Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə65/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   61   62   63   64   65   66   67   68   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

133 


 

dən  çox  olmamalı  idi.  Dinarın  atasının  adı  Məhəmməddir,  bu  adda  boz-

oxların başçısı məlik Qorqudun bir qardaşı olduğu məlumdur

1

.  



Dinarın Kirmana gəlməsinin bir dəvət ilə əlaqədar olması ehtimal edilir. 

Yəqin  onu  oradakı  oğuzlar  dəvət  etmişlər.  Bundan  başqa,  Kobnan  valisi 

Mücahiddinin də bir neçə dəfə Gürgənə  gedərək  Dinarı Kirmana dəvət  et-

diyi söylənir. Üstəlik, Dinarın Kirmana 80 atlı ilə gəlməsi belə bir ehtimalı 

qüvvətləndirir.  Dinar  birbaşa  oğuzların  olduğu  Nərmaşirə  getdi.  Orada 

oğuzlarla görüşən Dinar Bam valisini itaət altına aldıqdan sonra şimal-şərqə 

yönələrək Zərəndi zəbt etdi. Vəziyyət belə olduqda Kirman hökmdarı Mə-

həmməd  şah  kömək  istəmək  üçün  İraqa  getdi  və  bir  daha  geri  qayıtmadı. 

Dinar  ertəsi  il  Bərdəsiri  də  fəth  edib  orada  oturdu.  Beləliklə,  məlik  Dinar 

heç bir çətinlik çəkmədən Kirman hökmdarı oldu.  

Dinar Kirmanı uzun müddətdən bəri məhrum olduğu əmin-amanlığa və 

sakitliyə qovuşdurdu, oranı ədalətlə idarə etdi, öz qövmünə qarşı da mehri-

banlıq göstərdi. Onlar yenə əvvəlki kimi Nərmaşir, Nəsa və Reyhanda yaşa-

yırdılar. Buralar Kirmanın ən yaxşı taxıl yetişən bölgəsi idi. Dinar öz haki-

miyyətini  dənizə  qədər  genişləndirmiş,  qədimdən  bəri Hindistan,  Afrika  və 

Ərəbistanla ticarət sayəsində çoxlu gəlirə sahib olan Qeys adasının hökmda-

rını da vergiyə bağlamışdı. Bundan əlavə Mərkan da tabeliyində idi. Türk-

ləri, ələlxüsus da oğuzları heç sevməyən salnaməçi Əfzal Kirmani (Dinarın 

divanında yüksək mövqe tuturdu) Dinarın tərifini göylərə çıxarır. İmadəddin 

Dinar 8 illik hökmranlıqdan sonra 591-ci il zülqədə ayının 9-da (15 oktyabr 

1195) vəfat  etdi və  yerinə oğlu  Fərrux şah keçdi. O, qabiliyyətsiz, eyni za-

manda içkiyə mübtəla, əyləncəyə düşkün bir gənc idi. Salnaməçi Ə.Kirma-

ninin  Fərrux  şahda  bəyəndiyi  yeganə  cəhət  onun  oğuzlara  nifrət  etməsidir. 

Halbuki  məlik  Dinar  nizam  və  asayişi  oğuzların  hesabına  bərpa  etmişdi. 

Kirmani bir əsərində

2

 bu oğuzlara «qara ğuzz» (qara oğuz) deyir  ki, bu «qa-



ra»  sifətinin  onlara  Xorasanda  siyasi  əhəmiyyətlərini  itirərək  qovulmaları 

nəticəsində verilmiş olduğu anlaşılır.  

Fərrux  şah  taxta  çıxdıqdan  sonra  ondan  gözü  su  içməyən  oğuz  bəyləri 

Seyfəddin  Alparslan  və  Məndək  paytaxtdan  çıxaraq  Gərmsirdəki  eldaşları-

nın yanına getdilər. Fərrux şah məmlük və ya məmlük oğlu zabitlərin təsiri 

altına düşdü. Oğuzlara gəlincə, onlar da Fərrux şahın nifrətinə qarşı nifrətlə 

cavab verməkdə gecikmədilər. Eldaşları ilə bacara bilməyəcəyini görən Fər-

rux şah xarəzmşah Təkişə tabe olduğunu bildirərək kömək istədi. Təkiş nə-

vəsi  Arslan  xanın  komandanlığında  bir  ordu  göndərdi.  Arslan  Kirman  sər-

                                                           

1

 Görəsən,  Dinar  Qorqudun  qardaşı  Məhəmmədin  oğludur?  Bunu  xatirə  gətirən  digər  bir 



ehtimal budur ki, Dinarın uşaqlarından Əcəm şah Kirmandan Xarəzmə götürülərkən onun 

tərbiyəsi ilə Qorqudun qızı - xarəzmşah Təkişin xatunu məşğul olmuşdu. 

2

 İqdü-l üla fi-l-mövqif il-ə'la. Tehran, 1311, şəmsi, s. 13, 18. 




FARUQ SÜMƏR 

134 


 

hədinə çatanda Fərrux şahın öldüyünü eşitdi və oğuzları öz qarşısında gördü. 

Bu səbəbdən geri qayıtdı.  

Əlaəddin Fərrux şah 592-ci ildə (1195-1196) öldü. Oğuzlar Bərdəsir yö-

rələrini heç nə qalmayacaq şəkildə yağmaladıqdan sonra obalarının yerləşdi-

yi Cərmsir bölgəsinə döndülər. Fərrux şahın qardaşı Əcəm şah kiçikyaşlı ol-

duğu üçün Xarəzmə, Təkişin sarayına aparılmışdı. Əcəm şah orada Təkişin 

vəfatına  qədər  qaldı.  Oğuzlara  gəlincə,  hökmdarsız  olduqları  üçün  gur  öl-

kəsindən  Zirək  Bəlcək  adlı  birini  gətirib  özlərinə  hökmdar  elədilər.  Ancaq 

Zirəklə  nüfuzlu  bəylərdən  biri  olan  Alparslan  yola  getmədilər.  Alparslan 

fürsət  tapıb  onu  öldürdü,  özü  padşah  seçilsə  də  müvəffəqiyyət  qazana  bil-

mədi. Əcəm şah Təkişin ölümündən sonra Kirmana gəldi və oğuzların baş-

çısı  oldu.  Ancaq  oğuzların  əvvəlki  qüdrəti  qalmamışdı.  Buna  görə  də  Kir-

man  salğurların  hakimiyyəti  altına  keçdi.  Əcəm  şah  oğuzların  bir  qismi  ilə 

Sistana  getdi  (609-cu  ilin  sonu  -  1213).  Əcəm  şahın  aqibəti  haqda  heç  bir 

qeyd  qalmamışdır

1

. Monqol dövründə  Kirmanda  türkmənlərin  yaşadığı  gö-



rünür

2

. Bu türkmənlərin heç olmasa bir qismi, şübhəsiz, bu oğuzların nəvə-



ləridir.  

  

 



6. FARS VƏ XUZİSTAN 

  

Səlcuqlu  hökmdarları  ana  yurddan  köçüb  gələn  türkmən  elatlarının  hü-



dudlara getmələrini təşviq etdikləri kimi dövlət hakimiyyətinin zəif bərqərar 

olduğu,  kürd,  lur  kimi  döyüşkən  ünsürlərin  yaşadığı  dağlıq,  qapalı,  sərhəd 

bölgələrdə yurd salmalarını da xoşnudluqla, bəlkə də məmnunluqla qarşıla-

yırdılar.  

XII  əsrdə  türkmənlər,  ümumiyyətlə,  ya  uclarda  (hüdud),  ya  da  bu  kimi 

yerlərdə görünürlər. 1135-ci illərdə salğurlar Fars ölkəsində, əfşarlar isə Xu-

zistanda  məskun  idilər.  Onların  buraya  yaxınlarda  Sır-Dərya  sahillərindən 

qopan bir türkmən dalğası içində gəldikləri məlumdur

3

. Yenə həmin dövrdə 



yıva boyundan mühüm bir qismin də Şəhrizor tərəflərində yaşadığını bilirik 

                                                           

1

 Oğuzların  Kirmanda  həyatları  haqda:  Əfzal  Kirmani.  Bəda  ül-əzman  fi  vəqai-Kirman. 



Mehdi Bəyani  nəşri. Tehran  1326; yenə onun: İqd'a ül-üla fi-l-mövqif il-ə'la. Əli Məhəm-

məd  Əmir  Nəimi  nəşri.  Tehran,  1311;  yenə  onun:  Əl-müzaf  ila  bəda  ül-əzman  fi  vəqai-

Kirman.  Abbas  İqbal  nəşri.  Tehran,  1331;  Məhəmməd  ibn  İbrahim.  Təvarixi-ali-Səlcuq. 

M.T.Hutsma  nəşri,  I,  Leyden,  1886;  əsərin  yeni  nəşri:  Səlcuqiyan  və  ğuzz  dər  Kirman. 

Bastani Parizi nəşri. Tehran, 1964. 

2

 Nəsirəddin Münşi



 

 Kirmani. Sımt ul-üla li-l-həzrət l-ülya. Abbas İqbal nəşri, 1328, s. 76, 

82, 85-86.  

3

 Zərğub  Şirazi.  Şiraznamə.  Bəhmən  Kərimi  nəşri.  Tehran,  1310,  s  48;  (Vəssaf,  Bombey, 



1269,  II,  s.  149),  530-cu  ildə  (1135)  Xuzistanda  qələbəlik  bir  türkməm  kütləsi  yaşayırdı 

(ibn ül-Əsir, XI, s. 20). 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə