Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə37/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   33   34   35   36   37   38   39   40   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

77 


 

si  ancaq  Aralın  şimal  və  şimal-qərb  hissəsinin  qıpçaqların  əlinə  keçməsilə 

mümkün ola bilərdi. F.Köprülünün də dediyi kimi

1

, Altın-Taşın xidmətində 



olan və hıfçax ilə birlikdə xatırlanan küçət və cuğrakların da qıpçaqların ya-

xın qohumları olması ehtimalı güclüdür. Səlcuqlu Çağrı bəy Xorasan hökm-

darı ikən (1040-1060) qıpçaq əmiri onun yanına gələrək müsəlman olmuş və 

aralarında qudalıq qurulmuşdur

2

. Rus salnamələri 1054-cü ildə ilk dəfə ola-



raq Qara dənizin şimalında torkların (uz-oğuz) və polovetslərin (qıpçaq) gö-

rünməsindən bəhs edir.  

Bu  torkların  Bizans  qaynaqlarının uz adlandırdıqları  oğuzların  bir  elatı, 

sarışın  mənasına  gələn  polovetslərin  isə  qıpçaqlar  olduğu  qəbul  edilmişdir. 

Bu oğuzlar elatının qıpçaqların təzyiqi altında İdili keçərək Qara dənizin şi-

malına getdikləri bilinir

3

. Digər tərəfdən, Kaşğarinin xəritəsinin tədqiqindən 



görünür ki, qıpçaqlar oğuz çölünü, hətta Sır-Dəryanın aşağı yatağının demək 

olar  ki,  hamısını  işğal  etmişdilər

4

.  Nasir  Xosrovun  (vəfatı  1060)  bir  şeirin-



dən  də  qıpçaqların  oğuzlarla  yan-yana  yaşadıqları  anlaşılır

5

.  Alparslanın 



Manqışlaq  səfəri  münasibətilə  türkmənlərin  qıpçaqlarla  qarışıq  halda  yaşa-

dıqları  (şübhəsiz,  Üst-Yurdda)  və  tacirləri  soyduqları  söylənir

6

.  Bütün  bu 



qeydlər  qıpçaqların  oğuzları  sıxışdıraraq  onların  torpaqlarının  mühüm  bir 

hissəsini öz əllərinə keçirdiklərini açıqca göstərir.  

Oğuz  yabğu  dövlətinin  də  bu  qıpçaq  hücumları  nəticəsində  yıxıldığını 

düşünmək qayət təbiidir. Qıpçaqların bu müvəffəqiyyətlərinin isə oğuzların 

daxili  çəkişmələr  nəticəsində  parçalanaraq  zəif  bir  vəziyyətə  düşmələri  ilə 

əlaqədar olduğu şübhəsizdir. Oğuzlar arasında köhnədən bəri çəkişmələr ol-

duğunu və bunun köçlərə səbəb olduğunu bilirik. Bu hadisənin nə vaxt baş 

verdiyi  məsələsinə  gəlincə,  bu  xüsusda  qəti  hökm  vermək  mümkün  deyil, 

ancaq bunun 392-1002-ci  ildən  əvvəl  olduğunu  ən  güclü  ehtimalla  söyləyə 

bilərik. Çünki həmin tarixdə Səlcuqun oğullarından İsrail yabğu ünvanı da-

şıyırdı

7

.  Səlcuqluların  Cənd  yörəsinə  gəlmələri  də  daxili  mübarizə  və  ya 



                                                                                                                                                    

684, indeks: s.729). Çünki 86-cı səhifədə hıfçax adının yanında necə küçət və cuğrak adları 

gəlirsə, cincağ sözünün yanında da həmən adlar görünür. 

1

 Kay qəbiləsi haqda yeni notlar. Belleten, № 33, s. 442. Küçətlər və cuğraklar haqqında hə-



mən yazıda ümumi məlumat var (s. 435-444). 

2

 Əxbar üd-dövlət is-səlcuqiyyə. Məhəmməd İqbal nəşri. Lahor, 1933, s. 28. 



3

 Minorski. Hüdud ül-aləm haşiyələri, s. 316-317. 

4

 Kaşğarinin xəritəsi üçün bax: Kilisli, I; Atalay, II; [Ramiz Əskər, II]. 



5

 Divani-Nasir  Xosrov.  Tehran,  1304-1307,  s.  329.  Ancaq  «Divan»da  Bartholdun  Brauna 

istinadən xatırladığı Dəşti-Qıpçaq sözünə rastlanmır. 

6

 Səbt ibn ül-Cövzi. Mirat üz-zaman. Türk-islam əsərləri muzeyi kitabxanası, № 2134, və-



rəq 242 b, Topqapı sarayı, III Əhməd kitabxanası, № 2907, XII, vərəq 228 a. Anlaşıldığına 

görə, burada türkmənlərə qarışmış «küffar» (kafirlər) qıpçaqlardır. Türkmənlərin köçlərini, 

arvad-uşaqlarını və heyvanlarını qoyub qaçdıqları ada isə (cəzirə) Manqışlaq yarımadasıdır. 

Bu səfər barədə sonra danışılacaq. 

7

 Bir az sonra bu məsələyə toxunulacaq. 




FARUQ SÜMƏR 

78 


 

yabğu dövlətinin süqutu ilə bağlı idi. Xülasə, daxili mübarizə və qıpçaq hü-

cumları  nəticəsində  oğuz  dövlətinin  yıxılması  oğuzların  mühüm  bir  qismi-

nin  köçməsinə  səbəb  olmuşdur.  Beləliklə,  onlardan  böyük  bir  qol  əvvəlcə 

Cəndə,  sonra  oradan  aşağıya-Buxara  tərəfə  köçmüş,  digər  mühüm  bir  elat 

isə Cənubi Rusiyaya getmişdi. XI əsrin ortalarında oğuzlar əsasən Sır-Dərya 

çayının orta hissəsində, yəni Karaçuk dağları bölgəsində və oradakı şəhər-

lərdə, bir də Manqışlaq yarımadasında kompakt halda yaşayırdılar. Bununla 

bərabər,  monqol  istilası  zamanında  Cənd  və  Qaraqumda  türkmənlərin  də 

yaşadığı bilinir.  

  

8. UZLARIN BAŞINA GƏLƏNLƏR  



  

Oğuzlardan  mühüm  bir  elat  XI  əsrin  ortalarında  Qara  dənizin  şimalın-

dakı torpaqlarda göründü. Rus salnaməçiləri bunları tork, Bizans qaynaqları 

isə uz adlandırmışdır. Rus salnamələri həmin oğuzlardan və sarışın mənası-

na  gələn  polovets  dedikləri  qıpçaqlardan  ilk  dəfə  1054-cü  ildə  bəhs  etmiş-

dir


1

.  Rusların  peçeneqləri  və  qıpçaqları  daxil  etməyərək  yalnız  uzlara  tork 

(türk) deməsinin səbəbi bilinmir. Uzların Qara dənizin şimalına 

 

gəlmələrinə 



qıpçaqların onları sıxışdırması səbəb olmuşdur.  Qıpçaqlar Qara dənizin şi-

malında da onları sıxışdırmaqda davam etmiş, oğuzların çoxunu Dunay bo-

yuna,  oradan  da  Balkanlara  enməyə  məcbur  etmişlər.  1064-1065-ci  illərdə 

Dunayı keçən oğuzlar qollara ayrılaraq Balkanlarda geniş bir istila hərəka-

tına başlamışlar. Trakiya, Makedoniya və Səlanik bölgələrini talan etmişlər. 

Ancaq  birdən-birə  düşən  soyuqlar  onların  arasında  epidemik  bir  xəstəliyin 

baş  verməsinə  səbəb  olmuşdur.  Onsuz  da  dağınıq  halda  olan  oğuzları  bu 

epidemiya daha da zəiflətmiş, onlar köhnə düşmənləri peçeneqlərin və yerli 

xalqın hücumuna uğrayaraq böyük təlafat vermiş, qüvvə və əhəmiyyətlərini 

itirmişlər. Uzların sağ qalanları Bizans tərəfindən Balkanların müxtəlif yer-

lərində,  xüsusilə  Makedoniyada  yerləşdirildilər

2

. Bu uzların həyatı sürüdən 



ayrılan quzu kimi belə hüznlü bir şəkildə sona çatmışdır

3

. Bununla bərabər, 



Bizans  xidmətinə  daxil  olan  bu  uzların  bir  qisminin  1071-ci  il  Malazgird 

müharibəsində öz qardaşları səlcuqlu oğuzlarının tərəfinə keçdiklərini bilirik.  

                                                           

1

 Minorski. «Hüdud ül-aləm» haşiyələri, s. 316-317. Yenə onun: Mərvəzi haşiyələri, s. 102. 



Ancaq A.N.Kurat rus knyazı St. Vladimirin uzlarla birlikdə Kama bulğarları üzərinə 985-ci 

ildə bir  yürüş etdiyindən bəhs edir və  uzların bu tarixdə (985) Don boyunda  yaşadıqlarını 

söyləyir (Peçeneq tarixi. İstanbul, 1937, s. 128). 

2

 Ə.N.Kurat. Peçeneq tarixi, s. 150-152, 187-188. 



3

 Yenə  orada,  s.  154-155.  Urfalı  Matevos  (Hrant  Andreasyanın  türkcəyə  tərcüməsi,  TTK, 

1962,  s.  143)  Bizins  ordusunun  sağ  cinahında  olan  uzlarla  sol  cinahındakı  peçeneqlərin 

(padzunaq)  müharibənin  qızğın  çağında  səlcuqlular  tərəfinə  keçdiyini  söyləyir,  Malazgirt 

müharibəsində iştirak edən böyük Bizans sərkərdələrindən Tarxanın (Tarxaniat) oğuz baş-

buğlarından olduğunu yazır. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə