Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə54/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   50   51   52   53   54   55   56   57   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

111 


 

mahnılar oxunur, 70 yaşında olmasına baxmayaraq Toğrul bəy türk adətinə 

görə  bəylərilə  birlikdə  milli  oyun  oynayırdı.  Salnaməçilərin  təsvirinə  görə 

onun bəylərlə oynadığı bu oyun halay və ya ona bənzər bir oyun olmalıdır. 

Məsud Qəznəvinin 25-30 il əvvəl bir çöl qəsəbəsini də çox gördüyü bu oğuz 

bəyi indi islam dünyasının ən böyük hökmdarı və xəlifənin kürəkəni olmuş-

du. Ancaq Toğrul bəyin bu sevincli və xoşbəxt günləri uzun sürmədi. Toy-

dan bir müddət sonra köhnə xəstəliyi təkrar özünü göstərdi.  

Xəstə  olduğu  halda  Bağdada  gəlişindən  təqribən  iki  ay  sonra  sağalma-

dan  ölkəsinə  qayıtdı.  Onun  xəstə-xəstə  qayıtması,  ehtimal  ki,  ölkəsindəki 

vəziyyətlə əlaqədar idi. Bu, Qutalmışın üsyanıdır. Toğrul bəyin vəziri Ami-

dülmülk Kündürinin Qutalmışı Damğan yaxınlığındakı Gird-Kuy qalasında 

mühasirəyə aldığını bilirik. Bu zaman, toydan 7 ay sonra Toğrul bəy Reydə 

vəfat etdi (cümə, 8 ramazan 455 - 4 sentyabr 1063) və orada da dəfn olundu. 

Toğrul bəyin türbəsi indi də durur.   

 Toğrul  bəy  ağıllı,  sözünə  bütöv,  gözəl  qəlbli,  yumşaq  xasiyyətli  insan 

idi. Bütün bu məziyyətlərilə o, ətrafındakı adamlar üzərində güclü təsir bu-

raxırdı.  Ailəsində  ən  çevik  qabiliyyətə  sahib  adam  Toğrul  bəy  idi.  Nişapu-

run yağmalanmasına qarşı çıxdığı buna misaldır. Çağrı bəy ona şəhərin yağ-

malanmasını  təklif  edirdi,  çünki  bu  bir  adət  idi.  Belə  edilmədiyi  təqdirdə 

oğuzların onlardan üz çevirməsi başqa bir adamın ətrafında toplanması daim 

mümkün idi. Halbuki yeni şəraitdə dövlət qurmaq və idarə etmək belə hərə-

kətlərlə bir araya sığmırdı. Nəticədə, Toğrul bəyin xəncər çəkərək özünü öl-

dürəcəyi ilə hədələməsi Çağrı bəyi öz təklifindən vaz keçməyə məcbur etdi. 

Toğrul bəyin fəaliyyəti bizə onun məqsədinin necə geniş olduğunu göstərir. 

Analitik  ağla  sahib  olması,  dəyərli  insanları  qiymətləndirməsi  uğurlarının 

əsas amilləri hesab edilə bilər. Eyni zamanda comərd, dini ehkamlara riayət-

kar bir şəxsiyyət idi.  

Toğrul  bəy  qardaşı  Çağrı  bəylə  birlikdə  oğuz  türklərinin  tarixinə  yön 

vermiş böyük bir şəxsiyyət idi. Böyük qardaşı ilə birlikdə böyük enerji sərf 

edərək yad bir ölkədə dövlət qurmaları, bu dövlətin sərhədlərini Bizans im-

periyasına  qədər  genişləndirmələri  Anadolunun  fəthini  və  oğuz  türklərinin 

bu  ölkədə  yurd  salmalarını  təmin  etmişdir.  Qurulan  bu  böyük  dövlət  onun 

və  böyük  qardaşının  əsəridir.  Onlar  olmasaydı,  idarə  etdikləri  oğuz  kütləsi 

uzlar, İraq oğuzları və Sultan Səncəri məğlub edən oğuzlar kimi dağılıb ge-

dəcəkdi.  

Toğrul bəyin uşağı yox idi. Vəziri onun vəsiyyətinə əməl edərək böyük 

qardaşının oğlu Süleymanı hökmdar taxtına oturtsa da, sərkərdə və əsgərlə-

rin  arzusuna  görə  Çağrı  bəyin  digər  oğlu  Xorasan  hakimi  Alparslan  onun 

xələfi təyin edilmişdi. Ancaq Gird-Kuh qalasında olan Arslan yabğunun oğ-

lu Qutalmış türkmənləri başına yığaraq (onların 50 min nəfər olduğu göstə-

rilir)  onun  qarşısına  çıxmışdı.  Vuruşmada  Qutalmış  məğlub  oldu  və  döyüş 




FARUQ SÜMƏR 

112 


 

meydanına yaxın bir yerdə ölüsü tapıldı. Alparslan Qutalmışın əsir alınmış 

qardaşı Rəsul Təgin və  oğlu Mənsur ilə türkmən bəylərini öldürmək istədi, 

ancaq  vəzir  Nizamülmülk  buna  mane  oldu.  Alparslan  Qutalmışın  ölümünə 

ağlamış və ona yas tutmuşdu.  

Alparslanın  hökmdar olması ilə Toğrul və Çağrı bəylərin dövlətləri bir 

idarə  altında  birləşdi  və  səlcuqlu  dövləti  qüvvətli  bir  imperiyaya  çevrildi. 

Alparslan əmisinin evləndiyi abbasi seyyidəsini hədiyyələrlə Bağdada  gön-

dərdi.  Onun  bu  seyyidə  ilə  evlənməməsi  və  özündən  sonra  gələn  səlcuqlu 

hökmdarlarının xəlifələrdən qız istəməmələrinin bir səbəbi olmalıdır. Bu sə-

bəb ehtimal ki, Toğrul bəyin izdivacdan 6-7 ay qədər qısa müddət sonra öl-

məsilə, xəlifələrdən «Güclə qız almağın uğurlu olmadığı» şəklində qüvvətli 

bir inamın yaranması ilə əlaqədardır.  

Məşhur Cəfər Bərməkinin aqibəti də bu xüsusda bir misal kimi xatirələr-

də yaşayırdı. Maraqlıdır ki, əməvilər də öz ailələrindən olmayanlara qız ver-

məmişlər. Alparslan 456-cı ildə (1064) Şərqi Anadoluya və Gürcüstana yü-

rüşdən sonra 458-ci ildə (1056/1066) Üst-Yurd və Manqışlaq tərəflərə getdi. 

Anlaşıldığına görə, Manqışlaqla Aral gölü arasında Çarığ (?) adlı bəyin baş-

çılığı  altında qələbəlik bir türkmən kütləsi  yaşayırdı. Onlar qıpçaqlarla qa-

rışmış  halda,  yəni  onlarla  birlikdə  yaşayırdılar.  Türkmənlər  Xarəzmlə  İdil-

boyu arasındakı çox işlək ticarət yolundan keçən karvanları soyurdular. Alp-

arslanın bu səfərdən məqsədi onların təcavüzünün qarşısını almaq, bu əhə-

miyyətli ticarət  yolunu təkrar açmaq idi. Alparslan Xarəzmin mərkəzi Gür-

gəncdən çıxaraq Çarığın olduğu yerə gəldi. Çarığ əsgərinin çoxluğuna güvə-

nərək  (30  min  nəfər  olduğu  söylənir)  ona  qarşı  çıxdısa  da,  tar-mar  edildi. 

Türkmənlər  arvad-uşaqlarını,  mal-qaralarını  qoyaraq  Manqışlağa  qaçdılar. 

Burada Kafşut adlı bir bəy vardı ki, o, türkmən olmalıdır, çünki Manqışlaq 

X əsrdən bəri oğuzların ən tanınmış yurdlarından biri idi. Kafşut Alparslanın 

elçisinə çox xoş üz göstərdiyi üçün onun ölkəsinə daxil olmadan Xarəzmə 

geri  qayıtdı.  Alparslan  buradan  Sır-Dərya  sahilindəki  Cənd  şəhərinə  gəldi. 

Bundan  məqsədi  sadəcə  olaraq  babası  Səlcuqun  qəbrini  ziyarət  etmək  idi. 

Şəhərin  hakimi  (Cəndxan)  anasını  göndərərək  Alparslana  tabe  olduğunu 

bildirdi. Babasının qəbrini ziyarət edən Alparslan buradan təkrar Xarəzmə, 

oradan  da  Xorasana  qayıtdı

1

.  Onun  altı  aya  yaxın  davam  edən  bu  səfərləri 



ana yurddakı oğuzlarda səlcuqlu ölkəsinə köçmək arzusunu doğurmuş və ya 

qüvvətləndirmiş  ola  bilər.  Məsələn,  1070/1071-ci  illərdə  Suriyaya  gedərək 

burada fəthlərdə bulunan oğuz bəylərindən Atsızın ləqəbi Xarəzmi idi ki, bu, 

onun  Xarəzmdən  təzəlikcə  gəldiyinə  işarədir.  Alparslanın  babası  Səlcuqun 

qəbrini  ziyarət  etmək  üçün  Cəndə  qədər  getməsi  onun  əcdadlarına  qarşı 

duyduğu sevgi və bağlılığı göstərir.  

                                                           

1

 Sibt ibn ül-Cəvzi. Mirat üz-zaman. Türk-islam əsərləri muzeyi kitabxanası, № 2134, vərəq 



242 b; Əxbər üd-dövlət is-səlcuqiyyə, s. 40; Mirxond. Rövzət üs-səfa, III, s. 98-99. 


Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə