OĞUZLAR (TÜRKMƏNLƏR)
123
SƏNCƏRİ ƏSİR ALAN OĞUZLAR
Bu oğuzlar Xorasana gəlməzdən əvvəl Mavəraünnəhrdə yaşayırdılar və
karluqlar kimi qaraxani hökmdarı Məhəmməd Arslan xana (1101-1132) xid-
mət edirdilər. Onların Sır-Dərya boyunda Mavəraünnəhrə enmələri yəqin ki,
qanlı-qıpçaqların təzyiqi ilə bağlıdır. Bu oğuzlar boz-ox və üç-ox adı ilə iki
qola ayrılırdılar. Üç-oxların başında Dad bəy ünvanlı İshaq oğlu Tuti (Du-
du), boz-oxlarınkında isə Əbdülhəmid oğlu Qorqud bəy dururdu. Oğuzlar
xidmətində olduqları Qaraxani hökmdarları ilə yaxşı münasibətdə idilər.
Ancaq karluqlar sonralar da olduğu kimi üsyan edirdilər.
1122-ci ildə Çindən qovulan xıtaylar Monqolustana getmək əvəzinə
ürəklərinə yatan türk ölkəsinə gəlib qısa bir müddətdə Balasağun mərkəz ol-
maq üzrə qüdrətli bir dövlət qurmuşdular. İslam salnamələrində onlara qara-
xıtaylar deyilir ki, buradakı «qara» sifəti Çindən qovulduqları və etibarlarını
itirdikləri səbəbilə verilmiş olmalıdır. Karluqlar bu qara-xıtayların şəxsində
özlərinə qüvvətli bir hami tapdılar. 1141-ci ildə Səmərqənd yaxınlığındakı
Katvan çölündə qara-xıtay hökmdarı ilə Sultan Səncər arasında vuruşma baş
verdi. Sultan Səncərin ordusunun ağır şəkildə məğlubiyyətə uğramasında
qara-xıtay ordusunda vuruşan karluqlar mühüm rol oynadılar. Bu vuruşma
nəticəsində Mavəraünnəhrdəki qaraxani xanədanı qara-xıtayların hakimiy-
yəti altına girdi, karluqlar isə qara-xıtayların köməyi ilə oğuzları buradan
qovdular. Oğuzlar Bəlx və Xüttəlan bölgəsinə gəlib burada yurd saldılar.
Onların sayının 40 min çadıra yaxın olduğu söylənsə də
1
, zənnimizcə, bu,
olduqca mübaliğəli bir rəqəmdir. Oğuzlar səlcuqlu sultanı Səncər tərəfindən
dövlət xidmətinə qəbul olunmayaraq rəiyyət (qara camaat) hesab edildilər,
vergiləri qoyun idi. Bu rəqəm də oğuzların 40 min çadır olmadığını göstərir.
Yuxarıda dediyimiz kimi, oğuzlar üç-ox və boz-ox adlı iki qola ayrılır-
dılar. Üç-oxların başında Tuti (Dudu), boz-oxların başında isə Qorqud bəy
dururdu. Tuti bəyin atası İshaqın Dad bəy ünvanını daşıması onun olduqca
nüfuzlu və məşhur bir
şəxsiyyət olduğunu göstərir. Bu qol bəylərindən son-
ra Dinar, Bəxtiyar, Arslan, Çakır və Mahmud kimi bəylər gəlirdi. Bunlardan
başqa, Qorqudun qardaşı Məhəmməd, Səncər, Böyük Davud və Səlmənçi
kimi bəylərin olduğunu da bilirik. Qaynaqlarda göstərildiyinə görə bəylər
varlı adamlardı.
Səncərin Bəlxdəki valisi Kımaç öz hakimiyyəti altındakı bölgədən oğuz-
ların çıxıb getməsini tələb etdi. Oğuzlar onun tələbinə məhəl qoymadılar.
Kımaçın ani bir hücumu qarşısında qəfil ovlanmamaq üçün bir yerə yığış-
dılar, başqa yerlərdə yaşayanlar da onlara qoşuldular. Türk-Aslan Buğa da
oğuzlara qoşulmuş adamlardan biri idi. Kımaç, şübhəsiz ki, Səncərin razılı-
ğını alaraq bu tələbi irəli sürmüşdü. Bunun səbəbi isə Kımaçın oğuzlardan
1
Mirxond. Rövzət üs-səfa, IV, s. 113.
FARUQ SÜMƏR
124
gördüyü və vəfasızlıq kimi qiymətləndiyi bir hərəkət idi. Həqiqətən, 547-ci
ildə (1152) gur dövlətinin banisi Əlaəddin Hüseyn Cahansuz Bəlxi mühasi-
rəyə almış, Kımaç isə yanında oğuzlardan bir bölük olduğu halda ona qarşı
çıxmışdı. Ancaq oğuzlar gurların tərəfinə keçmişdilər. Buna görə şəhər təs-
lim olmuşdu. Xoşbəxtlikdən, Səncər vaxtında çataraq Əlaəddin Cahansuzu
məğlub edib əsir almış, vəziyyəti düzəltmişdi. Cüzcaninin
1
məlumatına görə,
gur xanədanının məğlubiyyətində isə ordusunun sağ cinahındakı oğuz, türk
və xalaçların vuruşma zamanı Səncərin tərəfinə keçmələri mühüm səbəb ol-
muşdur.
Oğuzların bu yaşayış bölgəsindən köçüb getməyi rədd etdikləri üçün Kı-
maç hər halda Səncərdən icazə alaraq 10 min atlı ilə onların üzərinə yürüdü.
Bunu eşidən oğuz bəyləri onun yanına gedərək burada qalmalarına icazə
versə, ev başına 200 dirhəm ödəyəcəklərini söyləsələr də, Kımaç buna razı
olmadı, üstəlik, bəylərlə pis rəftar elədi. Hirslə geri qayıdan bəylər atlandılar
və Kımaçın qabağına çıxdılar. Baş verən döyüşdə oğuzlar parlaq bir zəfər
qazandılar. Kımaç və oğlu əsir alınaraq öldürüldülər
2
. Bu hadisədən sonra
oğuzlar Bəlx ətrafını yağmaladılar.
Kımacın məğlubiyyət xəbəri Bəlxə çatanda
3
Sultan Səncər qələbəlik bir
ordu toplayaraq (deyilənə görə, 100 minlik) oğuzların üstünə yürüdü. Oğuz-
lar bu dəfə daha böyük təlaşa qapıldılar və Səncərin yanına göndərdikləri el-
çilər ona bu sözləri çatdırdılar: «Biz həmişə sultanın sadiq qulu olmuşuq.
Kımaç ocağımıza qəsd elədi, arvad-uşağımız naminə onunla vuruşmaq məc-
buriyyətində qaldıq. 100 min dinar və 100 türk yeniyetməsi
4
verək, qoy sul-
tan bizi bağışlasın»
5
. Səncər bəzi əmirlərin təsiri altına düşərək oğuzların
xahişini rədd etdi. Hətta onlara yaxınlaşdığı zaman oğuzlar arvad-uşaqlarını
qabaqlarına qatıb əfv olunmalarını xahiş etdilər və əvvəlki təkliflərinə əlavə
olaraq ev başına yeddi batman gümüş verməyi öhdələrinə götürdülər
6
. An-
caq əmirlərin israrı ilə Səncər bu təklifi də rədd etdi. Səncər nə etmək istə-
yirdi? Öz qövmünü yer üzündən silmək, onların sərvətlərini, qızlarını-oğlan-
larını ələ keçirmək? Halbuki bir il əvvəl torpağına təcavüz edərək yağma-
layan və Kımaçı məğlub edən gur hökmdarı Əlaəddin Cahansuzu dustaq
alarkən ona xələt geydirib öz ölkəsinə geri göndərmişdi.
Arvad-uşaqları ilə yalvarmağın Sultan Səncərin mərhəmət duyğularına
təsir etmədiyini görən oğuzların çox zaman olduğu kimi ruhlarındakı qorxu-
1
Cüzcani, I, s. 408.
2
İbn ül-Əsir, XI, s. 38, 74, 79-81.
3
Mətnlərdə bu söz Kımaç şəklində yazılır. Biz bunun Şəcəreyi-tərakimədəki (s. 80) Kımac
ilə eyni olduğunu təxmin edirik.
4
Ravəndi yeniyetmə sayını 1.000 göstərir (Rahət üs-südura. Məhəmməd İqbal nəşri. Ley-
den, 1921, s. 1921, s. 178). Bu rəqəm şübhəlidir.
5
Rəşidəddin. Cami ət-təvarix. Zikri-tarixi-ali-Səlcuq, s. 94.
6
Buradakı «ev başına» sözü, şübhəsiz, bəylər və ikinci dərəcəli rəislər barədə deyilmişdir.