Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə48/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   44   45   46   47   48   49   50   51   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

99 


 

milər  xüsusilə  mərhəmətsiz  hərəkət  etmişdilər.  Bir  müddət  sonra  oğuzlar 

hiylə ilə Əbu Kalicarı qaladan çıxarıb varını-yoxunu əlindən aldılar

1

.  



Bu  dediklərimiz  bizə  oğuzların  misilsiz  döyüşçülər  olduğunu  göstərir. 

Di gəl ki, İraq oğuzlarının yeganə qayələri yağmaçılıq idi. Onlar bu işi o qə-

dər norma halına salmışdılar ki, xəlifə yağmadan vaz keçmələri üçün onlara 

məktub yazmışdı. Bu oğuz elatının başçısı olan bəylərə zəbt etdikləri yerdə 

istər müstəqil, istərsə də vassal kimi dirlik-düzənlik qurub oranı idarə etmək 

fikri  həmişə  yad  olmuşdur.  Bu  bəylərdən  ancaq  Rey  hakimi  Qızıl  kiçik  is-

tisna  təşkil  edir.  Gerçəkdən  Qızılın  səlcuqlularla  əməkdaşlıq  etdiyi  bilinir. 

Onun Toğrul bəyin  bacısı  ilə evləndiyi  və xəlifənin  məktubuna  onunla  bir-

likdə cavab yazdığı məlumdur

2

. Atasının adı Yəhya olan Qızıl, ibn ül-Əsirin 



verdiyi məlumata görə, 432-ci ildə (1040/1041) vəfat edərək Rey kənarında 

dəfn edilmişdir

3

. Digər macəraçı bəylərin həyatlarının sonu barədə sonra da-



nışacağıq.  

Xorasana  gəlincə,  səlcuqlu  axınlarının  qarşısını  kəsmək  vəzifəsi  tapşı-

rılmış sübaşı mükəmməl təchizatlı bir ordu ilə üç ildən bəri bu işlə uğraşırdı. 

Səlcuqlular bir yeri işğal edən kimi oraya qaçır, ancaq həmin an onların baş-

qa yerə girdiklərini eşidirdi. Nəhayət, Məsud səlcuqlularla meydan mühari-

bəsinə girmək üçün qəti əmr verdi. Səraxs yaxınlığında Təlxab deyilən yer-

də 429-cu ilin şaban ayında (may, 1038) baş verən vuruşmada sübaşı darma-

dağın edildi. Qəznəvi ordusunun böyük sursatı yenə səlcuqluların əlinə keç-

di.  Ancaq Səraxs  zəfərinin ən  mühüm nəticəsi  odur ki,  səlcuqlular Xorasa-

nın bir hissəsini işğal etdilər. Toğrul və Çağrı bəylər bu zəfərdən sonra özlə-

rinə  əsil  hökmdar  gözü  ilə  baxmağa  başladılar.  Ancaq  Toğrul  bəy  baş  rəis 

kimi qəbul edilmişdi. Musa Bəyğu üçüncü dərəcəli başbuğ idi. Aralarındakı 

sazişə  görə  «öz  yoldaşları  içində  baş»  kimi  tanınan  Toğrul  bəy  Nişapur, 

Çağrı bəy Mərv, Musa Bəyğu isə Səraxs bölgəsini aldılar. Toğrul bəy anabir 

qardaşı İbrahim Yınalı Nişapura göndərdi

4

.  



Yınal 200-300 atlı ilə Nişapura gəldi. Nişapurlular cırıq və köhnə paltar-

lı, ancaq çox yaraşıqlı bir gənc olan İbrahim Yınalı və yoxsul geyimli əsgər-

lərini  dostcasına  qarşıladılar.  Toğrul  bəyin  adına  məlik  ül-mülük  (məliklər 

məliki) ünvanlı xütbə oxundu ki, bu o zamanlar hökmdarlıq əlamətlərindən 

biri idi. Bir neçə gün sonra çoxu zireh geymiş 3 min atlı ilə Toğrud bəy şə-

hərə gəldi. Onun qolunda gərilmiş bir  yay, kəmərində üç ox var idi ki, bu-

nun oğuzlarda bəlkə də bütün türk qövmlərində hökmdarlıq əlaməti olduğu 

anlaşılır.  Ayağında  dəri  çəkmədən  daha  rahat  olması  ehtimal  edilən  keçə 

                                                           

1

 İbn ül-Əsir, IX, s. 160. 



2

 Əbülfərəc tarixi. Türkcə tərcüməsi, s. 296. 

3

 İbn ül-Əsir, IX, s. 206. 



4

 Beyhaki, s. 553. 




FARUQ SÜMƏR 

100 


 

çəkmələr vardı. Toğrul bəy sultan Məsudun taxtında oturaraq şəhərin əyan-

əşrəfi ilə görüşdü.  

 Şəhərin  ən  böyük  mənəvi  şəxsiyyəti  qazı  Səidin  öyüdlərini  dinləyərək 

«Biz əcnəbiyik, əcəmlərin (tacikan) adətlərini bilmirik, qoy qazı öz öyüdlə-

rini məndən əsirgəməsin» deyə cavab vermişdi

1

. Nişapurda Toğrul bəyə ol-



duğu kimi, Mərvdə də Davud Çağrı bəyin adına xütbə oxunmuşdu.  

İki  əmirinin  dalbadal  məğlub  olduğunu  görən  Sultan  Məsud  nəhayət 

oğuzların üstünə özü yürüş etməyi qərara aldı və yaxşıca hazırlaşaraq Bəlxə 

gəldi. Səlcuqlu problemi onu ən çox məşğul edən məsələ idi. Onlardan çə-

kinir,  hətta  onlarla  qarşılaşmağı  o  qədər  də  istəmirdi.  Səlcuqlular  məsələsi 

onu  həmişə  əsəbiləşdirmiş,  xüsusilə  bu  səbəbdən  onlara  qarşı  ağıllı  tədbir 

tökə  bilməmiş  və  doğrudan  da  çox  ağıllı  və  müdrik  vəzir  olan  Əbül  Nəsr 

Əhməd ibn Əbdüs-Səmədin isabətli fikirlərini dəfələrlə rədd etmişdi. Əslin-

də,  Məsud  səlcuqluların  Xorasana  ayaq  basdıqlarını  öyrənən  andan  təlaşa 

düşmüşdü.  Çünki  türk  olduqlarından  onların  yüksək  döyüş  qabiliyyətinə 

yaxşı  bələd  idi.  Əvəzində  deyləmilərə  və  kürdlərə  əsgər  kimi  heç  qiymət 

vermirdi.  Ələlxüsus  türk  sərkərdə  və  əsgərlərinin  də  səlcuqlularla  döyüşə 

həvəssiz  olduqları  görünürdü.  Bunun  başlıca  amilləri  sultanın  türklərdən 

ibarət  seçmə  ordu  ilə  yaxından  maraqlanmaması,  bəzi  sərkərdələri  işdən 

qovmaq və  ya öldürtməklə türkləri rəncidə edən hərəkətlərdə bulunması və 

özünün  zəif 

 

şəxsiyyəti  idi.  Hətta  bu  seçmə  türk  ordusundan  bir  neçə  min 



adamın  səlcuqlular  tərəfinə  keçdiyini  bilirik.  Bunların  çoxunun  və  ya  mü-

hüm hissəsinin səlcuqlulara ikinci vuruşdan, yəni Səraxs döyüşündən sonra 

qoşulduqları ehtimal olunur.  

Sultan  Məsud  430-cu  ilin  cümadi-ülaxırında  (mart,  1039)  Bəlxdə  olar-

kən 10 türkmən atlısı onun yaşadığı saraya qədər soxularaq oradakı fillərdən 

birini sürüb aparmışdı. Ertəsi gün türkmənlərin bu cəsarətindən xəbər tutan 

sultan çox mütəəssir oldu

2

, ancaq bir ay sonra (rəcəb, 430 - aprel, 1039) Ül-



yaabad  çölündə  Çağrı  bəylə  qarşılaşaraq  onu  qaçmağa  məcbur  etməsi  sul-

tanın  mənəvi  qüvvəsini  xeyli  düzəltmiş  və  bu  qələbə  səlcuqlulara  hücum 

xüsusda ona cəsarət vermişdi.  

Səlcuqlular Məsudun Qəznəvi ordusunun 6.000 nəfərlik ən seçmə birləş-

məsi  də  daxil  olmaq  üzrə  qüvvətli  bir  qoşun  ilə  gəldiyini  eşitdikdə  bütün 

qüvvələrini topladılar. Sultana səlcuqlu ordusunun 20.000 atlıdan ibarət ol-

duğu xəbər verilmişdi. Qəznəvi casuslarının gətirdiyi başqa bir xəbərə görə, 

qurulan  məşvərətdə  Toğrul  və  yınallılar  böyük  orduya  və  qüvvəyə  sahib 

Məsuda  qalib  gəlməyin  çətinliyinə  işarə  edərək  özlərinin  İraqi-Əcəm  (əsa-

sən  Rey,  Qəzvin,  Həmədan  və  İsfahan  bölgələri)  və  Cürcana  girəcəkləri 

təqdirdə bir ovuc deyləmi və kürd mütəqəllibəsinin əlindəki yerləri asanlıqla 

                                                           

1

 Göstərilən əsər, s. 554. 



2

 Göstərilən əsər, s. 567. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə