Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə45/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   41   42   43   44   45   46   47   48   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

93 


 

min  atlısı  vardı.  Orada  yaşayan  türkmənləri

1

 və  xarəzmlilərdən  bir  qismini 



uzaqlaşdırdılar

2

.  



Səlcuqluların tabeliyindəki türkmənlərin bir hissəsi yınallılar

3

 adını daşı-



yırdı.  Lap  əvvəldə  oğuz  yabğu  dövlətini  tədqiq  edərkən  dövlətin  nüfuzlu 

şəxsiyyətlərindən  birinin  yınal  titulunu  daşıdığını  görmüşdük.  Səlcuqlular 

yabğu dövlətini davam etdirdikləri üçün onların dövlətində də yınal adlanan 

bir şəxs  olmalı idi. Bu adam  İbrahim Yınal  idi.  Yusif  onun atasıdır.  Bütün 

əsərlər  İbrahim  Yınalın  Toğrul  bəylə  anabir  qardaş  olduğunu,  bəziləri  isə 

Yınalın  Toğrul  bəyin  əmisi  oğlu  olduğunu  göstərir

4

.  Belə  olduqda  yınallar 



İbrahim Yınalın tabeliyində olan oğuz zümrəsi deməkdir.  

Görürük  ki,  səlcuqlular  öz  dövlət  quruluşlarını  Xorasana  gətirmişlər. 

Səlcuqun sağ olan yeganə oğlu Musa «bəyğu», yəni yabğu ünvanını daşıyır-

dı. Musanın oğlu Yusif də əvvəlcə səlcuqlu oğuzlarının başçısı kimi İnanç 

Bəyğu ünvanı ilə tanınırdı. «Bəyğu» yabğunun türk dilində dəfələrlə müşa-

hidə edildiyi  kimi  hərflərin  yer dəyişməsilə  yaranmış  şəklidir

5

. Ancaq Mu-



sanın formal da olsa səlcuqluların başçısı olduğuna dair heç bir dəlil yoxdur. 

Musa yabğu (və ya bəyğu), Məhəmməd Toğrul bəy və Davud (Çağrı bəy)

6

 

Xorasanın divan rəisi Suriyə müştərək bir məktub göndərdilər. Bu məktubda 



onlar  özlərini  xəlifənin  mövlaları  (əlaltıları)  adlandırırlar  ki,  bu  diqqətəşa-

yandır.  Bununla  onlar  özlərinin  qüvvət  və  dövlət  sahibi  şəxslər  olduqlarını 

göstərmək istəyirdilər. O dövrdə irili-xırdalı bütün hökmdarların özlərini bu 

cür  adlandırdıqlarını  bilirik.  Səlcuqlular  məktubda  Xorasana  gəlmələrinin 

səbəbini  qısaca  yazdıqdan  sonra  içlərindən  biri  daim  sarayda  olmaq  üzrə 

sultanın xidmətinə girmək istədiklərini, bunun əvəzində Nəsa və Fəravə vi-

layətlərinin onlara bağışlanmasını, beləliklə, Balkan dağından, Dehistandan, 

Xarəzm  sərhəddindən  və  Ceyhun  tərəfdən  gələcək  axınların  qabağını  ala-

caqlarını, İraq və Xarəzm türkmənlərini də qovacaqlarını bildirdilər

7

.   



Səlcuqluların  istədikləri  Nəsa  və  Fəvarə  (indiki  Qızıl  Arvat  -  Qızıl Ra-

bat) vilayətləri köçəri həyata əlverişli olduğu kimi onların təhlükəsizliyi ba-

xımından da çox uyğun yer idi. Çünki Nisa və Fəvarə şəhərləri çölün başla-

dığı  yerdə  yerləşirdi.  Onlar  arvad-uşağı  və  mal-qaranı  təhlükə  anında  çölə 

                                                           

1

 Bunlar ya əvvəllər Xorasana köçən Arslan yabğunun türkmənləri, ya da Balxandan gəlmiş 



türkmənlər idilər. 

2

 Beyhaki, s. 470. 



3

 Beyhaki, indeks. 

4

 İmadəddin  əl-İsfahani  (Bundarinin  ixtisarı),  s.  6;  ibn  ül-Əsir,  IX,  s.  211.  Səlcuqluların 



nəsəb-həsəblərinin ən nüfuzlu mütəxəssisi kimi təqdim edilən “Məliknamə” müəllifinin İb-

rahim Yınalın səlcuqlu ailəsinə mənsub olduğunu söyləməməsi mənalı deyilmi? 

5

 Bu  ünvan  bütün  müsəlman  müəlliflərinin  əsərlərində  bəyğu  şəklindədir.  Bunun  doğrulu-



ğuna şübhə  yoxdur. Bu ünvan kitabələrdə də eyni imla ilə  yazılmışdır. Bəyğunun quş adı 

olması da tamamilə mümkündür. 

6

 Toğrul və Çağrı kəlmələrinin ünvan olduğundan əvvəldə bəhs etmişdik. 



7

 Beyhaki, s. 470 - 471. Məktubun türkcə tərcüməsi üçün bax: M.Köymən, II, s. 50. 




FARUQ SÜMƏR 

94 


 

götürəcək,  böhran  zamanı  özləri  də  oraya  sığınacaqdılar.  Çölün  onları  ən 

möhkəm qalalardan daha əmin şəkildə qoruduğunu aşağıda görəcəyik. Digər 

tərəfdən  Balxandakı,  Manqışlaqdakı  və  Sır-Dərya  boyundakı  oğuz  elatları 

ilə də asanlıqla təmas və münasibət qura biləcəkdilər.  

Səlcuqluların Xorasana  gəlişi böyük həyəcan və  qayğı  yaratdı. Qəznəvi 

dövlət adamlarından biri bu xəbəri eşitcək «Xorasan əldən getdi» deyə qış-

qırmış,  vəzir  Əhməd  ibn  Əbdüs-Səməd  isə  İraq  türkmənlərini  qəsd  edərək 

«Bu günədək işimiz çobanlarla idi, indi ölkə zəbt edən əmirlər gəldilər» de-

mişdir


1

. Sultan Məsuda gəlincə, o da bu gəlişin zarafat olmadığını çox gözəl 

başa  düşmüşdür.  Tez-tez  söylədiyi  «10  min  türk  atlısı»

2

 sözü  ilə  onlara  nə 



baxımdan əhəmiyyət verdiyi görünür.  

Vəzirin  vəziyyətin  aydınlaşması  üçün  bir  qədər  gözləmək  təklifini  Mə-

sud həmişə olduğu kimi rədd etdi və sərkərdələrin də ona tərəfdar çıxdığını 

nəzərə  alaraq  Hacib  Bəg-Doğdu  komandanlığında  17  min  nəfərlik  qayət 

yaxşı təchizatlı bir ordunu səlcuqluların üstünə göndərdi. Bu ordu səlcuqlu-

ları Xorasandan çıxarmalıydı. Səlcuqlular qəznəvi ordusunun gəldiyini eşit-

dikdə heç bir həyəcan və  təlaşa qapılmadılar. Çünki  öz  müraciətlərinə  belə 

bir  cavab ala biləcəklərini də  hesablamışdılar, buna görə ehtiyatlı  və  hazır-

lıqlı idilər; silahları yaxşı olmasa da, mənəviyyatları yüksək idi. Hər baxım-

dan mükəmməl təchizatlı qəznəvi ordusunda fillər də var idi. Baş komandan 

Bəg-Doğdu da daxil olmaq üzrə bu orduya hamı Türküstanı fəth etməyə qa-

dir ordu gözü ilə baxırdı. Ancaq Nəsa ətrafında baş verən çarpışmada tərifli 

qəznəvi  ordusu  ağır  bir  məğlubiyyətə  uğradı  və  bütün  sursatını  itirdi  (19 

şaban 426-cı il-29 iyul 1038). Səlcuqlular qəznəvi ordusuna bozqırlarda çox 

tətbiq edilən pusqu qurmaq üsulu ilə qalib gəlmişdilər. Bu vuruşmada (sonra 

da olduğu kimi) ən mühüm rolu Çağrı bəy oynamışdı.  

Nəsa  döyüşü  səlcuqlulara  mühüm  maddi  və  mənəvi  qazanclar  gətirdi. 

Qəznəvi dövləti Dehistanı Çağrı bəyə, Nəsanı Toğrul bəyə və Fəvarəni Mu-

sa Bəyğuya  verirdi.  Bunun  əvəzində onlar  sultana  tabe  olacaq,  hətta onlar-

dan  biri  daim  sultanın  yanında  qalacaqdı.  Ancaq  səlcuqlular  bu  sülhə  əhə-

miyyət vermədilər və onu ciddi qarşılamadılar. Hətta sülh bağlamaqla əlaqə-

dar səlcuqlulara xələt, mənşur, sancaq, küllah və türk adətinə görə yəhərli at 

və qızıl kəmər gətirən qəznəvi elçisi onların qəznəvi dövləti haqda istehzalı 

danışıqlarını, xələtləri yerə atdıqlarını eşitmişdi

3

. Doğrudan da, məğlubiyyə-



tin qisasını almaq əvəzinə tələsik sülh bağlamaq qəznəvi dövlətinin 

 Ş

ərəf və 



                                                           

1

 Beyhaki, s. 470-471. Beyhakiyə inansaq, Əli Təginin ölümündən sonra vəzir səlcuqluların 



Xorasana gəlmək məcburiyyətində qalacaqlarını söyləmişdi (s. 445). Bu sözlər doğrudan da 

o vaxt söylənmişsə, çox bəsirətlidir. 

2

 Beyhaki, s. 472, 481. 



3

 Bu vuruşma və onun nəticələri haqda bax: Beyhaki, s. 481-493. Gərdizi, s. 80-81; ibn ül-

Əsir, IX, s. 198; M. Köymən, s. 59-70. 



Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə