Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə46/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   42   43   44   45   46   47   48   49   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

95 


 

etibarını zədələmiş, Sultan Məsudun zəif bir şəxsiyyət olduğunu bütün açıq-

lığı ilə meydana qoymuşdu.  

Səlcuqluların bu zəfərdən sonra idarələri altındakı oğuz elatının müxtəlif 

yerlərdən  gələn  oymaqlar  hesabına  artdığı 

 

şübhəsizdir.  Hətta  İraq  oğuzla-



rından  bir  bölüyün  onlara  qatıldığı  məlumdur

1

.  Bunun  əvəzində,  yağmurlu 



və qızıllı oğuzları ilə Balxan türkmənlərindən bir bölük səlcuqlulara tabe ol-

mamaq  fikrində  inad  və  israr  edərək  köçüb  İsfahan  hakimi  Kakuyə  oğlu 

Əlaüddövlənin  xidmətinə  girdilər

2

,  ancaq  çox  çəkmədən  ondan  ayrılaraq 



soydaşları  İraq  oğuzları  ilə  birləşdilər.  Bu  yolla  maddi  qüvvələri  artan  və 

səlcuqluların müvəffəqiyyətindən cəsarət alan İraq türkmənləri isə Rey böl-

gəsinə  hakim  oldular  ki,  bu  barədə  sonra  danışılacaqdır.  Səlcuqluların  Xo-

rasana gəlişi və bəzi sərhəd bölgələrini işğal etmələri ilə Balxan və Ceyhun 

yolları açılmış, buradan Xorasana türkmənlər gəlməyə başlamışdılar

3

.  



Sülh bağlandıqdan üç-dörd ay sonra türkmənlər yenidən yağma hərəkət-

lərinə  başladılar.  Yağmaya  son  verilmədiyi  üçün  sübaşının  sərkərdəliyi  al-

tında 15 min nəfərlik bir ordu hazırlanıb onların üstünə göndərildi (rəbi ül-

axır, 427- fevral, 1036). Bu ordunun vəzifəsi Xorasan vilayətini səlcuqlu hü-

cumlarından qorumaq idi. Aradan 9 ay keçdi,  ancaq mühüm bir hadisə baş 

vermədi. 428-ci ilin məhərrəm ayında (noyabr, 1036) səlcuqlular elçi göndə-

rərək yeni bir tələbdə bulundular: Mərv, Səraxs və Bavərd şəhərlərinin onla-

ra verilməsini istədilər. Onlar səbəb olaraq əvvəlcə verilmiş yerlərin darlığı-

nı, idarələri altındakı adamlara kafi olmadığını irəli sürürdülər

4

. Bunun doğ-



ruluğuna inanmaq olar, çünki arxadan gələn yeni oymaqlar hesabına səlcuq-

lu elatı getdikcə böyüyürdü.  

Səlcuqlular  bu  istəklərinə  müsbət  cavab  almadıqları  üçün  hücumlarını 

daha da şiddətlə davam etdirdilər. Sübaşı yalnız müdafiə olunur və bu məq-

sədlə vilayət-vilayət dolaşırdı. Məsud səlcuqlu axınlarının qarşısını tamami-

lə  almaq üçün dövlət ərkanının tövsiyəsilə Xorasana  getmək  əvəzinə  qaza-

vat niyyətilə Hindistana yola düşdü (zilhiccə, 428 - oktyabr, 1037). Halbuki 

bu  əsnada  Reydə  Xorasandakılardan  daha  mühüm  bir  hadisə  cərəyan  et-

mişdi.  Daha  əvvəldə  deyildiyi  kimi,  Sultan  Mahmud  tərəfindən  qəznəvi 

dövləti xidmətinə qəbul edilən Arslan yabğunun oğuzlarının mühüm bir qis-

mi Rey valisi təyin olunan Taş-Fərraş ilə birlikdə oraya göndərilmişdi. On-

ları  Reyə  göndərməkdən  başlıca  məqsəd  Rey  bölgəsinin  qorunmasında 

oğuzlardan istifadə etmək idi. Ancaq oğuzlara o qədər də etimad bəslənilmir, 

onlara ciddi göz qoyulurdu. Oğuzlar bir neçə dəfə itaətsizlik edib qarışıqlıq 

çıxarsalar da, bunlar çox böyümədən uzlaşma surətilə yatışdırılmışdı.  

                                                           

1

 Beyhaki, s. 497. 



2

 Göstərilən əsər, s. 521. 

3

 Yenə orada, s. 505. 



4

 Yenə orada, s. 505. 




FARUQ SÜMƏR 

96 


 

Yuxarıda deyildiyi kimi, səlcuqluların Xorasanın bəzi vilayətlərinə gəlib 

orada yurd saldıqları üçün yağmurlu, qızıllı türkmənləri ilə Balxan türkmən-

lərindən  bir  bölük  səlcuqlulara  tabe  olmaq  istəməyərək  köçüb  İsfahan  və 

Həmədan hakimi deyləmi Kakuyə oğlu Əlaüddövlənin xidmətinə girmişdi

1



Sonra bu  oğuzlar  Əlaüddövlədən  ayrılıb Reydəki  oğuzlarla  birləşdilər.  İraq 

oğuzlarının 5.000 atlı qoşunu vardı. Bunların əksəriyyətinin səlcuqlu Arslan 

yabğuya  bağlı  oğuz  zümrəsi  olduğunu  burada  bir  daha  xatırladaq.  Onların 

başçıları  arasında  4  köhnə  başbuğdan  üçü  -  Gök-Taş,  Buka  və  Qızıl,  Qız-

oğlu, Mənsur, Dana və Anasıoğlu kimi bəylər də vardı.  

İraq  oğuzları  428-ci  ildə  (1037),  şübhəsiz,  səlcuqluların  Xorasanda  qa-

zandıqları müvəffəqiyyətlərdən cəsarət alaraq hərəkətə gəldilər. Onların əv-

vəlcə Xorasan istiqamətinə yönəlib Damcan və Simnan şəhərlərini yağmala-

dıqları ehtimal olunur. Bunun ardınca təkrar Reyə tərəf yönələn oğuzlar Xu-

varı yağmaladıqdan sonra Reyə bağlı Müşkuyə ətrafını da taladılar. Onların 

bu  hərəkətlərini  görən  Reydəki  qəznəvi  valisi  Taş-Fərraş  ilə  ona  kömək 

üçün göndərilmiş Əbu Səhl Həmdəvi oğuzlarla döyüşə hazırlaşdılar. Onlar 

vəziyyəti  Sultan  Məsuda  və  onun  vassallarından  Cürcan  və  Təbəristan  ha-

kimlərinə  bildirib  kömək  istəmişdilər.  Taş  3.000  atlı  və  fillərlə  oğuzların 

qarşısına çıxdı. Onun ordusunda Sultan Məsudun əsgər kimi o qədər də qiy-

mətləndirmədiyi  xeyli  kürd  vardı.  Oğuzlar  isə  5.000  atlı  idilər.  Vuruşmada 

Taş ağır məğlubiyyətə uğradı. Şəxsən Taş və altındakı fil tələf edilmiş, Taş 

yerə  salınmış,  Məsudun  əmrinə  görə  öldürdüyü  Yağmurun  və  başqalarının 

qisasını almaq üçün parça-parça edilmişdi.  

Adından  da  göründüyü  kimi,  türk  olduğu  bilinən  Məsudun  Rey  valisi 

Taşın aqibəti belə oldu. Bu döyüşdə bəzi sərkərdələr, xorasanlılardan çoxlu 

məmur  ölmüş,  sursat  və  fillər  oğuzların  əlinə  keçmişdi.  Oğuzlar  Əbu  Səhl 

Həmdəvini  və  reyliləri  də  məğlub  edərək  şəhərə  girdilər,  oranı  heç  nə  qal-

mayacaq dərəcədə yağmaladılar.  

Əbu Səhl bir bölük əsgərlə şəhərin  yaxınlığındakı Tabərək qalasına sı-

ğındı. O, vuruşların birində Yağmurun bacısı oğlunu və yüksək rütbəli sər-

kərdələrindən birini də əsir almışdı. Oğuzlar həmin sərkərdənin buraxılacağı 

təqdirdə çox şey verəcəklərini vəd etsələr də, Əbu Səhl öz hökmdarı Sultan 

Məsudla məsləhətləşmədən heç nə edə bilməyəcəyini bildirmişdi. Bu əsnada 

Cürcan əsgərlərinin Əbu Səhlə köməyə gəldiyini eşidən oğuzlar Rey kəna-

rında basqın edərək həmin ordunu tar-mar etdilər, sərkərdə də daxil olmaq 

                                                           

1

 Beyhaki, s. 521, 530. İbn ül-Əsir yazır ki, Mahmud Qəznəvi Arslan yabğunun oğuzlarını 



öz ölkəsindən qovduqdan sonra İsfahan hakimi Kakuyə oğlu Əlaüddövlənin yanına 2.000 

çadırlıq bir oğuz bölüyü getmişdir. Onlar yağmurlu, qızıllı və balxanlı oğuzları olmalıdırlar. 

Ancaq onlar Əlaüddövlənin xidmətinə ibn ül-Əsirin dediyi kimi Sultan Mahmud zamanında 

deyil, səlcuqluların Xorasana yerləşməsi nəticəsində girmişlər. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə