o vaxt 56
yaşında olan qızı Bikəxanım, həyat yoldaşı və qayınanası (Ağabacı) bizdə qaldıqları müddətdə
Ənnəmə çox isinişdilər. Biz bir ailə kimi mehriban yaşadıq. Məmmədəli əmi ev tutub bizdən
köçdükdən sonra da bu iki həmşəhərli ailə arasında səmimi münasibətlər, qohumdan artıq yaxınlıq
və mehribanlıq hökm sürdü. Məmmədəli əmi dövrünün savadlı adamlarından idi. Onun dayımla
dostluq və yoldaşlığı çox erkən yaranmışdı. Onlar hələ Bakıya gəlməmiş mən Məmmədəli əminin
bacısı oğlu Mirzə Rəhim Bayramzadə ilə tanış və dost idim. "İttihad" məktəbində birgə oxuyurduq,
bir gəzər, bir dolanardıq, çox vaxt o da bizdə qalardı. Məmmədəli əminin ailəsi bizdə qaldığı vaxt
dayımın ona Bikəxanım haqda yarızarafatla: "Məmmədəli, bu qızı Salamulla üçün saxla" deməsi,
"bu qız sizin" deyə Məmmədəli əminin cavab verməsi, mənim zehnimdə dərin iz salmışdı. Bu isə
sonradan yenicə həddibüluğa çatmış Bikəyə qarşı eşq və məhəbbətə çevrildi. Dayım dünyasını
dəyişdisə də Bikəyə qarşı məndəki sevgi dəyişmədi, sabitləşdi və ruhən məni özünə daha artıq cəlb
etdi. Mən həddibüluğa çatdım, Bakı Tibb İnstitutuna daxil oldum, təhsilimi Moskvada davam
etdirdim, Təbrizə, Tehrana getdim, sonra yenidən Bakıya döndum. Bakıda mən azərbaycanlı
azadixahalarla getdikcə daha artıq tanış olurdum. Bu tanışlığın dairəsi Moskvada, Təbrizdə və
Tehranda olarkən bir qədər də gcnişləndi. Mən Tibb İnstitutunda oxuyarkən artıq siyasət
meydanında idim və ömrümün son dəqiqələrinə qədər xalqımın xeyrinə, onun azadlığı üçün bu
meydandan çıxmadım. Mən Tibb İnstitutunda oxuyarkən Bikəxanım da Bakı Mamalıq Məktəbinə
daxil olmuşdu. Mən Bikəni ancaq anası və nənəsi arabir bizə gəlib Ənnəylə teatr və ya konsertə
gedərkən görüşdüm. Çox nadir hallarda onunla rastlaşırdım. Hər görüş ona qarşı olan məhəbbətimi
sanki daha da qızışdırırdı. Tədricən hiss edirdim ki, Bikəyə qarşı başımdakı sevgi macərası
getdikcə məni rahat buraxmır. Lakin bu gizli məhəbbəti kiməsə açmaq, "o qızı sevirəm" kəlməsini
bəyan etmək mənim üçün müşkülə çevrilmişdi. Arabir özözümə "o qız mənimdir, atası rəhmətlik
dayıma söz verib. Dost dostuna verdiyi sözü tapdalamaz" fıkirləri ilə təskinlik verirdim. İşin
çətinliyi bir də orda idi ki, həkimlik fəaliyyətimə başlarbaşlamaz vətənim Azərbaycanla bağlı
siyasi fəaliyyətim Bikənin dalınca "sürünməyə", onu harada isə tək tapıb fikrimi çatdırmağa imkan
vermirdi. Bikə onu sevdiyimi bilirdi... Dayımın olmaması işimi çətinləşdirmişdi. Hər halda, kişinin