OĞUZLAR (TÜRKMƏNLƏR)
137
Ancaq təəssüf ki, onlar barədə bundan artıq heç nə bilmirik. Bu kütlə haq-
qında verilə biləcək son hökm onun Suriyada olduğu kimi Anadolunun fət-
hində də çox mühüm rol oynamasıdır. Azərbaycana və Arana ilk dövrlərdə
məlik ünvanı ilə səlcuqlu şahzadələri göndərilirdi. Azərbaycan Məlikləri
Toğrul bəydən sonra Alparslanın qardaşı Yaquti, sonra onun oğlu İsmayıl və
nəvəsi Qütbəddin Mövdud idi. Qütbəddin Mövdudun ölümündən sonra
Azərbaycana başqa səlcuqlu şahzadələri göndərilsə də, buranın həqiqi sahib-
ləri səlcuqlu valiləri olmuşlar.
Sərhəd rayonu Arana gəlincə, mərkəzi Gəncə olan bu bölgədə ilk za-
manlar Məhəmməd Tapar, sonra isə oğulları Toğrul və Məsud məliklik et-
mişlər. Onlardan sonra bura da məmlük valilər tərəfindən idarə olunmuşdur.
Bu valilər eyni zamanda Azərbaycanın bir qismini də idarələri altına almış-
dılar. Onlar geniş və zəngin bölgə sahibi, sərhəd valisi olduqları üçün böyük
ordulara sahib idilər. Bu səbəbdən İraq səlcuqlu dövlətinin ən qüdrətli vali-
ləri onlar idilər və sultanlara hər zaman sözlərini qəbul etdirmiş, hətta onlara
hökm etmişdilər. Qara Sunqur (ölümü: 535-1140/1141), Çavlı Candar (ölü-
mü: 541-1146) və Eldəniz (571-1175) bu valilərin ən məşhurları idi. Eldəniz
və oğulları atabəy sifətilə səlcuqlu dövlətinə hakim olmuşdular.
Azərbaycanda və İrandakı türkmən bəylərinin çoxu iqta sahibi idi. Bun-
lar oraların valilərinə tabe idilər. Gürcülərlə aparılan müharibələrdə həmişə
iştirak edirdilər. Azərbaycandakı türkmənlər ələlxüsus Ərdəbil, Xoy, Urmi-
ya və Naxçıvan tərəflərdə yaşayırdılar. Sonuncu böyük İraq səlcuqlu hökm-
darı Məsud (1134-1152) Azərbaycanda rast gəldiyi Bəy Arslan adlı çox ya-
raşıqlı bir gənci öz xidmətinə götürərək qısa bir zamanda yüksəltmiş və ona
xas bəy ünvanı vermişdi. Xas bəy Azərbaycanda Sərab və Ərdəbil tərəflə-
rində olan oğuz bəylərindən və ya əyanlarından birinin oğlu idi. Məmlük
əmirlər hökmdarın xas bəyə göstərdiyi bu rəğbəti həzm edə bilməmiş, onu
sultanın yanından uzaqlaşdırmaq üçün hər şeyə əl atmışlarsa da, buna mü-
vəffəq olmamışlar. Xas bəy bütün əmirlərin başçısı, yəni hacib oldu. Sultan
Məsud 547-ci ildə (1152) öldüyü zaman xas bəy yenə də haciblik mövqeyini
mühafizə edirdi. Sevimli hökmdarının ölümündən sonra xas bəy Sultan Mə-
sudun qardaşı oğlu Məlikşahı taxta çıxardı. Ancaq o, hökmdarlıq edəcək xa-
rakterdə adam deyildi. Buna görə taxta çıxarmaq üzrə Məhəmmədi dəvət et-
di. Lakin dəvət üçün göndərdiyi adamlar Məhəmmədi xas bəyin öldürülməsi
xüsusunda dilə tutdular. Xas bəy yaxın dostu Əmir Zəngi Candar ilə birlikdə
öldürüldü. Yaxın dostlarından olan Əmir Şumla isə qaçıb canını qurtardı
1
.
Əlimizdəki bir mənbəyə görə, xas bəylə birlikdə öldürülən yaxın dostu əmir
Zəngi Candar da türkməndir
2
.
1
İbn ül-Əsir, s. 73.
2
ibn Həmdun. Təzkirə. Topqapı sarayı kitabxanası, № 2498, vərəq 180 a.
FARUQ SÜMƏR
138
Zəngi Candar bəzi əmirlərlə birləşərək Sultan Məsuda tabe olmayan To-
ğa-Yürək oğlu Əbdürrəhmanın
1
ortadan qaldırılmasında mühüm rol oyna-
mışdı. Əmir Şumlaya gəlincə, o, əfşardır, ondan ayrıca bəhs ediləcəkdir. Be-
ləliklə, xas bəyin iki yaxın yoldaşının özü kimi türkmən olması hər halda bir
təsadüf nəticəsi deyil. Bu hal onun məmlük əmirlərə qarşı mübarizə üçün öz
qövmdaşları olan bəyləri ətrafına yığmaq siyasəti güddüyünü göstərir. Hətta
xas bəyin məlik Məhəmmədi Xuzistandan gətirmək üçün göndərdiyi əmir
Cəmaləddin Kafşut da başqa bir mənbənin verdiyi məlumata görə türkmən
idi
2
. Xas bəyin öldürülməsində başlıca rol oynayan Kafşut Sultan Məhəm-
mədin hacibi (bəylərbəyi) olmuş və özündən sonra oğlanları bir müddət
Zəncanı idarə etmişlər.
Sultan Məsudun ölümü və bir il sonra Sultan Səncərin öz qövmü olan
oğuzlara əsir düşməsi səlcuqlu xanədanının qüdrət və şövkətinin dağılması-
na səbəb olmuşdur. Son Səlcuqlu sultanı Toğrul 586-cı ildə (1190) Qızıl
Arslan tərəfindən yaxalanaraq Azərbaycanın Beyləqan yaxınlığındakı Keh-
ran adlı bir qalada həbs edilmişdi. İki il sonra Qızıl Arslanın öldürülməsin-
dən sonra Azərbaycandakı türkmən bəylərindən Anasıoğlu bin Mahmud
əmirlərdən Bədrəddin Dizmari ilə birləşərək Toğrulu azad etdi. Bədrəddin
ordu komandanı Anasıoğlu isə əmirbar oldu. Bu iki əmir üç min nəfərlik bir
ordu hazırlayıb İraqa yürüş etdilər. Qəzvin ətrafında Qızıl Arslanın qardaşı
oğlu Qutluğ İnanç ilə vuruşdular. Qutluğ İnancın 12 minlik ordusu tar-mar
oldu, özü isə qaçdı (588-1192). Bu zəfərdən sonra Sultan Toğrul Həmədana
gəldi və təkrarən səlcuqlu taxtına əyləşdi. Salnaməçi Ravəndi Toğrulun o
zaman bu rübaini söylədiyini yazır:
Sanma ki, kimsə mənə kömək etdi,
Qılınc zəfər qazandı, tale oyanmışdı.
Qullarımdan vəfanı ancaq
Anasıoğlu Mahmud və Dizmari göstərdi
3
.
Əmir Anasıoğlu bin Mahmud haqqında başqa bir məlumat yoxdur.
Onun İraqın oğuz bəylərindən Anasıoğlunun soyuna mənsub olmasına dair
dəlilimiz də yoxdur.
Cəlaləddin Xarəzmşah Azərbaycana gələrkən (1225-ci il) Arandakı türk-
mənlərin sayı hədsiz-hesabsız idi. Belə ki, onların çox olduqlarını göstərmək
1
Yəni Tonqa Ürək. Məlum olduğu kimi tonqa qaplan cinsindən bir heyvanın adıdır. Bu ad
insanlara da verilir (Atalay, III, s. 368; [Ramiz Əskər, III, s. 319]): Tonqa Tigin, Alp Ər
Tonqa. Bu ad mətnlərdə Toğa-Yürək şəklindədir. Bu burada «nğ»nin «ğ» şəklində tələf-
füzündən başqa bir şey deyil: Tanğrı-tağrı kimi.
2
Əxbar üd-dövlət is-səlcuqiyyə, s. 182.
3
Rahət üs-südur, s. 369, A.Atəşin türkcəyə tərcüməsi. II, s. 399; Rəşidəddin. Səlcuqlular
fəsli. A.Atəş nəşri, s. 189; Əxbar üd-dövlət is-səlcuqiyyə, s. 182.