OĞUZLAR (TÜRKMƏNLƏR)
145
və abadlıq fəaliyyətində bulunması ilə Yəmən tarixində xoş bir xatirə qoy-
muşdur
1
.
MONQOL İSTİLASINDAN SONRA TÜRKMƏNLƏR
Monqol istilasının ən mühüm nəticələrindən biri Orta Asiya türk etno-
qrafiyasını dəyişdirməsidir. Uyğur, karluq, qıpçaq və bəzi digər türk qövm-
ləri bu istila nəticəsində dağılaraq qövmi xarakterlərini itirdilər. Bunlarla
monqol təşəkküllərinin birləşməsindən yeni qövmlər meydana gəldi ki, on-
lar dil etibarilə türk, siyasi keçmiş etibarilə monqol idilər. Məşhur Teymur
bunun tam bir örnəyidir. Beləliklə, bu gün Orta Asiyadakı özbək, qazax, qa-
raqalpaq, Şərqi Türküstan türkləri bu qarışma və qaynaşmadan meydana
gəlmiş yeni qövmlərdir.
Monqol istilası islam aləminin çöhrəsini də tamamilə dəyişdirdi. Xəlifə-
silə, məmlük ordusu ilə, parlaq mədəniyyəti və zəngin ticarət həyatı ilə köh-
nə dünya ortadan qalxdı. Monqol istilasından sonra yaranan yeni aləmdə
türk mədəniyyəti mühüm bir mövqe qazandı. Bu isə Anadoluda olduğu kimi,
Mavəraünnəhrdə, Azərbaycanda türk əhalinin keçmişə nisbətən hədsiz ço-
xalması ilə əlaqədardır. Bu xüsusda Anadolu digər türk ölkələri arasında ən
başda gəlirdi.
Türk dili Osmanlı imperiyasında XVI əsrdə rəqibsiz bir vəziyyətdə olar-
kən, artıq Türküstan adlanan Mavəraünnəhrdə XX əsrin əvvəllərində belə
fars dili hələ rəsmi dil kimi işlənirdi.
1.
XƏZƏRARXASI TÜRKMƏNLƏR
Monqol istilası səbəbilə Mavəraünnəhr, Xorasan və Azərbaycanda yaşa-
yan türkmənlərin çoxu Anadoluya gəldilər. Onlar istilanın önündən qaçanlar
idi. Manqışlaqda X əsrdən bəri yaşayan oğuzlar bu istiladan çox zərər çək-
mədilər. Çünki Manqışlaq istila sahəsindən kənarda idi. Bununla birlikdə,
onlar əvvəlcə Altın Ordu (Qızıl Orda - tərcüməçi) xanlarına, sonra isə Xivə-
də yaşayan xanlara tabe oldular. Manqışlaqdakı türkmənlərin mühüm bir
hissəsi salur boyuna mənsub idi. Əbülqazi xanın «Şəcəreyi-tərakimə»sində-
ki bir qeydə görə Şah Məlikin öldürülməsi nəticəsində baş verən dağılma
səbəbilə
2
oğuzlardan çox böyük bir elat Manqışlağa getmişdir. Bu oğuz ela-
tının içində hər bir boydan adamlar vardı, ancaq əksəriyyətini öymür, döyər,
iğdır, çavuldur, karkın, salur və ağar boylarına mənsub qollar meydana gəti-
rirdi. Manqışlağa gedən bu oğuz elatının başında, həmin müəllifin verdiyi
1
Əl-Həzrəci. Kitab ül-ükud il-luluyyə fi tarix id-dövlət ir-Rəsuliyyə, Leyden, 1906, s. 27,
74; Münəccimbaşı, II, s. 655-660.
2
Şəcəreyi-tərakimə, s. 61.
FARUQ SÜMƏR
146
məlumata görə, Qılıq bəy, Qazan bəy və Qaraman bəy dururdu
1
. Manqış-
laqdakı salurların içki (iç; daxili) salur və taşqı (xarici, dış) salur olmaq üzrə
iki qola ayrıldıqlarını bilirik. Türkmənlər XVII əsrdə yomut, ərsarı, təkə və
sarıq kimi böyük türkmən tayfalarının salurlardan çıxdıqlarına inanırdılar
2
.
Əgər bu iddia doğrudursa, bugünkü Türkmənistan türkmənlərinin böyük ək-
səriyyətinin əslində salurlardan ibarət olduğunu qəbul etmək lazımdır
3
. Hal-
buki salurlardan bəzi mühüm qolların qərbə köçdüklərini bilirik
4
. Man-
qışlaqda çavuldurlardan (çavundur) da çox mühüm bir qol vardı. Bu
çavuldurlar ilə iğdır və soynacılara mənsub bir qrup rus çarı Pyotr
zamanında kalmıklar tərəfindən Şimali Qafqaza aparıldılar. 1912-ci ildə
onların sayı 15.534 nəfər idi. Qafqaza aparılan bu türkmənlər uzun müddət
Orta Asiyadakı eldaşları ilə əlaqələrini kəsməmiş və Məxdumqulunu onlar
da öz böyük şairləri hesab etmişlər
5
. Yaşadıqları bölgənin adı ilə Stavropol
türkmənləri adlanan bu türkmənlər öz varlıqlarını günümüzədək qoruya
bilmişlər. X əsrdən bəri Manqışlaq yarımadasında yaşayan türkmənlər
xüsusilə noqayların və kalmıkların hücumları nəticəsində öz yurdlarından
köçərək Balxan və Xorasana gəlmişlər. XIX əsrdə artıq orada heç bir
türkmənə rast gəlmək mümkün deyildi. Balxan və Xorasan bölgələrindəki
türkmənlər səyyahlara əsil yurdlarının Manqışlaq olduğunu söyləmişlər ki
6
,
bu söz onların böyük əksəriyyəti barədə doğrudur. «Şəcəreyi-tərakimə»də
Balxan dağlarında qədimdən bəri yaşayan türkmən oymaqlarından oxlu,
göylü və sultanlının adı çəkilir
7
.
Oxlu türkməninin adı XVI əsrə aid Səfəvi mənbələrində eymür (eymir),
salur və göylənlərlə birlikdə çəkilir. Onların hamısına birlikdə «yaxa türk-
məni» və ya «sayın xanlı türkmənləri» deyilirdi. Türkmənlərin böyük şairi
Məxdumqulunu yetirən göylənlər Gürgan (Cürcan) irmağının yuxarı yata-
ğında yaşayırdılar. Bunların qəbiləvi birlik təşkil etmədikləri bilinir. Bu elat-
da (Vamberiyə görə 12.000 çadır) azsaylı bəydili, bayındır, kayı və eymur
1
Əbülqazi bu qeydi “Cami ət-təvarix”dən alsa da, əlimizdəki nüsxələrdə belə bir ifadə yox-
dur. Bu nüsxələrdə adı göstərilməyən bir bəyin 1.000 atlı ilə Ceyhunun orta yatağında yurd
saldığı, Qutluğ, Qazan və Qaraman bəyin onun övladları olduğu göstərilir.
2
Göstərilən əsər, s. 69, 72, 73.
3
Türkmənlər arasında 1863-cü ildə səyahət edən məşhur türkoloq A.Vamberi 196.500 çadır
hesabladığı (türkmənlərdən bütün salurları 10 min, ərsarıları 50 min, sarıqları 10 min, təkə-
ləri 60 min, yomutları isə 40 min çadır olaraq göstərir ki, (Mərkəzi Asiyaya səyahət, s.
309), bunların cəmi 170 min edir.
4
İkinci hissədəki «Salur» boyu bəhsinə bax.
5
Bu türkmənlər haqda bax: V. Barthold. Türkmən xalqının tarixi. İngilis dilinə tərcümə
edən V. və T. Minorski. Leyden, 1962, s. 157-159.
6
Vamberi. Göstərilən əsər, s. 325.
7
Şəcəreyi-tərakimə, s. 61.