OĞUZLAR (TÜRKMƏNLƏR)
121
yumluq» qazanırdılar. Türkmənlər hüdudlar üçün o qədər lazımlı ünsür idi-
lər ki, İmadəddin Zəngi Şəhrizor bölgəsindəki yıva türkmənlərindən bir qis-
mini səlibçilərin Suriyadakı hüdudlarına gətirərək orada onlara yurd vermiş-
di. Hüdudlardakı türkmənlərin ən qələbəlik kütləsi Anadoluda, Bizans hü-
dudlarındakılar idi, onların
şöhrəti hər yana yayılmışdı.
Türkmənlərdən bəzi zümrələr isə sərhəd vilayətlərdə və hücra guşələrdə
yaşayırdı. Türkmən bəylərinin bir çoxu doğrudan-doğruya, bölgələrin haki-
mi olduqları kimi, bir çoxu da dirlik (iqta) sahibi idi. Bəzi türkmən zümrələ-
ri isə dövlətə vergi verən rəiyyət vəziyyətində idi. Türkmən bəyləri də məm-
lük valiləri kimi fürsət düşdükcə yaşadıqları bölgələrdə və ya şəxsən özləri-
nin fəth etdikləri yerlərdə bəyliklər qurmuşdular.
Nəticə olaraq onu göstərək ki, başda öz doğma qövmlərinə biganə qal-
maları üzündən səlcuqlu xanədanları və onların məmlükləri tarix səhnəsin-
dən silinib getdilər. Halbuki türkmənlər türklüyün əsil nümayəndələri kimi
onun varlığını davam etdirdilər. Türkmənlərin səlcuqlular dövründəki vəziy-
yətlərinə dair bu müştərək xüsusları qeyd etdikdən sonra indi ana yurdda-
kılar da daxil olmaq üzrə onları ayrı-ayrı tədqiq etməyə çalışaq.
I. MAVƏRAÜNNƏHR
Oğuzlar və ya türkmənlər səlcuqlular dövründə və sonra dalğalar halında
Yaxın Şərq ölkələrinə gəlməklə birlikdə XII əsrin ikinci yarısında və mon-
qol istilası zamanı onların mühüm bir qismi Buxara yaxınlığından Cənd və
Yeni Kəndə qədər uzanan sahədə yaşayırdı. Sır-Dəryanın sağ sahilindəki
torpaqlar qanlı-qıpçaqların əlində idi. O tərəfdə türkmənlərin olub-olmadığı
dəqiq bilinmir. XII əsrdə Mavəraünnəhrdə qələbəlik bir karluq kütləsi də
vardı. Onlar Qaraxanilərə itaət etmirdilər, əvəzində türkmənlərlə münasibət-
lərinin yaxşı olduğu görünür.
1156-cı ildə karluqlar Tamğaç İbrahim xanı öldürdülər. Buna cavab ola-
raq yeni xan Cəlaləddin Çağrı (Kök Sağun) karluq başbuğu Bəyğu xanı öl-
dürdü, digərlərini isə qırmağı planlaşdırdı. Belə olduqda Bəyğu xanın uşaq-
ları və digər karluq bəyləri Xarəzmşah İl-Arslana pənah apardılar. Kök Sa-
ğun karluqlara kömək məqsədilə İl-Arslanın böyük bir ordu ilə gəldiyini
eşitcək Qara göldən Cəndə qədər uzanan bölgədəki türkmənləri bir yerə yı-
ğaraq Səmərqənddə müdafiə hazırlıqlarına başlamış, digər tərəfdən də qara-
xıtaylardan kömək istəmişdi
1
. 1220-ci ildə monqollar Cənd, Özkənt, Barçın-
lı Kənt və Yeni Kənti aldıqdan sonra bu bölgədə yaşayan türkmənlərdən 10
min nəfərlik qoşun təşkil edərək onu Taynal noyonun tabeliyinə verdilər.
Taynal bu qoşun da daxil olmaqla komandası altındakı ordu ilə Xarəzmə yü-
1
Cüveyni. Tarixi-Cahanguşa. Mirzə Məhəmməd Qəzvini nəşri. Leyden, 1916, II, s. 15; İb-
rahim Kafesoğlu. Xarəzmşahlar dövləti tarixi, 1956, s, 80-81.
FARUQ SÜMƏR
122
rüş etdi. Ancaq türkmənlər yolda üsyan edərək onlara başçı təyin olunmuş
monqolu öldürdülər. Avanqardda gedən Tanyal bunu eşidib geri döndü və
türkmənlərin əksəriyyətini qırdı, qalanları isə Mərv və Amuya tərəflərə qaç-
dılar. Beləliklə, monqol istilası səbəbilə köhnə yurdda qalan türkmənlərin
çoxu buraları tərk edərək Xorasana toplaşdılar
1
. Bununla bərabər, 1273-74-
cü illərdə Barçınlı Kəntdə olmuş Camal Karşi bu şəhərdə tərakimə, yəni
türkmənlərin yaşadığını bildirir
2
. XIV əsrdən etibarən artıq Sır-Dərya bo-
yunda türkmənlərin yaşadıqları barədə mənbələrdə məlumat verilmir.
2. MANQIŞLAQ
Türkmənlərin mühüm bir kütləsi X əsrdən bəri bu bölgədə yaşayırdı.
Manqışlağın coğrafi mövqeyi səbəbilə buradakı türkmənlərin monqol istila-
sından ziyan çəkmədikləri bilinir. Türkmənlər burada əvvəlcə Qızıl Orda
xanlarına, sonra isə Xarəzm hökmdarlarına tabe olaraq XVII əsrə qədər ya-
şamışlar.
3. BALXAN
Bura türkmənlərin ən təhlükəsiz yurdlarından biri idi. Belə ki, onlar hə-
mişə yalnız burada məskun ola bilmişlər. Səlcuqlular dövründə bu bölgədə-
ki türkmənlərin Manqışlaqdakına nisbətən sayca daha az olduqları məlum-
dur.
4. XORASAN
Səlcuqluların öz dövlətlərini Xorasanda qurmalarına baxmayaraq bu
bölgədə aşağıda haqlarında danışılacaq oğuzlardan əvvəl az və əhəmiyyətsiz
bir türkmən ünsürünün yaşadığı bilinir. 553-cü ildə (1158) Kuhistan bölgə-
sində yaşayan türkmənlərdən bir hissə o dövrlərdə Xorasanda fəaliyyətdə
olan oğuzlara daxil deyildi. Özləri başqa yerdə olduqları vaxt bu türkmən-
lərin obalarına ismaililər hücum edərək davarlarını yağmalamış, arvad-uşaq-
larını əsir almışdılar. Ancaq türkmənlər ismaililərin dalınca düşərək onları
haxlamış, mallarını və ailələrini xilas etmiş, 9 nəfər istisna olmaqla ismaili-
ləri tamamilə qırmışlar
3
.
1
Cüveyni. Həmin əsər, 1911, I, s. 70.
2
Barthold. Türküstan. Mətnlər, s. 151; Mərkəzi Asiya tarixinə dair dörd dərs. Leyden,
1962, III, s. 130. Plano Karpini 1246-cı ildə Barçınlı Kənti xarabazara çevrilmiş halda gör-
müşdü.
3
İbn ül-Əsir, XI, s. 107.