11
şəkər çuğunduru üçün 1,2 min ton, pambıq üçün 16,8 min ton, üzümlüklər üçün 1,2 min ton, meyvə
bağları üçün 14,9 min ton, yem bitkiləri üçün 113,7 min ton mineral gübrələrə tələbat olmuşdur.
İqtisadi rayon üzrə tələbatın ödənilmə səviyyəsi 11,0 % təşkil edir.
Yuxarı Qarabağ iqtisadi rayonu. Bu iqtisadi rayona Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa,
Cəbrayıl və Füzuli inzibati rayonları aiddir. İqtisadi rayonun 115528 hektar əkin sahəsi mövcuddur.
İqtisadi rayonun dəyəri 42,3 milyon manat olan 86,6 min ton mineral gübrələrə tələbatı olub. Ondan
28,7 min tonu azotlu (dəyəri 10,6 milyon manat), 44,8 min tonu fosfor (dəyəri 25,1 milyon manat),
6,5 min tonu isə kaliumlu (dəyəri 6,5 milyon manat) gübrələrdir. Faktiki istifadə 9,2 min ton,
tələbatın ödənilmə səviyyəsi 11,4 % olmuşdur.
Kəlbəcər-Laçın iqtisadi rayonunun əkin sahəsi 4446 min hektar olub ki, onun 697 hektarı
Kəlbəcər, 3395 hektarı Laçın, 14 hektarı Qubadlı rayonunun, 354 hektarı isə Zəngilan rayonunun
payına düşür. Əkin sahəsinin müqabilində dəyəri 1,7 milyon manat olan 5167 ton mineral gübrəyə
ehtiyac duyulub. Ondan da azotlu gübrələr 1090 (dəyəri 404 min manat), fosforlu gübrələr 1775 ton
(dəyəri 996,0 min manat), kaliumlu gübrələr 603 ton (dəyəri 299,0 min manat) təşkil edir.
Bu iqtisadi rayonun əksər torpaqları işğal altında olduğu üçün geniş şərhə ehtiyac duyulmur.
Dağlıq Şirvan iqtisadi rayonu. Bu iqtisadi rayona dörd inzibati rayon daxildir: Ağsu,
İsmayıllı, Qobustan və Şamaxı. İqtisadi rayonun əkin sahəsi 115250 hektardır. 2015-ci ildə dəyəri
11,8 milyon manat olan 31,8 min ton azotlu 26,0 milyon dəyərində olan 46,3 min ton fosforlu, 6,7
milyon manat dəyərli 15,5 min ton kaliumlu mineral gübrələrə tələbat olmuşdur ki, bu da cəmi 91,7
min ton təşkil edir. Taxıl sahələrinə 83,0 min ton, pambıq sahələrinə 0,011 min ton, kartof sahələrinə
1,4 min ton, tərəvəz sahələrinə 1,1 min ton, bostan sahələrinə 0,2 min ton, yem bitkiləri sahələrinə
1,1 min ton mineral gübrələrə ehtiyacı olmuşdur. İqtisadi rayon üzrə ümumi tələbatın ödənilmə
səviyyəsi 4,4 % təşkil etmişdir ki, bu da faktiki istifadənin 3,8 min ton olduğu deməkdir.
Naxçıvan Muxtar Respublikasına Sədərək, Şərur, Babək, Şahbuz, Naxçıvan şəhəri, Culfa,
Ordubad və Kəngərli rayonları daxildir. Ümumi əkin sahəsi 61414 hektardır. Dəyəri 20,1 milyon
manat olan 41,1 min ton mineral gübrə tələb olunub ki, ondan 13,0 min tonu azotlu, 21,5 min tonu
fosforlu, 6,6 min tonu isə kaliumlu gübrə olub.
Abşeron iqtisadi rayonunun əkin sahəsi 3379 hektardır və dəyəri 2,0 milyon manat olan 14,7
min ton mineral gübrə tələb olunur.
Sonda isə ümumi olaraq qeyd edək ki, normativlərə əsasən 1099,1 min ton mineral gübrə tələb
olunmuşdur ki, onun da 353,2 min tonunu azotlu, 573,8 min tonunu fosforlu, 172 min tonunu isə
kaliumlu gübrələr təşkil edir. Mineral gübrələrin ümumi dəyəri 537,8 milyon manat civarındadır.
Kənd təsərrüfatında istehsalın davamlı intensiv inkişafı, torpaqların münbitliyinin qorunub
saxlanılması və yüksəldilməsi, bitkilərin məhsuldarlığının artırılması və keyfiyyətinin
yaxşılaşdırılması üzvi və mineral gübrələrin, dərman preparatlarının istehsal texnologiyalarına uyğun
səviyyədə düzgün istifadəsindən birbaşa asılıdır. Aqrar sahədə rəqabətqabiliyyətli və ixracyönümlü
məhsul istehsalının artırılmasında adekvat xidmət şəbəkəsinin formalaşdırılması mühüm əhəmiyyət
kəsb edir. Tədqiqatların nəticəsi onu göstərir ki, regionlarda kənd təsərrüfatında məhsul istehsalının
artırılması üçün torpaqdan sonra əsas istehsal vasitəsi olan üzvi və mineral gübrələrdən istifadə
olunmasına daha çox diqqət yetirilməlidir.
Tədqiq edilən göstəricilər arasında mövсud olan əlaqələrin intensivliyini müəyyənləşdirmək
üçün müxtəlif statistik analizlərin aparılması vacibdir. Belə ki, müxtəlif asılı dəyişənlər ilə sərbəst
dəyişən və bunların özləri arasında korrelyasiya əlaqəsi yoxlanılır. Müxtəlif göstəricilər arasında
mövcud olan əlaqələrin təhlil forması isə reqressiya modeli əsasında müəyyənləşdirilir. Digər
tərəfdən isə statistik təhlil vasitəsi ilə müxtəlif göstəricilər arası həmin əlaqələri yaradan təsir
faktorlarını müəyyənləşdirmək üçün faktorial təhlildən istifadə edilir. Bildiyimiz kimi, faktorial
təhlil çoxölçülü statistik metodların yeni bölməsi hesab edilir. Bu metod statistik göstəricilərin
qruplaşdırılması və təsnifatlaşdırılmasında daha çox tətbiq olunur.
Respublikada ərzaq təhlükəsizliyinin qorunması üçün aqrar sahənin inkişafında məhsuldarlığın
artırılması üçün gübrə təminatının qiymətləndirilməsi zamanı beynəlxalq standartlara müvafiq olaraq
normalar müəyyənləşdirilmişdir.
12
Cədvəl 3
Torpaqda mineral gübrələrin tələb olunan dozalarının təsviri statistik analizi
Statistik təhlilin nəticələrinə uyğun olaraq qeyd etmək olar ki, bir sıra göstəricilərin, ilk
növbədə, orta kəmiyyətləri tapılır. Median və moda qiymətləri də verilən göstəricilər üçün müxtəlif
dəyişir. Verilmiş göstəricilərin riyazi-statistik xarakteristikasının qiymətlərindən görünür ki, orta
kəmiyyətin xətası tələb olunan cəmi mineral gübrələr üzrə 15.7%, azotlu gübrələr üzrə 14,3% fosfatlı
gübrələr üzrə 35.1%, kaliumlu gübrələr üzrə isə 15.5% olmuşdur.
Variasiya əmsalı isə cədvəldən göründüyü kimi cəmi mineral gübrələr üzrə 44.5%, azotlu
gübrələr üzrə 40,3%, fosfatlı gübrələr üzrə 99,6%, kaliumlu gübrələrdə isə 43,9% olmuşdur. Qeyd
edim ki, variasiya əmsallarının 33%-dən böyük olması həmin məlumatların qruplaşdırılmasını sirayət
edir.
Asimmetriya əmsalının onun standart xətasına nisbəti tələb olunan mineral gübrə normasının
cəmi üzrə 7,2, azotlu gübrələr üzrə 5,5, fosfatlı gübrələr üzrə 3,6 və kaliumlu gübrələr üzrə 1,4
olmuşdur. Burada assimmetriya üçün şərtlər tam ödənilməsə də ona uyğunluq çoxdur.
Statistik
xarakteristikaların
təhlilinin
əsas
məqsədi
məlumatların
paylanması
qanunauyğunluğunu müəyyənləşdirməkdən ibarətdir. Əgər paylanma normal deyilsə, onda onu
normallaşdırmaq lazımdır. Bu isə məlumatların qruplaşdırılması vasitəsi ilə yerinə yetirilir. Qeyri-
normal paylanmış məlumatlar əsasında hesablanmış orta kəmiyyətin xətası böyük olur və həmin orta
kəmiyyətə görə hesablanmış yekun göstəricilər təhrif edilir.
Bildiyimiz kimi, korrelyasiya-reqressiya təhlili, göstəricilər arasında əlaqənin sıxlıq dərəcəsinin
(korrelyasiya təhlili) və onun formasının, yəni analitik ifadəsinin (reqressiya təhlili) müəyyən
edilməsindən ibarətdir. Aparılan təhlil zamanı faktor əlamətinin (Xi) qiymətinin dəyişilməsi ilə
nəticə əlamətinin (y) variasiyası müəyyən edilir. Bu əlamətlər arasındakı əlaqənin sıxlıq dərəcəsini
ölçmək üçün korrelyasiya əmsalı (R) müəyyən olunur.Cədvəldən göründüyü kimi, cəmi əkin sahəsi
ilə tələb olunan mineral gübrələrin faktiki həcmi və dəyəri arasında korrelyasiya asılılığı hər bir
göstəriciyə görə müxtəlifdir.
İlk nöbədə, cəmi əkin sahəsi(Y) ilə tələb olunan gübrə həcmi fiziki çəkidə(x
1
)arasında
korrelyasiya əlaqəsi 0,39-dur. Bu da əlaqənin olduğunu göstərir. Amma çox sıx əlaqə deyil. Cəmi
əkin sahəsi ilə istifadə olunan gübrənin faktiki norması (X
3
) arasında əlaqə 0,96-ya bərabərdir. Bu da
əlaqənin daha sıx olduğunu göstərir.
Qeyd edim ki, Çeddok şkalasına görə 0,7
yüksəkdir.
Təsviri statistik göstəricilər
Cəmi mineral
gübrələr
Azotlu gübrələr
Fosfatlı
gübrələr
Kaliumlu
gübrələr
Orta qiymət
94,09
65,96
6,65
3,73
Median
90,20
65,05
4,90
3,60
Moda
90,20
65,05
4,90
3,60
Standart xəta
14,79
9,40
2,34
0,58
Cəm
752,70
527,70
53,20
29,80
Minimum
40,50
32,90
0,10
1,30
Maximum
153,60
104,20
17,50
5,90
Ranq
113,10
71,30
17,40
4,60
Standart kənarlaşma
41,83
26,59
6,63
1,64
Dispersiya
1749,80
707,04
43,90
2,69
Assimmetriya
5,41
4,18
2,67
1,04
Assimmetriyanın standart xətası
0,75
0,75
0,75
0,75
variasiya əmsalı
44,46
40,31
99,63
43,99
13
Bir sözlə, korrelyasiya əmsalı dəyişənlər arasında əlaqənin sıxlığını və istiqamətini müəyyən
edir. Əlaqənin intensivliyi göstəricisinin, sərbəst dəyişənin hansı dərəcədə dəyişməsi ilə asılı
dəyişənin dəyişilməsinin (variasiyasının) izahını müəyyən edir.
Cədvəl 4
Respublikada bitkiçilikdə əkin sahələrinə görə mineral gübrələrə olan tələbatın
korrelyasiya əlaqəsi
Cəmi əkin
sahəsi, ha, Y
Tələb olunan
gübrələrin həcmi,
fiziki çəkidə, (min
ton), x
1
Tələb olunan
gübrələrin
həcmi, dəyəri,
(min man.), x
2
Faktiki
istifadə (ton),
x
3
Tələbatın
ödənilmə
səviyyəsi (%),
x
4
Cəmi əkin sahəsi, ha, Y
1,00
Tələb olunan gübrələrin
həcmi, fiziki çəkidə,
(min ton), x
1
0,39
1,00
Tələb olunan gübrələrin
həcmi, dəyəri, (min
manat), x
2
0,99
0,38
1,00
Faktiki istifadə (ton), x3
0,96
0,45
0,95
1,00
Tələbatın ödənilmə
səviyyəsi (%), x
4
0,47
0,57
0,49
0,63
1,00
Daha dəqiqi desək, xətti korrelyasiya əmsalı -1 və +1 qiymətlərini ala bilər. Bu əmsal mütləq
qiymətinə görə 1-ə nə qədər yaxındırsa, əlaqə bir o qədər sıxdır. "+" işarəsi əlaqənin birbaşa
olmasını, "-" işarə isə əks əlaqənin olduğunu göstərir. Yəni birbaşa əlaqədə faktor əlaməti - x
artdıqda nəticə əlaməti - y artır, əks əlaqədə isə x artdıqda y azalır. Cədvəldən göründüyü kimi,
nəticə əlaməti ilə faktor əlamətləri arasında birbaşa əlaqə mövcuddur.
Göstəricilər arasında korrelyasiya əlaqəsinin olduğu müşahidə olunur. Göründüyü kimi, ümumi
əkin sahəsi ən sıx korelyasiya əlaqəsi tələb olunan gübrə normasının ümumi dəyəri Y və faktiki
istifadə norması(ton) X
3
arasında müşahidə olunur. Zəif əlaqə isə cəmi əkin sahəsi (ha)Y ilətələb
olunan gübrənin həcmi (fiziki çəkidə)X
1
arasında müşahidə olunur. Buna uyğun olaraq eyni əlaqə
demək olar ki, tələb olunan gübrənin çəki norması ilə dəyəri arasında müşahidə olunur. İkinci bir
tərəfdən isə tələb olunan gübrənin dəyəri(min man.) ilə faktiki istifadəsi arasında güclü korrelyativ
əlaqənin olduğu müşahidə olunur. Bu əslində qanunauyğunluğa zidd deyildir. Digər iki uyğunluğa
nəzər salaq.Faktiki istifadə norması(ton),X
3
-lə mineral gübrəyə tələbatın ödənilmə səviyyəsi (%)X
4
arasında da sıx əlaqənin olduğu müşahidə olunur.
Xətti əlaqənin mövcudluğunu və sıxlıq dərəcəsini müəyyən etdikdən sonra korrelyasiya
sahəsinin nöqtələrini hamarlaşdıran xəttin tənliyini qurmaq lazımdır. Aparılan təhlillərə və ədəbiyyat
məlumatlarına görə bu xəttin tənliyi xətti reqressiya tənliyi, xəttin özü isə reqressiya xətti adlanır.
Bunun qrafik təsviri aşağıdakı kimidir:
Reqressiya təhlilində başlıca şərt, model qurulan obyektlər çoxluğunun həmcinsliyidir.Statistik
xarakteristikaların təhlilinin əsas məqsədi məlumatların paylanması qanunauyğunluğunu
müəyyənləşdirməkdən ibarətdir. Əgər paylanma normal deyilsə, onda onu normallaşdırmaq lazımdır.
Bu isə məlumatların qruplaşdırılması vasitəsi ilə yerinə yetirilir.
Şəkildən görünür ki, nəticə göstəricisinin qiymətləri reqressiya xətti ətrafında müsbət meyillə
toplandığına görə məhsul buraxılışı ilə enerji istehlakı arasında müsbət xətti korrelyasiya əlaqəsi
mövcuddur, korrelyasiya sahəsinin nöqtələri reqressiya xətti üzərindədir və ya ona yaxındır.
14
Tədqiqatın nəticəsi göstərir ki, statistik məlumatların keyfiyyətinin yüksəldilməsi üçün
mikroməlumatların ekonometrik təhlilinə ehtiyac vardır. Mikroməlumatların təhlilindən əvvəl
onların redaktəsi, şərti hesablanması (imputasiyası), göstəricilərin statistik xarakteristikaları təhlil
olunmalıdır.
Aparılan araşdırmalara əsasən respublikada kənd təsərrüfatı istehsalının mineral və üzvi
gübrələrlə təminat səviyyəsinin qiymətləndirilməsi baxımından aparılan geniş araşdırmaların
təhlilinə əsasən aşağıdakı nəticələri vermək məqsədəuyğundur.
NƏTİCƏ VƏ TƏKLİFLƏR
1.
Respublika ərazisində suvarma sistemlərinin faydalı iş əmsalı aşağı, faktiki su tələbatı norması
yüksəkdir, suvarma rejiminə çox hallarda əməl olunmur, suvarma texnologiyası pozulur və s.
Bunun üçün hər nəfərə düşən əkin sahəsinin ilbəil azalmasına başlıca səbəb kimi bunu aid
etmək olar.
2.
Torpaqları meliorativ vəziyyətinə görə qiymətləndirərkən, əsasən, onların şorluq və şorakətlik
dərəcələri, qrunt sularının yer səthindən dərinliyi və onların minerallığı, suvarma suyunun
minerallığı, becərilən bitkilərin məhsuldarlığı və s. göstəricilərdən istifadə olunmalıdır.
3.
Kənd təsərrüfatı sistemində istifadə olunan yüksək su tələbatlı bitkilərin daha az su tələbatlı
bitkilərlə əvəz olunması ilə əkin strukturunun dəyişdirilməsi, quraqlığa davamlı və az su
tələbatlı yeni bitki sortlarının yaradılması;
4.
Mineral və üzvi gübrələrin istifadəsinin torpaq nümunələri əsasında müəyyən edilmiş normalar
əsasında birgə tətbiqi məqsədəuyğun hesab edilir.
5.
Kimyalaşdırma kənd təsərrüfatı istehsalının intensivləşdirilməsinin digər əsas amilləri
meliorasiya və kompleks mexanikləşdirmə ilə birgə həyata keçirilərsə, gözlənilən nəticəni əldə
etmək olar.
6.
Torpağın münbitliyinin artırılması və qorunması üçün kompleks tədbirlər görülməlidir ki,
onların arasında aşağıdakılar önəmlidir:
‒
torpağın qida maddələri ilə təmin olunmasını öyrənmək məqsədilə təhlilləraparıb və onun
nəticəsinə uyğun olaraq, kartoqrammalar hazırlanıb istehsalçılara çatdırılmalıdır;
‒
üzvi və mineral gübrələrin, yemin, bitkiçilik məhsullarının keyfiyyətinə təsirinə nəzarət
etmək məqsədilə təhlillər aparılmalıdır, əkin üçün yararlı torpaqda nitratların qalığı
öyrənilməlidir;
‒
torpağın kompleks münbitliyini artırmaq məqsədilə təhlilin nəticələrinə görə tədbirlər planı
hazırlanmalıdır.
Dostları ilə paylaş: |