Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə35/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   31   32   33   34   35   36   37   38   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

73 


 

Oğuz yabğu dövlətində tarxan və yınal ünvanları daşıyan şəxslər də var-

1

.  Lakin  bunların  sadəcə  olaraq  əsilzadə  titulları,  yoxsa  məmur  ünvanları 



kimi  işləndiyi  bilinmir

2

.  Türkiyə  səlcuqlularında  mövcud  olan  bəylərbəyi 



vəzifəsinin yabğular dövlətində olub-olmadığı da məlum deyildir.  

Yabğuların  möhür  və  fərmanlarına  tuğrağ  (tuğra)  deyilir.  Bu  söz  digər 

türklərə  tanış  deyildi

3

.  Oğuzlar  bu  sözü  İrana  və  Anadoluya  da  gətirdilər. 



Səlcuqlu dövlətində  tuğralıq (nişançılıq) adlı bir məmur vəzifəsi  olmuşdur. 

Oğuzlar eyni zamanda digər türklərin bitimək (yazmaq) sözü yerinə yazmaq 

sözünü işlədirdilər

4

. Qohumlar arasında məktub  daşıyan  adama  yazığçı  de-



yilirdi

5

. Bütün bunlar oğuz yabğularının divanı (bürosu) olduğu fikrini yara-



dır. Bundan başqa, onların şəhərlərdən vergi yığan məmurları (təhsildar) ol-

duğunu da bilirik. Ancaq bu divanda hansı əlifba ilə, hətta hansı dildə  yazı 

yazıldığı barədə bir söz demək mümkün deyil. Yabğuların ordularında ov-

çubaşı, əmir-axur kimi məmurların, çavuşların (təşrifat məmurları)

*

, bəkçi-


lərin  (mühafizələr)  olduğu  şübhəsizdir.  Oğuzlar  işlərini  məclislər  quraraq 

məsləhət (gənəşmə) yolu ilə həll edirdilər. Oğuz sübaşısı Ətrək tarxan, yınal 

kimi  oğuz  başçılarını  çağıraraq  xəlifənin  nümayəndə  heyətinə  qarşı  necə 

davranmaq barədə onlarla məsləhətləşmişdi

6

.  


Oğuz  yabğu  dövləti  X  əsrin  birinci  yarısında  müstəqil  və  qüdrətli  bir 

dövlət idi. O heç bir zaman bu və ya digər dövlətə, qövmə tabe olmamışdır. 

Oğuzlar çox igid və vuruşqan bir qövm idilər

7

. Məsudi



8

 oğuzların ən vuruş-

qan türk eli olduğunu söyləyir. Oğuzların silah və sursatları mükəmməl idi

9



Digər  türk  qövmlərində  olduğu  kimi,  bu  silahların  başında  ox  dururdu. 

Oxu  türklərin  milli  silahı  kimi  qəbul  etmək  əsla  səhv  olmaz.  Yuxarıda  da 

söylədiyimiz kimi, oğuzlar ermənilərin diqqətini bu silahları ilə cəlb etmiş-

dilər.  İbn  Fədlan  sübaşı  Ətrəkin  necə  sərrast  nişançı  olduğunu  bir  misalla 

göstərmişdir

10

. Qarğı (süngü) və qılınc da əsas silahlardan idi. Oğuzların at-



                                                           

1

 İbn Fədlan. Z.V.Toğan nəşri, s. 13, 16; S. əd-Dehxan nəşri, s. 97-103. 



2

 İbn  Fədlanda  ləğləz  (Z.V.Toğan  nəşri,  s.  16)  və  ya  ilğəz  (S.  əd-Dehxan  nəşri,  s.  103) 

şəklində bir söz də vardı. Bunun ünvan, yoxsa ad olduğu bilinmir. 

3

 Kaşğari, I, s. 385. 



4

 Kaşğari, Kilisli, III, s. 45; Atalay, III, s. 59; [Ramiz Əskər, III, s. 59]. 

5

 Kaşğari, Kilisli, III, s. 41; Atalay, III, s. 55; [Ramiz Əskər, III, s. 54]. 



*

 Seremonmeyster (tərcüməçi). 

6

 İbn Fədlan. Z.V.Toğan nəşri, s. 10, 16; S. əd-Dehxan nəşri, s. 97- 103. 



7

 Hüdud-ül-aləm, s. 86; Minorski, s. 100. İdrisi (Jober tərcüməsi, 1840, II, s. 342) bu barədə 

deyir: «Bu qövmlər oğuz türklərindən olub həmişə silahlı, çox cəsur və digər türk qövmlə-

rilə daim vuruşa hazır vəziyyətdədirlər». 

8

 Müruc üz-zəhəb, I, s 212. 



9

 Hüdud ül-aləm. Göstərilən yer. 

10

 İbn Fədlan. Z.V.Toğan nəşri, s. 16; S. əd-Dehxan nəşri, s. 103. 




FARUQ SÜMƏR 

74 


 

ları saysız-hesabsız idi. Erməni salnaməçisi Aristakes romantik bir ifadə ilə 

oğuzların atlarının qartallar kimi cürətli olduğunu yazır

1

.  



Oğuzların öz qonşuları ilə münasibətləri əsasən düşməncəsinə idi. Onla-

rın peçeneqlərə qarşı xəzərlərlə ittifaq bağladıqları məlumdur. Ancaq bu iki 

qövm (xəzərlər və oğuzlar) arasındakı münasibətlərin X əsrdə dostcasına ol-

madığı  görünür.  İbn  Fədlan  oğuzlardan  bir  çoxunun  xəzərlərin  əlində  əsir 

olduğunu eşitmişdi

2

. Məsudi



3

 oğuzların İdil çayının mənsəbinə yaxın yerlərə 

gələrək  qışladıqlarını,  çay  donanda  buzun  üstündən  keçərək  xəzər  ölkəsinə 

axınlar  (hücumlar)  etdiklərini,  Xəzər  qoşunlarının  bu  hücumların  qarşısını 

ala  bilmədiyi  üçün  xəzər  kralının  şəxsən  oğuzların  qarşısına  çıxmaq  məc-

buriyyətində  qaldığını  yazır.  Oğuzların  cənub  qonşuları  -  müsəlmanlar  bu 

zaman öz tarixlərinin ən xoşbəxt dövrünü yaşayırdılar. Mavəraünnəhr bərə-

kətli  torpaqlara  sahib  bir  ölkə  olmaqla  birlikdə  müstəsna  coğrafi  mövqeyi 

dolayısı ilə orada ticarət və sənaye də çox inkişaf etmişdi. Bu ölkə samanilə-

rin idarəsi altında siyasi sabitliyə qovuşduqda maddən və mənən islam dün-

yasının ən inkişaf etmiş bölgələrindən birinə çevrildi. Ticarət karvanları bu-

radan  türk  aləminin  ən  uzaq  yerlərinə  qədər  gedirdi.  Xarəzmlilər  də  onlar-

dan geri qalmırdılar. Hər iki ölkənin sənaye məhsulları üçün ən böyük bazar 

İdildən Çin səddinədək uzanan geniş türk aləmi idi. Hətta bu iki ölkə qədim 

zamanlardan bəri türk aləmində koloniyalar yaratmış, türk xaqanlarının xid-

mətinə girərək onların 

 

şəhər qurmalarında və digər mədəni fəaliyyətlərində 



köməkçisi olmuşlar. Bu ölkələrdə ticarət və sənayesinin inkişafı həmin ölkə 

xalqlarının mənəvi inkişafını da təmin etdi. İslam coğrafiyaşünasları Mavə-

raünnəhr xalqının əldə etdiyi mənəvi nemətləri bir-bir sadalayırdılar. Bütün 

bunların nəticəsidir ki, IX-XI əsrlərdə islamın ən böyük elm adamları bu iki 

ölkədə yetişmişdir.  

Əməvi dövlətinin süqutundan sonra (750) çox keçmədi ki, onsuz da zəif 

olan qərbi göytürk xaqanlığı karluqların istilasına uğradı (766). Xeyli əvvəl-

də  söylədiyimiz  kimi,  bu  müvəffəqiyyətdən  sonra  karluqlar  qərbi  göytürk 

xaqanlığı torpaqları üzərində qüvvətli bir dövlət qura bilmədilər. Anlaşıldı-

ğına görə, onların yabğu adlanan hökmdarları Talas şəhərində oturdu və kar-

luqların ancaq bir hissəsinə hakim ola bildi. Yəni karluqlar da siyasi baxım-

dan parçalanmış bir vəziyyətdə idilər. Onların, habelə qərb qonşuları oğuz-

ların islam ölkələrinə qarşı davranışları ancaq talan səfərlərindən ibarət idi. 

Onlar bəzən də öz dövlətinə qarşı üsyan edənlərin köməyinə gəlirdilər. Mü-

səlmanlar  bu  talan  səfərini  dayandırmaq  üçün  Buxara  ətrafında,  Şaş  ilə  İs-

ficab bölgələrində sədlər qurdular

4

. Sərhəd şəhərləri də qalalar və divarlarla 



                                                           

1

 J.Loran. Bizans və Səlcuqlu türkləri. Nansi, 1913, s. 17. 



2

 İbn Fədlan. Z.V.Toğan nəşri, s. 17; S. əd-Dehxan nəşri, s. 104. 

3

 Müruc üz-zəhəb, II, s. 17. 



4

 Barthold. Türkestan, s. 201-211. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə