Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə50/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   46   47   48   49   50   51   52   53   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

103 


 

lacaq bir xüsus olmadığını ifadə edərək nitqini bitirmişdir

1

. Çağrı bəyin bu 



fikri  başda  Toğrul  bəy  olmaqla  Musa  və  yınallılar  tərəfindən  daha  doğru 

fikir  kimi  bəyənilmişdir.  Bundan  onra  göz  bəbəyi  kimi  qoruduqları  sursatı 

az  yaşlı  və  atı  arıq  2.000  süvarinin  nəzarətində  arxaya  göndərdikdən  sonra 

bir parad keçirmiş və 16 min süvariyə malik olduqlarını görmüşlər.  

Səlcuqluların  mühüm  işlər  ərəfəsində  məşvərət  qurmaları  müəlliflərin 

oğuzların öz işlərini «kənəş» (gənəşmək) yolu ilə həll etdikləri barədə məlu-

matlarına  uyğundur.  Çağrı  bəyin  fikrinin  nə  qədər  doğru  olduğunu  yalnız 

hadisələrin nəticəsi təsdiq etmir. Əgər səlcuqlular Toğrul bəyin fikrini qəbul 

edib İraqi-Əcəmə getsəydilər, Çağrı bəyin çox haqlı olaraq dediyi kimi Mə-

sud onları orada da rahat buraxmayacaqdı. Çünki İraqi-Əcəm də onun torpa-

ğı idi. Toğrul bəyin  «Rey,  İsfahan və Həmədan bizimdir» deməsi oralarda 

İraq oğuzlarının hökmran olduqlarından irəli gəlir. Bu vəziyyətdə səlcuqlu-

ların  rəvvadi  və  şəddadi  kimi  zəif  ailələrin  əlində  olan  Azərbaycanda  və 

Aranda yerləşmələri mümkün ola bilərdi. Lakin belə olduqda Bizans və gür-

cülərlə  döyüşə-döyüşə  azalacaq,  nəhayət,  varlıqlarını  qoruya  bilməyərək 

yox olub gedəcəkdilər. Çünki ana yurdla təmas və münasibətləri olmayacaq, 

oradan fasiləsiz olaraq təzə qüvvələr ala bilməyəcəkdilər.  

Səlcuqluların tərtib etdikləri qurultaylardakı çıxışlar, eyni zamanda onla-

ra ağıllı rəy və fikirləri, cəsarəti, enerjisi ilə əslində kimin yön verdiyini, ca-

hana hakim olmaq qayəsinin doğması, yaşadılması və nəhayət həyata keçi-

rilməsində əsas rolu kimin oynadığını bizə göstərir. Bu böyük insan Davud 

Çağrı bəydir.  

Səlcuq ailəsinin dirəyi və dövlətin qurulmasında ən mühüm xidməti olan 

şəxs odur. Sultan Məsud Mərvə getmək və səlcuqlularla qarşılaşmaq xüsu-

sunda qərarının vaxt keçdikcə mənasızlığını daha yaxşı başa düşür və hərə-

kətindən  böyük  peşmançılıq  duyurdu.  O,  Mərvə  deyil,  Herata  getməyin  və 

səlcuqlularla sülh bağlamağın ən doğru yol olduğunu ancaq indi dərk etmiş-

di. Tənbəl və namərd adlandırdığı ordusu ilə 16 min cəsur süvariyə qalib gə-

ləcəyinə özü də şübhə edir və işi tanrının hökmünə buraxırdı. 431-ci il rama-

zan ayının 7-də cümə günü (22 may, 1040) döyüş nizamında hücuma keç-

diyi zaman səlcuqlular da hər tərəfdən hücuma başladılar. Qəznəvi ordusu-

nun göstərdiyi zəif müdafiə hərəkəti onların cəsarətini artırırdı. Sultanın or-

dusundakı  türk  məmlük  əsgəri  tənbəl  və  ürəksiz  döyüşür,  üstəlik,  onların 

səlcuqlulara qoşulmuş yoldaşları ilə görüşüb-danışdıqları da gözdən qaçmır-

dı.  Halbuki  qəznəvi  ordusunun  nüvəsini  və  ən  etibarlı  birləşmələrini  onlar 

təşkil  edirdilər.  Qəznəvi  ordusu  döyüşə-döyüşə  yavaş-yavaş  irəliləyir,  hər 

tərəfdən  hücum  edən  türkmənlər  dəvə  və  qumaş  aparırdılar.  Qəznəvilər  o 

qədər acınacaqlı vəziyyətdə idilər ki, səlcuqlulardan 10 nəfərin hücumu 500 

qəznəvi  əsgərini  qaçmağa  məcbur  edirdi.  Ertəsi  gün  (8  ramazan,  431-ci  il, 

                                                           

1

 Göstərilən əsər, s. 618; M. Köymən, s. 36-37. 




FARUQ SÜMƏR 

104 


 

cümə ertəsi - 23 may, 1040)

1

 qəznəvi  ordusu  yaxınlıqdakı Dəndanəkan qa-



lasına  doğru  irəliləyərkən  səlcuqlular  yenə  dörd  tərəfdən  hücuma  keçdilər. 

Buna baxmayaraq  qəznəvi  ordusu  günorta üstü Dəndanəkan  qalasına  çatdı. 

Bu  qala  Mərvin  cənub-qərbində  olub  ona  bir  mənzil  məsafədə  yerləşirdi. 

Burada iki ordu döyüş nizamında üz-üzə düzüldü. Qəznəvi ordusu susuzluq-

dan möhkəm əziyyət çəkirdi. Səlcuqlular öz milli döyüş üsullarına görə dö-

yüşürdülər.  Bu,  ordunun  qollara  ayrılaraq  döyüşməsi  üsulu  idi.  Bəzən  bir 

qol  vuruşduqdan  sonra  çəkilir  və  yerini  başqa  qola  verirdi.  Əməvilər  döv-

ründə ərəblər bunu bizanslılardan öyrənərək tətbiq etmişdilər. Buna kurdus 

(cəmi: kəradis) deyilirdi.  

Döyüş  cərəyan  edərkən  qəznəvilərin  seçmə  türk  ordusuna  mənsub  370 

nəfər  səlcuqluların  tərəfinə  keçdi.  Bunun  ardınca  təşkil  olunan  şiddətli  bir 

hücum nəticəsində qəznəvi ordusunun səfləri pozuldu, hamı qaçmağa üz tut-

du,  döyüş  meydanında  Sultan  Məsudla  bir  neçə  sərkərdə  və  bir  qədər  də 

məmlük  qalmışdı.  Ancaq  bir  azdan  o  da  yanındakılarla  birlikdə  meydanı 

tərk edib qaçmağa başladı. Qəznəvi ordusundakı hind, ərəb və kürd əsgərləri 

dağılıb hərəsi bir tərəfə getdi. Səlcuqlular bir tərəfdən qəznəvilərin sursatını 

yağmalayır,  digər  tərəfdən  düşməni  təqib  edirdilər.  Qəznəvilər  isə  başda 

Sultan Məsud olmaq üzrə dağınıq, pərişan bir halda və son sürətlə qaçırdılar. 

Səlcuqluların qazandıqları zəfər qəti və böyük idi, beş ildən bəri apardıqları 

yorucu mübarizəni başa çatdırmış və qayələrinə yetmişdilər. Çağrı bəyin de-

diyi kimi, artıq «cahan» onların idi.  

Bayraqlara  və  divan  qələmi  ləvazimatına  qədər  qəznəvi  ordusunun  bü-

tün  sursatı  döyüş  meydanında  qalmışdı.  Səlcuqlular  nəşə  içində  idilər. 

Toğrul bəy taxta oturmuş və Xorasan əmiri kimi salamlanmışdı

2

. Oğuz qöv-



münün tarixi müqəddaratını təyin edən Dəndanəkan döyüşü belə baş vermiş 

və səlcuqlulara ilk həmlədə Xorasanı qazandırmışdır.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



                                                           

1

 Gərdizi, s. 86. 



2

 Beyhaki, s. 620-629; Köymən, III, s. 34-66 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə