Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə70/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   66   67   68   69   70   71   72   73   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

143 


 

vardır. Bir salnaməçi artuqları iki böyük türkmən xanədanından (digəri-səl-

cuqlulardır)  biri  kimi  təqdim  edir.  Bu  xanədandan  İl-Qazi  və  Sökmən  qar-

daşları və onların qardaşı oğlu Bələk səlib vuruşmalarının tanınmış simala-

rındandır. Əyyubi dövlətinin qurulması kürdləri bir qədər əhəmiyyətli möv-

qeyə çıxardı. Bu dövlətin Şərqi və Cənub-Şərqi Anadoluda bəzi yerlərə ha-

kim olması həmin yerlərin etnik çöhrəsinə təsir etdi və kürdlər bu bölgələrdə 

keçmişdəkinə  nisbətən  daha  geniş  sahəyə  yayıldılar.  Əyyubi  ordusundakı 

türklər  və  kürdlər  bir-birini  sevmirdilər.  Bu  düşmənçilik  axırda  «əkrad»ın 

(kürd sözünün ərəbcə cəmidir - tərcüməçi) ləğv edilməsinə səbəb oldu.  

Səlahəddin  Əyyubinin  Qüdsü  fəth  etməsi  münasibətilə  yazılan  mənzu-

mələrdə kürdlər deyil, məhz türklər vəsf olunurdu. 1185-ci ildə Cənub-Şərqi 

Anadoluda qələbəlik bir türkmən elatı meydana çıxdı. Bu türkmənlər ümu-

miyyətlə  Mosul-Rəqqa  və  Urfa  dolaylarında  qışlayırdılar.  Onların  qəfil 

meydana  çıxmış  kimi  görünmələri  həmin  türkmənlərin  buraya  Xorasandan 

gəlmiş  olduqları  qənaətini  yaradır.  Həqiqətən,  yuxarıda  da  deyildiyi  kimi, 

xarəzmşah  Sultan  şahın  568-ci  ildə  (1173)  oğuzların  əlindəki  Səraxsı  tut-

masından  sonra  Mərv-Səraxs  bölgəsində  qələbəlik  halda  yaşayan  oğuzlar 

dağılışmışdılar. Yəqin ki, bu türkmənlər dağılan Xorasan oğuzlarının bir qo-

ludur.  Onlar  sayca  qələbəlik  olub  yaylaq  və  qışlaq  üçün  geniş  bir  bölgədə 

hərəkət etdiklərindən öz təsirlərini hər tərəfdə hiss etdirirdilər. Onların baş-

çıları Rüstəm adlı bir bəy idi. Həmin il (1185) bu türkmənlərlə kürdlər ara-

sında kürdlərin yol kəsməyi və ya türkmən toyunda iştirak etmək istəmələri 

üzündən  şiddətli  bir  vuruşma  başladı.  Qartallarla  leyləklərin  çarpışmasını 

andıran bu vuruşma Cəzirət ibn Umar (indiki Cizrə) yörəsindən tutmuş, Mo-

sul,  Diyarbəkir,  Axlat,  Suriya,  Malatya  bölgələrinə,  hətta  Azərbaycana  qə-

dər yayılmaq üzrə geniş bir sahədə cərəyan etdi. Həmişəki kimi birinci dərə-

cəli  savaşçı  olduğuna  şübhə  edilməyən  türkmənlər  hər  yerdə  kürdləri  ağır 

məğlubiyyətə  uğratdılar.  Suriyalı  Mixailin  məlumatına  görə,  Suriyada  və 

İraqda kürd xalqı tamamilə yer üzündən silindi. Kürdlərə sığınacaq verən və 

türkmənlərə əsir düşən 20 min xristian da pulla satıldı. Bu türkmənlər yay-

lağa çıxdıqları zaman Gürcüstana da axınlar təşkil etdilər. Onlardan mühüm 

bir  qisminin  sonra  səlcuqlu  hökmdarı  II  Qılınc  Arslanın  oğlu  Sivas  valisi 

Qütbəddin  Məlikşahın  xidmətinə  daxil  olduğu  və  Frederik  Barbarosun  al-

manları  ilə  vuruşduğu  anlaşılır.  Səlcuqlu  dövründəki  türkmənlərin  tarixinə 

aid verilən bu geniş xülasə burada sona çatır. Bu xülasədən aşağıdakı nəticə-

ləri çıxarmaq mümkündür.  

Oğuzlar və ya türkmənlər səlcuqlu dövlətini qurmuş, bu dövlətin böyü-

məsində başlıca rol oynamışlar. Dövlətin qurulmasından tənəzzülünə qədər 

xanədan üzvləri arasında davam edən taxt-tac uğrunda mübarizəyə, əmirlə-

rin  üsyanlarına,  hökmdarlarla  öz  qövmü  arasındakı  anlaşmazlıqlara  və  vu-

ruşmalara  baxmayaraq  türk  hakimiyyətinin  davamlı  olmasında  onlar  çox 




FARUQ SÜMƏR 

144 


 

mühüm  bir  amil  olmuşlar.  Orta  Asiyadan  gələn  köç  dalğaları  türkmənləri 

daim gücləndirirdi.  

 Səlcuqlulardan başqa Farsdakı salğurlar, bərçəmoğulları, qıfçaqoğulları, 

qarabəlililər,  yaruqlar,  şumlaoğulları, bəy  tiginlər,  artuqlar,  inaloğulları,  to-

ğan arslanlar, saltuqlar və məngücüklər onlara mənsub idilər. İranda səlcuq-

lu  xanədanının  ortadan  qalxması  onların  siyasi  əhəmiyyətini  azaltmamış, 

bəlkə də artırmışdır.  

  

12. MİSİR, AFRİKA VƏ YƏMƏNDƏ TÜRKMƏNLƏR 



  

Oğuz ili köçüb yürümədük yol barmu?  

İvin tutub olturmaduk yurt barmu?  

(Şəcəreyi - tərakimə, s. 62).  

  

Suriya hökmdarı Nurəddin Mahmudun əmir Əsədəddin Şir-Kuh koman-



danlığında Misirə göndərdiyi qüvvələr arasında xeyli türkmən də vardı. Əl-

əlxüsus 564-cü ildəki (1169) üçüncü səfəri zamanı Şir-Kuhun komandanlı-

ğındakı orduda 6 min türkmən olduğu məlumdur. Misirlilər bu türkmənlərə 

ğuzz  deyirdilər

1

.  Bu  söz  haradan  gəlir?  Onlar  Yaxın  Şərqə  yeni  gəldikləri 



üçün bu adla anılmışlar, yoxsa qədim bir ənənə ilə, yəni Atsızın qövmündən 

olduqları üçün onlara oğuz deyilmişdir? Bu xüsus bilinmir.  

Anlaşıldığına  görə,  bunlardan  bir  qismi  568-ci  ildə  (1172/1173)  Səla-

həddin Əyyubinin qardaşı Təqiəddin Ömərin məmlükü Qaraquş komandan-

lığında Misirdən Trablisə gələrək buranı və Mehdiya istisna olmaqla İfriqiy-

yəni köçəri ərəblərin köməyi ilə fəth etmişlər. Sonra bunlardan bir bölüyün 

Şimali Afrika və Cənubi İspaniyaya hakim olan müvəhhidlərdən Əbu Yusif 

Yaqubun xidmətinə girdiyi  görülür.  Bu hökmdarın və onun xələfləri zama-

nında  oğuzlardan  bəziləri  mühüm  mövqelərə  yüksəlmişlər.  Məsələn,  oğuz 

əmirlərindən olan Şabana İspaniyada ildə 7 min dinar gəlir gətirən iqta veril-

mişdi

2

.  Misirə  gələn  türkmənlər  arasında  Rəsul  ləqəbi  daşıyan  Məhəmməd 



oğlu Harun adlı bir türkmən bəyi də vardı. O, biçək adlı bir türkmən oyma-

ğına  mənsub  idi.  Bu  türkmən  oymağı  haqda  heç  bir  məlumatımız  yoxdur. 

Səlahəddin Əyyubi öz qardaşı Turan 

 

şahı 569-cu ildə (1173/1174) Yəmənə 



göndərərkən  Rəsulun  oğulları  da  onun  məiyyətinə  daxil  edilmişdi.  Rəsul 

oğulları Yəməndə mühüm vəzifələrdə oldular və get-gedə böyük mövqelərə 

yüksəldilər. Əyyubi  hökmdarı  Məlik Məsud 626-cı  ildə (1228/1229) Mək-

kədə öləndə onlardan biri – Nurəddin Yəməndə öz hökmdarlığını elan etdi. 

Yəmən 859-cu ilədək (1455) onun övladlarının əlində qaldı. Rəsul oğulları-

nın  paytaxtı Zəbid  idi.  Bu türkmən xanədanı  xalqa qarşı şəfqət  göstərməsi 

                                                           

1

 Əbu Şamə. Rövzəteyn fi əxbari-dövləteyn, I, s. 158. 



2

 İbn ül-Əsir, XI, s. 174-175, 211, 234-235; Əbdülvahid əl-Mərrakeşi. Dozi nəşri, Leyden, 

1881, s. 210. 



Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə