OĞUZLAR (TÜRKMƏNLƏR)
141
bura Məlikül-əşrəf tərəfindən alınmış, lakin yaruqlara deyil, Hələb hökmda-
rı əl-Əzizin adamlarına verilmişdir. Bundan sonra yaruqlar siyasi əhəmiy-
yətlərini itirmiş, Hələbdə yaşayaraq onlar üçün ayrılmış iqtalarla keçinmiş-
lər.
XIII əsrin birinci yarısında Hələb bölgəsində yaşayan türkmənlərə Dudu
oğlu və Konqur (Kanqar) adlı bəylər rəhbərlik edirdilər. Monqollar Anado-
lunu öz hakimiyyətləri altına aldıqdan sonra Suriyaya qələbəlik bir türkmən
elatı köçdü ki, aşağıda bu elat haqqında məlumat veriləcəkdir.
11. ANADOLU
Malazgirt vuruşmasından keçən 10 il ərzində türklər Adalar dənizi və
Mərmərəyə qədər olan yerləri fəth etdilər. Ancaq əsrin sonlarında başlayan
səlib yürüşləri səbəbilə başda Qərbi Anadolu və Mərmərə bölgələri olmaq
üzrə fəth etdikləri yerlərin mühüm bir qismini itirərək Orta Anadoluya çə-
kilmək məcburiyyətində qaldılar. Səlib yürüşləri dolayısı ilə qüvvətlənən
Bizans türkləri Orta Anadoludan da qovmaq ümidinə qapılmışdı. Ancaq II
Qılınc Arslan (1155-1192) 1176-cı ildə bizanslıları ağır bir məğlubiyyətə
uğradaraq bu ümidi puç etdi.
Türklər bu zəfərdən sonra yavaş-yavaş öz torpaqlarını Bizans hesabına
genişləndirməyə başladılar. 1243-cü il Kosa-Dağ məğlubiyyətindən əvvəl
türklər şimalda və cənubda dənizə çatmış, qərbdə isə Dənizli və Kütahyaya
qədər getmişdilər. Cənubda Çuxurovdakı erməni krallığı vergi və əsgər ver-
məyə məcbur edilsə də, bu krallıq səlibçilərin köməyi ilə yenə Tarsusdan
Gavur dağlarına qədər uzanan bölgəni əlində tuta bilmişdir.
Səlcuqlu ailəsinin atası Arslan, yuxarıda gördüyümüz kimi, oğuzların
kralı idi. Onun oğlu Qutalmış da oğuzlara arxalanaraq səltənət uğrunda mü-
barizəyə girişmiş, Qutalmışın oğulları Anadoluda fəthlərini onların sayəsin-
də həyata keçirmişlər. Bununla bərabər, xanədanın bu qolu da digərləri kimi
məmlük sistemini qəbul etdi. Çünki o dövrlərdə hər bir xanədan üçün bu sis-
temi qəbul etmək sanki bir zərurət idi. Xanədanın yaşaması və qüdrəti ona
bağlı idi. Hər yerdə önünə çıxanı məhv edən monqol qasırğası bu sistemi
tam olaraq tətbiq edən bir dövlət qarşısında dayanmaq məcburiyyətində qal-
dı. Bununla bərabər, Türkiyə səlcuqlularında yenə də dövlətin arxalandığı
əsil hərbi qüvvə xanədanın öz qövmü, yəni türkmənlər idi. Türkmənlər bu
ölkədə köçərilikdən əl çəkərək oturaq yaşayışa keçməyə başladılar. Onlar
daha çox kəndlər salaraq və ya tərk edilmiş kəndlərdə sakin olmaq surətilə
yerləşirdilər.
Səlcuqlu ordusuna enerjili sipahi əsgərlərini də məhz onlar verirdilər.
Oturaq həyata keçən türkmənlərə bir müddət sonra artıq türkmən deyil, türk
deməyə başladılar. Köçərilərin sayının həmişə çox olmasına gəlincə, bunun
FARUQ SÜMƏR
142
ən mühüm səbəbi Azərbaycan, Aran və Orta Asiyadan buraya arası kəsil-
mədən davam edən köçlərdir. Bu hal, yəni fasiləsiz köçlər səlib səfərlərinin
başlanmasından sonra səlcuqlu dövlətinin Anadoluda öz varlığını davam et-
dirməsində, sonra isə Yaxın Şərqin ən qüvvətli dövləti səviyyəsinə yüksəl-
məsində çox mühüm amil olmuşdur.
Köçəri türk ünsürü, yəni türkmənlər bir qayda olaraq hüdudlarda bulu-
nurdu. Bizans hüdudunda yaşayan uc türkmənlərinin şöhrəti Xorasana qədər
yayılmış və onlar yunanlara qarşı uğurlu döyüşlərilə müsəlman və qeyri-mü-
səlman müəlliflərin əsərlərində bəhs mövzusu olmuşlar. Hətta uc (sərhəd,
hüdud) sözünün mənasını bilməyən müəlliflər bunu onların adı hesab etmiş-
lər. Monqol istilası səbəbilə axışıb gələn çoxsaylı yeni ünsürlər hesabına
güclənən uc türkmənləri səlcuqlu dövlətinin ikinci dəfə fəth edə bilmədiyi
Qərbi Anadolu və Mərmərə bölgələrini təkbaşına alaraq burada yerləşmişlər.
Şərqi və Cənub-Şərqi Anadolunun hər bir bölgəsi və ya yörəsi bir türk
xanədanının əlində idi. Onların bir-birinə qarşı münasibəti ümumiyyətlə
dostcasına olmuş, bir-birinin haqq və hüququna hörmət etmişlər. Bu xanə-
danları özlərindən biri deyil, səlcuqlular və əyyubilər kimi qonşu dövlətlər
ortadan qaldırmışlar. Bu xanədanlara xas olan ikinci bir xüsusiyyət odur ki,
onlar öz fəaliyyətlərinin mühüm bir qismini məmləkətlərinin abadlığına sərf
etmişlər. Onların vücuda gətirdikləri ictimai əsərlər zəmanəmizə gəlib çat-
mışdır. Səlcuqlular dövründə Şərqi və Cənub-Şərqi Anadoludakı türk xanə-
danlarının hakim olduqları bölgənin türkləşdirilməsində nə dərəcədə rol oy-
nadıqları yaxşı bilinmir.
Həmin xanədanların başlıcası bunlardır: Ərzurum bölgəsində saltuqlar,
Ərzincan bölgəsində məngücüklər, Axlatda ərmənşahlar, Mardin, Xısn-Key-
fa, Məyyafariqində (indiki Silvan) artuqlar, Amiddə (Diyarbəkir) İnal
(Yınal) oğulları, Bitlis-Ərzəndə Toğan Arslan oğulları, Xarputda və Muşda
Çubuq və oğlu. Bunlardan Artuq oğulları, Toğan Arslan oğulları, İnal oğul-
ları və Çubuğun qəti olaraq türkmən olduqlarını bildiyimiz kimi, saltuqların
və məngücüklərin də eyni qövmə mənsub olduqları şübhəsizdir.
Ərmənşahlara gəlincə, bunlar bir türk məmlük sülaləsi idi. Bu türkmən
xanədanları içində ən məşhurunun artuqlar olduğu məlumdur. Artuqlar Mə-
likşah dövrünün böyük komandanlarından olan Artuq bəydən başlanır. Ar-
tuq bəyin atası Əksükün salar (komandan) ünvanını daşıması onun adi bir
şəxsiyyət olmadığını göstərir. Artuqlar ailəsi türkmənlər arasında əlahiddə
bir mövqe sahibi idi. Artuq bəyin oğullarından Sökmən türk adətinə uyğun
olaraq türkmənləri dəvət etmək üçün onlara ox göndərəndə türkmənlər bu
dəvəti böyük bir sevinclə qarşılayırdılar
1
.
Artuqların türkmənlər arasında əsil-nəcabətli və mümtaz bir ailə sayıl-
masında onların Artuq və Əksük bəylərdən əvvəlki başçılarının da xidməti
1
Oxumaq - dəvət etmək, oxuntu - dəvət hədiyyəsi ifadələri buradan yaranmışdır.