Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə62/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   58   59   60   61   62   63   64   65   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

127 


 

Sultan Səncərin ölümündən sonra oğuzlar rahat nəfəs aldılar. İndi onlar 

Bəlx  ətrafında  yurd  salmış,  hətta  yağmaçılıqdan  vaz  keçərək  Sultan  Mah-

muda  itaət  etmək  qərarına  gəlmişdilər.  Oğuzlar  553-cü  ilin  şaban  ayında 

(avqust-sentyabr, 1158)  Mərvə  gəldilər, Sultan  Mahmud  və  iqtidarı  əslində 

öz əlində saxlayan Ay-Aba Səraxsda idilər. Ay-Aba qoşunla oğuzların üstü-

nə yürüyərək onların bir bölüyu ilə qarşılaşıb qalib gəldi, hətta onları Mərvə 

qədər qovdu. Bu qalibiyyət cürətini artırmış və ona oğuzları tamamən orta-

dan qaldıracağı ümidini vermişdi.  

Buna  görə  Sultan  Mahmud  da  yanındakı  oğuzlara  hücum  etdi.  Ancaq 

Ay-Abanın  bu  ümidi  başa  çıxdı.  Üç  gün  davam  edən  döyüşdə  oğuzlar  üç 

dəfə geri çəkilsələr də, axırda Ay-Abanı ağır bir məğlubiyyətə uğratdılar (9 

 

Ş

əvval  -  3  noyabr).  Bu  qalibiyyət  oğuzların  öz  qüvvələrini  itirmədiklərini 



göstərdi. Onlar bu dəfə mərvlilərə xoş münasibət göstərsələr də, Səraxs və 

Tus  şəhərlərini  yağmalamaqdan  vaz  keçmədilər.  Oğuzlar  məğlubiyyətdən 

sonra Cürcana  gəlmiş Sultan Mahmudun  yanına ertəsi il (554-1159) elçilər 

göndərərək hökmdarları olması üçün onu Mərvə dəvət etdilər. Ancaq Mah-

mud inanmadığı və qorxduğu üçün onlara müsbət cavab vermədi.  Belə ol-

duqda  oğuzlar  ondan  oğlunu  göndərməyi  xahiş  etdilər.  Mahmud  buna  razı 

oldu. Oğuzlar hökmdarlarını Nişapurda qarşıladılar, ona hörmət və təzimdə 

bulundular. Oğuzların  bir hökmdara ehtiyac duymaları və hakimiyyətlərini 

qanuniləşdirmək  zərurətilə  əlaqədardır.  Digər  tərəfdən,  bu  hökmdar  bəylər 

arasındakı anlaşmazlıqları da aradan qaldıraraq birliyi davam etdirməli idi.  

Oğuzlar  məşhur  Tus  şəhərini  bir  dəfə  də  yağmaladılar.  Çünki  tuslular 

onların  hakimiyyətini  tanımağı  rədd  etmişdilər.  Oğuzlar  Tusdan  Nəsa  və 

Abivərd  tərəflərə  getdilər,  burada  Sultan  Mahmudla  görüşüb  onun  hökm-

darlığı qəbul etməsi haqqında razılığa gəldilər, sonra Nişapur və Səraxs yolu 

ilə birlikdə Mərvə qayıtdılar. Onlara itaət etməyən Ay-Aba Nişapura döndü 

və həmin bölgəyə hakim oldu.  

Nəsa bölgəsində yazır boyu yaşayırdı. 555-ci ildə (1160) onların başçısı 

Ödək xan oğlu Yağmur xan idi. Yazırlar oğuz kütləsinə mənsub deyildilər, 

buraya isə  Balxan  yolu  ilə  Manqışlaqdan  gəlmişdilər. Həmin  il Xarəzmşah 

İl-Arslanın əsgərlərindən bir bölüyü yazırların üzərinə hücuma keçib onları 

pərən-pərən  saldı.  Yağmur  xan  oğuzların  yanına  gedərək  onlardan  kömək 

istədi. Onun fikrincə, Xarəzm əsgərlərinin yazırlara hücumu Səncərin əmir-

lərindən olan və Rey bölgəsini ələ keçirmiş Aytakın təhriki nəticəsində baş 

vermişdi. Oğuzlar Yağmur xanın Aytaka qarşı mübarizəsinə kömək edəcək-

lərini bildirdilər. Bundan xəbər tutan Aytak isə Mazandaran əmirini köməyə 

çağırdı. Dehistan  yaxınlığında baş verən vuruşmada Aytak və Mazandaran 

əmiri ağır məğlubiyyətə uğradılar. 556-cı ilin əvvəlində (1161) Dehistan və 

Cürcanı yağmalayan oğuzlar Xorasana qayıtdılar

1

.  


                                                           

1

 İbn ül-Əsir, XI, s. 103-105, 116, 117. 




FARUQ SÜMƏR 

128 


 

Nişapur  və  onun  ətrafına  hakim  olan  Ay-Aba  Sultan  Mahmudun  haki-

miyyətini  tanımırdı.  Buna  görə  oğuzlar  Sultan  Mahmud  da  yanlarında  ol-

maqla  Ay-Abaya  hücum  etdilər.  Ay-Aba  Şadiyahda  mühasirəyə  alındı.  Bu 

əsnada Sultan Mahmud oğuzların yanından qaçaraq Nişapurun qala divarına 

sığındı. Görünür, o, oğuzların hakimiyyətini qəbul edə bilmirdi. Ancaq onun 

qısa  bir  müddət  sonra  bu  hərəkəti  üçün  möhkəm  peşmançılıq  duyduğuna 

şübhə yoxdur. Çünki Ay-Aba onu və oğlunu yaxalayaraq gözlərinə mil çək-

dirdi və ata-oğul bir-birinin ardınca dərin iztirablar içində vəfat etdilər (557-

1162).  


Oğuzlara  gəlincə,  onlar  Sultan  Mahmudun  qaçmasından  sonra  Mərvə 

qayıtmışdılar.  Mərv,  Bəlx  və  Səraxs  bilavasitə  onların  hakimiyyəti  altında 

idi. Herat hakimi Ay-Təgin oğuzlarla dostluq münasibəti saxlayırdı. Oğuzlar 

hakim olduqları yerlərdə Səncərin adına xütbə oxudurdular ki, belə bir adət 

heç bir yerdə və heç bir zaman görünməmişdi. Xütbədə Səncərdən sonra o 

yerin hakimi olan bəyin adı oxunurdu. Ay-Aba isə Nişapur bölgəsi ilə Tus, 

Nəsa  və  Kumisin  hakimi  idi,  xütbəni  də  İraq  səlcuqlu  sultanı  Arslan  şahın 

adına oxudurdu. Dehistan və Cürcan isə Aytakın əlində idi. O buralarda xüt-

bəni Xarəzmşah İl-Arslanın adına oxudurdu

1

.  



558-ci ildə (1162) gur hökmdarı Seyfəddin Məhəmməd oğuzlara hücum 

etdi, lakin  məğlub  olaraq  öldürüldü.  559-cu  ildə  (1163)  oğuzlar  bu  qələbə-

dən  istifadə  edərək  Qəznəni  aldılar  və  şəhəri  uzun  müddət  əllərində  saxla-

dılar. Beləliklə, oğuzların bilavasitə idarələri altındakı bölgələrə (Mərv, Sə-

raxs, Bəlx, Nəsa və Abivərd) məşhur Qəznə şəhəri və bölgəsi də əlavə olun-

muşdu


2

.  Hər  bölgə  bir  oğuz  bəyi  tərəfindən  idarə  olunurdu.  Herat  hakimi 

Ay-Təgin də oğuzlara tabe idi. 559-cu ildə Taliqan və Qarcistanı fəth etmiş 

Sunqur da (Səncərin əmirlərindən biri) onlara vergi verirdi

3

.  


560-cı  ildə  (1164/1165)  oğuzlar Heratı mühasirəyə  aldılar. Çünki  bura-

nın hakimi, onların vassalı olan Ay-Təgin bir il əvvəl gurlarla döyüşdə öl-

müş  və  heratlılar şəhərin möhkəm  qala  divarlarına  və getdikcə  qüdrətlənən 

Ay-Abanın  köməyinə  arxalanaraq  oğuzlara  itaət  etməməyə  başlamışdılar. 

Ancaq oğuzlar Ay-Abanın Səraxs tərəflərə hücumları ilə əlaqədar mühasirə-

dən əl çəkib geri qayıtmaq məcburiyyətində qaldılar.  

Oğuzların 560-cı ildən (1164/1165) sonra yavaş-yavaş siyasi əhəmiyyət-

lərini  itirdikləri  müşahidə  olunur.  Bu  xüsus, 

 

şübhəsiz onların müştərək bir 



rəhbərliyə malik olmamaları və bu səbəbdən süquta uğramaları ilə əlaqədar-

dır.  


                                                           

1

 İbn ül-Əsir, XI, s. 130-131. 



2

 İbn ül-Əsir, XI, s. 131. 

3

 İbn ül-Əsir, XI, s. 140, 141, 142; Cüzcani. Təbəqəti-Nasiri. Əbdül-Hey Həbibi nəşri, I, s, 



278, 415, 466. 


Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə