ÖLKƏDƏ KƏnd təSƏRRÜfati istehsalinin mineralvə ÜZVİ GÜBRƏLƏRLƏ TƏMİnat səVİYYƏSİNİn statiSTİk qiYMƏTLƏNDİRİLMƏSİ



Yüklə 193,65 Kb.
Pdf görüntüsü
səhifə6/6
tarix27.03.2018
ölçüsü193,65 Kb.
#34987
1   2   3   4   5   6

11 

 

şəkər çuğunduru üçün 1,2 min ton, pambıq üçün 16,8 min ton, üzümlüklər üçün 1,2 min ton, meyvə 



bağları  üçün  14,9  min  ton,  yem  bitkiləri  üçün  113,7  min  ton  mineral  gübrələrə  tələbat  olmuşdur. 

İqtisadi rayon üzrə tələbatın ödənilmə səviyyəsi 11,0 % təşkil edir. 



Yuxarı Qarabağ iqtisadi rayonu. Bu iqtisadi rayona Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, 

Cəbrayıl və Füzuli inzibati rayonları aiddir.  İqtisadi rayonun 115528 hektar əkin  sahəsi mövcuddur. 

İqtisadi rayonun dəyəri 42,3 milyon manat olan 86,6 min ton mineral gübrələrə tələbatı olub. Ondan 

28,7 min tonu azotlu (dəyəri 10,6 milyon manat), 44,8 min tonu fosfor (dəyəri 25,1 milyon manat), 

6,5  min  tonu  isə  kaliumlu  (dəyəri  6,5  milyon  manat)  gübrələrdir.  Faktiki  istifadə  9,2  min  ton, 

tələbatın ödənilmə səviyyəsi 11,4 % olmuşdur. 



Kəlbəcər-Laçın  iqtisadi  rayonunun  əkin  sahəsi  4446  min  hektar  olub  ki,  onun  697  hektarı 

Kəlbəcər,  3395  hektarı  Laçın,  14  hektarı  Qubadlı  rayonunun,  354  hektarı  isə  Zəngilan  rayonunun 

payına düşür. Əkin sahəsinin müqabilində dəyəri 1,7 milyon manat olan 5167 ton mineral gübrəyə 

ehtiyac duyulub. Ondan da azotlu gübrələr 1090 (dəyəri 404 min manat), fosforlu gübrələr 1775 ton 

(dəyəri 996,0 min manat), kaliumlu gübrələr 603 ton (dəyəri 299,0 min manat) təşkil edir. 

Bu iqtisadi rayonun əksər torpaqları işğal altında olduğu üçün geniş şərhə ehtiyac duyulmur. 



Dağlıq  Şirvan  iqtisadi  rayonu.  Bu  iqtisadi  rayona  dörd  inzibati  rayon  daxildir:  Ağsu, 

İsmayıllı,  Qobustan  və  Şamaxı.  İqtisadi  rayonun  əkin  sahəsi  115250  hektardır.  2015-ci  ildə  dəyəri 

11,8 milyon manat olan 31,8 min ton azotlu 26,0 milyon dəyərində olan 46,3 min ton fosforlu, 6,7 

milyon manat dəyərli 15,5 min ton kaliumlu mineral gübrələrə tələbat olmuşdur ki, bu da cəmi 91,7 

min ton təşkil edir. Taxıl sahələrinə 83,0 min ton, pambıq sahələrinə 0,011 min ton, kartof sahələrinə 

1,4 min ton, tərəvəz sahələrinə 1,1 min ton, bostan sahələrinə 0,2 min ton, yem bitkiləri sahələrinə 

1,1  min  ton  mineral  gübrələrə  ehtiyacı  olmuşdur.  İqtisadi  rayon  üzrə  ümumi  tələbatın  ödənilmə 

səviyyəsi 4,4 % təşkil etmişdir ki, bu da faktiki istifadənin 3,8 min ton olduğu deməkdir. 



Naxçıvan  Muxtar  Respublikasına  Sədərək,  Şərur,  Babək,  Şahbuz,  Naxçıvan  şəhəri,  Culfa, 

Ordubad  və  Kəngərli  rayonları  daxildir.  Ümumi  əkin  sahəsi  61414  hektardır.  Dəyəri  20,1  milyon 

manat olan 41,1 min ton mineral gübrə tələb olunub ki, ondan 13,0 min tonu azotlu, 21,5 min tonu 

fosforlu, 6,6 min tonu isə kaliumlu gübrə olub. 

Abşeron iqtisadi rayonunun əkin sahəsi 3379 hektardır və dəyəri 2,0 milyon manat olan 14,7 

min ton mineral gübrə tələb olunur. 

Sonda isə ümumi olaraq qeyd edək ki, normativlərə əsasən 1099,1 min ton mineral gübrə tələb 

olunmuşdur  ki,  onun  da  353,2  min  tonunu  azotlu,  573,8  min  tonunu  fosforlu,  172  min  tonunu  isə 

kaliumlu gübrələr təşkil edir. Mineral gübrələrin ümumi dəyəri 537,8 milyon manat civarındadır. 

Kənd  təsərrüfatında  istehsalın  davamlı  intensiv  inkişafı,  torpaqların  münbitliyinin  qorunub 

saxlanılması  və  yüksəldilməsi,  bitkilərin  məhsuldarlığının  artırılması  və  keyfiyyətinin 

yaxşılaşdırılması üzvi və mineral gübrələrin, dərman preparatlarının istehsal texnologiyalarına uyğun 

səviyyədə  düzgün  istifadəsindən  birbaşa  asılıdır.  Aqrar  sahədə  rəqabətqabiliyyətli  və  ixracyönümlü 

məhsul  istehsalının  artırılmasında  adekvat  xidmət  şəbəkəsinin  formalaşdırılması  mühüm  əhəmiyyət 

kəsb edir.  Tədqiqatların nəticəsi onu göstərir ki, regionlarda kənd təsərrüfatında məhsul istehsalının 

artırılması  üçün  torpaqdan  sonra  əsas  istehsal  vasitəsi  olan  üzvi  və  mineral  gübrələrdən  istifadə 

olunmasına daha çox diqqət yetirilməlidir.  

Tədqiq  edilən  göstəricilər    arasında  mövсud  olan  əlaqələrin  intensivliyini  müəyyənləşdirmək 

üçün müxtəlif statistik analizlərin aparılması vacibdir. Belə ki, müxtəlif  asılı dəyişənlər ilə sərbəst 

dəyişən və bunların özləri arasında    korrelyasiya əlaqəsi yoxlanılır.  Müxtəlif göstəricilər  arasında 

mövcud  olan  əlaqələrin    təhlil    forması  isə  reqressiya  modeli  əsasında  müəyyənləşdirilir.  Digər 

tərəfdən  isə    statistik    təhlil    vasitəsi  ilə    müxtəlif  göstəricilər  arası  həmin    əlaqələri  yaradan  təsir 

faktorlarını    müəyyənləşdirmək  üçün    faktorial    təhlildən  istifadə  edilir.  Bildiyimiz  kimi,  faktorial  

təhlil  çoxölçülü  statistik  metodların  yeni  bölməsi  hesab  edilir.  Bu  metod  statistik  göstəricilərin 

qruplaşdırılması və təsnifatlaşdırılmasında  daha çox tətbiq olunur. 

Respublikada ərzaq təhlükəsizliyinin qorunması üçün aqrar sahənin inkişafında məhsuldarlığın 

artırılması üçün gübrə təminatının qiymətləndirilməsi zamanı beynəlxalq standartlara müvafiq olaraq 

normalar müəyyənləşdirilmişdir. 

 

 



12 

 

 



Cədvəl 3 

Torpaqda mineral gübrələrin tələb olunan dozalarının təsviri statistik analizi 

 

Statistik  təhlilin  nəticələrinə  uyğun  olaraq  qeyd  etmək  olar  ki,  bir  sıra  göstəricilərin,  ilk 



növbədə, orta kəmiyyətləri tapılır. Median və moda qiymətləri də verilən göstəricilər üçün müxtəlif 

dəyişir.  Verilmiş  göstəricilərin  riyazi-statistik  xarakteristikasının  qiymətlərindən  görünür  ki,  orta 

kəmiyyətin xətası tələb olunan cəmi mineral gübrələr üzrə 15.7%, azotlu gübrələr üzrə 14,3% fosfatlı 

gübrələr üzrə 35.1%, kaliumlu gübrələr üzrə isə 15.5% olmuşdur.  

Variasiya  əmsalı  isə  cədvəldən  göründüyü  kimi  cəmi  mineral  gübrələr  üzrə  44.5%,    azotlu 

gübrələr üzrə 40,3%, fosfatlı gübrələr üzrə 99,6%,  kaliumlu gübrələrdə isə 43,9% olmuşdur. Qeyd 

edim ki, variasiya əmsallarının 33%-dən böyük olması həmin məlumatların qruplaşdırılmasını sirayət 

edir. 


Asimmetriya əmsalının onun standart xətasına nisbəti  tələb olunan mineral gübrə normasının 

cəmi  üzrə    7,2,  azotlu  gübrələr  üzrə  5,5,  fosfatlı  gübrələr  üzrə    3,6  və  kaliumlu  gübrələr  üzrə  1,4 

olmuşdur. Burada assimmetriya üçün şərtlər tam ödənilməsə də ona uyğunluq çoxdur. 

Statistik 

xarakteristikaların 

təhlilinin 

əsas 

məqsədi 


məlumatların 

paylanması 

qanunauyğunluğunu  müəyyənləşdirməkdən  ibarətdir.  Əgər  paylanma  normal  deyilsə,  onda  onu 

normallaşdırmaq  lazımdır.  Bu  isə  məlumatların  qruplaşdırılması  vasitəsi  ilə  yerinə  yetirilir.  Qeyri-

normal paylanmış məlumatlar əsasında hesablanmış orta kəmiyyətin xətası böyük olur və həmin orta 

kəmiyyətə görə hesablanmış yekun göstəricilər təhrif edilir. 

Bildiyimiz kimi, korrelyasiya-reqressiya təhlili, göstəricilər arasında əlaqənin sıxlıq dərəcəsinin 

(korrelyasiya  təhlili)  və  onun  formasının,  yəni  analitik  ifadəsinin  (reqressiya  təhlili)  müəyyən 

edilməsindən  ibarətdir.  Aparılan  təhlil  zamanı  faktor  əlamətinin  (Xi)  qiymətinin  dəyişilməsi  ilə 

nəticə  əlamətinin  (y)  variasiyası  müəyyən  edilir.  Bu  əlamətlər  arasındakı  əlaqənin  sıxlıq  dərəcəsini 

ölçmək üçün korrelyasiya əmsalı (R) müəyyən olunur.Cədvəldən göründüyü kimi, cəmi əkin sahəsi 

ilə  tələb  olunan  mineral  gübrələrin  faktiki  həcmi  və  dəyəri    arasında  korrelyasiya  asılılığı    hər  bir 

göstəriciyə görə müxtəlifdir. 

İlk  nöbədə,  cəmi  əkin  sahəsi(Y)  ilə  tələb  olunan  gübrə  həcmi  fiziki  çəkidə(x

1

)arasında 



korrelyasiya  əlaqəsi  0,39-dur.  Bu da  əlaqənin  olduğunu  göstərir. Amma çox sıx  əlaqə deyil.    Cəmi 

əkin sahəsi ilə istifadə olunan gübrənin faktiki norması (X

3

) arasında əlaqə 0,96-ya bərabərdir. Bu da 



əlaqənin daha sıx olduğunu göstərir. 

Qeyd edim ki,  Çeddok şkalasına  görə 0,7

yüksəkdir. 

Təsviri statistik göstəricilər 

Cəmi mineral 

gübrələr 

Azotlu gübrələr 

Fosfatlı 

gübrələr 

Kaliumlu 

gübrələr 

Orta qiymət 

94,09 

65,96 


6,65 

3,73 


Median 

90,20 


65,05 

4,90 


3,60 

Moda 


90,20 

65,05 


4,90 

3,60 


Standart xəta 

14,79 


9,40 

2,34 


0,58 

Cəm 


752,70 

527,70 


53,20 

29,80 


Minimum 

40,50 


32,90 

0,10 


1,30 

Maximum 


153,60 

104,20 


17,50 

5,90 


Ranq 

113,10 


71,30 

17,40 


4,60 

Standart kənarlaşma 

41,83 

26,59 


6,63 

1,64 


Dispersiya 

1749,80 


707,04 

43,90 


2,69 

Assimmetriya 

5,41 

4,18 


2,67 

1,04 


Assimmetriyanın standart xətası 

0,75 


0,75 

0,75 


0,75 

variasiya əmsalı 

44,46 

40,31 


99,63 

43,99 



13 

 

Bir  sözlə,  korrelyasiya  əmsalı  dəyişənlər  arasında  əlaqənin  sıxlığını  və  istiqamətini  müəyyən 



edir.  Əlaqənin  intensivliyi  göstəricisinin,  sərbəst  dəyişənin  hansı  dərəcədə  dəyişməsi  ilə  asılı 

dəyişənin dəyişilməsinin (variasiyasının) izahını müəyyən edir.  



Cədvəl 4 

Respublikada bitkiçilikdə əkin sahələrinə görə mineral gübrələrə olan tələbatın  

korrelyasiya əlaqəsi 

  

Cəmi əkin 

sahəsi, ha, Y 

Tələb olunan 

gübrələrin həcmi, 

fiziki çəkidə, (min 

ton), x

1

 



Tələb olunan 

gübrələrin 

həcmi, dəyəri, 

(min man.), x

2

 

Faktiki 



istifadə (ton), 

x

3



 

Tələbatın 

ödənilmə 

səviyyəsi (%), 

x

4

 



Cəmi əkin sahəsi, ha, Y 

1,00 


 

 

 



 

Tələb olunan gübrələrin 

həcmi, fiziki çəkidə, 

(min ton), x

1

 

0,39 



1,00 

 

 



 

Tələb olunan gübrələrin 

həcmi, dəyəri, (min 

manat), x

2

 

0,99 



0,38 

1,00 


 

 

Faktiki istifadə (ton), x3 



0,96 

0,45 


0,95 

1,00 


 

Tələbatın ödənilmə 

səviyyəsi (%), x

0,47 



0,57 

0,49 


0,63 

1,00 


 

Daha dəqiqi desək, xətti korrelyasiya əmsalı -1 və +1 qiymətlərini ala bilər. Bu əmsal mütləq 

qiymətinə  görə  1-ə  nə  qədər  yaxındırsa,  əlaqə  bir  o  qədər  sıxdır.  "+"  işarəsi  əlaqənin  birbaşa 

olmasını,  "-"  işarə  isə  əks  əlaqənin  olduğunu  göstərir.  Yəni  birbaşa  əlaqədə  faktor  əlaməti  -  x 

artdıqda  nəticə  əlaməti  -  y  artır,  əks  əlaqədə  isə  x  artdıqda  y  azalır.  Cədvəldən  göründüyü  kimi, 

nəticə əlaməti ilə faktor əlamətləri arasında birbaşa əlaqə mövcuddur. 

Göstəricilər arasında korrelyasiya əlaqəsinin olduğu müşahidə olunur. Göründüyü kimi, ümumi 

əkin  sahəsi  ən  sıx  korelyasiya  əlaqəsi  tələb  olunan  gübrə    normasının  ümumi  dəyəri  Y  və  faktiki 

istifadə  norması(ton)  X

3

  arasında  müşahidə  olunur.  Zəif  əlaqə  isə  cəmi  əkin  sahəsi  (ha)Y  ilətələb 



olunan  gübrənin  həcmi  (fiziki  çəkidə)X

1

arasında  müşahidə  olunur.  Buna  uyğun  olaraq  eyni  əlaqə 



demək  olar  ki,  tələb  olunan  gübrənin  çəki  norması  ilə  dəyəri  arasında  müşahidə  olunur.  İkinci  bir 

tərəfdən  isə  tələb  olunan  gübrənin  dəyəri(min  man.)  ilə  faktiki  istifadəsi  arasında  güclü  korrelyativ 

əlaqənin  olduğu  müşahidə  olunur.  Bu  əslində  qanunauyğunluğa  zidd  deyildir.  Digər  iki  uyğunluğa 

nəzər  salaq.Faktiki  istifadə  norması(ton),X

3

-lə  mineral  gübrəyə  tələbatın  ödənilmə  səviyyəsi  (%)X



4

 

arasında da sıx əlaqənin olduğu müşahidə olunur. 



Xətti  əlaqənin  mövcudluğunu  və  sıxlıq  dərəcəsini  müəyyən  etdikdən  sonra  korrelyasiya 

sahəsinin nöqtələrini hamarlaşdıran xəttin tənliyini qurmaq lazımdır. Aparılan təhlillərə və ədəbiyyat 

məlumatlarına  görə  bu  xəttin  tənliyi  xətti  reqressiya  tənliyi,  xəttin  özü  isə  reqressiya  xətti  adlanır.  

Bunun qrafik təsviri aşağıdakı kimidir: 

Reqressiya təhlilində başlıca şərt, model qurulan obyektlər çoxluğunun həmcinsliyidir.Statistik 

xarakteristikaların  təhlilinin  əsas  məqsədi  məlumatların  paylanması  qanunauyğunluğunu 

müəyyənləşdirməkdən ibarətdir. Əgər paylanma normal deyilsə, onda onu normallaşdırmaq lazımdır. 

Bu isə məlumatların qruplaşdırılması vasitəsi ilə yerinə yetirilir. 

Şəkildən görünür ki, nəticə göstəricisinin qiymətləri reqressiya xətti ətrafında müsbət meyillə 

toplandığına  görə  məhsul  buraxılışı  ilə  enerji  istehlakı  arasında  müsbət  xətti  korrelyasiya  əlaqəsi 

mövcuddur, korrelyasiya sahəsinin nöqtələri reqressiya xətti üzərindədir və ya ona yaxındır. 

 



14 

 

 



 

Tədqiqatın  nəticəsi  göstərir  ki,  statistik  məlumatların  keyfiyyətinin  yüksəldilməsi  üçün 

mikroməlumatların  ekonometrik  təhlilinə  ehtiyac  vardır.  Mikroməlumatların  təhlilindən  əvvəl 

onların  redaktəsi,  şərti  hesablanması  (imputasiyası),  göstəricilərin  statistik  xarakteristikaları  təhlil 

olunmalıdır. 

Aparılan  araşdırmalara  əsasən    respublikada  kənd  təsərrüfatı  istehsalının  mineral  və  üzvi 

gübrələrlə  təminat  səviyyəsinin  qiymətləndirilməsi  baxımından  aparılan  geniş  araşdırmaların 

təhlilinə əsasən aşağıdakı nəticələri vermək məqsədəuyğundur. 



 

NƏTİCƏ VƏ TƏKLİFLƏR 

1.

 



Respublika ərazisində suvarma sistemlərinin faydalı iş əmsalı aşağı, faktiki su tələbatı norması 

yüksəkdir, suvarma rejiminə çox hallarda əməl olunmur, suvarma texnologiyası pozulur və s. 

Bunun  üçün  hər  nəfərə  düşən  əkin  sahəsinin  ilbəil  azalmasına  başlıca  səbəb  kimi  bunu  aid 

etmək olar.  

2.

 

Torpaqları meliorativ vəziyyətinə görə qiymətləndirərkən, əsasən, onların şorluq və şorakətlik 



dərəcələri,  qrunt  sularının  yer  səthindən  dərinliyi  və  onların  minerallığı,  suvarma  suyunun 

minerallığı, becərilən bitkilərin məhsuldarlığı və s. göstəricilərdən istifadə olunmalıdır.  

3.

 

Kənd  təsərrüfatı  sistemində  istifadə  olunan  yüksək  su  tələbatlı  bitkilərin  daha  az  su  tələbatlı 



bitkilərlə  əvəz  olunması  ilə  əkin  strukturunun  dəyişdirilməsi,  quraqlığa  davamlı  və  az  su 

tələbatlı yeni bitki sortlarının yaradılması; 

4.

 

Mineral və üzvi gübrələrin istifadəsinin torpaq nümunələri əsasında müəyyən edilmiş normalar 



əsasında birgə tətbiqi məqsədəuyğun hesab edilir. 

5.

 



Kimyalaşdırma  kənd  təsərrüfatı  istehsalının  intensivləşdirilməsinin  digər  əsas  amilləri  

meliorasiya və kompleks mexanikləşdirmə ilə birgə həyata keçirilərsə, gözlənilən nəticəni əldə 

etmək olar. 

6.

 



Torpağın  münbitliyinin  artırılması  və  qorunması  üçün  kompleks  tədbirlər  görülməlidir  ki, 

onların arasında aşağıdakılar önəmlidir: 

 

torpağın  qida  maddələri  ilə  təmin  olunmasını  öyrənmək  məqsədilə  təhlilləraparıb  və  onun 



nəticəsinə uyğun olaraq, kartoqrammalar hazırlanıb istehsalçılara çatdırılmalıdır; 

 



üzvi  və  mineral  gübrələrin,  yemin,  bitkiçilik  məhsullarının  keyfiyyətinə  təsirinə  nəzarət 

etmək  məqsədilə  təhlillər  aparılmalıdır,  əkin  üçün  yararlı  torpaqda  nitratların  qalığı 

öyrənilməlidir; 

 



torpağın kompleks münbitliyini artırmaq məqsədilə təhlilin nəticələrinə görə  tədbirlər planı 

hazırlanmalıdır. 



 

Yüklə 193,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə