Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə61/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   57   58   59   60   61   62   63   64   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

125 


 

nun yerini qəzəb tutdu. Bu səbəbdən ancaq yüz atlının keçə biləcəyi bir ke-

çiddə əzmlə döyüşə hazırlaşdılar, keçiddəki yol üstündə tarğan düzəltdilər

1



Oğuzlar burada Səncərin ordusunu bir həmlədə dağıtdılar (məhərrəm, 548-

mart-aprel, 1153). Səncər bir dəstə əsgəri ilə pərişan halda Bəlxə tərəf qaçdı. 

Oğuzlar  arxadan  gəlib  çatdılar,  bir  də  vuruşma  oldu.  Səncər  yenə  məğlub 

olaraq səfər ayında (aprel-may) Mərvə getdi. Oğuzlar Mərvə hücum elədilər. 

Onların yaxınlaşdığını eşidən Səncər və əsgərləri döyüşməyə cəsarət etmə-

dən  oradan  uzaqlaşdılar.  Oğuzlar  Mərvə  girib  şəhəri  görünməmiş  şəkildə 

yağmaladılar (cümadül-əvvəl). Bir müddət sonra Sultan Səncəri ələ keçirən 

oğuzlar hökmdarı taxta oturdaraq ona təzim etdilər və itaət edəcəklərini söy-

lədilər

2

. Əslində isə Səncər dustaqdan başqa bir şey deyildi.  



Oğuzlar mövcud vəziyyəti qorumaq və xarici müdaxilələrin qabağını al-

maq üçün Səncəri qorumağı və onu hökmdar kimi göstərməyi öz siyasətləri-

nə  uyğun  hesab  edirdilər.  Oğuzlar  Səncəri  də  yanlarına  alıb  rəcəb  ayında 

Mərvə qayıtdılar və 

 

şəhəri əvvəlkindən də daha qorxunc bir şəkildə yağma-



ladılar. Bu yağmaya xalqın onları təhrik etmiş olması mümkündür. Deyildi-

yinə  görə,  birinci  və  ya  ikinci  dəfə  şəhər  üst-üstə  üç  gün  yağmalanmışdı. 

Oğuzlar bu yağma zamanı birinci gün qızıl, gümüş və ipək əşyaları, ikinci 

gün  düyü,  mis,  tunc  və  dəmir  əşyaları,  üçüncü  gün  isə  yataq-yastıq  içini, 

küp,  çömçə,  qapı  və  çərçivələri  alıb  aparmışdılar.  Bu,  əslində  yağmalı  toy 

adətinin  geniş  miqyasda  tətbiqindən  başqa  bir  şey  deyildi.  Oğuzlar  bozqır-

larda  həmişə  mövcud  olan  bu  adətin  oturaq  əhali  yaşayan  yerdə  də  həyata 

keçirilməsini  təbii  sayırdılar.  Bu  əsnada  Nişapura  qaçmış  Sultan  Səncərin 

əyan-əşrəf və əmirləri orada Səncərin qardaşı oğlu Sultan Məhəmməd Tapar 

oğlu Süleyman şahı hökmdar elan etdilər. Süleyman şah Mərv üzərinə yürüş 

eləsə  də,  onun  əsgərləri  oğuzlardan  o  qədər  qorxmuşdular  ki,  onları  görər-

görməz arxalarına baxmadan qaçdılar. Onları təqib edən oğuzlar yolları üs-

tündəki Tusu yağmaladıqdan sonra Nişapura gəldilər (şəvval, 548-dekabr - 

yanvar, 1153/1154).  

Bu şəhər də Mərv kimi qorxunc şəklində yağmalandı. Yağmalar zamanı 

xeyli  adam  da  qırılırdı.  İsfərayin  və  Cüveynə  qədər  hər  yanı  yağmalayan 

oğuzlar Nişapuru təkrarən yağmalayaraq oradan uzaqlaşdılar. Bütün bu yü-

rüşlər zamanı Səncər də yanlarında idi. Qaçmaması üçün onu dəmir bir qə-

fəsin içində saxlayırdılar. O dövrdə islam aləmində belə vəziyyətlərdə adə-

tən bu cür hərəkət edirdilər.  

                                                           

1

 Tarğan: oğuzların müdafiə zamanı düşmənin hərəkətini və hücumunu çətinləşdirmək üçün 



ancaq kötükləri və s. düzəltdikləri maneə, barrikada. 

2

 İbn ül-Əsir, XI, s. 81. Zahir Nişapuri (Rəşidəddin. Cami ət-təvarix. Zikri-tarixi-ali-Səlcuq, 



s. 95) və ibn ül-Əsirin nəql etdiyi digər bir rəvayət (XI, s.  79-80) Səncərin ilk  vuruşmada 

əsir  alındığını  bildirir.  Lakin  biz  ibn  ül-Əsirin  ikinci  rəvayətini  doğru  hesab  edirik,  çünki 

burada  hadisələrin  ayı  və  günü  göstərilir.  “Əxbar  ül-dövlət  is-səlcuqiyyə”dəki  ifadələr  də 

(s. 123) ikinci rəvayəti təsdiq edir. 




FARUQ SÜMƏR 

126 


 

Səncərin  ora-bura  dağılmış  əmirləri  Nişapurda  yığışaraq  qaraxani  Mə-

həmməd xanın oğlu, Səncərin qardaşı oğlu Mahmudu hökmdar elan etdilər. 

Sultan  Mahmud  həmin  günlərdə  Heratı  mühasirəyə  alan  oğuzların  üzərinə 

səfər etdi. Tərəflər arasında dəfələrlə vuruşma oldu, əksəriyyəti də oğuzların 

qələbəsilə  başa  çatdı.  550-ci  ilin  cümadiyül  -  əvvəl  ayında  (iyul-avqust, 

1155) oğuzlar Mərvə qayıdaraq oradan Mahmuda elçi göndərib sülh bağla-

dılar.  Mahmud  da  öz  sələfi  Süleyman  şah  kimi  zəif 

  Ş

əxsiyyət  idi,  bütün 



qüvvə  əmir  Müəyyəd  Ay-Abanın  əlində  cəmləşmişdi.  Ay-Aba  Nişapurdan 

əlavə Tus, Nəsa və Abivərdi də ələ keçirmişdi. Səncərin digər əmiri Aytak 

da Rey bölgəsinə hakim olmuş, başına 10 min atlı yığmışdı

1

.  



Oğuzların əlindəki yerlər Bəlx, Mərv və Səraxs bölgələri idi. Belə görü-

nür  ki,  bu  ərazi  onlara  kifayət  edirdi.  Oğuzların  obaları  isə  əvvəlki  kimi 

Bəlx  ətrafında  yerləşirdi. Mahmud xanla sülh  bağlandıqdan sonra  Səncərin 

əmirləri  Mərvə  gedib  onunla  görüşə  bilirdilər.  Ancaq  görüşdə  oğuz  bəylə-

rindən Tuti bəy, Qorqud, yaxud Səlmənəçi və Böyük Davud hökmən iştirak 

edirdilər. 551-ci ildə (ramazan-oktyabr-noyabr, 1156) Müəyyəd Ay-Aba ke-

şik çəkən oğuzları aldadaraq Səncəri Bəlxdən Termezə qaçırtdı. Bir müddət 

orada qaldıqdan sonra Səncər Mərvə  gəldi. Bəlx bölgəsindəki oğuzlar Sən-

cərin nə edəcəyini maraq və təşvişlə gözlədilər. 72 yaşlı ruhən düşkün, xəzi-

nəsi boş, ölkəsi xarabazar, əsgəri dağılmiş bir insan nə edə bilərdi? Gerçək-

dən, Səncər heç bir təşəbbüsdə bulunmadan xilas olduqdan 7 ay sonra kədər 

içində Mərvdə öldü (14 rəbiüləvvəl 551-7 may 1156) və göy kaşısının bir-

günlük  məsafədən  göründüyü  söylənən  möhtəşəm  türbəsində  dəfn  edildi. 

Beləliklə, qüdrət və həşəməti şair və mühərrirlər tərəfindən göylərə çıxarılan 

Sultan Səncərin aqibəti bu cür gözlənilməyən şəkildə sona çatdı. Heç 

 

şübhə 



yox idi, bu, öz doğma qövmünə qarşı ətrafındakı iranlılardan fərqlənməyən 

davranışın qaçınılmaz nəticəsi idi. Səncərin yaşlılığı ona haqq qazandırmır. 

Oğuzların  bütün  yalvarışlarını  və  əlverişli  təkliflərini  rədd  etməsi  onun  öz 

eldaşlarını  məhv  eləmək  düşüncəsində  olduğuna  zərrəcə  şübhə  yeri  burax-

mır.  Halbuki  hətta  Sultan  Mahmud  Qəznəvi  belə  Səncərin  bu  oğuzlardan 

heç də daha az yağmaçı və daha az təhlükəli olmayan babaları haqqında bu 

qədər rəhmsiz davranışda bulunmamışdı.  

Səlcuqluların  öz  eldaşlarına  qarşı  biganə  və  diqqətsiz  qalmaları,  onları 

dövlət  xəzinəsindən məhrum etmələri, özlərinə isə təxminən  yad bir qövm 

nəzəri ilə baxmaları türkmənlərə o qədər təsir eləmişdi ki, bunun acı xatirə-

ləri  XVII  əsrdə  Xarəzm  türkmənləri  arasında  hələ  də  yaşayırdı.  Nəticə  eti-

barilə bu biganəlik və yanlış hərəkət, yəni səlcuqluların həm İranda, həm də 

Anadoluda  öz  qövmlərinə  qarşı  bu  davranişları  öz  dövlətlərinin  süqutunda 

mühüm bir amil olmuşdur.  

                                                           

1

 İbn ül-Əsir, XI, s. 81-83. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə