Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə51/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   47   48   49   50   51   52   53   54   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

105 


 

 

 



 

 

 



 

 

 



 

Ç. SƏLCUQLULAR DÖVRÜNDƏ OĞUZLAR 

(TÜRKMƏNLƏR) 

  

«Səlçuklılar türkmən bolub karıntaşımız  



tegib ilgə və xalqğa faidəsi tikmədi».  

 (Şəcəreyi-tərakimə, s. 64).  

  

Dəndanəkan vuruşmasından sonra Davud Çağrı bəy Mərvdə qalmış, qar-

daşı Məhəmməd Toğrul bəy Nişapura və onların əmisi Musa Bəyğu isə He-

rata getmişdi. Çağrı bəy qəznəvilərə qarşı müvəffəqiyyətli döyüşlər apararaq 

onların gözünü Xorasandan tamamilə kəsdi. Qaraxanilərə də qalib gəlib bu 

xanədanla əlverişli sülh bağladı. Üsyan etmiş Xarəzm hakimini cəzalandırdı, 

o tərəfdəki qıpçaq bəyinə müsəlmanlığı qəbul etdirdi və onunla düngür oldu. 

Toğrul bəyin Reyə getməsindən sonra bütün Xorasan Çağrı bəyə qaldı. Bun-

dan başqa, Kirman Qara-Aslan ünvanlı oğlu Kavurt bəyin əlində idi. Görün-

düyü kimi, Çağrı bəy birinci dərəcəli komandan, siyasi məsələlərdə isabətli 

rəy və fikrə sahib ağıllı bir siyasət adamı olmasına baxmayaraq hökmdarlığı 

dövründə çox da qəsbkar olmamışdır. Halbuki nailiyyətlərini daha da artıra 

bilərdi. O, bozqırlardakı sıxıntılı həyatını daim xatırlayaraq yüksəldiyi möv-

qedən  razı  qaldığını  bildirirdi.  Dövlətin  qurulmasından  əvvəl  xeyli  yağma 

etdiyi Xorasanı yenidən qurmuş, təbəəsini ədalətlə idarə edərək özündən ra-

zı  salmışdı,  hətta  qardaşı  Toğrul  bəyi  idarə  elədiyi  yerləri  dağıntı  halında 

qoymaqda  və  xalqı  mühacirətə  məcbur  qılmaqda  ittiham  etmişdi.  Toğrul 

bəy ona verdiyi cavabda:  «Ay qardaşım, sən Xorasan kimi abad bir ölkəyə 

sahib  olduğun  halda  onu  xarabazara  çevirdin,  indi  hakimiyyətində  olduğu 

üçün  oranı  abadlaşdırmalısan.  Halbuki  buralar  məndən  əvvəl  başqaları  tə-

rəfindən təxrib olunmuş, xaraba qoyulmuşdur. Buna görə ölkəmi hələ abad-

laşdıra  bilməmişəm.  Digər  tərəfdən,  bu  ölkənin  ətrafı  düşmənlərlə  dolu  ol-

duğundan yollara əsgər qoymaq zərurəti ortaya çıxır ki, onlardan dəyən zə-

rərin  qarşısını  almaq  da  mümkün  olmur»  demişdi.  Çağrı  bəyin  bu  cavaba 

etirazını  təsəvvür  etmək  çox  çətindir.  Yağma  və  qənimət  ümidi  olmadan 

oğuzları döyüşə sövq etməyin çətin bir iş olduğunu, şübhəsiz, o da çox gö-

zəl  bilirdi.  Çünki  Toğrul  bəyin  cavabında  işarə  vurulduğu  kimi,  Çağrı  bəy 



FARUQ SÜMƏR 

106 


 

dövləti  qurmazdan  əvvəl  əsgərlərini  razı  salmaq  üçün  yağma  hərəkətlərinə 

girişən, Nişapurun yağmalanması üçün Toğrul bəyə israr edən o deyildimi?  

Bu iki qardaş ömürlərinin əvvəlindən sonuna qədər bir-birinə bağlı qal-

mışlar.  Dövlətin  inkişafında,  onun  bir  imperiya  halını  almasında  bu  bağlı-

lığın çox mühüm rolu olmuşdur. Qardaşların hər ikisi uzun ömür yaşadılar. 

Çağrı  bəy  70  yaşlarında  vəfat  etdiyi  zaman  başda  Alp  Arslan  olmaqla  bir 

neçə oğlu, xəlifə və hökmdarlarla evli bir neçə qızı vardı. Səlcuqun yaşayan 

yeganə oğlu Musa Bəyğuya gəlincə, Dəndanəkan vuruşmasından sonra He-

rata gedərək, oranı və Sistan bölgəsini idarə etmişdir. Dövlətin qurulmasın-

da qardaşı uşaqlarından sonra gəlsə də xeyli xidməti vardı, lakin qüvvətli bir 

şəxsiyyət olmadığı 

 

şübhəsizdir. Toğrul bəy müdaxilə etməsə, Sistan da əlin-



dən  gedirdi.  Salnaməçilər  bizə  onun  ölüm  tarixini  bildirmirlər.  456-cı  ildə 

(1064)  Alp  Arslana  qarşı  səltənət  davasına  qalxışan  Fəxr  ül-müluk  Bəyğu-

nun həmin şəxs olduğu sanılır

1

.  



Səlcuqlu ailəsi tərəfindən ulu başçı qəbul edilən Toğrul bəy Dəndanəkan 

vuruşmasından sonra Nişapura qayıtmışdı. Müharibə münasibətilə bu şəhər-

də ortadan qalxmış nizam və asayışi bərpa etdikdən sonra 433-cü ildə (1041/ 

1042) Cürcan və Təbəristanı fəth etdi və ertəsi il (434-1042/1043) Xarəzm 

üzərinə  səfərə  çıxdı.  Xarəzmdə  səlcuqluların  barışmaz  əski  düşməni  Şah 

Məlik vardı. Buranın hakimləri olan Altun-Taş oğullarının üsyanı nəticəsin-

də Sultan Məsud vəzirinin tövsiyəsinə görə Xarəzmi 432-ci ildə (1041) özü-

nü vassal hesab etməsi şərtilə Cənd məliki Şah Məlikə vermişdi. Şah Məlik 

Cənddən gələrək xarəzmşah Altun-Taş oğlu İsmayılı məğlub edib bu ölkəyə 

hakim  oldu.  İsmayıl  səlcuqlulara  sığındı  və  onlardan  yardım  istədi.  Çağrı 

bəy və İsmayıl birlikdə Xarəzmə  yürüş etsələr də, Şah Məlik onları məğlu-

biyyətə düçar etdi. Ancaq Toğrul bəy eyni talesizliyə uğramadı, ailəsinin bu 

güclü düşməninə zəfər çaldı.  Şah Məlik ailəsi və sursatı ilə Dehistana qaçdı. 

Oradan Tabəsi, Kirman bölgəsindən əl-Tizi keçib 500 fərsəxlik yol gedərək 

(3000 km-dən çox) tənha bir bölgə  olan Mərkan  ətrafına  gəldi. Buraya  gə-

lincə, artıq xilas olduğuna inanmışdı. Şah Məlik bu uzun yolu süzereni yeni 

Qənzə hökmdarı Məsud oğlu Məvduda sığınmaq qayəsilə qət etmişdi. Onun 

köhnə ölkəsi Cəndə getməməsi orada vəziyyətin əlverişli olmaması ilə izah 

edilə bilər.  

Ancaq Şah  Məlikin Mərkanda  səlcuqluların  əlindən  qurtulmaqdan  duy-

duğu fərəh uzun sürmədi. Onun yerini öyrənən İbrahim Yınalın qardaşı Ər-

Taş  Yınal  4.000  atlı  ilə  basqın  edərək  Şah  Məliki,  arvad-uşağını  tutdu  və 

var-yoxunu  ələ  keçirdi.  Ər-Taş  Şah  Məliki  Çağrı  bəyə  təhvil  verdi  və  o, 

                                                           

1

 Musa  haqqında  bax:  İ.Kafesoğlu.  Səlcuqun  oğulları  və  nəvələri.  Türkiyyat  məcmuəsi, 



XIII, s. 119-120. 


Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə