OĞUZLAR (TÜRKMƏNLƏR)
119
takya hakimi Alp oğlu Yağı Sıyan idi. Onlardan hətta Artuq bəyə də xidməti
və dəyəri ilə mütənasib olan vəzifə verilməmiş, nəticədə o, Məlik şah xid-
mətindən çıxaraq Suriya məliki Tutuşun yanında xidmətə girmiş və son
günlərini Qüds valisi kimi başa vurmuşdur
1
.
Ələlxüsus Məlikşah dövründə dövlətə hakim olan iranlı vəzir Nizamül-
mülkün türkmən probleminə büsbütün biganə qalmadığı bilinir. Nizamül-
mülk əsərində dövlətin ürkmənlərdən sıxıntı çəkdiyini göstərdikdən sonra
türkmənlərin sayca çox olduğunu, bu dövlətin ilk illərində çox xidmət etdik-
lərini, zəhmətə qatlandıqları dövlətdə haqları olduqlarını bildirir və buna gö-
rə də hökmdarların qohumlarından və digər türkmən gənclərindən min və ya
daha çox adamın məmlüklər kimi tərbiyə edilərək dövlət xidmətinə qəbul
olunmalarını tövsiyə edir. Beləliklə, onların dövlətə qarşı duyduqları nifrətin
ortadan qalxacağını, lazım gəldikdə 5-10 min adamlıq bir qüvvə ilə istənilən
işin öhdəsindən gələcəklərini və dövlətin nemətlərindən faydalanacaqlarını
yazır
2
. Ancaq iranlı vəzirin bu çox ağıllı tədbiri heç vaxt tətbiq edilməmişdir.
M.H.Yınanc
3
Nizamülmülkü türkmənləri imperiyanın ən fəsadçı ünsürü sa-
yıb, onların bəylərini iş başından uzaqlaşdırmaqda ittiham edir.
Səlcuqluların oğuz olmayan karluq, qıpçaq kimi digər türk qövmlərinə
mənsub məmlüklər, yəni qullardan ibarət seçmə ordularının nə qədər qüv-
vətli və dövlətə necə hakim olduğunu Məlikşahın ölümündən sonrakı hadi-
sələr açıqca göstərir. Hələ Məlikşah zamanında seçmə ordudakı 7 min ermə-
ni məmlük əsgəri Nizamulmülkün etirazına baxmayaraq ordudan qovulmuş-
du ki, bunun türk məmlük əsgərinin əməli olduğuna şübhə yoxdur. Türk-
mənlər də daxil olmaq üzrə bütün qövmi zümrələrin paxıllığını çəkən və
onları xor görən bu türk məmlük əsgəri osmanlılardakı yeniçərilər kimi qüv-
vətli bir həmrəylik şüuruna və bunun verdiyi hədsiz qürura sahib idilər
4
.
Türk məmlük əmirlərinin də sultanlar kimi özlərinə tabe böyük miqdar-
da əsgəri qüvvələri vardı. Bu əmirlər atabəyləri olduqları səlcuqlu şahzadə-
ləri adından hərəkət edirmiş kimi görünərək hakimiyyəti ələ keçirmək üçün
tez-tez meydana atılırdılar. Hətta hələ Məlikşahın ölümündən sonra səltənət
mübarizələri zamanı Məlikşahın çox sevdiyi əmirlərindən biri olan Bilgə
bəy ünvanlı Önür vəzir Nizamülmülkün oğullarından birinin təşviqi ilə İsfa-
handa özünü şah elan etmişdi.
Məmlük sistemi yalnız İran səlcuqlularında deyil, Anadolu səlcuqlu-
larında, çox qısa davam edən Suriya səlcuqlularında da qəbul edilmişdi.
Əlcəzair və Suriya hakimləri olan zəngilər də türk məmlük ailəsindən idilər.
1
Artuq haqqında: Əli Sevim. Artuqluların soyu və Artuq bəyin siyasi fəaliyyəti. Belleten,
XXVI, s. 101.
2
Siyasətnamə. Xalxali nəşri, 1311, s. 73.
3
Türkiyə tarixi. Anadolunun fəthi, s. 99.
4
M.H.Yınancın Osmanlı dövlət adamlarının əksəriyyətinin döşürmələrdən çıxdığı sözü
(Anadolunun fəthi, s. 92), şübhəsiz, çox mübaliğəlidir.
FARUQ SÜMƏR
120
Suriyada zəngiləri əvəz edən kürd mənşəli Əyyubilər də bu sistemi davam
etdirmişlər. Əyyubilərin məmlükləri 1250-ci ildə ağalarının hakimiyyətinə
son qoyaraq əvvəlcə Misirdə, sonra isə Suriyada öz ökmranlıqlarını qurdular.
Qəznəvilərin yerinə keçən gurların da seçmə ordularının türklərdən ibarət
olduğu məlumdur.
Gur xanədanına mənsub türk məmlükləri isə Hindistanda bir məmlük
sultanlığı yaratdılar. Hətta Mavəraünnəhrdəki qaraxani xanədanı belə bu sis-
temi mənimsəmişdir. Məsələn, Sultan Səncərin müasirlərindən Əhməd xa-
nın 12 min türk məmlükü olduğunu bilirik. Bu misallardan belə çıxır ki, xa-
nədanlar varlıqlarını əmniyyət altına almaq və hakimiyyətlərini davam etdi-
rə bilmək üçün bu sistemi qəbul etmək məcburiyyətində idilər. Bu sistem
qarşısında hərbi qəbilə sisteminin müvəffətiyyət qazanması asan iş deyildi.
İslam xanədanlarının öz seçmə ordularını türk məmlüklərindən təşkil et-
mələri məsələlərinə gəlincə, bu, məmlükləri asanlıqla toplaya bilməkdən de-
yil, onların hərb sənətinin vacib qıldığı xüsusiyyətlərə malik olmalarından
doğurdu. Məsələn, Misirdə ən yüksək muzdla tutulan məmlüklərin türklər
olduğu məlumdur. Türklər mahir minicilər olub at üstündə ustalıqla ox atır,
nizə işlədirdilər, bundan başqa, iqlim şərtlərinə dözümlü, intizamlı, cəsur və
soyuqqanlı insanlar idilər. Yeganə qüsur kimi gecə döyüşlərində bəzi qövm-
lərə nisbətən daha bacarıqsız olduqları söylənilir.
Hansı xanədana xidmət etməsindən asılı olmayaraq türk məmlük əsgəri-
nin qövmi şüurdan məhrum olmadığına dair əlimizdə çoxlu dəlil vardı. Əsa-
sən yad ellərdə - ərəb və əcəmlər arasında yaşamaları onlardakı qövmi şüuru
qüvvətləndirdi. Fatimi xəlifəsi Misirdəki türk əsgərlərinin çıxmasını Nurəd-
din Mahmuddan xahiş edəndə bu hökmdar ona firənglərin nizələrinə ancaq
türklərin oxları qarşı dura bilər, firənglər yalnız türklərdən qorxurlar deyə
cavab vermişdi. Məmlük sistemi xüsusilə İran və Suriyada türkmənləri yük-
sək dövlət xidmətlərindən məhrum etmişsə də, əvəzində onların ərəblər kimi
tənəzzülə uğramalarının qarşısını almışdır.
Bütün bunlarla bərabər türkmənlər büsbütün təcrid olunmuş deyildilər.
Əslində, qələbəlik və vuruşqan olan bu qövmə qarşı hər hansı bir şəkildə hə-
rəkətdə bulunmaq imkan xaricində idi. Bu səbəbdən türkmənlər hər yerdə,
hətta Mavəraünnəhrdə belə dövlətlərin hərbi birləşmələri arasında yer tutdu-
lar, göytürk dövlətində olduğu kimi Anadoluda, İranda və Suriyada dövlətin
əsaslandığı ikinci mühüm bir ünsür, bitməz-tükənməz ehtiyat qüvvə rolunu
oynadılar, ərəblərin, kürdlərin və digər xalqların baş qaldırmasına mane ol-
dular.
Türkmənlər Yaxın Şərqdə əsasən hüdud bölgülərində yurd salmışdılar.
Bundan həm özləri, həm də tabe olduqları sülalələr razı idi. Onlar düşmən
ölkələrə axınlar (hücumlar) etmək və oralardan gələn təhlükələri dəf eləmək
surətilə bağlı olduqları xanədanlara xidmətdə bulunur, özləri üçün də «do-