OĞUZLAR (TÜRKMƏNLƏR)
131
dur. Qorqudun qızı xarəzmşah Təkişin xatunlarından idi, oğuzların bir his-
səsi isə keçməyərək kiçik kütlələr halında Xorasanda qalmışdı
1
.
Monqolların Mavəraünnəhri istila etmələri nəticəsində oradakı türkmən-
lərin əksəriyyəti başda Mərv olmaq üzrə Xorasana gəldilər. Onların yalnız
Mərv və Nəsa bölgəsində yaşayanlarının 70 mindən artıq əsgəri olduğu söy-
lənir
2
. Monqollar Xorasanı qəti olaraq tutduqda oradakı türkmənlərin çoxu
nicatı qərbə qaçmaqda tapdı və Anadoluya gəldi. Osmanlı xanədanının
monqol istilası səbəbilə Mərv bölgəsindəki Mahandan türkmənlərlə birlikdə
Anadoluya gəlməsi haqqındakı rəvayət bu baxımdan tarixi bir qiymət daşı-
yır. Türkiyədə Xorasandan gəlməyin xatirəsi əsrlər boyu unudulmayaraq bu-
günədək çatmışdır. Bu xatirədəki Xorasan sözü, şübhəsiz,
sadəcə bu böl-
gəni deyil, eyni zamanda Türküstan və Xarəzmi də ifadə edir.
5. KİRMAN
Kirman bölgəsində səlcuqlu nəslindən Çağrı bəyin oğlu Kavurd Qara
Aslan bəyin övladları hökm sürürdülər. Xanədanın bu qolu da digər qollar
kimi başlıca olaraq türk məmlüklərinə istinad edirdi. Oğuzlar gəlməzdən əv-
vəl bu bölgədə qeyd edilməyə dəyər mühüm bir türkmən kütləsi yox idi. Xa-
rəzmşahlar xanədanından Sultan şahın Səraxsı fəth etməsi nəticəsində dağı-
lan oğuzlardan bir elat 575-ci ildə (1179) Kirman torpaqlarına ayaq basdı.
Bu elat 5 min atlıdan ibarət olub yanlarında arvad-uşaqları, davar və araba-
ları vardı, özləri də olduqca yoxsul və yorğun görünürdülər. Sərhəd şəhərlə-
rindən olan Kobanı iki-üç gün mühasirəyə alan oğuzlar bu şəhərlə Kirman
bölgəsinin paytaxtı (məlik burada iqamət edirdi) Bərdəsir arasında yerləşən
Zərənd şəhərinə gəldilər. Nə məqsədlə gəldiklərini öyrənmək üçün Kirman
məliki Sunqur adlı bir nəfəri onların yanına göndərdi. Sunqur oğuzlardan
Qeysər bəy adlı bir elçi ilə geri qayıtdı. Qeysər bəy gələnlərin 10 min ev ol-
duğunu, hökmdarın yanında xidmət etmək üçün gəldiklərini, 5 min nəfərlik
digər bir elatın Fars tərəfə getdiyini söylədi. Nəticədə, elatın başında duran
Bulak və Samsamın hökmdarın yanına gəlmələri və oğuzlara iqamət veril-
məsi qərara alındı. Ancaq hər iki tərəf bir-birinə etimad təlqin etməmişdi.
Belə bir fikir hasil olur ki, oğuzlar iqamət bəhanəsilə özlərinin dağıdılmaq
istənildiyi qənaətinə varmışdılar. Buna görə də onlar paytaxt Bərdəsirin bir
qədər cənub-qərbindəki Bagin şəhərinə gəlsələr də, hər hansı bir yağma hə-
rəkətində bulunmadılar. Oğuzların bu hərəkəti itaət etməyəcəkləri kimi təf-
sir edildi və məmləkətdən uzaqlaşdırılmaları üçün Fars hakimi Salğurlu Tig-
lədən yardım xahiş edildi. Ancaq oğuzlar Bagində Kirman-Fars qüvvələrini
1
İkinci hissədəki «Yazır» boyu fəslinə bax.
2
Və tərakimə ki, ədədi mərdi işan əz həftad həzar füzun bud (türkmənlərin sayı 70 min nə-
fərdən artıq idi - tərcüməçi). (Cüveyni. Cahangüşa, 1, s. 125).
FARUQ SÜMƏR
132
ağır bir məğlubiyyətə uğratdılar (575-1179). Bu mühüm qalibiyyətə baxma-
yaraq onlar paytaxtın - Bərdəsirin üzərinə getməyərək cənuba endilər və
Cirufi şəhərini yağmaladılar. O biri il Kirmanda görünməmiş qıtlıq baş verdi.
İnsanlar it və pişikləri yeməyə başladılar. Ancaq itləri yemək üçün mübarizə
aparmaq lazım gəlirdi. Bəzən bu çarpışmada itlər qalib gələrək insanları ye-
yirdi. Həmin il oğuzlar paytaxta yönəldilər. Məqsədləri sülh bağlamaqdı.
Onlar Turan şahın onlara padşah olmasını, hətta gəlib oğuzlarla birlikdə ya-
şamağını istəyirdilər. Bu xahiş qəbul olundu, bəylərə xələt geydirildi, hətta
padşah Turan şah şəhər önündəki düzə enərək camaat arasında göründü.
Oğuzların Xorasanda olduğu kimi burada da başlarında bir hökmdar görmək
arzuları səmimi idi. Buna şübhə yoxdur. Ancaq Turan şah zəif
şəxsiyyət idi,
buna görə də qövmdaşlarını razı salacaq heç nə edə bilmədi, bu işdə dövlət
adamları da ona kömək etmədilər. Onlar bütün arzularını yerinə yetirən kö-
lələrdən istifadə etməyə alışdıqları üçün sərt xarakterli oğuzlardan xoşlan-
mır, hətta onlara nifrət bəsləyirdilər. Bundan dolayı oğuzlar paytaxtdan na-
razı, bəlkə də əsəbi halda getdilər. Oğuzlar padşahın özlərinə başçı olmasını,
onları idarə etməsini arzulayırdılar. Oğuzlar cənub-şərqdəki Nəsa və Nəri-
maşir tərəflərinə üz tutdular. Əvvəlcə buralarda yağmaçılığa başladılar. Bu
arada Xorasandakı kimi, gizlətdikləri pulların yerini öyrənmək üçün varlı
adamların ağzına torpaq doldurmaq şəklində məşhur üsullarını tətbiq edirdi-
lər. Kirmanlılar ağızlara doldurulan torpağa «oğuz qovudu» adını vermiş-
dilər
1
. Ancaq bu, müvəqqəti bir hal idi. Çünki onlar Kirmanın Cərmsir deyi-
lən bu cənub-şərq bölgəsini abadlaşdırmağa, torpaqları əkdirməyə başladılar,
ticarəti canlandırmaq üçün tədbirlər gördülər. 579-cu ildə (1183/1184) Tu-
ran
şah öz adamlarından Məhəmməd Zafir adlı bir şəxs tərəfindən öldürül-
dü və yerinə Bəhram şah oğlu Məhəmməd şah keçdi. O, Kirman səlcuqlu-
larının son hökmdarıdır.
Nişapur mərkəz olmaq üzrə Xorasanın bir qisminə hakim olan Ay-Aba
oğlu Toğan şah 581-ci ildə (1185) ölmüşdü. Onun yerinə oğlu Səncər şah
keçsə də, iqtidar əmirlərdən Mənli Təginin əlində idi. Bu əmirin ağılsız
hərəkətləri üzündən əmirlərdən bir çoxu həqiqətən qabiliyyətli bir hökmdar
olan Sultan
şahın xidmətinə girdilər. Toğan şahın kürəkəni olan Dinara gə-
lincə, o da Nişapurdan çıxaraq Kirmana ayaq basdı (21 ramazan, 581 - 16
dekabr, 1185). Dinarın adı Sultan Səncəri məğlub edən oğuzların başçısı
olan bəylərdən biri kimi çəkilir
2
. Bu hesabla həmin dövrdə Dinarın yaşı 50-
1
«Qağut» (qovud) darıdan hazırlanan bir yeməkdir. Hazırlanma üsulu belədir: darı qayna-
dılır, qurudulur, sonra döyülür, un kimi çəkilir, yağ və qəndlə qarışdırılır. Beləliklə, zahı
qadına verilən yemək olur» (Kaşğari, Atalay, I, s. 406, III, 163; [Ramiz Əskər, I, s. 404, III,
s. 162]). Qovud bu gün də Anadoluda məşhurdur. Mənim gördüyüm qovud qovrulmuş arpa
(və ya buğda) ilə armud qurusunun (qax) üyüdülməsindən hazırlanmışdı. Yeyərkən insan az
qala boğulur. Bu baxımdan bənzətmə yerindədir.
2
İbn ül-Əsir, XI, s. 79.