Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə40/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   36   37   38   39   40   41   42   43   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

83 


 

vət olundu və oraya getdi, ancaq vuruşmalardan və daimi yürüşlərdən bezib-

usanmış əsgərlərinin dağılması üzündən təkrar Xorasana qayıtdı və ərəb ibn 

Büheycin  obasında  qonaq  düşdü.  Burada  Mahruy  adlı  bir  amilin  (maliyyə 

məmuru) təhriki ilə bu bədbəxt samani 

 

şahzadəsi ərəblərin əlində can verdi 



(395-ci  ilin  rəbiül-əvvəl  ayı  dekabr-yanvar  1004).  Əbu  İbrahimin  əzab  və 

iztirablarla dolu həyatı beləcə həzin bir şəkildə sona çatdı. Onun ölümü ilə 

şəksiz, həm Mahmud Qəznəvi, həm də İlig xan dərin bir nəfəs aldılar.  

Yuxarıda nəql edilənlərdən belə anlaşılır ki, Əbu İbrahim Müntəsir qara-

xanilərə qarşı mübarizədə ancaq oğuzların sayəsində müvəffəqiyyət qazana 

bilirdi. Ancaq oğuzların qayəsi sadəcə qənimət əldə etmək olduğundan dav-

ranışları  da  buna  uyğun  idi.  Mavərünnəhrdəki  Qaraxani  hökmdarı  İlig  xan 

Əbu İbrahim adlı bəlanın ortadan qalxmasından sonra Xorasanı da öz ölkə-

sinə birləşdirməyi planlaşdırmışdı. O, Mahmud Qəznəvinin Hindistanda ol-

masından istifadə edərək 1006-cı ildə sübaşı Təginin başçılığı altında bir or-

du  göndərdi.  Lakin  Mahmud  Qəznəvinin  özünü  yetirməsi  ilə  sübaşı  Təgin 

heç nəyə müvəffəq ola bilmədi, Mavəraünnəhrə qayıtmaq üçün Səraxs yolu-

nu seçdi. Ancaq oğuz əmiri Alhamas ibn Tak onun qabağını kəsdi. İki tərəf 

arasında çox şiddətli çarpışma oldu və hər iki tərəfdən çoxlu adam ölməklə 

bərabər nəticədə sübaşı Təgin qalib gəldi, oğuz əmiri əsir alındı və iki şaqqa 

edilmək surətilə öldürüldü

1

. Bu oğuz bəyinin adı əl-Ütbinin farscaya tərcü-



məsində Möhsün bin Tak şəklində  çəkilir

2

. Onun  Əbu  İbrahimin  İlig xanla 



son vuruşmasında 5.000-ə qədər əsgərlə qaraxani səflərinə keçən Əbülhəsən 

Tak ilə eyni şəxs olduğu, yoxsa onun oğlu olduğu bilinmir.  

İki  il sonra  qəznəvilərlə  qaraxanilər arasında baş verən və qəznəvilərin 

qələbəsi  ilə  nəticələnən  Bəlx  vuruşmasında  Sultan  Mahmudun  ordusunda 

oğuzlardan bir zümrə vardı

3

. Bunlar, şübhəsiz, yuxarıda adı çəkilən oğuz bə-



yinin adamları idi. Bu qeydlərin bizim üçün mühüm olan cəhəti səlcuqlular-

dan əvvəl oğuzların (çox olmasa da) bir qisminin Xorasana köçməsi və ora-

da yaşamasıdır. Mavəraünnəhr hökmdarı Qaraxani Nəsr ibn İlig 1013-cü il-

də vəfat etdi. Yerinə keçən qardaşı Mənsur Arslan İlig ünvanı daşımağa baş-

ladı  və  sonralar  xanədanın  ən  qüvvətli  hökmdarı  oldu.  Onun  hakimiyyəti 

Talas,  Şaş  (Daş-Kənd), Tünxas,  Binxas,  Fərqanə, Öz-Kənd, Xocənd,  Uşru-

sana,  Səmərqənd  və  Buxarada  tanınırdı.  Lakin  411-ci  ildə  (1020/1021)  xa-

nədana mənsub olan Əli Təgin Buxaraya hakim oldu və öz sərhədlərini ge-

nişləndirməyə  başladı

4

.  Bu  tarixdə  Səlcuqun  oğlu  Arslan  yabğunun  haki-



miyyəti  altındakı  səlcuqluların  Cənddən  aşağı  enərək  Buxaranın  20  fərsəx 

şimalında yerləşən Nur yörəsində yaşadıqlarını görürük. Səlcuqluların Cən-

                                                           

1

 əl-Ütbi, II, s. 79.  



2

 Carbadakani, s. 294, ona istinadən Cami-ət-təvarix, II, cüz, 4 s. 150. 

3

 Əl-Ütbi, II, s. 84; Carbadakani nəşri, s. 294. 



4

 İbn ül-Əsir, IX, s. 197. O. Pritsak. Qaraxanilər, VI, s. 255-256. 




FARUQ SÜMƏR 

84 


 

di tərk edərək aşağıya - Buxara bölgəsinə gəlmələrinin Əli-Təgin ilə əmək-

daşlıqla deyil, yeni bir təzyiqlə əlaqədar olduğu anlaşılır. Çünki 1030-cu il-

lərdə  Cənd  ətrafının  səlcuqluların  düşməni  Şah  Məlikin  əlində  olduğu  mə-

lumdur.  Qəti  şəkildə  söyləmək  mümkündür  ki,  səlcuqluları  Cənddən  Nur 

bölgəsinə enməyə Şah Məlik məcbur etmişdir. Səlcuqluların Cənd ilə əlaqə-

si yalnız ataları Səlcuqun qəbrinin orada olması kimi mənəvi bir bağdan iba-

rət oldu


1

.  


Səlcuqun nə vaxt öldüyü də məlum deyil

2

. Həmin əsərlərə görə, Mikayıl 



atası Səlcuqdan əvvəl bir döyüşdə vurularaq ölmüş (ehtimal ki, qıpçaqlarla 

vuruşmada),  onun  oğulları  Toğrul  bəyi  və  Çağrı  bəyi  Səlcuq  özü  saxlayıb 

böyütmüşdür.  

Əli Təgin ilə Arslan yabğu arasında qüvvətli bir ittifaq mövcud idi. Hət-

ta  O.Pritsak

3

 Əli  Təginin  Buxaranı  Arslan  yabğunun  köməyilə  ələ  keçirdi-



yini  qeydsiz-şərtsiz  qəbul  edir.  Qaynaqlarda  bu  xüsusda  heç  bir  dəlil  yox-

dursa da, bunu ehtimal etmək mümkündür. Çünki  bir az sonra Əli  Təginin 

Arslan  xanın  (Mənsur  ibn  Əli)  qardaşı  İliglə  (Məhəmməd  ibn  Əli)  qalib 

gəldiyi vuruşmada Arslan yabğu onun müttəfiqi olmuş və hər halda zəfərin 

qazanılmasında mühüm rol oynamışdır.  

Qaraxanilərin  böyük  xaqanı  Mənsur  ibn  Əli  (Arslan  İlig)  415-ci  ildə 

(1024/1025)  hökmdarlıqdan  vaz  keçərək  yerini  Yusif  ibn  Haruna  verdi.  O, 

Qadir xan ünvanını daşıyırdı. Qardaşları Əhməd və Əli Təgin ona qarşı bir-

ləşdilər. Əhməd özünü böyük xaqan elan etdi və Balasağun, Xocənd və Fər-

qanəyə hakim oldu. Buna görə Qadir xan Mahmud Qəznəvi ilə sazış bağladı. 

Mahmud  Qəznəvi  də  tez-tez  torpaqlarına  təcavüz  etdiyi  üçün  Əli  Təginin 

qonşuluğundan narazı idi. Buna görə, Mahmud Qəznəvi 416-cı ildə (1025) 

Ceyhunu keçərək Mavəraünnəhrə girdiyi zaman Yusif Qadir xan da Kaşğar-

dan gəldi. İki böyük hökmdarın gəlişi nəticəsində Əli Təgin bozqırlara qaçdı. 

Onun  müttəfiqi  Arslan  da  eyni  cür  hərəkət  etmişdi.  Sultan  Mahmud  Hacib 

Bilgə Təginin başçılığı altında Əli Təginin üstünə əsgər göndərdi. O, Əli Tə-

kinin xatunu, qızları və kibitkalarını ələ keçirib geri döndü.  

Arslan yabğuya gəlincə, sultap vədlərdə bulunaraq onu ordugahına gəl-

məyə dəvət etdi. Dövrün ən böyük hökmdarı ilə görüşmək sayəsində şöhrə-

tinin  artacağını  və  qüdrətinin  çoxalacağını  sanan  Arslan  yabğu  təxminən 

300  nəfərlik  məiyyəti  ilə  Mahmud  Qəznəvinin  ordugahına  gəldi.  Burada 

Arslan  yabğunun  qüdrətinin  səviyyəsini  öyrənmək  istəyən  Sultan  Mahmu-

dun  verdiyi  sualla  bağlı  məşhur  danışıq  oldu.  Bu  müsahibəni  təfsilatı  ilə 

                                                           

1

 Kahen (Məliknamə, s. 45) onun ölüm tarixinin 400-cü il (1009/1010) olduğunu irəli sürür. 



2

 Əxbar üd-dövlət is-səlcuqiyyə, s. 2: ibn ül-Əsir, IX, s. 197.  

3

 Qaraxanilər, s. 256. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə