Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə72/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   68   69   70   71   72   73   74   75   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

147 


 

kimi  boylara  mənsub  oymaqlar  da  görülür

1

.  Buradakı  kayı  obası  Osmanlı 



xanədanının öz boylarından olduğunu bilirdi

2

.  



«Şəcəreyi-tərakimə»də

3

 Bəlxin  qərbindəki  Andhoy  tərəflərdə  yaşayan 



Əlieli türkmənlərinin əslən qul, yəni kölə olan bir gəlmə adamın övladından 

törədikləri  bildirilir.  Halbuki  XIV  əsrin  ikinci  yarısında  Mərv  ətrafındakı 

Mahanda Əli bəy adlı olduqca qüdrətli bir bəy vardı

4

. Yenə «Şəcəreyi-təra-



kimə»yə  görə

5

 xızıreli  Əlinin  qardaşı  Xızırdan,  qullar  oymağı  Əlinin  digər 



qardaşı İkdən (yaxud Əyikdən), qaraivlilər (evlilər) Əlinin başqa bir qarda-

şından - Qaşqadan törəmişlər. Belə olduqda burada adı çəkilən qaraivlilərin 

eyniadlı oğuz boyunun qalığı olması düşüncəsi zəifləyir. Doğrudan da, Ana-

doluda bu gün qaraevli adlı bir oymağa rast gəlsək də, onun mənşəyi şübhə-

lidir

6

.  



Qaraevlilər «Şəcəreyi-tərakimə»də

7

 Amu-Dəryanın sahilində və Acı də-



nizin  (Xəzərin)  yaxınlığında  bərəkətsiz  torpaqlarda  yaşayırdılar,  sayları  da 

az  idi.  Hələlik  əsərdə  Balxandakı  dəvəçilər  və  əski  xalq  oymaqlarının  da 

türkmən  olmayan  şəxslərdən  törədikləri  bildirilir.  Bütün  bunlar  və  bir  sıra 

digər tarixi dəlillər Xəzərarxası türkmənlərin arasına cağatay, özbək və baş-

qa  uluslara  mənsub  oymaqların,  ailələrin,  şəxslərin  girmiş  olduqlarını  gös-

tərir. Biz XVI əsrin ikinci yarısında bu türkmənlər arasında cəlayir oymağı-

nın olduğunu bilirik. Bu oymaq monqol mənşəli olub əvvəlcə cağatay ulu-

suna daxil idi. Xəzərarası türkmənlərin başlıca olaraq hansı boylardan törə-

dikləri məsələsinə gəlincə, əhəmiyyətlərinə görə bu boyları sadalaya bilərik: 

salur, çavuldur (çavdur-çavundur), iğdır, yazır, eymür (eymir), karkın. Onlar 

Balxan  və  Xorasan  bölgələrinə  Manqışlaqdan  gəlmişlər.  Onların  arasında 

müşahidə edilən daha az əhəmiyyətli boylar isə bayındır, bəydili və kayıdır. 

Üç-oxların boz-oxlara nəzərən əhali cəhətdən daha qələbəlik olduğu da bir 

fərziyyə kimi irəli sürülə bilər. Bütün səyyahlar türkmənləri Orta Asiyadakı 

türk  ellərinin  ən  vuruşqanı  kimi  qiymətləndirirlər.  Bununla  birlikdə  dövlət 

qurmaq bir yana, onlar noqay və kalmıklara belə müqavimət göstərə bilmə-

miş, nifrət bəslədikləri özbəklərə də əsrlər boyu vergi verməyə məcbur ol-

muşlar. Halbuki  Anadoludakı türkmən tayfalarından dövlət  qurmayanı qal-

mamışdı.  Xəzərarxası  türkmənlərin  siyasi  bir  birlik  meydana  gətirə  bilmə-

mələri onların oturaq həyata gec keçmələrinə və bu gün parçalanmış vəziy-

yətə  düşmələrinə  səbəb  olmuşdur.  İndi  onların  böyük  əksəriyyəti  (bir  mil-

                                                           

1

 Vamberi. Göstərilən əsər, s. 306; Məsud Keyhan. Tarixi-coğrafiyayi-müfəssəli-İran, 1311 



ş., II, s. 102-103; R. R. Arat. Göylən maddəsi, İ. E., IV, s. 809-811. 

2

 A.Berns. Göstərilən əsər, III, s. 199. 



3

 Şəcəreyi-tərakimə, s. 75. 

4

 Barthold. Göstərilən əsər, s. 131. 



5

 Şəcəreyi-tərakimə, s. 74-76. 

6

 Qaraevli bəhsinə bax. 



7

 Şəcəreyi-tərakimə, s. 76. 




FARUQ SÜMƏR 

148 


 

yona qədəri) Türkmənistan SSR-də

*

  yaşayır, bəzi  mühüm tayfaları  isə  İran 



və Əfqanıstan dövlətlərinin təbəəsi arasındadır.  

Əbülqazinin  əsərindən  öyrəndiyimizə  görə,  XVII  əsrdə  türkmənlərin 

əlində bir çox oğuznamələr var idi. Bu oğuznamələrin məzmunu haqda tam 

məlumata sahib deyilik, çünki onların heç biri bizə gəlib çatmamışdır. Yal-

nız onu bilirik ki, bu oğuznamələrdə Dədə Qorqud və Salur Qazanla əlaqə-

dar  bəhslər  var  idi

1

.  Bu  əsərlərə  «Cami  ət-təvarix»in  mənbə  olub-olmadığı 



xüsusunda  qəti  bir  şey  söyləmək  mümkün  deyil.  Oğuznamələr  XIV-XVII 

əsrlərdə Xarəzmdən Rumeliyə qədər bütün oğuz türklüyünün yaşadığı yer-

lərdə söylənir və oxunurdu. Bu, bütün qərb türklüyündə müştərək bir ənənə 

idi. XVII əsrdən etibarən bu oğuznamələrin yerini «Koroğlu» dastanı tutdu. 

Koroğlu  XVI  əsrin  ikinci  yarısının  ortalarında  Bolu  sancağının  Gərədə  qə-

zasında buyruğu altındakı bir neçə yüz adamla qaçaqlıq etməyə başlamış bir 

igid  idi.  Anlaşıldığına  görə,  sonra  bu  işi  Tokat-Sivas  arasındakı  Çamlıbel-

**



 davam etdirmiş və ehtimal ki, daha sonra böyük cəlali üsyanında iştirak 

etmişdir.  

Aşıqlar  hələ  XVII  əsrin  başlanğıcında  onun  igidliklərindən  bəhs  edən 

dastanlar söyləməyə başlamışdılar. Bu dastan Türkiyədən İrana keçərək ora-

dakı türklərin də ən çox sevdikləri dastan olmuşdur. Sonra Koroğlu dastanı 

Xəzərarxası türkmənlərə çatmış, onlar da bunu milli dastan kimi mənimsə-

mişlər. Üstəlik, «Fərhad və Şirin», «Tahir və Zöhrə», «Əsli və Kərəm» kimi 

xalq  hekayələri  də  İran  və  Anadolu  türklərinin  olduğu  kimi,  onların  da  se-

vimli  hekayələri  idi.  Beləliklə,  məzhəb  fərqinə  baxmayaraq  oğuz  elinin  üç 

ayrı  yerdə  olan  (Anadolu,  İran,  Xəzərarxası)  tayfaları  arasında  yeni  ortaq 

mədəniyyət  məhsulları  meydana  gəlmişdir  ki,  bu,  çox  diqqətəşayan  xüsus-

dur.  


Xəzərarxası türkmənlər siyasi bir varlıq göstərə bilməsələr də, Məxdum-

qulu  kimi  böyük  bir  şair  yetirmişlər.  XIX  əsrdə  Türkiyədəki  son  türkmən 

oymaqlarının da Dadaloğlu, Elbəylioğlu və Gündəşlioğlu kimi tanınmış şa-

irləri olduğunu bilirik. Bu münasibətlə türkmənlərin hər zaman və hər yerdə 

daim milli şairlər yetirmiş olduğunu qeyd etmək lazımdır.  

  

2. İRAN 



  

İrana  gələn  monqolların  olduqca  gözəl  təlim  görmüş  mükəmməl  təşki-

latlı bir ordusu  və təcrübəli məmurların başçılıq  etdiyi  divanı vardı.  Bu di-

vanda  uyğur  yazısı  və  12  heyvanlı  türk  təqvimi  işlədilirdi.  Uyğur  yazısı 

İranda  monqollardan  sonra  aradan  çıxsa  da,  türk  təqvimindən  son  əsrlərə 

                                                           

*

 Rəqəm 1950-ci illərə aiddir (tərcüməçi). 



1

 III hissəyə bax. 

**

 Çam azərbaycanca şam ağacının adıdır (tərcüməçi). 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə