OĞUZLAR (TÜRKMƏNLƏR)
91
hökmdar olan Əli Təgin, Beyhakinin açıqca yazdığı kimi
1
, səlcuqluların özü
üçün böyük dayaq olduğunu bilirdi. Məsələn, xarəzmşah Altun-Taş ilə Ma-
vəraünnəhrdəki Dəbusiyyə vuruşmasında (423-1032) Əli Təginin ordusunda
səlcuqlular da var idi
2
. Səlcuqlulara gəlincə, onlar da öz düşmənlərinə qarşı
mübarizədə qaraxani hökmdarlarının köməyinə güvənirdilər. Yabğuluğun,
yəni oğuz dövləti rəisliyinin Arslandan sonra Səlcuq oğlu Musanın oğlu
Yusifə keçdiyi bilinir. Bu xüsus, yəni atası Musa hələ sağ ikən yabğu olmaq
şübhəsiz ki, Yusifin şəxsi məziyyətləri ilə bağlı idi. Yusif yabğuluq ünvanı
olaraq İnanc adını daşıyırdı. Ancaq 426-cı ilin (1034/1035) qışında Əli Tə-
ginin ölümü ilə vəziyyət dəyişdi. Əli Təginin kiçik yaşlı iki oğlu qalmış,
iqtidar isə onun sərkərdəsi Konuşun (yaxud Tonuşun) əlinə keçmişdi. Bu
sərkərdə ilə səlcuqlular arasında düşmənçilik yarandı
3
. Səlcuqlular bu sə-
bəbdən Nur yörəsində qala bilməyəcəklərini başa düşərək dostları xarəzm-
şah Harunun ölkəsinə getdilər. Əslində onlar Harunun atası Altun-Taş döv-
ründən bəri qışlamaq üçün hər il Xarəzmə gedirdilər. Bu dəfə isə onlar geri
qayıtmamaq üzrə gedirdilər. Sultan Məsudun tabeçiliyindən xilas olmuş xa-
rəzmşah Harun Xorasanı ələ keçirmək üçün səlcuqlulardan istifadə etmək
istəyirdi.
Səlcuqluların Mavəraünnəhrdən Xarəzmə köçmələrini Cənd hökmdarı
Şah Məlik də eşitmişdi. Daha əvvəl də dediyimiz kimi, nə Beyhakidə, nə də
digər əsərlərdə Şah Məlikin qövmi mənşəyi barədə heç bir məlumat yoxdur.
Düzdür, «Cami ət-təvarix» Şah Məliki son oğuz yabğusunun oğlu kimi
xeyli şübhəlidir. Hətta bunun tamamilə əfsanə olduğunu söyləmək mümkündür. Çünki
mədhiyyə, yaxud əfsanə xarakteri daşıyan bu hadisə digər mənbələr və əsərlər tərəfindən
təsdiq olunmur. Hətta “Əxbar üd-dövlət is-səlcuqiyyə” və ibn ül-Əsir bu hadisədən bəhs et-
mirlər; ehtimal ki, bu hal həmin əsərlərin istifadə etdikləri “Məliknamə” nüsxəsində bu ha-
disənin olmamasilə bağlıdır. Digər tərəfdən, İraq türkmənlərindən əvvəl Bizans sərhəd-
dində başqa türkmənlərin olması barədə əlimizdə qəti məlumat yoxdur və olması da ehtimal
edilmir. Belə olduğu halda bəzi tədqiqatçılar bu hadisənin doğruluğuna şübhə etməmiş və
bu barədə əsərlər yazmışlar (İbrahim Kafesoğlu. Şərqi Anadoluya ilk səlcuqlu axını və
onun tarixi əhəmiyyəti. Körpülü ərmağanı. Ankara, 1953, s. 259-274) və ya araşdırmaların-
da ona mühüm yer vermişlər (M.Köymən. Böyük Səlcuqlu imperiyasının qurulması. I,
s.170-178). Mədhiyyə mahiyyətində bir əsər olan “Məliknamə”nin XI əsr səlcuqlu tarixinin
etibarlı bir qaynağı hesab olunmayacağı qənaətindəyik. Hətta bu vəsilə ilə “Məliknamə”nin
bizə yanlış təlqinlər aşılamaqdan başqa bir şeyə yaramadığı fikrində olduğumuzu da əlavə
edək. Əgər bu əsəri etibarlı mənbə saysaq, ondakı biabırçı xətaları təkrar etməkdən başqa
heç nəyə nail ola bilmərik.
1
S. 445.
2
Beyhaki, s. 343.
3
Beyhaki, s. 470, 682. Səlcuqlularla Əli Təginin oğulları arasında çarpışmalar olduğu haq-
da qaynaq heç nə demir. “Məliknamə”də adı çəkilən İnanc Bəyğu, yəni Yusif ibn Musa bu
zaman artıq öldürülmüş olmalı idi. Həmin hadisə nəticəsində bu ünvan atası Musaya keç-
mişdir. Yəni orada səlcuqluların öldürdüyü iddia edilən Alp Qara Beyhakidə adı çəkilən
Konuş (Tonuş) ola bilər. Alp Qara hər halda onun ünvanı idi.
FARUQ SÜMƏR
92
göstərir, lakin biz bu xüsusda tərəddüd edirik. Şah Məliklə səlcuqlular ara-
sında dərin bir düşmənçilik vardı. Hətta bir az əvvəl Cənddən səlcuqluları
məhz onun uzaqlaşdırdığı fikrində olduğumuzu da bildirmişdik. Ancaq səl-
cuqluların da ona çox böhranlı günlər «bəxş etdiyi» anlaşılır. Buna görə səl-
cuqluların Xarəzm torpaqlarına gəldiyini eşidən Şah Məlik böyük bir ordu
ilə çöl yolundan sürətlə Xarəzmə daxil oldu və dan yeri ağaranda səlcuqlu-
lara basqın etdi (zilhiccə, 425 - oktyabr-noyabr, 1034). Səlcuqlular bu qəfil
hücum nəticəsində ağır itkiyə məruz qaldılar. Qaynaq bu basqında 7-8 min
adamın öldürüldüyünü, çoxlu qadın və uşağın əsir alındığını, xeyli atın ələ
keçirildiyini yazır
1
. Səlcuqlular acınacaqlı bir vəziyyətdə Ceyhunun o biri
sahilinə keçdilər və Rabati-Nəməkdə düşərgə saldılar
2
. Onların atlarının yə-
həri belə yox idi, özləri də o qədər pərişan vəziyyətdə idilər ki, yaxınlıqdakı
bir kəndin gəncləri onları az qala öldürəcəkdilər. Dostları xarəzmşah bu ha-
disədən çox mütəəssir oldu və onlara təsəlli verdi.
Səlcuqlular gerçəkdən böyük fəlakətə uğramışdılar. Şah Məlikin şiddətli
basqını nəticəsində çoxlu adamları ölmüş, arvad-uşağın bir qismini, kibitka-
larının və davarlarının çoxunu da düşmən alıb aparmışdı. Ancaq buna bax-
mayaraq onlar bu fəlakətin ağırlığı altında əzilmədilər, tez özlərini topladılar.
Qısa bir zamanda başlarına çoxlu adam yığdılar. Bunlar oğuz yurdundan
gəlmiş adamlardı. Bu cəhət şübhəsiz ki, səlcuqluların öz eldaşları arasında
qədimdən bəri nüfuz və etibar sahibi bir ailə olmalarından doğurdu.
Səlcuqlular bir az sonra dostları xarəzmşah Harunu da itirdilər. Qəznəvi
hakimiyyətindən xilas olan Harun eyni zamanda Xorasanı ələ keçirmək qa-
yəsini güdürdü. Səlcuqlulara yaxınlıq göstərməsi də bu məqsədi həyata ke-
çirmək üçün onlardan görəcəyi kömək ilə əlaqədar idi. Ancaq Harun qəz-
nəvi dövlətinin vəziri tərəfindən hazırlanan sui-qəsdin qurbanı oldu və sui-
qəsddən gözlənilən nəticə alınmadı. Harunun yerinə Xəndan ləqəbli qardaşı
İsmayıl taxta çıxdı. Fəqət səlcuqlular da daha Xarəzmdə qalmayıb Xorasana
köçdülər (rəcəb, 426 - may, 1035).
Səlcuqluların Xorasana köçmələri yalnız Harunun ölməsilə Xarəzmdə
meydana çıxan qarışıqlıqlar və Şah Məlikin qorxusu ilə əlaqədar deyildi. Bu
işdə Xarəzmdə yaşadıqları yerin əlverişsizliyi və cəzbedici ölkə olan Xora-
sanda daha asanlıqla yurd sala biləcəkləri düşüncəsi də mühüm amil ola bi-
lərdi. Ceyhunu keçən səlcuqlular Mərv yolu ilə Nəsaya gəldilər. Onların 10
1
Beyhaki, s. 683.
2
M.Köymən (s. 19, qeyd 3-4) X əsr coğrafiyaşünaslarının əsərlərində göstərilən Seyhun
(Sır-Dərya) sahilindəki Xuvarə ilə səlcuqluların Şah Məlik basqını səbəbilə qaçarkən Cey-
hunu (Amu-Dərya) keçdikləri yeri eyniləşdirir. Ceyhunun o biri tərəfində oğuzların düşərgə
saldıqları Rabati-Nəməkin isə Ceyhundan yüzlərcə kilometr uzaqda - Kumis əyalətindəki
Dihi-Nəmək hesab etməsinin dəlilləri, məncə, məchuldur.