OĞUZLAR (TÜRKMƏNLƏR)
107
dərhal edam edildi (434-1042/1043)
1
. Az hadisə səlcuqluları bu qədər sevin-
dirmiş ola bilərdi.
Həmin il Toğrul bəy İbrahim Yınalı Reyə göndərmiş, özü də sonra gələ-
rək bu şəhəri qaydaya salıb hökumət mərkəzi eləmişdi. Bir-birinin arxasınca
gələn oğuz elatlarına Xorasan artıq darlıq edirdi. Daha əvvəl də dediyimiz
kimi, Toğrul bəy Sultan Məsudla mübarizəni dayandırıb bu bölgəyə getmək,
bir ovuc kürd və deyləmi mütəqəllibəsinin hökmündəki bu bölgəni asanlıqla
ələ keçirmək fikrini irəli sürmüşdü.
Toğrul bəy İraqa gəldiyi zaman İraq
oğuzları hələ orada idilər. Qızılı çıxmaq şərtilə başlarında Gök-Taş, Buka,
Mənsur və Anasıoğlu dururdu. Toğrul bəyin kürəkəni olan Qızıl ibn ül-Əsi-
rin verdiyi məlumata görə 432-ci ildə (1040/1041) ölmüşdü. Toğrul bəyin
Reyə gəlişi onun vəfatı ilə əlaqədar ola bilər.
Toğrul bəy elçi göndərib adı çəkilən bəyləri hüzuruna dəvət etdi. Onlar
elçini Zəncan çayına qədər ötürdükdən sonra onun vasitəsilə Toğrul bəyə bu
xəbəri göndərdilər: «Çağırmaqdan məqsədinin bizi dustaq etmək olduğunu
bilirik. Səndən qorxduğumuz üçün uşaqlaşdıq və burada yurd saldıq. Əgər
bizim üstümüzə gəlsən Xorasana və ya Rum ölkəsinə gedəcəyik və səninlə
heç bir zaman bir araya gəlməyəcəyik»
2
. Onların Toğrul bəy tərəfindən həbs
ediləcəkləri barədə sözləri bəhanədən başqa heç nə deyildi. Onlar yenidən
heç bir vəchlə səlcuqluların əmri altına girmək istəmir, əvəzində yağmaçı-
lıqla keçən macəraçı yaşayışlarını davam etdirmək istəyirdilər. Buna görə
onlar bir tərəfdən Azərbaycan xalqına əvvəllər etdikləri pisliklərdən, digər
tərəfdən, İbrahim Yınalın arxalarında olmasından qorxaraq Cənub-Şərqi
Anadoludakı müasir Cizrə (Cəzirə) dolaylarına gəldilər.
Bəylərdən Mənsur burda qaldı. Buka, Anasıoğlu və yəqin ki Gök-Taş
Diyarbəkirə getdilər və orada yağmaçılığa başladılar. Bir vuruşmada Mosul
hökmdarı Ükeyl oğlu Kırvaş və Diyarbəkir hökmdarı Mərvan oğlu Nəsrüd-
dövlə Əhmədin qüvvələri ilə Beşnöviyyə kürdlərini dağıtdıqdan sonra yağ-
ma və təxrib fəaliyyətlərini artırdılar. Diyarbəkir hökmdarı Nəsrüddövlə Əh-
məd bir hiylə nəticəsində əsir alınmış Mənsur bəyi azad etmək və üstəlik
xeyli mal vermək şərtilə buralardan uzaqlaşmalarını xahış etdi. Bəylər bu
şərti qəbul etdilər, lakin sonra sözlərində durmadıqları bir yana, yağmaçılığı
daha da genişləndirdilər. Oğuzlardan bir bölüyü Mosula hücum çəkib şəhər
hakimi Kırvaşı məğlub edərək (435-1043) bir müddət buranı əllərində saxla-
dılar. Göründüyü kimi, oğuzlar Toğrul bəyin hüzuruna getməsələr də, zəbt
etdikləri Mosulda xütbəni onun adına oxudurdular. Az sonra mosulluların
bir hərəkətini oğuzlar sərt bir şəkildə cəzalandırdılar. Belə olduqda Bağdad-
da oturan Büveyhi hökmdarı Cəlalüddövlə və Diyarbəkir hökmdarı Nəsrüd-
dövlə oğuzlardan Toğrul bəyə şikayət etdilər. Toğrul bəy Cəlalüddövləyə
1
Beyhaki, s. 687-691; ibn ül-Əsir, IX, s. 211, X, s. 3.
2
İbn ül-Əsir, IX, s. 212.
FARUQ SÜMƏR
108
verdiyi cavabda onların mütləq itaət altına alınacaqlarını vəd edir, Nəsrüd-
dövləyə göndərdiyi məktubda isə onları Diyarbəkir bölgəsindən uzaqlaşdı-
racağını bildirirdi. Lakin bu ərəfədə Mosul hökmdarı Kırvaş Hillə hökmdarı
Dübeys ibn Məzyəd ül-Əsədi ilə birləşdikdən, digər ərəblərdən və kürdlər-
dən kömək aldıqdan sonra oğuzların üstünə yürüş etmişdi. Bunu eşidən Mo-
suldakı oğuz bəyləri, yəni Gök-Taş və Mənsur Diyarbəkirdə olan Buka ilə
Anasıoğlundan köməyə gəlməyi xahiş etdilər. Baş verən vuruşmada (rama-
zan, 435-aprel, 1044) oğuzlar əvvəlcə qalib gəlsələr də, sonra məğlub oldu-
lar və Diyarbəkir bölgəsinə getdilər. İraq oğuzları isə bu məğlubiyyətdən
sonra Diyarbəkir bölgəsində qala ilməyəcəklərini başa düşüb Azərbaycana
getməyi qərara aldılar. Van gölü ətrafına gəldikdə bu bölgənin Bizans valisi
onlara keçmək üzrə icazə vermək bir yana, hətta oğuzlara hücum etdi, ancaq
məğlub olaraq əsir düşdü. Oğuzlar Azərbaycana keçdilər və ehtimal ki, bu
dəfə Toğrul bəyə itaət etdilər
1
.
İbn ül-Əzrağın verdiyi məlumata
2
görə, Toğrul bəy Buka ilə Anasıoğlu-
nu 10.000 atlı ilə Diyarbəkir bölgəsinə göndərib oranı onlara iqta kimi verdi.
Onlar burada yenə yağmaçılığa başlamış, bir gecə sərxoş ikən döyüşərək
bir-birini yaralamış və hər ikisi aldıqları yaralardan ölmüşlər. Digər iki bə-
yin (Gök-Taş ilə Mənsur) aqibəti barədə əlimizdə heç bir qeyd yoxdur. Be-
ləliklə, Arslan yabğunun camaatına mənsub olan və sonra İraq oğuzları ad-
landırılan oğuzların tarixi burada sona çatmışdır.
Toğrul bəy Reyə gəldikdən (434-1042/1043) sonra üç-beş il ərzində ət-
rafdakı hökmdarlar tərəfindən süzeren kimi qəbul edilmişdi. Mavəraünnəhr-
dən gələn oğuzlar bir qayda olaraq Bizans hüdudlarına göndərilirdi. Onlar
İbrahim Yınalın rəhbərliyi altında Pasin ovalığında Bizans üzərində parlaq
bir zəfər qazandılar (1048). Bu qələbədən sonra Bizans imperatoru İstanbul-
da IX əsrdə inşa edilmiş camini təmir etdirərək orada Toğrul bəyin adına
xütbə oxutdu, lakin vergi verməyə razı olmadığı üçün sülh bağlanmadı.
447-ci ildə (1055) Toğrul bəy xəlifənin israrlı dəvətinə görə Bağdada
hərəkət etdi. Onun cazib vədlərdə bulunmasına baxmayaraq Bağdaddakı
türk əsgərləri Toğrulun gəlişini narazılıqla qarşıladılar və bunu açıqca izhar
etdilər. Bunun səbəbi öz varlıqlarının sona çatacağından qorxmaları idi. Bu
türk əsgərlərinin başçısı Arslan ül-Bəsasiri özünün bəzi məziyyətləri ilə türk
əsgərləri və Bağdadın sadə xalqı tərəfindən sevilən adamdı. Sadə xalq ara-
sında əsnaflıqla məşğul olan türklər də vardı. Artıq xeyli müddət idi ki, Ars-
lan ül-Bəsasirinin xəlifə ilə arası dəymişdi. Hətta onun xəlifəni tutaraq Bağ-
dadda və İraqın digər yerlərində xütbəni Misirin fatimilər xəlifəsi adına oxu-
dacağı barədə şayiələr dolaşırdı.
1
İbn ül-Əsir, IX, s. 161-163.
2
Tarixi-Meyyafariqin. Qahirə, 1959, s. 160; M.H.Yınanc. Türkiyə tarixi. Səlcuqlular
dövrü. Anadolunun fəthi. İstanbul, 1944, s. 39-44.