7
Aqrar sahənin ümumi məhsuldarlıq baxımından inkişafı zamanı tətbiq edilməsi üçün
respublikaya idxal olunan mineral gübrələrin xeyli hissəsi mürəkkəb və kompleks gübrələr
formasında gətirilir ki, bunların tərkibində olan azot, fosfor və kaliumun nisbəti bitkilərin tələbatına
uyğun deyil. Məsələn, ammofosun tərkibində 11-12% N, 50 % P vardır ki, burada azotun fosfora
nisbəti 1:5-dir. Göründüyü kimi bu da bitkilərin tələbatı üçün tamamilə yararlılığa uyğun gəlmir.
Bunu üçün də mürəkkəb gübrələrdən istifadə edərkən optimal nisbətin çatışmayan hissəsini sadə
gübrələrlə tamamlamaq lazım gəlir.
Torpaq istifadəçilərinin bir qismi hələ də mineral gübrə dedikdə ammonium şorası (ammonium
nitrat) nəzərdə tutur. Onlar fosfor və kalium tərkibli mineral gübrələrə çox az əhəmiyyət verirlər.
Qeyd edək ki, bu gübrələr bitki üçün biri digərini əvəz edə bilməz hamısı eyni dərəcədə lazımdır.
Hal-hazırdaiqtisadi siyasətin prioritetlərini təşkil edən ərzaq təhlükəsizliyi ölkənin iqtisadi
müstəqilliyinin tərkib hissəsidir.Heç kimə sirr deyildir ki, torpağın münbitliyinin qorunub
saxlanmasında geniş təkrar istehsalın təminatında mineral gübrələrdən qədərincə və düzgün istifadə
edilməsi olduqca zəruridir. Kənd təsərrüfatının bütün sahələrində dünyanın inkişaf etmiş
ölkələrindən fərqli olaraq, respublikamızda məhsuldarlığa görə dinamika aşağıdır. Təbii olaraq
ölkənin əhalisi getdikcə artır və kənd təsərrüfatına yararlı torpaq sahələri müxtəlif səbəblərdən
azalmağa meyillidir. Belə bir şəraitdə intensiv amillər hesabına məhsul istehsalını artırmaq olduqca
aktualdır. Torpağın eroziyaya uğraması, şoranlaşması və s. amillər də təsirsiz ötüşmür.
Digər maddi-texniki resurslar kimi mineral gübrələr də sovetlər dönəmində mərkəzləşdirilmiş
və planlı qaydada təchiz edilirdi. Yeni istehsal münasibətlərinə keçdikdən sonra kənd təsərrüfatı
məhsulu istehsalçıları digər zəruri istehsal vasitələri kimi mineral gübrələri də fərdi qaydada özləri
əldə etməli olurdular. Hal-hazırda isə problemlər tədricən aradan qaldırılır və aqrar sahənin
inkişafına böyük diqqət yetirilir.
Respublikada mineral gübrələrə olan ümumi tələbatı tam aydınlaşdırmağa çalışmışıq.
Apardığımız təhlillər onu göstərir ki, 2000-ci ildən 2013-cü ilədək ölkəmizə idxal edilmiş
mineral gübrələr ümumi tələbatdan qat-qat aşağı olmuş lakin son iki ildə isə əvvəlki illərə nisbətən
artmışdır.(şəkil 1)
Şəkil 1-dən göründüyü kimi,2000-ci ildə 40,5 min ton mineral gübrə gətirilmişdir ki, bundan
da çoxunu 32,9 min tonunu azotlu gübrələr təşkil edir, 2005-ci ildə isə bu göstərici artaraq, idxal
olunan mineral gübrənin miqdarı 77,3 min ton olmuşdur. 2010-cu ildə isə bu göstərici əvvəlki ildən
fərqli olaraq, azalmış 49,2 min ton təşkil edir və bunun da 33 min tonu ümumi azot gübrəsinin payına
düşür.
Şəkil 1. Növlər üzrə mineral gübrələrin idxalı( fiziki çəkidə, min ton)
0
20
40
60
80
100
120
140
160
2000
2005
2010
2011
2012
2013
2014
2015
Cəmi mineral gübrələr azotlu
fosfatlı
kaliumlu
sair
8
Ölkəyə gətirilən mineral gübrə 2012 və 2013-cü ildə əvvəlki illərdən daha çox fərqlənmiş,
2012-сi ildə 99,6, 2013-cü ildə isə 97,7 min ton olmuşdur. Belə ki, 2013-cü ildə onun da 69,9 %-ni
(68,3 min ton) azotlu, 10,2 %-ni fosfatlı (10,0 min ton), 3,07 %-ni kaliumlu (3,0 min ton), qalanını
isə sair gübrələr təşkil edir.
2015-ci ildə isə 2013-cü ildən fərqli olaraq artmış və cəmi 152,1min ton gübrə idxal
olunmuşdur. Bundan da 104,2 min ton azot, 3,7 min ton fosfor, 2,5 min ton kalium gübrəsinin 41,7
min ton isə və s. gübrələrin payına düşür.
Digər tərəfdən mineral gübrəyə artan tələbatın ödənilməsi baxımından ayrı-ayrı bitkiçilik
sahələri üzrə müəyyən edilmiş mineral gübrələrin normaları Şəkil 2-də göstərilən kimidir.
2015-ci ildə ölkədə ayrı-ayrı bitkiçilik sahələri üzrə mineral gübrələrə tələbatın həcmi və
həmçinin tələbatın ödənilmə səviyyəsi aşağıda diaqramda tam şəkildə verilmişdir (Şəkil 2).
Qeyd edim ki, hesablamalar hər bir iqtisadi rayon və eləcə də ona daxil olan inzibati rayonların
becərilmiş əkin sahələrinə əsasən aparılmışdır. Hesablamalarda mineral gübrələrin fiziki və dəyər
ifadəsində həcmləri müəyyən edilmişdir.
Şəkil 2. Mineral gübrələrə tələbat norması (ha/kq)
Mineral gübrələrin qiymətləri çox mütəhərrik olmaqla, tez-tez dəyişir. Mineral gübrələrin 1
tonunun dəyəri azotlu gübrələr üçün 370 manat, fosforlu gübrələr üçün 561 manat, kaliumlu gübrələr
üçün isə 495 manat götürülmüşdür.
Şəkildən göründüyü kimi,1ha ərazi üçün tələb olunan gübrə norması payızlıq taxıl əkinlərində
700 kq-dır, bundan da 250 kq azot(N), 350 kq fosfor(P
2
O
5
) 100 kq isə kalium (K
2
O) gübrələri təşkil
edir.(ümumi formul şəklindəN
250
P
350
K
100
) Pambıq bitkisi üçün mineral gübrəyə olan tələbatın ümumi
formulu N
300
P
400
K
100
kimi qeyd olunur. Kartof bitkisi üçün isəN
200
P
350
K
150
tərtibində
göstərilir.Tərəvəz bitkiləri üçünN
100
P
300
K
100
, bostan bitkilərində də mineral gübrə norması tərəvəz
bitkilərində olduğu normaya uyğundurN
100
P
300
K
100
. Şəkər çuğundurunda isə digər bitkilərdən
fərqlidirN
250
P
350
K
150
, günəbaxan bitkisi üçünN
200
P
300
K
100
, dənlik qarğıdalı bitkisində gübrə
normasıN
150
P
300
K
100
, təzə yonca bitkisi üçünN
100
P
300
K
300
, birillik ot və silos qarğıdalı üçün
N
100
P
200
K
50
, meyvə bitkiləri üçünN
150
P
300
K
100
, üzüm bitkisi üçünN
100
P
300
K
100
, köhnə yonca bitkiləri
üçünN
0
P
300
K
0
, tütündə isəN
180
P
400
K
100
,
nəhayət çay bitkisindəN
200
P
400
K
100
intervalında olmuşdur.
Ümumi dinamikaya nəzərən qeyd etmək olar ki, mineral gübrələrə ən çox pambıq, payızlıq
taxıl, şəkər çuğunduru və çay bitkiləri tələbkardır. Bunlarda azot, fosfor və kalium nisbətləri də
müxtəlifdir. Azot gübrəsi, əsasən, qeyd etdiyim bitki nümunələrində 200-250 intervalında, fosfor
350-400 kq intervalında, kalium isə demək olar ki əksəriyyətində stabil olaraq 100 kq, təkcə şəkər
çuğundurunda isə 150 kq nisbətində dəyişir.Bu təhlildən belə nəticəyə gəlmək olar ki, respublikda
becərilən bitki nümunələrinin hamısı mineral və üzvi gübrə normalarına tələbkardır.Bu gübrə
normasının tətbiqi nəticəsində daha çox və yüksək məhsul əldə etmək olar.
0
200
400
600
800
1 hektara tələb olunan gübrə, kq
azot
fosfor
kalium