OĞUZLAR (TÜRKMƏNLƏR)
139
üçün «qarışqa sürüsü» və «çəyirtkə buludu» sözləri işlədilirdi
1
. Bu dövrdə
Arandakı türkmənlərin mühüm bir qisminin başçısı əmir Hüsaməddin Qılınc
Arslan idi
2
. Lakin bir qədər sonra gələn monqollar Muğan və Arandakı türk-
mənləri buradan çıxardılar
3
. Türkmənlər Anadoluya getdilər. Monqolların
gəlişindən cəlayirilər dövrünədək olan müddətdə Azərbaycan və Aranda
türkmənlərin yaşadığına dair heç bir məlumatın qeydə alınmaması buralar-
dakı türkmənlərin əksəriyyətinin Türkiyəyə köçmüş olduğunu göstərir.
9. İRAQ VƏ CƏZİRƏ
Bu ölkədə türkmənlər əsasən Mosul bölgəsində yaşayırdılar. Sultan Mə-
həmməd Tapar və onun oğlu Sultan Mahmud dövründə Bəsrədə böyük əmir
Ak-Sunqur əl-Buxarinin köməkçisi olan Sunqur əl-Bayati adlı bir əmir vardı.
Yüksək mənsəbli adamlardan fərqli olaraq bu əmirin etnik mənsubiyyəti na-
məlum olduğu üçün əl-Bayati nisbəsinin bizim bayat boyu ilə bağlılığı xü-
susunda şübhəmiz var. Ancaq bu kəlmənin başqa bir şəkildə izahı da müm-
kün deyil.
Bağdadın cənub-şərqində Badaraya vilayətinə daxil olan Bayat qəsəbəsi-
nin adı ancaq XIII əsrdən etibarən çəkilir. Əmir Sunqur əl-Bayati zamanında
Bəsrədə ismailiyyə türkləri və bulduqiyyə türkləri kimi əsgəri zümrələr var
idi. İsmailiyyə türklərinin başçısı Qızoğlu, bulduqiyyə türklərinin başçısı isə
Sunqur-Alp adlı bir əmir idi. Bu dövrə aid mənbələrdə Qızoğlu adına tez-tez
təsadüf olunur. Məsələn, Məhəmməd Taparın böyük əmirlərindən birinin
adı Qızoğlu idi. O həm də Taparın oğlu Mahmudun atabəyi idi. Buraya Sul-
tan Məsud dövrünün əmirlərindən başqa bir Qızoğlunu da əlavə edə bilərik.
Bu kəlmənin Ğuzz oğlu, yəni Oğuz oğlu kimi izah edilməsi bir qədər şüb-
həli görünür. Həmin dövrdə Bağdadda bəkçiyyə əmirləri vardı. Böyük ehti-
mala görə bunlar şəhərdəki sultanlara və böyük əmirlərə aid sarayların, qəsr-
lərin, kazarmaların mühafizəsinə təyin edilən əsgərlərin (bəkçilərin – keşik-
çilərin) əmirləridir.
Mosul bölgəsində iqtası olan Kür-Yavı adlı türkmən bəylərindən biri
haqda məlumatımız var. Onun Xorasan adlı bir əmirin oğlu olduğunu da bi-
lirik. Sultan Məhəmməd Tapar və onun oğlu Sultan Mahmud dövründə Kür-
Yavı aşağı Zab sahilindəki Bəvazic qalasının və qalanın ətrafının sahibi idi.
Sultan Məsudun hakimiyyəti dövründə həmin yer Kür-Yavının oğlunun
əlində idi, ancaq oğlunun adı bilinmir.
Zəngilər dövlətinin türkmən əmirlərindən biri də Zeynəddin Əli Küçük
(Kiçik-tərcüməçi) idi. Zeynəddin Əli uzun illər Mosul atabəyləri dövlətinin
1
Nəsəvi, s. 374.
2
Göstərilən əsər, s. 375, 383.
3
Zəkəriyyə Qəzvini. Asar ül-bilad. Beyrut, 1380, s. 564.
FARUQ SÜMƏR
140
işlərini enerji ilə idarə etdikdən sonra 1167/1168-si ildə Ərbilə çəkilmişdi.
Onun atası Bəg-Təgin
1
, babası isə Məhəmməd adlı bir adam idi. Zeynəddin
Əlinin böyük oğlu və ikinci xələfi məşhur Müzəffərəddin Gök-Börü (Boz-
qurd) idi. Səlahəddin Əyyubinin kürəkəni olan Gök-Börü o dövrdəki səlib
vuruşmalarının ən igid əmirlərindən biri idi. Tikdirdiyi ictimai əsərlərlə və
xalqa göstərdiyi
Ş
əfqət və yardımlarla onun adı-sanı hər tərəfə yayılmışdı
2
.
Nəvakiyyə türkmənləri 463-cü ildə (1070-1071) Suriyaya gəldilər. Bun-
ların Ər-Barsğan ilə Anadoluya gedən nəvakiyyələr olduğu məlumdur. On-
ların başbuğu Qızlı (?) idi. Qızlıdan sonra Uvak oğlu Atsız və Şöklü adlı
bəyləri gəlirdi. Qızlı fatimilərin Əkka valisi Bədrəddin Camalın xahişi ilə
Suriyada yağmaçılıq edən ərəbləri qovdu. Bu nəvakiyyələr öz davranışları
ilə Səncəri məğlub edib əsir alan oğuzlardan olduqca fərqli görünürlər. On-
lar yerli əhalidən əkinçilər tutaraq ərəblərin günahı üzündən xarab olan Ru-
melidəki torpaqları becərtdirmişlər. Satılan zeytun məhsulundan 300 min di-
nar əldə edən əkinçilər miri haqqı olaraq nəvakiyyələrə 30 min dinar verdi-
lər. Digər tərəfdən nəvakiyyələr şəhərləri yağma etməkdən daha çox haki-
miyyətləri altına almaq üçün tuturdular. Beləliklə, Qızlıdan sonra nəvakiy-
yələrin hakimi olan Atsız Qüdsü, Dəməşqi (Şamı) və digər yerləri fəth etdi.
XII əsrin əvvəllərindən etibarən nəvakiyyələrdən daha bəhs edilmir.
10. SURİYA
Səlcuqlu hökmdarı Məlikşah 470-ci ildə (1077) qardaşı Tutuşu Suriya
məlikliyinə təyin edərkən onun məiyyətinə Bəkçi oğlu Afşin, Sandaq, Dim-
laç oğlu Məhəmməd, Tutu oğlu və Bərik oğlu kimi qüvvətli bəyləri daxil et-
mişdi. Bunlar eyni zamanda Anadolunun fəthində mühüm rol oynamış bəy-
lər idi. Böyük əmir Afşinin aqibəti haqda heç bir qeydə təsadüf edilmir.
XII əsrdə İmadəddin Zəngi Hələb əmiri olduqdan sonra Şəhrizor-Ərbil
bölgəsindəki yıvaların mühüm bir qismini Hələb bölgəsinə gətirmiş və on-
lara səlibçilərə yaxın yerdə iqta vermişdi. Bu Suriya yıvaları öz başçıları
Yaruğa görə yaruqiyyə (yaruqlu) adını almışlar. Əmir Bahəddin Yaruq 564-
cü ildə (1168) ölmüş, oğlu Bədrəddin Doldurum onun xələfi olmuşdur. Tell-
Başir və Tell-Xalid əmiri olan Bədrəddin Doldurum Nurəddin Mahmudun
və Səlahəddinin dövründəki ən qüvvətli əmirlərdən biri idi. O, 611-ci ildə
(1218) ölmüş, Hələbdə ona yas mərasimi düzəldilmişdi. Ondan sonra isə oğ-
lu Fəthüddin Tell-Başir əmiri olmuşdur. 615-ci ildə (1218) Tell-Başir səl-
cuqlu sultanı İzzəddin Keykavusun ordusu tərəfindən zəbt edilmişdir. Ancaq
avanqard hissəsinin məğlub olması səbəbilə səlcuqlu ordusu geri dönərkən
1
İbn Xəlliqan (Vəfayat ül-əyan. Qahirə, 1948, III, s. 277) bu adın Bük-Tigin kimi oxun-
masının doğru olduğunu söyləyir.
2
Gök-Börü haqqında bax: İ. Kafesoğlu, Gök-Böri. İ.A., VI, s. 885-892.