OĞUZLAR (TÜRKMƏNLƏR)
135
ki, bunların da həmin kütləyə mənsub olmaları ehtimalı var. Farsdakı sal-
ğurlar göstərilən tarixdən bir neçə il sonra bir atabəy dövləti qurdular
1
.
Əfşarlara gəlincə, onlar da Arslan oğlu Yaqub ilə Şumla ləqəbilə tanın-
mış Güc-Toğan oğlu Aydoğdu və onun oğullarının başçılığı altında bir müd-
dət Xuzistana hakim oldular
2
.
7. KÜRDÜSTAN
Əsasən Şəhrizor, Hulvan, Kirmanşah, Dinəvər yörələrindən ibarət olan
bu bölgədə qədimdən bəri qələbəlik türkmən camaatı yaşayırdı. Hulvan və
ətrafı Məlikşah dövründə məşhur türkmən sərkərdəsi Artuq bəyin iqtası idi.
495-ci ildə (1101) burada sal(ğ)urlardan Qara-Beli adlı bir bəyin kürd Ən-
nazoğulları sülaləsindən Söhrab bin Bədr bin Müxəlhili məğlub etməsi nəti-
cəsində Şəhrizor və Dakuk (Tauk) istisna olmaq üzrə türkmənlər bölgənin
hər tərəfini öz əllərinə keçirmişdilər. Qara-Beli haqqında başqa bir məluma-
tımız yoxdur. Yalnız Bağdaddan Marağaya gedən ana yolda Dinəvər ilə Ma-
rağa arasındakı bir keçid monqol dövrünə qədər onun adını daşımışdır. Şəh-
rizor şəhəri də bir müddət sonra türkmənlərin hakimiyyəti altına keçdi. Bu
şəhər və Şəhrizor bölgəsi 525-ci ildə (1130) türkmən bəylərindən Arslan-
Taş oğlu Əmir Qıfçağın (Qıpçaq) əlində idi. Əmir Qıfçağın yaxında-uzaqda
yaşayan bütün türkmənlərin üstündə böyük nüfuzu vardı, hər yandan axışıb
gələn türkmənlər onun ətrafında toplaşırdılar. 525-ci ildə İraq səlcuqluları-
nın sultanı Mahmudun ölümündən sonra 526-cı ildə (1131) qardaşı Məsud
səltənəti ələ keçirmək məqsədilə əsgər toplamaq üçün Əmir Qıfçağın yanına
gəlmişdi. Burada 10 min atlı yığan Məsud Bağdad üzərinə hücuma keçdi
3
.
Daha əvvəllər - 516-cı ilin sonlarında (1123) Abbasi xəlifəsi əl-Müstər
Ş
id
Hillənin ərəb əmiri Dübeys bin Sədəqənin təcavüzlərinin qarşısını almaq
üçün ətrafdakı əmirlərdən kömək istəmiş, buna görə Bitlis əmiri Toğan-Ars-
lan, saltuqoğulları, buğaoğulları, Qıfçaq və qardaşları Bağdada gəlmişdilər.
Mosul hakimi Ağ Sunqur oğlu İmadəddin Zəngi qonşu əmirləri itaət altına
almadan səlibçilərə qarşı müvəffəqiyyətlə mübarizə apara bilməyəcəyini ba-
şa düşmüşdü. Bu səbəblə 534-cü ildə (1139/1140) Zəngi Şəhrizoru Qıfçağın
əlindən almış və onu özünə tabe etmişdi
4
. Bununla bərabər Şəhrizor ölkəsin-
də mühüm bir yörə Qıfçağın əlində qalmış və uzun müddət onun adı ilə (vi-
layət ül-Qıfçaqiyyə) adlanmışdı.
Qıfçağın iki oğlunun adı məlumdur: Məsud və Yaqub. Məsudun Ziyaəd-
din, Yaqubun isə İzzəddin Həsən adlı oğulları vardı. Mosulun şimalındakı
1
Bu haqda «Salur» bəhsinə bax.
2
Xuzistandakı əfşarlar üçün «Əfşar» bəhsinə bax.
3
İbn ül-Əsir. Ət-tarix ül-bahir fi dövlət il-atabəgiyyə. Qahirə, 1288, II, s. 60, 64, 138.
4
Həmin əsər, s. 57; yenə onun: əl-Kamil, XI, s. 34-35.
FARUQ SÜMƏR
136
Malatya qəsəbəsinin hakimi olan Ziyaəddin 569-cu ildə (1173) Suriya
hökmdarı Nurəddin Mahmudun xidmətinə girmişdi. Səlahəddin Əyyubi
585-ci ildə (1189) böyük əmirlərindən Farisəddin Küş-Toğdını (Güc-Doğ-
du) Şəhrizor bölgəsinə vali təyin etdi. Küş-Toğdı Qıfçağın nəvəsi İzzəddin
Həsənin bacısı ilə evli idi. Sultan Küş-Toğdını məhz bu qohumluq dolayısı
ilə Şəhrizor valiliyinə göndərmişdi
1
. Axırıncı səlcuqlu sultanı Toğrulun ata-
bəy Qızıl Arslanla arası dəymişdi və onunla mübarizə edə bilmək üçün İz-
zəddin Həsənin yanına gəlmişdi. İzzəddin Həsən çox gənc olan Sultan Toğ-
rula əlindən gələn köməyi elədi. Toğrul onun bacısı ilə evlənmişdi. İkisi bir-
likdə Azərbaycana gedib oradakı türkmənlərdən mühüm bir qüvvə toplasa-
lar da, Qızıl Arslanla mübarizədə uğur qazanmadılar
2
.
İbn ül-Əsirin bir qeydindən
3
türkmən qıfçaqoğullarının XIII əsrin ilk
illərinədək Şəhrizor bölgəsində öz varlıqlarını davam etdirdikləri anlaşılır.
Kürdüstan bölgəsində qələbəlik bir yıva kütləsi də yaşayırdı. İmadəddin
Zəngi bu yıvaların bir qismini Yaruq adlı bəylərilə bərabər Şimali Suriyaya
gətirib səlibçilərin qonşuluğunda yerləşdirmişdi. Kürdüstan bölgəsində qa-
lan yıvalar isə Bərcəm və onun oğullarının idarəsi altında siyasi bir qüvvə
kimi öz varlıqlarını monqol dövrünə qədər qorumuşlar
4
.
8. AZƏRBAYCAN VƏ ARAN
Səlcuqlu fəthindən etibarən bu bölgədə çox qələbəlik sayda oğuz (türk-
mən) kütlələri yaşayırdı. Anadolunu fəth edən və oradakı türklüyü uzun bir
zaman bəsləyənlər xüsusilə buradakı oğuz kütlələri olmuşdur. Alparslan
dövründə bu oğuzlar arasında navəkiyyə adlı mühüm bir kütlə vardı. Bu sö-
zün mənşəyi bu günədək aydınlaşdırılmamışdır. Navəkiyyələr də oradakı
oğuzlar kimi tez-tez Bizans torpaqlarına hücum edirdilər. Alparslanın qo-
humlarından olan (eyni zamanda kürəkəni) Ər-Barsğanın onunla arası dəydi
və navəkiyyələrdən bir bölüyü ilə Bizansın himayəsinə keçdi (1069). Bu na-
vəkiyyələr sonralar Ər-Barsğandan ayrılaraq Suriyaya endilər və orada öz-
başlarına fütuhata girişdilər
5
. Onların Azərbaycanda qalanları əvvəlki kimi
Bizansa hücumları davam etdirirdilər. Hətta Qılınc Arslan İrandan Anado-
luya gedərkən məiyyətində navəkiyyə əsgərləri vardı. Qılınc Arslanın atası
və Türkiyə səlcuqluları dövlətinin banisi Süleyman şahın da navəkiyyələrə
mənsubluğu barədə rəvayət bu kütlənin adının əslinə olan marağımızı artırır.
1
Əbu Şamə. Ər-rövzəteyi fi əxbar id-dövləteyn. Qahirə, 1288, II, s. 60, 64, 138.
2
Rəşidəddin. Cami ət-təvarix. A. Atəş nəşri, s. 179, 187; Əxbar üd-dövlət is-səlcuqiyyə, s.
178-180; İmadəddin İsfahani. Nüsrət ül-fitrə (Bundarinin ixtisarının türkcə tərcüməsi), s.
268-269; yenə onun: Kitab ül-fəth il-küssi. Karlo Landberq nəşri. Leyden, s. 234-235.
3
Bir qədər aşağıya - «Suriya türkmənləri» bəhsinə bax.
4
Yıva boyu bəhsinə bax.
5
Aşağıya bax.