OĞUZLAR (TÜRKMƏNLƏR)
129
568-ci ildə (1172/1173) Mərv və Səraxs keçmiş bəylərdən Dinarın əlin-
də idi. Tuti və Qorqud bəyin bu tarixdən əvvəl öldüyü qənaəti hasil olur. Bu
dövrdə Xorasana bitişik iki ölkədə iki dövlət sürətlə yüksəlirdi. Bunlardan
biri Heratla Qəznə arasındakı dağlıq ərazidə qurulan gur dövləti, digəri isə
Xarəzm ölkəsində xarəzmşahlar dövləti idi. 567-ci ildə (1172) xarəzmşah İl-
Arslanın ölümü dolayısı ilə onun yerinə keçən Sultan şah qara-xıtayların kö-
məyi ilə böyük qardaşı Təkiş tərəfindən taxtdan uzaqlaşdırılmışdı. Xorasana
gələn Sultan şah, göründüyü kimi, bu bölgənin mühüm bir qisminə hakim
olan Müəyyəd Ay-Abanın köməyi ilə Xarəzm taxtını ələ keçirmək istədi,
ancaq buna müvəffəq ola bilmədi. Baş verən vuruşmada Ay-Aba məğlub
olaraq öldürüldü (569-1174), Sultan şah isə gurlara pənah apardı. Ancaq çox
keçmədən Təkiş ilə qara-xıtayların arası dəydi. Vəziyyəti diqqətlə seyr edən
Sultan şah münasib fürsətin ələ düşdüyünü görərək qara-xıtayların yanına
getdi. Qara-xıtay kraliçəsi öz ərinin komandanlığı altında qüvvətli bir ordu-
nu Sultan şaha köməyə göndərdi. Ancaq xalqın və ordunun Təkişə sədaqəti,
habelə görülən tədbirlər sayəsində misilsiz döyüş gücünə malik qara-xıtay
ordusu heç nə edə bilmədən geri qayıtdı. Sultan şah bəzi təəhhüdlər götür-
məklə qara-xıtay ordusundan bir qədər əsgər alıb Səraxsda olan Dinarın üs-
tünə basqın elədi. Bu basqın nəticəsində Dinarın adamlarının əksəriyyəti öl-
dürüldü. Dinara gəlincə, o özünü qalanın xəndəyinə atmışdı. Xoşbəxtlikdən,
onu oradan xilas etdilər. Dinar sağ qalan oğuzlarla qalada gizləndi. Sultan
şah daha heç nə edə bilməyəcəyini başa düşərək Mərvə qayıtdı və orada ya-
şamağa başladı.
Sultan şah çox fəal və cəsur insan idi. Mərvdən Səraxs üzərinə arasıkə-
silməz hücumlar edirdi. Dinar bu hücumlara cavab verə bilmirdi. Buna görə
də buyruğundakı oğuzların çoxu ondan üz çevirərək dağılmağa başladılar.
Səraxsı Sultan şahın hücumlarından daha qoruya bilməyəcəyini başa düşən
Dinar başda Nişapur olmaqla Xorasanın mühüm bir qisminə hakim olan Ay-
Aba oğlu Toğan şaha Səraxsı Bistan ilə dəyişməyi təklif etdi. Toğan şah bu
təklifi qəbul etdi. Ancaq Toğan şah da şəhəri müdafiə edə bilmədi. 576-cı
ildə baş verən vuruşmada Sultan şah Toğan şahı məğlubiyyətə uğratdı, Sə-
raxsı, sonra isə Tusu tutdu
1
.
Sultan şahın Mərvi ələ keçirərək Səraxsa hücumlar etməsi və bu şəhərin
onun tərəfindən Toğan şaha verilməsi oğuzların tarixində mühüm dönüş
nöqtəsidir. Tarixləri dəqiq bilinməyən (569-576-cı illər arası) bu hadisələr
1
İbn ül-Əsir, XI, s. 169; Cüveyni, II, s. 20-21 (hər ikisi bu faktı Məşarib üt-təcarib əsərin-
dən götürmüşdür). İbn ül-Əsir (XI, s. 170) başqa bir salnaməçinin sözlərini nəql edir: Təkiş
tərəfindən Xarəzmdən qovulan Sultan şah Mərvi zəbt etmiş və oğuzları buradan uzaqlaşdır-
mışdır. Ancaq oğuzlar geri qayıdaraq Sultan şahı Mərvdən qaçırmışlar, xəzinəni yağmala-
mış, adamlarının çoxunu öldürmüşlər. Buna görə də Sultan şah vədlər verərək qara-xıtay-
lardan mühüm miqdarda qoşun alaraq geri dönmüş, oğuzları Mərv, Səraxs, Nəsa və Abi-
vərddən qovmuşdur.
FARUQ SÜMƏR
130
nəticəsində oğuzlar demək olar ki, tamamilə dağıldılar. Yenə həmin illərdə
Qəznə şəhəri də onların əlindən çıxdı. Oğuzlar Qəznədə tarğan vasitəsilə
gurlara qarşı şiddətli müqavimət göstərsələr də, hətta əvvəlcə qalib gəlsələr
də, sonra məğlub olmuşlar
1
. Bəlxin oğuzların əlindən nə vaxt çıxdığı isə
bilinmir. Bu xüsusda bilinən şey odur ki, gurlar bu şəhəri 594-cü ildə
(1197/1198) Öz-Aba adlı bir türkün əlindən almışlar.
Öz-Aba qara-xıtayları öz süzereni kimi tanıyır və onlara vergi verirdi
2
.
Mərv və Səraxsın təslimindən sonra dağılan və Xorasandakı siyasi tarixləri
sona çatan oğuzlardan mühüm bir kütlə Kirmana, qismən daha kiçik bir
kütlə Farsa öz eldaşları salğurluların yanına getdi. Onlardan bir çoxunun isə
Anadoluya getdiyi ehtimal edilir. Bistamda yaşayan Dinara gəlincə, o, xa-
rəzmşah Təkişin İraqa yürüşü zamanı buranı da tərk edərək Nişapura, Toğan
şahın yanına gəldi və onun bacısı ilə evləndi. Dinar Toğanın ölümünə qədər
(məhərrəm, 581- aprel, 1185) onun yanında qaldı və həmin il Kirmana
gedərək buranı ələ keçirdi. Bu barədə aşağıda bəhs ediləcəkdir.
Xorasanın mühüm bir hissəsinə hakim olan oğuzların sadəcə cəsur dö-
yüşçülər deyil, döyüş üsullarını bilən və onları məharətlə tətbiq edən insan-
lar olduqları görünür. Ancaq səlcuqlu ailəsi kimi bir enerjili başçıları ol-
madığı və ya aralarından dövlət adamı xüsusiyyətlərini daşıyan bir şəxs çıx-
madığı üçün zəfərlərindən lazımi səviyyədə faydalana bilməmiş və dövlət
qura bilməmişdilər. Oğuzların başçılarından biri - əsilzadə Xızır oğlu İshaq
oğlu Şəmsəddin əbu Şüca Tuti bəy ən nüfuzlu bəy kimi görünür. Ancaq
onun bütün bəylərin başçısı olduğuna dair heç bir dəlil yoxdur. Bu xüsusda
bilinən fakt Tutinin qol bəyi olmasıdır.
Oğuzlar hakimiyyətlərini qanuni etmək üçün başlarında sadəcə olaraq
formal şəkildə hökmdarlıq edəcək bir adamın durmasını lüzumlu görürdülər.
Sultan Mahmud bu iş üçün münasib adam olsa da, onların təhəkkümünə dö-
zə bilməmişdi. Geniş miqyaslı yağmalar üçün bəyləri məzəmmət etməyə
haqqımız yoxdur. Çünki buyruqlarındakı oğuzların onlara bağlılığı məhz bu
xüsusla əlaqədardır. Bəylərin başçı olduqları adamlar üzərində hakimiyyət-
ləri hüdudsuz deyildi.
Sultan Mahmudun qaçmasından sonra oğuzların zəbt etdikləri yerləri öz
aralarında bölərək idarə etdikləri görünür. Anlaşıldığına görə, nüfuzlu bəy-
lərdən hər biri Mərv, Səraxs, Bəlx, Qəznə kimi bölgələrdən birini idarə et-
miş, məlik ünvanını almışdır. Dinarın hələ Xorasanda ikən bu ünvanı daşı-
dığı, boz-oxların başçısı Qorqudun da həmin ünvana sahib olduğu məlum-
1
Cüzcani (Təbəqati-Nasiri, I, s. 422) bu hadisənin 569-cu ildə (1173-1174) baş verdiyini
söyləyir. Ancaq özü iki yerdə (s. 287, 466) oğuzların Qəznədə 12 il hakim olduqlarını yazır.
İbn ül-Əsir bu müddəti 15 il olaraq göstərir (XI, s. 75). Bu rəqəmlərə görə, Qəznənin oğuz-
lar tərəfindən 558-ci ildən əvvəl fəth edilməsi və ya 569-cu ildən sonra əllərindən çıxmış
olması lazımdır.
2
İbn ül-Əsir, XII, s. 63.